Month: August 2024

  • “BakıKart” tətbiqinin işində problem yaranıb – FOTO

    Artıq üçüncü gündür, “BakıKart” tətbiqi işləmir.

    Bununla bağlı sosial şəbəkələrdə şikayətlər yazılıb.

    Şikayətçilər qeyd edirlər ki, “BakıKart” tətbiqinin üzərində ciddi işləməyə, təkmilləşdirməyə ehtiyac var. Çünki istifadəyə verildiyi vaxtdan doğru-düzgün işləmir: ödəniş daxil edilən zaman kəsilmələr baş verir, proqram olduqca çətin açılır, “Birbank”la yaradılan QR-kodu validator çox gec oxuyur, izləmə funksiyası işləmir, bəzən izləmədə gələcək avtobusun vaxtı 15 dəqiqə göstərdiyi halda, avtobus üç dəqiqə sonra dayanacağa gəlir və s.

    Tətbiqin hansı səbəbdən işləmədiyi məlum deyil.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb. Qurum məsələyə aydınlıq gətirəcəyini bildirib.
    //oxu.az

  • Sumqayıtda fərdi yaşayış evində partlayış olub, xəsarət alan var

    Sumqayıtda mənzildə partlayış olub, xəsarət alan var.

    APA xəbər verir ki, hadisə “Betonzavod” adlanan ərazidə qeydə alınıb.

    1989-cu il təvəllüdlü Turac Telman oğlu Nağıyev kirayə qaldığı mənzildə baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarətləri alıb.

    O dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah saat 10:00-dan başlayaraq… – XƏBƏRDARLIQ

    Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

    Bu barədə milli.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov rayonunda siyirtmənin təmir olunması, Qaradağ rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyicilərin quraşdırılması, “Cəlilabad” QPS-də sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması, Kürdəmir rayonunda isə yeraltı qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 09.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Xəzər rayonunun, Nərimanov rayonunun (Azadlıq, Z. Bünyadov prospektləri, M. Araz, M. Əlizadə, Ş. Rəhimov, X.Şuşinski, Y.V.Çəmənzəminli küçələri), və Qaradağ rayonunun (Ümüd qəsəbəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Həmçinin Cəlilabad (rayon mərkəzi və 17 kənd) və Kürdəmir rayonlarının da (rayon mərkəzi və 18 kənd) qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

  • Sabah saat 10:00-dan başlayaraq… – XƏBƏRDARLIQ

    Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

    Bu barədə milli.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov rayonunda siyirtmənin təmir olunması, Qaradağ rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyicilərin quraşdırılması, “Cəlilabad” QPS-də sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması, Kürdəmir rayonunda isə yeraltı qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 09.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Xəzər rayonunun, Nərimanov rayonunun (Azadlıq, Z. Bünyadov prospektləri, M. Araz, M. Əlizadə, Ş. Rəhimov, X.Şuşinski, Y.V.Çəmənzəminli küçələri), və Qaradağ rayonunun (Ümüd qəsəbəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Həmçinin Cəlilabad (rayon mərkəzi və 17 kənd) və Kürdəmir rayonlarının da (rayon mərkəzi və 18 kənd) qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

  • “Zirə” “Osiyek”lə üz-üzə – YENİLƏNİR

    22:50

    8 avqust, ilk oyun

    22:00. “Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan) – 1:0 (Fasilə)

    Qollar: A. Matkoviç, 39

    Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan)

    “Opus Arena”, Xorvatiya.

    22:04

    8 avqust, ilk oyun

    22:00. “Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan) – 0:0 (Birinci hissə)

    Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan)

    “Opus Arena”, Xorvatiya.

    ————-

    21:02

    Konfrans Liqasını 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Osiyek” – “Zirə” matçı üçün heyətlər açıqlanıb.

    Komandalar saat 22:00-da başlayacaq oyuna aşağıdakı tərkibdə çıxacaqlar:

    “Osiyek”: 1. Nikola Kalvina, 36. Nail Ömeroviç, 26. Luka Jeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Juqoviç (k), 39. Domaqoy Bikviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç

    Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 3. Andre Duart, 4. Kreşimir Vrbanak, 10. Pedro Lima, 11. Risenio Keval, 14. Marko Soldo, 18. Niko Farkaş, 45. İvan Barik, 49. İvano Kolarik, 55. İvan Çvijanoviç, 98. Simun Mikolçiç

    “Zirə”: 97. Tiaqo Silva, 70. İssa Cibrilla, 3. Anje Mutsizni, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 21. hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 18. martins Junior, 90. Davit Volkov, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə

    Ehtiyat Oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 5. Stefan Aka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 15. Pyer Zebli, 16. Fuad Bayramov, 23. Rafael Utziq

    ————
    09:43

    Bu gün Azərbaycan komandası “Zirə” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

    Paytaxt təmsilçisi Xorvatiya “Osiyek”inin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matç Yunanıstandan olan hakimlər briqadasına tapşırılıb.

    Bu cütün qalibi pley-offda “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.

    Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 15-də olacaq.

    8 avqust, ilk oyun

    22:00. “Osiyek” (Xorvatiya) – “Zirə” (Azərbaycan)

    Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan)

    “Opus Arena”, Xorvatiya.

  • Arazdəyən və Kərki ətrafı boşaldılır: Hərbçilərimiz bu nöqtələri tutacaq

    Zəngəzur istiqamətində Ermənistan sərhədindən rus hərbçilərinin çıxarılması müşahidə edilir. Görünən odur ki, rus hərbçilərini Ermənistandakı Zvartnots hava limanından sonra Azərbaycan-Ermənistan şərti sərhədindən çıxarıb İran-Türkiyə sərhədinə yerləşdiriblər. Bu da Ermənistanla Rusiya arasında birgə razılaşma əsasında həyata keçirilib.

    Mediani.Az
    xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

    O qeyd edib ki, ABŞ hərbçilərinin Ermənistana gəlişi, birgə hərbi təlimlər və digər məsələlərdə atılan addımlarda intensivlik var: Sayt yaratmaq

    “Amerikanın Avropadakı hərbi bazalarından Ermənistana Zvartnotsa hərbi yük təyyarələri gəlir. Müəyyən hərbi yüklərin aparılıb-gətirilməsi prosesi həyata keçirilir. Bunun hərbi təlimlərlə bağlı olduğu deyilsə də görünən odur ki, Amerikanın Ermənistanla birgə “iş planları” çoxdur”.

    Polkovnik hesab edir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərindən ümumiyyətlə imtina etməsi də bu amillərlə bağlıdır:

    “Rus hərbçlərinin Zəngəzur, Arazdəyən, Kərki kəndləri ətrafından çıxarılması isə başqa amillərlə izah olunur. Faktiki olaraq Ermənistan Azərbaycanın anklav kəndlərinin təhvil verilməsi prosesini gecikdirir. Buna görə də, Azərbaycan müəyyən addımlar atmaq məcburiyyətində qala bilər. Sadəcə olaraq Azərbaycan hərbçiləri gedib müəyyən nöqtələrdə yerləşəcək. Ola bilsin ki, bu, bir qədər gərgin rejimdə keçsin. Hətta müəyyən müqavimət və narahatlığın olması da mümkündür”.
    Üzeyir Cəfərova görə, indiki gərginliyi Ermənistan real vəziyyətini bildiyi üçün daha da qəlizləşdirmək istəmir:
    “Son zamanlar Ermənistana dəstək verilsə də, bu, işin hamısı deyil. Amma bunun fonunda başqa narahatedici məqamlar ola bilməz”.

  • Fransanın LGBT sevgisi bitmir: “bayrağını” yerə çəkdi – FOTO

    Fransanın paytaxtı Parisdə LGBT icmasının nümayəndələrinə dəstək olaraq hökumət onların “bayrağını” piyada keçidlərində təsvir etmək qərarına gəlib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, Parisin ən işlək küçələrindən birindəki piyada keçidinin hər iki tərəfində LGBT rənglərinin əks olunduğu foto sosial şəbəkələrdə yayılıb.

    Qeyd edək ki, Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində təşkilatçılar LGBT icmasının nümayəndələrinin iştirakı ilə Leonardo Da Vinçinin “Son şam yeməyi” əsərini səhnələşdirərək, İsa Məsihin obrazını təhqir etmişdilər.

  • Bu yol 2 gün bağlı olacaq

    Avqustun 10-da saat 06:00-dan avqustun 12-si saat 09:00-a qədər aparılacaq təmir işləri ilə əlaqədar Bakının 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • “İndi Azərbaycanda yaxşı filmlər çəkilmir”

    “Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri 76 yaşını qeyd edən Xalq artisti Rasim Balayev Lent.az-a açıqlamasında deyib.

    “Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir. Aktyor özünü yaxşı filmlə göstərə bilər, yaxşı filmlər yoxdur deyə, onlar üçün meydan da yoxdur. Yaxşı aktyorlarımız var. İndi adlarını çəkmək istəmirəm. Adını unutduqlarım inciyərlər” deyə, Xalq artisti bildirib.

    O, son dövrlərdə çəkilən filmləri izləmədiyini, lakin kinomuzun gələcəyinə inandığını qeyd edib:

    “Birinci olaraq kinoya böyük maliyyə ayrılmalıdır. Başqa səbəblər də var. Kinoittifaq olaraq çalışırıq ki, kinomuzun inkişafı üçün əlimizdən gələni edək. Kinomuzun gələcəyinə inanıram”.

  • Paris-2024-də 4-cü, tarixdə 53-cü MEDALIMIZ

    Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 4-cü medalını qazanıb.

    İdman.biz xəbər verir ki, bu uğura yunan-Roma güləşçisi Həsrət Cəfərov imza atıb.

    Pəhləvanımız 67 kq çəkidə 3-cü olub. O, Azərbaycan yığmasının Fransa paytaxtındakı ilk bürüncünün sahibi olub.

    Millimizin hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Həsrətə qədər cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş medal əldə edib. Finala yüksələn boksçu Alfonso Dominqesin (92 kq) hansı əyarlı mükafat qazanacağı sabah dəqiqləşəcək.

    Azərbaycan millisinin Olimpiadalardakı ümumi medal sayı 53-ə çatıb. Bunlardan 9-u qızıl, 15-i gümüş, 29-u bürüncdür.

    Bu, güləşçilərimizin Parisdə ilk uğurudur. Ümumilikdə pəhləvanlarımız 26-cı olimpiya medalını əldə edib. Güləşdə 4 qızıl, 8 gümüş və 14 bürünc qazanılıb.

    Yunan-Roma güləşində isə 8-ci mükafat əldə olunub. 1 qızıl və 2 gümüşü olan “klassiklərimiz” 5-ci bürüncə sahib çıxıb.

    Qeyd edək ki, güləşçilərimiz Atlanta-1996-dan başlayaraq bütün Olimpiadalarda medal qazanıb. Yunan-Roma güləşində isə ən azı bir medal ənənəsi Afina-2004-dən başlayıb.