Month: August 2024

  • Lukaku “Napoli”yə transfer olub

    Belçikalı forvard Romelu Lukakunun yeni klubu bəlli olub.

    Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu İtaliyanın “Napoli” klubu ilə rəsmi razılıq əldə edib.

    Lukaku 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.

    Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Roma”da keçirən hücumçu 47 oyunda 21 qol vurmağı bacarıb.

  • Мазахир Панахов встретился с делегацией ОТГ-ФОТО

    29 августа председатель Центральной избирательной комиссии (ЦИК) Мазахир Панахов встретился с делегацией во главе с заместителем генерального секретаря Организации тюркских государств Омером Коджаманом, находящейся в нашей стране с визитом для наблюдения за предстоящими выборами в Милли Меджлис.

    Как сообщили апа в отделе медиа и коммуникаций Секретариата Центральной избирательной комиссии, председатель М.Панахов выразил удовлетворение проведением встречи и миссией Организации тюркских государств по наблюдению за предстоящими выборами. Он отметил, что впервые выборы в Милли Меджлис пройдут на всех суверенных территориях Азербайджана, всем участникам выборов будут обеспечены все условия и широкие возможности.

    Председатель ЦИК отметил, что особое внимание было уделено подготовке и проведению выборов на высшем уровне на освобожденных территориях, на которых было создано 54 избирательных участка для реализации конституционных прав более 42 тысяч избирателей, обладающих правом голоса (Обновляется).

  • Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb

    Avqustun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən apa-ya verilən xəbərə görə, sədr M. Pənahov görüşdən və Türk Dövlətləri Təşkilatının qarşıdan gələn seçkilərdə müşahidəçilik missiyası həyata keçirməyindən məmnunluğunu ifadə edib.

    O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar təmin olunduğunu bildirib. MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

    Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən şad olduqlarını deyib və prosesləri fəal şəkildə müşahidə edəcəklərini vurğulayıb. Beynəlxalq müşahidəçilər, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar.

    MSK sədri seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi məqsədilə gerçəkləşdirilən irimiqyaslı layihələr barədə məlumat verib. M. Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, eyni zamanda diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini və çoxsaylı müşahidəçiləri ilə proseslərin müşahidəsinə qatıldıqlarını vurğulayıb.

    Ətraflı məlumat üçün minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri qarşıdan gələn seçkilərdə MSK-ya müvəffəqiyyətlər arzulayıb, seçkilərin xalqımız üçün xeyirli və uğurlu olmasını diləyiblər.

    Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

  • Ofeliya Sənani vəsiyyət etdi: “Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanıdır”

    “Mən hər zaman sənətimi sevmişəm. Heç vaxt sənətimi kiminsə gözündən salmağa çalışmamışam. Mənə o qədər təkliflər gəldi ki, gəl bu sənətdən əl çək. Amma bir an olsun belə sənətimdən uzaqlaşmadım. Bizsiz dublyaj olmurdu. Adil İsgəndərov o vaxt kinostudiyanın rəhbəri olanda məni dəvət etdi. Qarşısında kino lentləri var idi. Dedi ki, qızım, bu lentləri görürsən? Bunlar 100 illərlə yaşayacaq. Amma televiziyada danışırsan, gedir, tarixdə qalmır. Dedi ki, gəl kinostudiyaya, maaşını da sənə artıq verək, bizdə çalış, dublyajda da işlə, filmlərə də çəkil. Deyirdi ki, heyifsən, amma getmədim, televiziya mənim üçün doğma olub”.

    Median.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib:

    “Aparıcı verilişini öz övladı, doğması bilməlidir. Bu vacibdir. Bunu bilməyən aparıcı, əlbəttə ki, sabah tamaşaçısına hörmət etməyəcək. Bəzən görüb əsəbiləşirəm. Özlərinə hörmət etmirlərsə, tamaşaçıya hörmət etsinlər. Dayana bilmirəm, zəng edib tövsiyələrimi verirəm. Eşidən eşidir, eşitməyən də eşitmir. Geyimlərini bilmirlər, aksesuarlarını bilmirlər, bəzənib-düzənməklərini bilmirlər. Biz hörmət qazanmışıq. Onlar da çalışsınlar hörmət qazansınlar”.

    Səhhətinə görə müalicə alan sənətkar övladlarına vəsiyyət etdiyini də deyib:

    “Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi. Dedi ki, səndən gözləməzdim. Mənim o evimdən heyf! Çox qonaqpərvər, qapısı açıq ev idi. Elə bil ki, ev özü dəvət edirdi hər kəsi”.

  • Sabah Səbail rayonunun bir hissəsində qaz olmayacaq

    Bakının Səbail rayonunun Nizami küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Report bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonunun Nizami, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, 28 May küçələrinin və Azadlıq prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • İlham Əliyev Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olundu

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub. Rəsmi Moskva Bakının müvafiq birliyə üzvlüklə bağlı müraciətini dəstəkləyir.
     
    Median.Az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə məlumat verib.
     
    Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə münasibət bildirən nazir müavini Moskvanın buna çox sevindiyini qeyd edib.
     
    “Biz Azərbaycanın müraciətini dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan BRİCS-ə qoşulmaqla, şübhəsiz ki, əlavə dinamika və unikal təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək təcrübəsi gətirəcək güclü namizəddir”, – Ryabkov deyib.
     
    O həmçinin qeyd edib ki, BRİCS-in kvintessensiyası təzyiq və şantajın inkarı və beynəlxalq hüququn prinsip və normalarına hörmətdir.
     
    “Bütün bunlar Azərbaycanın Prezidentinin rəhbərliyi altında həyata keçirdiyi siyasətə tam uyğundur. Bizim Azərbaycanla əla münasibətlərimiz var. Hesab edirəm ki, BRİCS-ə doğru hərəkət və BRİCS ilə yaxınlaşma davam edəcək, amma eyni zamanda qeyd etmək istərdim ki, BRİCS-də bütün qərarlar konsensusla qəbul edilir. Sədrlikdən çox şey asılı olur, amma heç də hər şey deyil”, – nazir müavini vurğulayıb.
     
    O həmçinin əlavə edib ki, ötən il Yohannesburqda keçirilən sammitdə verilən tapşırıqlara uyğun olaraq, Prezident İlham Əliyevin dəvət olunduğu Kazan sammitinə gələcək tərəfdaş dövlətlərin siyahısı hazırlanır.
     
    “Müxtəlif imkanlar, müxtəlif alqoritmlər var. Amma biz Azərbaycanın BRİCS-ə qoşulmaq ilə bağlı müraciətini dəstəkləyirik”, – Ryabkov bildirib.
     
    Xatırladaq ki, avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Report”a Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlamışdı. Bu barədə qurumun özü də “X” sosial şəbəkəsindəki rəsmi hesabında xəbər yerləşdirib.
     
    Avqustun 21-də Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciətinə Kazan sammitində baxıla bilər.
     
    BRİCS 2006-cı ildə yaradılan hökumətlərarası təşkilatdır və tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

  • Dünyanın ən yaxşı hava əlaqəsi olan hava limanları – İstanbul birincidir

    İstanbulun (Türkiyə) beynəlxalq hava limanı dünyada ən yaxşı bağlı hava limanı kimi tanınıb. Hazırda buradan dünya üzrə ümumilikdə 309 reys keçir.

    Qaynarinfo “The Independent”ə istinadən xəbər verir ki, bunu əməkdaşları 2024-cü ilin yanvar-iyun ayları arasında hər bir aviasiya qovşağının neçə hava limanını birləşdirdiyini hesablayan “Cirium” şirkətinin təhlilindən əldə edilən məlumatlar sübut edir.

    İkinci, üçüncü və dördüncü yerləri Avropanın üç əsas kontinental qovşağı tutur: Almaniyadakı Frankfurt-Mayn (296 istiqamət), Fransanın paytaxtı Parisdəki “Şarl de Qoll” (282 istiqamət) və Niderladın paytaxtı Amsterdamdakı “Schiphol” ( 270 istiqamət) limanları.

    Dubay Hava Limanı (BƏƏ) 269 istiqamətlə 6-cı yerdə qərarlaşıb. 7-9-cu yerləri Dallas-Fort Uort (ABŞ), Şanxay-Pudong (Çin) və Atlanta (ABŞ) tutur. İlk onluğa daxil olan digər bir Avropa hava limanı 234 istiqamətə uçuşç olan “Romanın Fiumicino” (İtaliya) hava limanıdır.

    Qeyd edək ki, yeni İstanbul hava limanı 29 oktyabr 2018-ci ildə istifadəyə verilib. Aeroport daha kiçik Atatürk hava limanını əvəz etmək üçün tikilib. 2023-cü ilin yanvar ayında İstanbul hava limanı 34 km uzunluğunda və yeddi stansiyası olan yeni M11 metro xətti ilə şəhərlə birbaşa əlaqə əldə edib.

  • “Gənclik Mall”dan 120 manatlıq papaq oğurlandı

    Dünən “Gənclik Mall” Ticarət Mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, oğurluğu törədən C.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Belə ki, C.B. “Gənclik Mall”dakı “New Yorker” mağazasından qiyməti 120 manat bir ədəd papaq oğurlayıb.

    O, məhkəmə ifadəsində hadisəni törətdiyini etiraf edib və əməlindən səmimi peşman olduğunu bildirib. Həmçinin bir daha belə hallara yol verməyəcəyini deyib və barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

    Məhkəmə onun peşmanlığını nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 160 saat ictimai işlər növündə tənbeh tətbiq edib. Həmin şəxs iclas zalından azad olunub.

  • “TikTok” canlı yayımında xanım hüquqşünası söydü – Həbs edildi

    “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı “AS Hüquq” şirkətinin direktoru Aysel Süleymanovanı söyən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, Aysel Süleymanova rəhbəri olduğu şirkət adından “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq hüquqi məsələhtlər verib.

    1986-cı ildə Hacıqabul rayonunda anadan olmuş M.B. canlı yayım zamanı Aysel Süleymanovaya SMS yazaraq, sual ünvanlayıb. Hüquqşünas ona gec cavab verdiyi üçün M.B. onu söyərək, təhqir edib.

    “AS Hüquq” şirkətinin direktorunun şikayəti əsasında M.B. avqust ayının 28-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.

    Təqsirləndirilən şəxs məhkəmədə Aysel Süleymanovanın da ona qarşılıq verərək, söyüş söydüyünü bildirib və barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə M.B. 10 gün müddətinə həbs olunub.

  • “Kubik” kəskin bahalaşdı – Evlərin qiyməti artacaqmı?

    Azərbaycanda mişar daşı kəskin (kubik) bahalaşıb.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov məlumat verib.

    Ekspert bildirib ki, mişar daşının qiyməti əvvəlki satış qiyməti ilə müqayisədə 10-15% bahalaşıb:

    “Bunun səbəbi karxanaların fəaliyyəti ilə əlaqədardır. Karxanaların sayı azalıb. Məhdudiyyətlər var”.

    Xatırladaq ki, mişar daşının bir ədədinin qiyməti 45 qəpik idi, bu gün isə 60 qəpiyə təklif olunur.