Month: August 2024

  • Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb – YENİLƏNİB

    Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

    Report-un məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

    Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

    Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

    Paralimpiada sentyabrın 8-də başa çatacaq.

  • “Zirə” Konfrans Liqası ilə vidalaşıb

    “Zirə” bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.

    Apasport.az xəbər verir ki, “qartallar” Bakıda Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

    Komandalar arasındakı ilk matçda Nikosiya təmsilçisi 6:0 hesablı qələbə qazanmışdı. Evdə isə təmsilçimiz minimal hesablı qələbə qazanıb – 1:0.

    UEFA Konfrans Liqası
    Pley-off mərhələsi, cavab oyunu
    29 avqust

    20:00 Zirə – Omoniya (Kipr) 1:0
    Qol: R. Utziq, 79
    İlk oyun 0:6
    Zirə”: Tiaqo Silva, Məqsəd İsayev, Ruan Renato, Ange Mutsinzi, Qismət Alıyev, Rüstəm Əhmədzadə, Pyer Zebli, Eldar Quliyev, Rafael Utziq, David Volkov, Salifu Suma.
    Baş məşqçi: Rəşad Sadıqov

    “Omoniya”: Fabiano, Alfa Dionku, Senu Kulibali, Amin Xammas, Filip Helander, Evandro, Mateo Mariç, Novika Erakoviç, Velko Simiç, Andronikos Kokulli, Omar Atzili.
    Baş məşqçi: Valdas Dambrauskas

  • Türkiyə liqasında oynayan voleybolçu evində ölü tapılıb

    Türkiyə Liqasında mübarizə aparan “Nilüfer Belediyespor”un qadınlardan ibarət voleybol komandasının Puerto Rikolu oyunçusu Pilar Marie Viktoria Lopez evində ölü tapılıb.

    Apa xəbər verir ki, Lopezin yuxusuzluq problemi üçün dərman qəbul etdiyi məlum olub.

    Türkiyə Liqasında mübarizə aparan və 3 həftə bundan əvvəl “Nilüfer Belediyespor” Qadın Voleybol Komandasına transfer olunan 28 yaşlı Lopez bugünkü məşqdə iştirak etməyib.

    Lopezlə telefonla əlaqə saxlamaq mümkün olmadığı üçün klub rəsmiləri onun evinə gediblər. Qapını qıraraq evə daxil olan rəsmilər Lopezi yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar.

    Dərhal hadisə yerinə polis və təcili tibbi yardım qrupları çağırılıb. Hadisə ilə bağlı istintaq davam edir.

  • Kiberhücumlar nəticəsində alman şirkətləri 267 milyard avro itirib

    Koronavirus səbəbiylə internetdən istifadənin artması kiberhücumların da artmasına səbəb olub.

    Apa xəbər verir ki, xüsusilə 2020-ci ildə kiberhücumların sayında əhəmiyyətli dərəcədə artım qeydə alınmışdı.
    Koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə artmağa davam edir. Üstəlik, bu hücumların sənayeyə vurduğu ziyan milyardlarla dollara çatır.

    Almaniyanın informasiya, kommunikasiya və yeni media sektorlarının çətir təşkilatı olan BITKOM-un 1000 şirkətlə keçirdiyi kiber hücumlar sorğusunun nəticələri açıqlanıb.
    BITKOM-un sorğusuna görə, alman şirkətlərinə edilən kiberhücumların ümumi zərəri son 12 ayda əvvəlki ilə nisbətən 29 % artaraq 266,6 milyard avroya çatıb.
    Kiberhücuma məruz qalan şirkətlərin 70 faizi hücumu mütəşəkkil cinayətlə əlaqələndirdiyi halda, 45 faizi ən azı bir hücumun Çindən olduğunu bildirib. Almaniya şirkətlərinə edilən kiberhücumlarda Rusiya 39 faizlə ikinci yeri tutub.

  • ÇL-nin liqa mərhələsinin püşkü atılıb

    Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb.
    Apasport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində başlayıb.

    Yeni mövsümdən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

    Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.
    1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.

    1-ci səbətdəki komandaların rəqibləri:


    2-ci səbətdəki komandaların rəqibləri:


    3-cü səbətdəki komandaların rəqibləri:


    4-cü səbətdəki komandaların rəqibləri:


    Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın “Real” klubu olub.

  • В Дашкесане найден труп женщины, зарубившей тещу топором-ФОТО

    В Дашкесане обнаружен труп женщины (Саиды Гасановой), которая скрылась с места происшествия, ранив топором свекровь.

    Как сообщил местному бюро апа житель села Хошбулаг Гудрат Гоюйев, труп был обнаружен в соседнем дворе.

    «Я косил траву во дворе, где было найдено тело. Я заметил, что-то вроде мусора. Я подошел, и понял, что это труп. Это был труп женщины. Ее левая рука была приложена к голове. В таком положении она умерла. Я немедленно сообщил об этом в полицию. Вскоре они приехали и забрали тело. Полицейские сказали, что это Саида Гасанова». Гудрат Гоюев отметил, что несколько раз бывал в этом дворе. Но труп не был замечен из-за густой травы.

    Сотрудники апа побывали в доме Таиры Гурбановой в селе Хошбулаг, которая скончалась в больнице после получения ранения топором от своей невестки. Дочь покойной Шалала Гурбанова рассказала, что тело было найдено в густой траве. Они не могли допустить, что там мог быть труп.
    «Я стояла возле своего дома и увидела, что мимо проезжает много полицейских машин. Я тоже заволновалась. Я спустилась туда, сказали, что обнаружен труп Саиды Гасановой. Я также посмотрела и увидела, что за сараем в траве лежит труп. Как она прошла туда, не оставив следов в траве»,- рассказала она.

    Шалала Гурбанова сообщила, что тело было обнаружено через месяц после инцидента.
    Отметим, что инцидент произошел 27 июля в селе Хошбулаг Дашкесанского района.

    Так, жительница Джалилабадского района Саида Гасанова во время ссоры нанесла тяжелые травмы своей свекрови Таире Гурбановой топором. Женщина с тяжелыми травмами скончалась через несколько дней в одной из больниц Баку.

    По данному факту в прокуратуре Дашкесанского района проводится расследование.

  • Daşkəsəndə qayınanasını balta ilə öldürən gəlinin meyiti tapılıb – FOTO

    Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin (Səidə Həsənova) meyiti tapılıb.

    Apa-nın yerli bürosuna Xoşbulaq kənd sakini Qüdrət Göyüyev bildirib ki, meyit hadisənin baş verdiyi evin qonşuluğunda olan həyətdə aşkarlanıb.

    “Cəsədin tapıldığı məhlənin otunu biçdirirdim. Gördüm ki, zibil kimi bir şey var. Yaxınlaşdım, gördüm ki, meyit var. Bir qadın meyiti idi. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi. Mən də dərhal polisə xəbər verdim. Çox keçmədi gəlib apardılar. Polislər dedilər ki, Səidə Həsənovadır”.

    Qüdrət Göyüyev qeyd edib ki, bir neçə dəfə həmin məhlədə olub. Amma orada ot qalın olduğuna görə meyitin olması hiss edilməyib. Apa-nın əməkdaşları gəlini tərəfindən balta ilə xəsarət yetiriləndən sonra xəstəxanda olan Tahirə Qurbanovanın Xoşbulaq kəndindəki evində olublar.

    Mərhumun qızı Şəlalə Qurbanova bildirib ki, meyitin tapıldığı sıx otluq olub. Həmin əraziyə heç bir iz düşmədiyi üçün inanmayıblar ki, orada meyit aşkarlana .
    “Evimin yaxınlığında durmuşdum gördüm ki, çoxlu polis maşını keçdi. Mən də narahat oldum. Düşüb ora getdim dedilər ki, Səidə Həsənovanın meyiti aşkarlanıb. Mən də baxdım gördüm ki, tövlənin arxasında otluq ərazidə meyit var. Səidə otluğu neçə keçibsə ora iz düşməyib.”, – deyə o bildirib.

    Şəlalə Qurbanova bildirib ki, anasının qatilinin meyiti hadisədən 1 ay bir gün sonra qonşu tərəfindən aşkarlanıb.

    Qeyd edək ki, hadisə iyul ayının 27-də Daşkəsən rayonunun Xoşbulaq kəndində baş verib. Belə ki, Cəlilabad rayon sakini Səidə Həsənova mübahisə zamanı qaynanası Tahirə Qurbanovaya balta ilə ağır xəsarətlər yetirib. Ağır xəsarət alan qadın hadisəsən bir neçə gün sonra Bakıda yerləşən xəstəxanaların birində ölüb.

    Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda araşdırma aparılır.

  • Leyla Əliyeva Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılmasını izlədi – FOTOlar

    Avqustun 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.

    Median.Az xəbər verir ki, mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi seçilmiş təbii ərazilərə buraxılıb.

    Qeyd edilib ki, 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.

    Diqqətə çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan “Biomüxtəlifliyin inkişaf etdirilməsi” layihəsi çərçivəsində çoxaldılıb. Layihənin əsas məqsədi ölkəmizin nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.
    Həmçinin bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də “Zubrların Azərbaycana reintroduksiyası” proqramıdır. 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa çatmaq üzrədir.
    Bu cür layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması istiqamətində fəal olmağa çağırır.


  • Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşdü

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva avqustun 29-da Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüb.
     
    Median.Az xəbər verir ki, Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.
     
    Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.

    Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə biraylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.
     
    Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.

  • Uşaqları ölümə aparan addım – ValideynlərəXƏBƏRDARLIQ

    Qidalanma uşaqların həyatında önəmli prosesdir. Uşaqların immun sisteminin möhkəmlənməsi, böyüməsi üçün sağlam qidalanmaq lazımdır. 
     
    Mütəxəssislərin fikrincə, ziyanlı məhsullarla qidalanma insanların, xüsusən də uşaqların həyatını məhv edir.
     
    Bununla bağlı, mütəxəssis rəyi almaq üçün 2 Saylı Kliniki Uşaq Xəstəxanasının həkimi, uzman doktor, Uşaq qastroenteroloqu Anar Tağıyevlə əlaqə saxladıq.
     
    Mediam.Az xəbər verir ki, həkim BAKU.WS-ə açıqlamasında bildirdi ki, qidalanmada yağlar, proteinlər, minerallar, vitaminlər və karbohidratlar mühüm yer tutur: