Month: August 2024

  • Prezident: “Bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıyıq”

    “Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.

    “Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

    Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 551 nəfər, Rİ altqrupu üzrə 792 nəfər 600 və daha çox bal toplayıb.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Həmçinin qeyd olunub ki, imtahanın nəticələrinə əsasən, I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 11 min 917, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 18 min 301 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

    Riyaziyyat, fizika ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan az olmayan 11 431 abituriyent iştirak edə bilər.

    I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 797 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

    Kompüter elmləri ixtisası üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 552 abituriyent iştirak edə bilər.

    Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5 890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

    I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9 050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9 007 plan yeri var. Rİ altqrupu üzrə ümumilikdə 6 975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4 265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2 400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5 400 plan yeri ayrılıb.

  • Ильхам Алиев: Нарастающие в мире угрозы требуют большего укрепления сотрудничества между странами

    Нарастающие в мире угрозы и вызовы требуют большего укрепления сотрудничества между нашими странами в сфере обороны и безопасности.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев 9 августа на встрече глав государств Центральной Азии и Азербайджанской Республики в столице Казахстана Астане.

    Особо подчеркнув в этом контексте проведенные в прошлом месяце в Казахстане международные оперативно-тактические командно-штабные учения “Бірлестік-2024”, в которых принял участие и Азербайджан, глава государства сказал: “Также показателем развития отношений в этой сфере является обучение курсантов из стран Центральной Азии в военных учебных заведениях Азербайджана”.

  • Prezident: “Dünyada artan təhdidlər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini tələb edir”

    “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.

    Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib:

    “Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.

  • В Армении обновили карту участка границы с Азербайджаном – ФОТО

    Комитет Кадастра Армении обновил карту в районе села Киранц Тавушской области, приведя ее в соответствие с делимитированной границей.

    Об этом сообщает Median.Az со ссылкой на армянские СМИ.

    На новой карте не указаны земельные участки, которые “принадлежали” жителям села до начала процесса делимитации границы с Азербайджаном.

  • Ermənistanda xəritə yeniləndi: Delimitasiya edilmiş sərhədə uyğunlaşdırıldı – FOTO

    Ermənistan Kadastr Komitəsi Tavuş vilayətinin Kirants kəndi ərazisini əks etdirən xəritəni delimitasiya edilmiş sərhədə uyğunlaşdıraraq yeniləyib.

    Bu barədə Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

    Yeni xəritədə sərhədin delimitasiyası prosesi başlayana qədərki müddətdə kənd sakinlərinə məxsus olan torpaq sahələri göstərilməyib.

  • В Астане дан официальный прием в честь глав государств

    9 августа в Астане от имени президента Казахстана Касым-Жомарта Токаева был дан официальный прием в честь глав государств.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принял участие Президент Азербайджанской Республики Ильхам Алиев.

  • Prezident İlham Əliyev Astanada dövlət başçılarının şərəfinə rəsmi qəbulda iştirak edib

    Avqustun 9-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından dövlət başçılarının şərəfinə rəsmi qəbul verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

  • Президент: Азербайджан и страны Центральной Азии являются единым историко-культурным пространством

    Азебрайджан и страны Центральной Азии являются единым историко-культурным и геополитическим пространством, имеющим возрастающее стратегическое значение. Наши народы объединяют многовековая история, культура, религия и общие ценности.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев 9 августа на встрече глав государств Центральной Азии и Азербайджанской Республики в столице Казахстана Астане.

    “Одним из проявлений наших братских отношений является помощь в восстановлении освобожденных от армянской оккупации территорий Карабаха. В период почти 30-летней оккупации Армения уничтожила 9 городов и сотни населенных пунктов на этих территориях. В настоящее время на освобожденных территориях проводятся широкомасштабные восстановительные работы и осуществляется процесс возвращения бывших вынужденных переселенцев на свои исконные земли”, – подчеркнул глава государства.

    Президент Ильхам Алиев выразил благодарность президентам Узбекистана, Казахстана и Кыргызстана за построенные в Физули среднюю школу имени Мирзы Улугбека, Центр детского творчества имени Курмангазы и среднюю школу, фундамент которой заложен в Агдамском районе.

  • İlham Əliyev: “Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir”

    “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir”.

    Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulan orta məktəbə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.