Month: August 2024

  • Elza Seyidcahan deputatlığa namizəd oldu

    Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə axşam.az-a müğənni özü məlumat verib.

    E.Seyidcahan bildirib ki, namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.

    Qeyd edək ki, növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

  • Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

    Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

    APA xəbər verir ki, əvvəlcə komissiyanın 5 avqust 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

    Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

    Daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 7 saylı Səbail və 37 saylı Qaradağ seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub.

    Komissiyanın iclasında beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarını ləğv edərək, daha bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyini qeydə alıb.

    Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.

  • Nigeriyada gəmidə partlayış: Ən azı 20 nəfər ölüb

    Nigeriyada gəmidə baş verən partlayış və yanğın ən azı 20 nəfərin ölümü ilə nəticələnib.

    Median.Az xəbər verir ki, bu barədə “The Guardian Nigeria” qəzeti məlumat yayıb.

    Hadisə ölkənin cənubundakı Bayelsa ştatında 64 sərnişin və yük daşıyan gəmidə baş verib.

    Yanğının mümkün səbəbləri araşdırılır və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Xərçəngin səhərlər ortaya çıxan əlamətləri – Ehtiyatlı olun!

    Onlar aşkar edilərsə, ən qısa zamanda həkimə müraciət etmək lazımdır.

    Median.Az e-saglam.az-a istinadən xəbər verir ki, birincisi, səhərlər öskürək onkologiyanın göstəricisi ola bilər. Əgər iki həftədən çox öskürərəklə oyanırsınızsa, mütəxəssislə məsləhətləşməlisiniz.

    İkincisi, səhər yorğunluğu. Xüsusən də bağırsaq vərdişlərində dəyişiklik və qanaxma kimi digər simptomlarla müşayiət olunarsa, diqqətdən kənarda qalmamalıdır.

    Səhərlər yorğunluq hiss etmək normaldır, lakin bu sizin üçün qeyri-adidirsə və ya gün ərzində yorğunluğun davam etdiyini hiss edirsinizsə, mütləq həkimə müraciət etməlisiniz.

    Üçüncüsü, gecə tərləmələri xəbərdarlıq əlamətidir. Səhər tərlə oyanırsızsa, bu, bəzi xərçəng növlərinin, xüsusən də qan xərçəngi lenfomasının çox erkən simptomu ola bilər./BAKU.

  • Həyəcan təbili: Azərbaycanda meymunçiçəyi aşkarlandı?

    “Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb”.

    Median.Az xəbər verir ki, bu sözləri Baku TV-nin efirində yayımlanan “Baku Med” verilişinin yeni buraxılışında infeksionist Ümmanə Nəsirova deyib.

    O, meymunçiçəyi virusunun yeni olmadığını, virusun İngiltərədə aşkarlandıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyəcan təbili çaldığını vurğulayıb. İnfeksionist bu virusun qarşısını almaq üçün peyvəndin vurulmalı olduğunu bildirib.

  • Kafe sahibi hesaba görə müştərini ÖLDÜRDÜ

    Sumqayıt şəhərində 1975-ci il təvəllüdlü Rüfət Məmmədov tanışı, 1977-ci il təvəllüdlü Rövşən Musayevi bıçaqlayaraq öldürüb.

    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, Rüfət Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Anar” adlı kafeni icarə əsasında işlədərkən əvvəllər bir neçə dəfə dostları ilə həmin kafedə yeyib-içdikdən sonra hesabı ödəyə bilmədiyindən nisyə yazdırıb sonradan ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, pulu ödəmədiyinə görə kafenin müştərisi Elçin ilə 11 yanvar 2022-ci ildə, saat 17:00 radələrindən etibarən dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayıb.

    Rüfət kafeni bağlayaraq başqa şəxsə təhvil verdiyini, borcu ödəmək üçün götürdükləri möhlətin son günü olduğunu xatırladıb, borc pulu ondan ödəməyi tələb edib. Elçin pulu ödəməkdən imtina edərək dostlarının ona ödəyəcəyini bildirdib.

    Daha sonra Rüfət Elçinin hesab borcunu verməkdən imtina etdiyinə görə qarşılıqlı olaraq telefon vasitəsi ilə kobud danışaraq bir-birilərini nalayiq ifadələrlə təhqir ediblər. Aralarında yaranmış münaqişəni həll etmək üçün həmin gün saat 17:00 radələrində Elçin ilə görüşüb və ona xəsarət yetirib.

    Bundan xəbər tutmuş Rövşən Rüfətə zəng edərək mübahisə edib, Elçinə bədən xəsarəti yetirməsinə, pulu tələb etməsinə görə ona iradını bildirib. Sonra Rövşən heç vaxt kafedə pul ödəmədiyini bildirib və bu məsələyə qarışmamasını dedikdən sonra qarşılıqlı olaraq həmin telefon danışığı zamanı bir-birilərini nalayiq ifadələrlə söyüblər.

    Rüfət Rövşənin söyüşlərini qəbul etməyərək şəxsi münasibətlər zəminində yaranmış ədavət üzündən onu öldürmək qərarına gəlib. Niyyətini qətiləşdirdikdən sonra Rövşəni mağazanın qarşısına çağırıb.

    Rüfət həmin gün, saat 20:12-də etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmin yerə gedib və Rövşənin də ora gəlməsini gözləyib. Rövşən saat 20:32-də qeyd olunan yerə gəlib.

    Daha sonra Rüfət mağazanın qarşısında Rövşənə yaxınlaşaraq əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsi və boyun nahiyəsinə bir neçə zərbə vurub. Rövşən aldığı bıçaq xəsarətlərindən vəfat edib.

    Hadisəni törədən Rüfətin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

    Rüfət ifadəsində göstərib ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda ailəsi ilə birlikdə yaşayıb: “Mənim ailəm həyat yoldaşım və qızımdan ibarətdir. Təxminən hadisədən iki ay əvvəl Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Zöhraba məxsus “Anar” adlı kafeni icarə əsasında işlətməyə başladım. Kafedə aşpaz və ofisiant işlətmişəm. Onlar gündəlik gəlib işləyiblər. Buna görə də iki ay müddətində çoxlu sayda aşpaz və ofisiant həmin kafedə işləyib. Həmin kafeni işlətməyə başlayandan Elçin adlı şəxs hər dəfə bir neçə nəfərlə birlikdə müştəri kimi həmin kafeyə gəlib. Elçini əvvəllər tanımamışam. Başqa münasibətim, aramızda düşmənçilik və ədavətimiz olmayıb. Elçin mütəmadi kafeyə müştəri kimi gəldiyinə görə, ona nisyə də xidmət etmişəm. Elçinə verdiyim yemək və içkinin pulunu o, ödəyə biləndə ödəyib, ödəyə bilməyəndə isə sonra verəcəyini deyib. Mən də daimi gələn müştəri olduğuna görə, ona bir söz deməmişəm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən üç gün əvvəl kafedə işləri yaxşı olmadığına görə kafeni işlətməyi dayandırıb: “Hadisədən əvvəlki gün isə kafeni Zöhraba təhvil verib.

    Elçinin kafeyə 80 manat borcu qaldı. Elçin neçə nəfərlə kafeyə müştəri kimi gəlsə də, onlara nisyə göstərilən xidmət onun adına hesablanıb. Çünki Elçin həmin borcu özünün ödəyəcəyini deyib. O, borcundan qalan pulu əvvəlki danışıqlarında yanvarın 11-də verəcəyinə söz verib.

    Buna görə də həmin gün, saat 12:00 radələrində Elçinə zəng etdim və mənə olan 80 manat borcunu verməsini istədim. Elçin telefonda bildirdi ki, yas mərasiminə getməlidir, dostları həmin pulu ona verəcəklər. Mənə Elçinin bu sözünə irad bildirdim, pulu mənə həmin gün verəcəyinə söz verdiyini bildirdim. Elçinlə telefonda borcunu verməməsinə görə aramızda sözlə mübahisə yarandı. Biz telefonda görüşmək qərarına gəldik. Elçindən harada olduğunu soruşdum. Elçin 8-ci mikrorayonda mənim işlətdiyim həmin kafenin yanında olduğunu dedi. Ona bildirdim ki, orada gözləsin, gəlirəm. Mən idarə etdiyim “Toyota Prius” markalı avtomobillə həmin kafenin yanına getdim. 8-ci mikrorayon ərazisində işıq idarəsinin yanında Elçinlə görüşdüm. Elçinlə küçədə borcunu verməməsinə görə mübahisə etdik. Mübahisə zamanı bir-birimizin yaxasından tutduq. Lakin Elçini vurub xəsarət yetirmədim.

    Elçin də mənə xəsarət yetirmədi. Mən Elçini təhqir etməmişəm. Elçin də məni təhqir etməyib. Biz mübahisə edəndən sonra Elçinin mənə borcunu ödəməsi ilə bağlı razılığa gələ bilmədik. Mübahisədən sonra bir-birimizdən uzaqlaşaraq getdik”.

    Rüfət bildirib ki, daha sonra həmin gün saat 17:23-də Rövşən ona zəng edib: “Rövşən Elçinlə birlikdə bir neçə dəfə işlətdiyim kafeyə gələrək onunla yeyib-içib. Lakin Rövşən heç vaxt işlətdiyim kafedə hesab ödəməyib. Heç vaxt həmin borcu ödəyəcəyinə söz verməyib. Rövşən telefonda dedi ki, nə üçün Elçinə zəng edib ondan pul istəmişəm. Rövşənə dedim ki, bu məsələ Elçinlə mənim aramdadır, özüm bilərəm. Rövşən bildirdi ki, mən Elçinə qarşı yekəxanalıq edirəm. Rövşənə dedim ki, mən yekəxanalıq etmirəm, borcumu istəyirəm, Rövşən heç vaxt onsuzda kafedə pul ödəyən olmayıb, onluq bir şey yoxdur. Mənim bu sözüm Rövşənin xoşuna gəlmədi. Elçinə zəng edərək bildirdim ki, Rövşən nə üçün mənə zəng edib, aramızdakı məsələni müzakirə edir. Elçin bildirdi ki, lazımdırsa, hazırda xatırlamadığım yanacaq doldurma məntəqəsinə gedərək pulu oradan götürüm. Mən Elçinin bu sözü ilə razı olmadım, pulu özünün gətirərək verməsini dedim”.

    Rüfətin sözlərinə görə, bundan sonra Rövşən ona zəng edib, onunla kobud danışıb: “Mən də buna görə onunla kobud danışdım. Bildirdim ki, telefonda belə ürəkli danışır. Rövşən dedi ki, görüşək. Mən Rövşənə dedim ki, indi görüşək. Rövşən indi işdə olduğunu söylədi. Mən də Rövşənə kobud cavab verərək sağollaşdım, evə getdim. Sonra evdən çıxdım və 9-cu mikrorayon ərazisinə getdim. Həmin vaxt Rövşən zəng etdi, yenə mübahisə etdi. Rövşən məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də Rövşəni nalayiq söyüşlərlə təhqir etdim. Rövşən məndən harada olduğumu soruşdu. Rövşənə 9-cu mikrorayon ərazisində marketin arxasında olduğumu dedim. Sonra idarə etdiyim “Toyota Prius” markalı avtomobildə gözlədim. Marketin yanında mənə məxsus anbar kimi istifadə etdiyim obyekt var. Rövşən mənə zəng edəndə orada olmuşam. “Anar” adlı kafedə işlətdiyim məişət əşyalarını gətirərək ora yığmışam. Həmin vaxt da əşyaların içərisindən əlimə bıçaq keçdi. Bir az keçəndən sonra Rövşən taksi avtomobili ilə marketin arxasından keçən asfalt yolun kənarına gəldi, avtomobildən düşdü. Mən də Rövşəni görərək avtomobildən düşdüm və ona yaxınlaşdım. Niyə mənimlə belə danışdığını dedim, qarşılıqlı bir-birimizi itələdik. Bundan sonra əlimdəki bıçaqla xatırlamadığım sayda zərbələr vuraraq onu öldürdüm. Ətrafda olan şəxslər Rövşənə bıçaqla zərbələr vurduğumu görərək qışqırmağa başladılar. Bu zaman bıçaq əlimdə qaldı. Buna görə bıçağı yaxınlıqdakı tikilinin üstünə tulladım və orada gözlədim. Fikirləşdim ki, bu hadisən törətdiyimə görə polis gələndə ona yaxınlaşacağam. Qısa müddət ərzində mənə mülki geyim formasında, mülki avtomobildə polis əməkdaşları yaxınlaşdılar. Özlərini təqdim etdilər və məni Sumqayıt Şəhər Polis İdarəsinə apardılar”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüfət 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Onun ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi qeyd olunub.

  • Müəllimlərin işə qəbulu ilə bağlı yeni məlumat

    Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

    Bu barədə milli.az-a Təhsil İnstitundan məlumat verilib.

    Bildirilib ki, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 22-dək davam edəcək.

    Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

    Qeyd edilib ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

  • Азербайджанский борец вольного стиля завершил Олимпиаду без медали

    Азербайджанский борец вольного стиля Алиаббас Рзазаде (57 кг) завершил летние Олимпийские игры в Париже без медали.

    Как сообщает корреспондент report из Парижа, соперник спортсмена представитель Узбекистана Гуломжон Абдуллаев, которому Рзазаде проиграл в 1/8 финала, не смог выйти в финал.

    Поражение Абдуллаева на пути к финалу лишило А.Рзазаде шанса на участие в утешительном поединке.

    14:20
    Азербайджанский борец вольного стиля Алиаббас Рзазаде (57 кг) вступил в борьбу на летних Олимпийских играх в Париже.

    Как сообщает корреспондент Report из Парижа, в 1/8 финала Рзазаде проиграл представителю Узбекистана Гуломжону Абдуллаеву со счетом 4:11.

    Если Абдуллаев выйдет в финал, завтра наш представитель примет участие в утешительной встрече.

    Отметим, что летние Олимпийские игры завершатся 11 августа.

  • Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub – YENİLƏNİB

    Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

    “Report”un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.

    Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    14:10

    Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

    “Report”un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.

    Rzazadə rəqibinə məğlub olub – 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Азербайджанская гимнастка завершила выступление на Олимпиаде в Париже

    Азербайджанская гимнастка Зохра Агамирова завершила выступление на летних Олимпийских играх в Париже.

    Как сообщает корреспондент report из Парижа, 23-летняя спортсменка в упражнениях с булавой набрала 26.750 баллов.

    Какое место в итоговом рейтинге займет наша гимнастка, набравшая в общей сложности 117.850 баллов, станет известно по итогам последних выступлений в квалификационном раунде.

    Отметим, что попавшие в первую “десятку” спортсмены пройдут в финальный этап.

    13:03
    Азербайджанская гимнастка Зохра Агамирова начала борьбу на летних Олимпийских играх в Париже.

    Как сообщает корреспондент Report из Парижа, 23-летняя спортсменка выступила с мячом и получила 30 200 баллов.

    Агамирова также выступит с обручем, лентой и булавами. На данный момент она занимает 7-е место.

    Отметим, что летняя Олимпиада Париж-2024 завершится 11 августа