Month: August 2024

  • Суд вынес неожиданный приговор мужчине, избившему свою сожительницу за желание расстатья

    В Абшеронском районном суде завершилось судебное расследование по уголовному делу, возбужденному в отношении Замана Джафарова (имя и фамилия условные – ред.), обвиняемого в умышленном причинении тяжкого вреда здоровью.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Абусата Гасымова был зачитан приговор, согласно которому, уголовное преследование З.Джафарова было прекращено. В отношении обвиняемого не была избрана мера пресечения.

    Согласно обвинительному акту, инцидент произошел 5 апреля 2024 года около 23:00 в Абшеронском районе.

    З.Джафаров (1992 г.р.) жестоко избил Нармин Сафарову (имя и фамилия условные – ред.), с которой проживал в гражданском браке в ее доме. Женщина была старше злоумышленника, у нее было трое детей. Причиной избиения стало то, что Н.Сафарова заявила мужчине, что хочет разорвать с ним отношения.

    После произошедшего З.Джафаров был задержан на основании жалобы Н.Сафаровой и привлечен к уголовной ответственности.

  • Kişi üç uşaq anası olan sevgilisini evində döydü

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Zaman Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Zaman Cəfərovun barəsindəki cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

    İttihama görə, hadisə 2024-cü il aprelin 5-də gecə saat 23 radələrində Abşeron rayonunda qeydə alınıb.

    Belə ki, 1992-ci il təvəllüdlü Zaman Cəfərov qeyri-rəsmi ər-arvad münasibətində olduğu sevgilisi, özündən yaşca böyük olan 3 uşaq anası Nərmin Səfərovanı (şərti) qadının yaşadığı evdə döyüb. Buna səbəb zərərçəkmişin ondan ayrıldığını, münasibətlərinin pozulduğunu deməsi olub. Nəticədə Zaman Nərminə hücum edərək qəsdən onun hər iki əl, qol nahiyələrindən tutub sıxıb, ardınca əl, yumruq zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub.

    Hadisədən sonra qadının şikayəti ilə Zaman Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • BMT-nin baş katibi Qəzza zolağında məktəbə olan hücumu pisləyib

    BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında onlarla insanın ölümü ilə nəticələnən əl-Tabiyin məktəbinə endirdiyi zərbəni pisləyib.

    Median.Az xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

    “Baş katib, qadın və uşaqlar da daxil olmaqla Qəzzada davam edən insan tələfatını pisləyir. Biz İsrailin yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı əl-Tabiyin məktəbinə növbəti dağıdıcı zərbəsini gördük”, – deyə BMT rəsmisi bildirib.

    Quterreş, həmçinin mülki şəxslərin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.

  • BMT-nin baş katibi Qəzza zolağında məktəbə olan hücumu pisləyib

    BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında onlarla insanın ölümü ilə nəticələnən əl-Tabiyin məktəbinə endirdiyi zərbəni pisləyib.

    Median.Az xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

    “Baş katib, qadın və uşaqlar da daxil olmaqla Qəzzada davam edən insan tələfatını pisləyir. Biz İsrailin yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı əl-Tabiyin məktəbinə növbəti dağıdıcı zərbəsini gördük”, – deyə BMT rəsmisi bildirib.

    Quterreş, həmçinin mülki şəxslərin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.

  • Gəncədə avtomobil velosipedçini vurub

    Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili velosipedçini vurub.

    Müxtəlif bədən xəsarət alan velosipedçi xəstəxanaya yerləşdirilib.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Yer tarixinin ən isti günü: NASA planetdə yeni rekordu qeydə aldı

    İqlim böhranı artıq bəşəriyyətin gələcək üçün qorxusundan da daha çoxudur. Böhran artıq düz qapımızdadır. İnanılmaz istilik dalğaları, quraqlıq və meşə yanğınları tüğyan edir. Üstəlik, alimlər son 13 ayın planetdə ən isti ay olduğunu müəyyən ediblər.

    Median.Az bildirir ki, NASA məlumatlarına əsasən, 22 iyul 2024-cü il tarixdə Yer kürəsində ən isti gün olub.

    NASA misli görünməmiş yüksək temperatur silsiləsində bunu planetin ən isti günü adlandırıb. Alimlər 22 iyulda qeydə alınmış istiliyin yüksək temperaturlar silsiləsində əsas hədd olduğu barədə xəbərdarlıq edib.

    Əslində, bu hadisə, ilk növbədə insan fəaliyyətinin planetdə yaratdığı qlobal və məyusedici tendensiyasının bariz göstəricisidir. NASA tədqiqatçıları dəyişiklikləri izləməyə imkan verən planetin geniş peyk müşahidələrindən istifadə ediblər. Mütəxəssislər qeyd edirlər ki, bu, planetdə iqlim dəyişikliyinə effektiv uyğunlaşma strategiyalarının işlənib hazırlanmasında mühüm rol oynayır.

    NASA-nın qlobal gündəlik temperatur məlumatlarının təhlilinə görə, 22 iyul 2024-cü il tarixin ən isti gün olsa da, tədqiqatçılar iyulun 21 və 23-ü də rekord dərəcədə isti olduğunu qeyd edirlər. Bu günlərdə qeydə alınmış temperatur 2023-cü ildə müəyyən edilmiş rekordu qırıb. Mütəxəssislər qeyd edirlər ki, bu temperatur rekordları, əslində, insan fəaliyyətinin, əsasən də qalıq yanacaqların yandırılması və istixana qazlarının buraxılması nəticəsində yaranan uzunmüddətli istiləşmə tendensiyasının bir hissəsidir.

    NASA tədqiqatçıları planetimiz haqqında qabaqcıl məlumatlar toplayır. Bill Nelson qeyd edib ki, rekordların ən isti ili hesab edilən bu bir ildə, son iki həftə xüsusilə sərt olub. Ekspert qeyd edir ki, o və həmkarları planetin monitorinqi üçün iyirmidən çox peykdən istifadə edir və məlumatların toplanması son 60 ildir, davam edir.

    Bu məlumatlara əsaslanaraq, NASA insanların sürətlə dəyişən mühitlərə necə hazırlana, uyğunlaşa və təhlükədən qaça biləcəyinə dair təhlillər təqdim edib. Alimlərin fikrincə, tarixin ən isti günü ilə bağlı nəticələr Müasir Dövrün Tədqiqat və Tətbiqlər üçün Retrospektiv Təhlili, Versiya 2 (MERRA-2) və Goddard Earth Observing System Forward Processing (GEOS-FP) məlumatlarına əsasən (quruda, dənizdə və havada, eləcə də peyklərdən istifadə edərək milyonlarla qlobal müşahidələri birləşdirən sistemlər) qəbul edilib.

  • В Беларуси предложили ввести наказание за угрозу в адрес президента

    На национальном правовом портале Беларуси опубликовали законопроект, согласно которому предлагается ввести в уголовный кодекс статью об угрозах и насилии в адрес действующего или бывшего президента страны.

    Как сообщает Median.Az, наказание предусматривает лишение свободы на срок от трех до восьми лет.

    Согласно тексту документа, наказание последует за насилие или угрозу насилием, уничтожение или повреждение имущества в отношении президента Беларуси. Действие закона будет распространяться в том числе на угрозы и насилие в адрес главы государства, прекратившего исполнение своих полномочий в связи с истечением срока полномочий, отставкой или неспособностью осуществлять обязанности по состоянию здоровья. Кроме того, законопроект предусматривает наказание за угрозы в адрес семьи президента республики.

    В документе также указаны поправки к законам о клевете на президента и об оскорблении президента. В них предлагается добавить наказание в том числе за клевету о семье главы государства и их оскорблении.

  • Belarusda prezidentə qarşı təhdidlərə görə cəza tətbiq edilə bilər

    Belarusun Cinayət Məcəlləsinə indiki və ya keçmiş prezidentə qarşı təhdid və zorakılıq haqqında maddə daxil edilə bilər.

    Median.Az xəbər verir ki, bununla bağlı milli hüquq portalında qanun layihəsi dərc edilib.

    Cəza kimi 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

    Sənədin mətninə əsasən, cəza Belarus prezidentinə qarşı zorakılıq və ya zorakılıqla hədələmək, onun əmlakının məhv edilməsi və ya zədələnməsinə görə veriləcək. Qanun səlahiyyət müddətinin başa çatması, istefaya getməsi və ya səhhətinə görə vəzifələrini yerinə yetirə bilməməsi ilə əlaqədar səlahiyyətlərinin icrasını dayandıran dövlət başçısına qarşı hədə və zorakılığa da şamil ediləcək. Bundan əlavə, qanun layihəsində ölkə prezidentinin ailəsinə qarşı təhdidlərə görə də cəza nəzərdə tutulur.

    Sənəddə həmçinin prezidentin ünvanına böhtan atılması və prezidentin təhqir edilməsi ilə bağlı qanunlara dəyişikliklər də var. Orada dövlət başçısının ailəsinə böhtan atmağa, onları təhqir etməyə görə cəzanın əlavə edilməsi də təklif olunur.

  • “Neftçi” portuqaliyalı futbolçunun keçidini açıqlayıb

    “Neftçi” daha bir transferini reallaşdırıb.

    Klubdan “Report”a verilən məlumata görə, “ağ-qaralar” portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.

    6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

    Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

    O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

  • Ukraynaya ikinci ölkədən hücum olacaq? – Ekspert

    Belarus Prezidenti Aleksandr Lukaşenko Böyük Britaniyanın konsepsiyasına uyğun olaraq “ölkəmin əbədi dostu yoxdur, əbədi maraqları var” strategiyasından çıxış edir. Lukaşenko Kremlin müttəfiqi sayılsa da, daxilən Rusiyanın Ukraynaya qarşı işğaçlı müharibəsinin əleyhinədir. Çünki belaruslar və Belarus generalları “Kreml istəyir” deyə qardaş Ukrayna ilə savaşmaq istəmirlər.

    Median.Az xəbər verir ki, bu sözləri piolitoloq Elxan Şahinoğlu qeyd edib.

    O bildirib ki, Lukaşenko məhz bu əhval-ruhiyyənin daşıyıcısıdır:

    “Təsadüfu deyil ki, Aleksandr Lukaşenko iyul ayında qərar verərək, qoşunları Ukrayna ilə sərhəddən geri çəkdi. Lukaşenko bunu Ukraynadan təhlükənin olmamasıyla izah etdi. Əslində belə bir təhlükə heç vaxt olmayıb, sadəcə, Lukaşenko qoşunları sərhəddə yerləşdirməklə Kremlin əmrini yerinə yetirirdi.

    Lukaşenkonun qoşunları geri çəkmək əmri Ukraynaya imkan verdi ki, sərhəddəki qoşun birliklərini Rusiya ilə döyüş meydanına yönəltsin. Lukaşenkonun məlum qərarı Kremlin narazılığına səbəb oldu. Ukraynanın Rusiya ərazisinə qəfil hücumu Kremlin Lukaşenkoya təzyiqinin artmasına səbəb oldu. Kreml Lukaşenkodan tələb etdi ki, qoşunlarını yenidən Ukrayna ilə sərhəddə toplasın ki, bu, Kiyev üçün əlavə gərginlik mənbəyinə çevrilsin. Lukaşenko yeni əmrə tabe oldu. Bütün hallarda Lukaşenko Rusiyaya görə Ukrayna ilə savaşmaq fikrində deyil. Ancaq başqa hadisə baş verə bilər. Rusiya ordusu Belarus üzərindən Ukraynaya qarşı ikinci cəbhə aça bilər. Əgər Lukaşenko Kremlin bu əmrinə tabe olsa, Ukrayna Rusiya ilə yanaşı Belarusla da savaşmalı olacaq, ukraynalılarla belaruslar bir-birini öldürəcəklər.

    Lukaşenkonun soyuqqanlığını qoruyacağına ümid var. Çünki o anlayır ki, Putin slavyan xalqları üz-üzə qoyub və gələcək nəsillər bunu ona nə bağışlayacaq, nə də unudacaqlar”.