Month: August 2024

  • Türkiyə öz “Dəmir günbəz”ini yaradacaq

    Türkiyədə süni intellektdən istifadə etməklə çoxsəviyyəli “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi yaradılacaq.

    Median.Az Haber Global-a istinadən xəbər verir ki, bu məsələ ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında müzakirə edilib.

    Bildirilib ki, “Dəmir Günbəz” layihəsi hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və onun vasitəsilə real vaxt rejimində qərar qəbul etmək üçün məlumatların ötürülməsini nəzərdə tutur.

    İclasda həmçinin, Silahlı Qüvvələr üçün milli qırıcı KAAN, Bayraktar TB3, Akıncı və Aksunqur PUA-ları, kamikadze və mini dronlar, elektron döyüş sistemləri, müxtəlif dərəcəli PUA-lardan qorunma layihələri nəzərdən keçirilib. Bundan başqa, zirehli texnikanın, döyüş təyyarələrinin daxili imkanlar nəzərə alınmaqla modernləşdirilməsi, komanda, idarəetmə və rabitə sistemlərinin satın alınması layihələri nəzərdən keçirilib.

    Qeyd edək ki, İsrail də “Dəmir Günbəz” adı altında hava hücumundan müdafiə sistemi istehsal edir.

  • Хорошая новость для родителей: в Азербайджане подешевела школьная форма – ВИДЕО

    В Азербайджане в преддверии нового учебного года подешевела школьная форма.

    Как сообщает xezerxeber.az, покупателей этой продукции пока мало, однако наблюдается снижение цен.

    Менеджер по продажам Бакинского швейного дома Этибар Азимов отметил, что по сравнению с прошлым годом стоимость снизилась. В настоящее время продается единая школьная форма трех разных цветов в соответствии с документом, утвержденным Кабинетом министров.

    В компании также подчеркнули, что в этом году они не получали какой-либо информации от Министерства науки и образования об обновлении формы.

    На весь товар, продаваемый швейным домом, предоставляется годичная гарантия.

  • Valideynlərə şad xəbər: Məktəbli formaları UCUZLAŞDI (VİDEO)

    Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb.

    Xezerxeber.az-ın məlumatına görə, məktəbli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

    Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.

    Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq üç müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

    Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

    Tikiş evi tərəfindən satılan bütün məhsullara 1 illik zəmanət verilir.

  • Cуда в Каспийском море предупредили о сильном ветре

    Центр управления движением судов Государственного морского и портового агентства Азербайджана предупредил суда о ветреной погоде.

    Об этом Report сообщили в центре.

    В предупреждении говорится, что сегодня и завтра в связи с усилением северо-западного и северного ветра до 25-27 м/с в акватории Каспийского моря высота волн будет достигать 3-5 м.

  • Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ edildi

    Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə “Report”a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

    Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi sabaha kimi davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.

  • Yarım milyon manata yaxın mənimsəmədə təqsirləndirilən vəzifəli şəxs barədə qərar verildi

    Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan, ləğv edilmiş “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib.

    “Report” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

    Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.

    Qeyd edək ki, Vahid Əliyev 2017-ci ildə həbs olunub. O, banka pul qoyan 15 müştərinin 500 000 manata yaxın pulunu mənimsəməkdə ittiham edilib.

    Xatırladaq ki, 2016-cı ildə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv olunub.

  • Bakının məşhur restoranında dava düşdü: Saxlanılanlar var

    Avqustun 4-nə keçən gecə Bakı şəhər, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” restoranında dava olub.

    Demokrat.az xəbər verir ki, restoranda istirahət edən beş nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.

    Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslər saxlanılaraq polis bölməsinə aparılıblar.

    Onlardan ikisi – 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Digər üç nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Həsənova 20 sutka inzibati həbs cəzası verilib. Kamran Babayev isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.

  • Beyləqanda ağır QƏZA: İdarəetmədən çıxan maşın ağaca çırpıldı

    Beyləqanda baş verən qəzada sürücü ağır xəsarət alıb.

    “Trend” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Rayon sakini, 2003-cü il təvəllüdlü Ağamir Ağaəli oğlu Quluzadə idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

    Nəticədə sürücü ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

    AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

    O, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.

    Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.

    “Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.

  • Что получила узбекская дзюдоистка за победу на Олимпиаде?

    На Олимпиаде-2024 в Париже узбекская дзюдоистка Диёра Келдиёрова совершила практически невозможное – выиграла Олимпиаду в дивизионе, где властвовала непобедимая Ута Абэ и стала первой женщиной из Узбекистана, которая выиграла золотую медаль на летних Олимпийских играх, передает Median.Az со ссылкой на sports.tj.

    Диёра несколько раз завоевывала медали на чемпионатах мира, но никогда не восходила на высшую ступень пьедестала почета. По приезду в Узбекистан девушку ждали царские подарки, а президент страны Шавкат Мирзиёев лично поздравил ее с победой.

    Исторический триумф Келдиёровой не остался без внимания узбекского правительства. Так олимпийская чемпионка получит наград на общую сумму практически в 6 613 000 000 сум (около 892 000 манатов – ред.):

    От президента Узбекистана: 200 000 долларов (340 000 манатов – ред.) и автомобиль Chevrolet Tahoe (согласно официальным данным, около 161 500 манатов – ред.).

    От мэра Ташкента: 3-комнатная квартира в Ташкенте (стоимость от 118 000 манатов – ред.) и 100 000 долларов (170 000 манатов – ред.).

    От мэра Хорезма: квартира в Ургенче (однокомнатная, стоимость от 49 500 манатов – ред.) и автомобиль Chevrolet Malibu 2 (около 44 200 манатов – ред.).