Month: August 2024

  • Mütəşəkkil dəstənin cinayət işi: “Qardaşının söhbətinə getdi, bıçaqlandı”

    Bakıda vətəndaşa bıçaqla xəsarət yetirərək xuliqanlıq etməkdə təqsirləndirilən, Cinayət Məcəlləsinin 126.2.4, 221 və 228.4-cü maddələri ilə ittiham olunan 4 nəfərdən ibarət dəstənin məhkəməsində əsas şahidlərdən biri dindirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid Elçin Nəbiyev ifadə verərək bildirib ki, zərərçəkmiş Mirəhməd Sadıxovla dostdur və o xəsarət alan gün bir yerdə olublar:

    “Hadisə baş verən gün Aqşin, Adil, Oqtay və Mirəhmədlə NZS qəsəbəsində kafedə oturub birgə çay içdik. Həmin vaxt Ramildən Mirəhmədə zəng gəldi və onlar telefonda mübahisə etdilər. Mənə dedilər ki, qardaşımın bir problemi var, bizi o məkana aparmaq lazımdır. Mən də uşaqları Şıxovdakı “Dostluq” kafesinə apardım. Daha sonra qarşı tərəf həmin məkana VAZ-2107 markalı avtomobillə gəldi. Maşından Ramil, Nihad və tanımadığım Sumqayıt uşaqları olan Neyman və Fuad düşdü. Həmin vaxt Ramilin əlində beysbol dəyənəyi, Nihadın əlində isə bıçaq var idi. Onlar Mirəhmədlə qıraqda xeyli söhbət etdilər. Sonradan bildik ki, orada nəsə olub. Ramil Mirəhmədə dedi ki, dostluğumuz olub, sənin qardaşının problemi var, sonra söhbət edərik. Həzrətin üzərində odlu silah olmağını bilmirdim. Mirəhmədin əlində isə bıçaq var idi. Bir az keçmiş Mirəhməd yaralandı, dərhal götürüb apardıq Müşfiq qəsəbəsindəki evlərinə, avtomobili Həzrət sürdü. Mirəhməd maşında olan zaman dedi ki, Ramil məni bıçaqla vurub”.

    Məhkəmə prosesi avqust ayının 30-na kimi təxirə salınıb.

    Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

    Belə ki, təqsirləndirilən şəxslər Nihad Xəlilov, Neman Əfkarov, Ramil Dadaşov və Fuad Haqverdiyevlə birlikdə silah qismində istifadə olunan bıçaqla vətəndaş Mirəhməd Sadıxova qarşı zor tətbiq edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurublar.

    Fuad Haqverdiyev və Neman Əfkarova qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq), Ramil Dadaşova 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə), Nihad Xəlilova isə 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) vǝ 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Nihad Xəlilov ev dustaqlığı, Ramil Dadaşov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • В Курской области РФ ввели режим ЧС федерального характера

    Обстановка, сложившаяся в Курской области РФ, отнесена к чрезвычайной ситуации (ЧС) федерального характера.

    Об этом сообщили ТАСС в пресс-службе МЧС России.

    “9 августа состоялось внеочередное заседание правительственной комиссии по предупреждению и ликвидации чрезвычайных ситуаций и обеспечению пожарной безопасности. На повестке обсуждения – обстановка, сложившаяся на территории Курской области из-за атаки со стороны ВС Украины. В регионе установлен федеральный уровень реагирования”, – сказали в ведомстве.

    Оперативная обстановка в Курской области остаётся сложной, сообщил врио губернатора Смирнов.

    В Курске развёрнут гуманитарный склад, куда поступает помощь из других регионов. Дополнительно подготовлены генераторы, бутилированная вода и лекарства.

    “Отдельно обсудили взаимодействие по организации вывоза местных жителей из опасной зоны. Договорились принять дополнительные меры по обеспечению безопасности людей”, – добавил Смирнов.

    В свою очередь, Минобороны РФ сообщает, что Вооруженные силы России продолжают отражать попытку вторжения.

    В течение суток активными действиями подразделений группировки войск “Север” и подошедших резервов пресекались попытки рейдовых действий подразделений противника вглубь территории.

  • Kurskda federal fövqəladə vəziyyət rejimi tətbiq edildi

    Rusiyanın Kursk vilayətində federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    “Avqustun 9-da fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının növbədənkənar iclası keçirilib. Gündəmdə olan müzakirə mövzusu Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Kursk vilayətində yaranmış vəziyyətdir. Regionda federal reaksiya səviyyəsi tətbiq edilib”, – deyə nazirlikdən bildirilib.

  • Ильхам Алиев: За последние два года 16 раз совершил визиты в страны Центральной Азии

    Приглашение Азербайджана на встречи глав государств Центральной Азии свидетельствует о дружеских и братских узах и развивающемся сотрудничестве между нашими странами.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев 9 августа на встрече глав государств Центральной Азии и Азербайджанской Республики в столице Казахстана Астане.

    Напомнив, что за последние два года 16 раз совершил визиты в страны Центральной Азии, глава государства отметил: “За это время мои коллеги из Казахстана, Кыргызстана, Таджикистана и Узбекистана посетили Азербайджан в общей сложности 15 раз”.

  • Prezident: “Astanadakı tədbirə dəvət ölkələrimiz arasında qardaşlıq münasibətlərindən xəbər verir”

    “Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.

    Son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər”.

  • Дорожная полиция обратилась к водителям

    Главное управление Государственной дорожной полиции (ГУГДП) Министерства внутренних дел обратилось к водителям, страдающим хроническими заболеваниями.

    В обращении говорится:

    “Жара негативно сказывается на самочувствии и работоспособности людей, особенно тех, кто имеет серьезные проблемы со здоровьем. Однако, несмотря на это, многие водители продолжают садиться за руль, не учитывая состояние своего здоровья, оснащенность автомобиля системой кондиционирования и дальность предстоящей поездки”.

    В управлении отметили, что нередко водители, оправдывают себя тем, что принимают лекарства, забывая о том, что многие из них вызывают сонливость, что является веской причиной воздержаться от вождения.

    ГУГДП призывает водителей с хроническими заболеваниями проявить ответственность и воздержаться от поездок в жару, не ставить под риск свою жизнь, а также жизни других участников движения.

  • BDYPİ sürücülərə çağırış etdi

    Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində problem olan sürücüləri müraciət edib.

    Müraciətdə deyilir:

    “İsti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq büruzə verir.

    Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da bəzən xoşagəlməz sonluqla nəticələnir”.

    BDYPİ məlumatında qeyd edilir ki, dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir:

    “Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”.

  • Bakıya sürücüsüz taksilər gətirilib? – VİDEO

    Azərbaycana sürücüsüz taksilərin gətirildiyini barədə iddialar var. Bununla bağlı sosial mediada videogörüntülər də paylaşılıb.

    Bəziləri isə sürücüsüz taksilərin yaxın zamanlarda paytaxt Bakıda fəaliyyətə başlayacaqlarını iddia ediblər.

    Bu iddiaların nə dərəcədə duğru olduğunu öyrənmək məqsədilə konkret.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) ilə əlaqə saxlayıb.

    Qurumdan yayılmış görüntülərdəki avtomobilin taksi fəaliyyəti ilə məşğul olduğunu təkzib edib:

    “Sözügedən görüntülərdəki avtomobil taksi kimi qeydiyyatdan keçməyib”.

  • Обвиняемый в убийстве 7-летнего мальчика тренер вновь предстанет перед судом

    На приговор в отношении спортсмена и тренера Мехмана Халилова, обвиняемого в убийстве семилетнего ребенка во время тренировки, подана кассационная жалоба.

    Как сообщает pravda.az, она будет рассмотрена под председательством судьи Верховного суда Рашада Абдулова.

    Дата предварительного заседания суда пока не объявлена.

    Отметим, что Сумгайытскй суд по тяжким преступлениям приговорил Мехмана Халилова к 19 годам лишения свободы. Сумгайытский апелляционный суд жалобу не удовлетворил.

    29 апреля минувшего года в городскую прокуратуру поступила информация о смерти Фарида Бакарова (2016 г.р.) в местной детской больнице. В соцсетях распространились кадры, на которых запечатлено, как М.Халилов на тренировке измывался над детьми. Из них ясно следует, что он проявлял особую жестокость не только по отношению к Фариду Бакарову, но и к другим малолетним детям. Хватая их за волосы, голову, уши, он поднимал их в воздух, пинал ногами и совершал другие опасные действия.

    Первоначально в отношении М.Халилова было возбуждено уголовное дело по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана.

    Сумгайытский городской суд избрал в отношении Мехмана Халилова меру пресечения в виде ареста сроком на четыре месяца. При рассмотрении ходатайства Мехман Халилов заявил, что не признает себя виновным в смерти ребенка.

    М.Халилову были предъявлены окончательные обвинения по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) и 120.2.9 (умышленное убийство лица, заведомо для виновного находящегося в беспомощном состоянии, а равно сопряженное с похищением человека либо захватом заложника).

  • Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

    Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.

    İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.