Month: August 2024

  • Paris-2024: Taekvondoçumuz mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq

    Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

    İlk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

    58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

    Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Məhəmməd Əs-Sayed (Misir) və David Loşontsi (Macarıstan) ilə üz-üzə gələcək.

    Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

  • МЧС предупредило население об опасности купания в ветреную погоду

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с ожидаемыми погодными условиями.

    Об этом сообщили в ведомстве.

    По данным Национальной службы гидрометеорологии, сегодня и завтра на территории страны, особенно в Баку и на Абшеронском полуострове, ожидается ветреная погода, временами ветер будет усиливаться.

    В связи с этим МЧС вновь напоминает населению, что в ветреную погоду купаться в море опасно, и призывает строго соблюдать соответствующие правила безопасности.

  • FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutanlara müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

    Bu barədə FHN-dən bildirilib.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

    Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

  • Türkiyə hotellərində “hər şey daxil” sistemi ləğv edilir?

    “Turizmdə maraqlı tərəflər “hər şey daxil” sistemindən şikayətlənsələr də, iş düyməyə basmağa gələndə kimsə addım atmır”.

    Median.Az-ın “Hürriyet”ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Aralıq Dənizi Turistik Hotelçilər və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin üzvü, “Cornelia Diamond Golf Resort&SPA” hotelinin baş direktoru Zafer Alkaya nəşrə müsahibəsində danışıb.

    Onun sözlərinə görə, bir zamanlar “hər şey daxil”dən qazanc əldə edən Türkiyə artıq yeni imkanlar barədə düşünməlidir.

    “Bu sistem illər əvvəl inkişaf və sıçrayış mərhələsində olan turizm hərəkatımız üçün çox əhəmiyyətli bir çıxış yolu oldu. Bu sahədə əldə etdiyimiz uğurlu nəticələr, təbii ki, danılmazdır. Amma illər sonra içindən keçdiyimiz bu yeni proseslərdə bu məsələ masaya yatırılaraq yenidən müzakirə edilməlidir. Bütünlüklə bu sistem üzərində israr etmək isə gələcəkdə yeni problemlərlə qarşılaşmağımıza səbəb ola bilər.

    Nəticədə “hər şey daxil” sistemi artıq bir tabu kimi qəbul edilməməlidir.

    Digər tərəfdən, sektorumuzla bağlı başqa mühüm bir reallıq odur ki, turistləri qəbul etdiyimiz bazarlar baxımından çeşidimizi genişləndirməliyik. Həmişə tanıdığımız və vərdiş etdiyimiz üsullarla irəliləməyə çalışmaqdan qəti şəkildə imtina etməliyik”, – deyə Zafer Alkaya qeyd edib.

    “Turizm işində maraqlı olan kiminlə danışsanız, illərdir “hər şey daxil” sistemindən şikayətlənir. Hotel sahibi, vətəndaş cəmiyyəti qurumları, agentliklər, kiçik biznes sahibləri, bələdiyyə sədrləri, siyasətçilər, hətta nazirlər belə… İş düyməni basmağa gələndə isə ətraf birdən-birə boşalır. Bir zamanlar “hər şey daxil”dən qazanc əldə edən Türkiyə artıq yeni imkanları nəzərdən keçirməlidir. Üstəlik, bəlkə də bunun vaxtıdır… Niyə? Çünki bu il turizm obyektlərinin doluluq dərəcələrində problem var”, – deyə o əlavə edib.
    //oxu.az

  • “Bavariya”nın ulduz futbolçusu gələcəyi ilə bağlı qərar verdi

    “Bavariya”nın 29 yaşlı sağ cinah müdafiəçisi Coşua Kimmix bir neçə Avropa nəhənginin marağına baxmayaraq, Münhen klubunda qalmaq qərarına gəlib.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, alman futbolçunun bu qərarı qətidir.

    Qeyd edək ki, Kimmix 2015-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 390 matçda iştirak edib, 42 qol vurub, 104 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

  • Türkiyədə qalmaqallı hadisə: Bir imam digər imamın arvadını qaçırdı

    Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda qalmaqallı hadisə baş verib.

    Məsciddə imam olaraq çalışan H.A.-nın evdar qadın olan arvadını başqa bir məscidin imamı Şanlıurfaya qaçırıb.

    Bu barədə Median.Az “Sondakika.com”a istinadən məlumat verir.

    Məlumata görə, hadisə bölgədə böyük əks-səda doğurub. Həmçinin qadının ailəsi qızlarını qaçıran imamın öldürülməsini istəyib.

    “Qızımızı da, qaçıranı da güllələyəcəksən”, – deyə qadının ailəsi onun əri olan imamdan tələb edib.

    İşə bölgənin nüfuzlu şəxsləri qarışıblar və bundan sonra vəziyyət hələlik sakitləşib.

    Lakin məhəllə muxtarı Zeynel Şeker arvadı qaçırılan imamın nüfuzuna xələl gəldiyini və qadının pis nümunə olduğunu, bu səbəbdən də onun bu məhəllədə işləməyə davam etməsinin məqbul olmadığını bildirib və vəzifəsindən getməsi üçün müftiliyə müraciət edəcəklərini deyib.

    “İmam H.A.-nın məhəlləmizdə işləməyə davam etmək kimi bir ehtimalı yoxdur. O, yaxşı insan idi. Çox da sevirdik. İmamın arvadı məhəlləmizə pis nümunə oldu. İmamımız olduqca kədərlidir, öz kəndinə getdi, amma qayıtdı. Etibarı zədələnib. İmamın bir günahı yoxdur. Lakin biz müftiliyə müraciət edəcəyik ki, bizim məhəllədə işləməsin. Bu belə olmalıdır”, – deyə muxtar qeyd edib.
    //oxu.az

  • В Турции произошло землетрясение

    В Турции, на берегу Средиземного моря произошло землетрясение.

    Об этом сообщило Управление по ликвидации последствий стихийных бедствий (AFAD).

    Согласно информации, землетрясение магнитудой 4,6 было зарегистрировано в провинции Адана (Козан) в 5:32 по местному времени (6:32 по бакинскому – ред.), очаг землетрясения залегал на глубине 7 км.

    Информация о разрушениях и пострадавших пока не поступала.

  • Adanada yer silkələndi

    Türkiyənin Aralıq dənizi sahilində yerləşən vilayətində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Bildirilir ki, yeraltı təkanlar Adananın Kozan yaşayış məntəqəsində yerli vaxtla 05:32-də qeydə alınıb.

    Zəlzələ 7 km dərinlikdə baş verib.

    İtki və dağıntılar barədə məlumat yoxdur.

  • Türkiyəli nazir danışdı: “Instagram” nə vaxt açılacaq?

    Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Instagram” sosial media platformasının açılıb-açılmayacağı ilə bağlı yeni təfərrüatdan danışıb.

    Bu barədə Median.Az “Sondakika”ya istinadən bildirir.

    Uraloğlu açıqlamasında məsələ ilə bağlı ciddi irəliləyiş əldə olunduğunu, tələblər yerinə yetirildikdən sonra girişin təmin ediləcəyini deyib. Nazirin bu sözləri insanlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

    Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra paylaşılan başsağlığı mesajlarının “Instagram” tərəfindən senzuraya məruz qaldığını bildirmişdi. Altunun açıqlamasından bir neçə dəqiqə sonra isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi avqustun 2-dən etibarən milyardlarla üzvü olan məşhur “Instagram”a girişi bloklamışdı.

    “Tam olaraq istədiyimiz nəticəni ala bilməmişik, izləyirik və fəal şəkildə danışıqlar aparırıq”, – deyə Abdulkadir Uraloğlu “Instagram” rəsmiləri ilə baş tutan iclasdan sonra açıqlama verib. Onun sözlərinə görə, META şirkəti müdafiəsində ABŞ-nin HƏMAS-ı terror təşkilatı olaraq qəbul etdiyini və paylaşımların alqoritmlər tərəfindən bloklandığı ifadə edib.

    “Instagram”a girişi niyə dayandırdıq? Kataloq cinayətləri ilə bağlı istədiyimiz addımları atmadılar. İki görüş keçirildi. Qarşı tərəfə həssas olduğumuz məqamları izah etdik. Burada bir məqamı diqqətdənkənar qoymamalıyıq, bir şirkət düşünün, onun qanunları olduğu kimi, bizim ölkənin də öz qanunları var. Bizim bəzi tələblərimizə “Şirkətimizin qanunları var” deyirlər. Amma siz bu ölkədə fəaliyyət göstərirsiniz. Bu ölkənin qanunları yoxdurmu? Əlbəttə, var. Siz də bunlara əməl etmək məcburiyyətindəsiniz. Hətta İsmayıl Haniyə ilə bağlı başsağlığı yazılarına belə icazə verilmir. Lakin ciddi irəliləyiş əldə etmişik. Tələblər yerinə yetirildikdə maneə aradan qaldırılacaq. Düşünürəm ki, çox keçmədən bizim həssaslığımızı nəzərə alacaqlar”, – deyə Uraloğlu bildirib.

  • В Париже у замминистра спорта Южного Судана украли сумку с деньгами

    Неизвестные в Париже украли сумку заместителя министра спорта и молодежной политики Южного Судана с 35 000 долларов (около 59 500 манатов – ред.).

    Как передает Median.Az со ссылкой на журнал Valeurs Actuelles, речь идет о средствах на содержание делегации страны во время Олимпиады-2024.

    По данным издания, инцидент произошел в гостинице в пригороде Вильжюиф в воскресенье вечером. Чиновница оставила сумку без присмотра на одном из столов в лобби отеля. Сотрудники, находившиеся в тот момент в помещении, заявили, что ничего не видели.

    В сумке также были ювелирные украшения, документы пострадавшей, ее мобильный телефон и различные пропуска для доступа на олимпийские объекты.

    Позднее сумка была обнаружена полицией в коммуне Масси под Парижем, однако денег и украшений в ней не оказалось.