Month: August 2024

  • Nadirin 200 min dollarlıq maşını elan saytında ucuz qiymətə SATIŞA QOYULDU – VİDEO

    Bir zamanlar müğənni Nadir Qafarzadənin olduğu iddia edilən avtomobil indi dəyərindən çox ucuz qiymətə satılır.

    Bir vaxtlar Nadirin sürdüyü 200 min dollarlıq “Maserati” hazırda elan saytlarında 30 min manata satışa qoyulub.

    Bu iddia ilə sosial şəbəkələrdə görüntülər yayılıb.
    //titul.az

  • Azərbaycanda taksi şirkətinə cərimə protokolu yazıldı

    “Qrand-Taksi” MMC-yə cərimə protokolu yazılıb.

    Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

    Protokola Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevın sədrliyi ilə baxılacaq.

    13.08.2024-cü il saat 15:05-ə baxış iclası təyin edilib.

    Protokol təsdiq olunarsa, “Qrand-Taksi” MMC min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə oluna bilər.
    //banker.az

  • Nadir “Volqa” satışa çıxarılıb

    Stavropolda Rusiya DTK üçün hazırlanan nadir “Volqa” satılır.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə “Motor.ru” məlumat yayıb.

    1991-ci ildə buraxılan Volqanın kapotu altında standart olaraq “Chaika” avtomobillərində quraşdırılmış 195 at gücünə malik V8 mühərriki var.

    Kamuflyaj üçün avtomobilin salonunda adi ötürmə qolu və pedal quraşdırılıb.

    Satılan avtomobildə hələ də xüsusi kommunikasiyalar üçün dayaqlar və əlavə akkumulyator var.

    Qeyd edək ki, avtomobil üçün sahibi 2,7 milyon rubl istəyir.

  • Dövlət Xidmətinin cərimələdiyi türk iş adamı məhkəməyə üz tutdu

    Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Bahri Yıldırımı cərimələyib.

    İş adamına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb.

    Bahri Yıldırım qərardan məhkəməyə şikayət verib. Onun şikayətinə Səbail Rayon Məhkəməsində baxılacaq. Avqustun 13-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.

    192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

    Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Bahri Yıldırımın konkret hansı məbləğdə cərimə olunduğu məlum deyil.

    Türkiyəli iş adamı Azərbaycanda qeydiyyatdan keçən “Karabakh-Star Services” MMC-nin rəhbəridir.
    //qaynar.az

  • Firəngiz Rəhimbəyova niyə ölümündən 3 həftə sonra dəfn olunub? – Qızı açıqladı (VİDEO)

    Mərhum aktrisa Firəngiz Rəhimbəyovanın qızı Reyçel onunla bağlı xatirələrini bölüşüb.

    O, ABŞ-də yaşayan azərbaycanlı aparıcı Səxavət Nurun “Americano” yutub layihəsində anasının ölümündən 3 həftə sonra dəfn olunmasına aydınlıq gətirib:

    “Qəfil ölüm idi deyə sənəd işləri uzun çəkdi. Onun həkimi şəhərdə olmadığı üçün tamamilə başqa xəstəxanada, başqa həkimini iş saatında ölmüşdü. Ölüm sənədini təsdiqləmək, xəstəxanalar arasında sənədləşdirmənin uzanması, dəfn vaxtının uzanmasına səbəb oldu. Həm də heç birimiz bu ölümə hazır deyildik. Onu harada dəfn edəcəyimiz belə bilmirdik. Yaşlı və ya xəstə insan olanda ən azından əvvəlcə bu haqda düşünürsən, amma anamın qəfil ölümü heç ağlımdan belə keçmirdi. Bizim ailəmizdə heç vaxt heç kəs ölməmişdi. Mən şok yaşadım. Qardaş və ya bacım olmadığı üçün bütün yük mənim və həyat yoldaşımın üzərində idi. Nəzərə alanda ki, tamamilə bitmiş vəziyyətdə idim, dəfnlə bağlı bütün məsuliyyət ərimin üzərində idi. Həm də mən daha yaxşı məzarlıqda dəfn olunmasını istəyirdim. Bu səbəblərdən öldüyü gündən bir neçə həftə sonra dəfn olundu. Başqa bir mistik səbəbi yoxdur”.

    Qeyd edək ki, “Bəxt üzüyü” filmində “Sevda” obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Qızı adını daha sonra Reyçel olaraq dəyişib. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova 2022-ci ilin avqustunda ürəktutmadan dünyasını dəyişib.

  • Rusiya yayın sonuna qədər cəbhə xətti boyunca böyük hücuma başlamayacaq

    Rusiya bu yay Ukraynanın şərqində cəbhə xəttində yeni koordinasiyalı hücuma başlamayacaq.

    Bu barədə həm Qərb analitikləri, həm də Kiyevdəki hakimiyyətlər danışır deyə, Newsweek yazır.

    “2022-ci ilin fevralında olduğu kimi, bütün cəbhə xətti boyunca genişmiqyaslı hücumun təkrarlanmasından söhbət gedə bilməz”, – Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

    2022-ci ilin fevralında Moskva Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayanda Kreml tez bir zamanda separatçıların nəzarəti altında olan Donetsk və Luqansk vilayətlərindən Ukraynanın şimal və şərqinə qədər əhatə dairəsini genişləndirib. 2014-cü ildən Moskva Krımı da əlində saxlayır.
    2022-ci ilin payızında Ukrayna ildırım sürəti ilə əks hücumda Xarkov vilayətinin şimal-şərqi də daxil olmaqla ərazini geri alıb.

    Bununla belə, Rusiya 2024-cü ilin fevralında Avdeyevka şəhərinə iddia edərək, növbəti aylarda qərbə doğru irəliləyərək, Ukraynanın şərqində yavaş-yavaş, lakin davamlı olaraq əraziləri qazanıb. Moskva qoşunları sakitcə strateji müdafiə əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşıb və Ukrayna ardıcıl olaraq cəbhə xəttinin bu hissəsində şiddətli toqquşmalar barədə məlumat verir.

    Bazar günü Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, onun qoşunları Avdeyevkanın qərbində və Pokrovskdan cənub-şərqdə yerləşən Novoselovka Pervaya kəndini ələ keçirib.

    Mayın əvvəlində Rusiya Xarkov vilayətinə qarşı hücuma keçib. Ukrayna tez bir zamanda bildirib ki, yeni cəbhənin açılması onun həyati resurslarını şərqdəki qaynar nöqtələrdən uzaqlaşdırmaq məqsədi daşıyır.

    Bununla belə, iyulun sonunda Müharibələrin Tədqiqi İnstitutu bildirib ki, rus qoşunları “maddi və insani məhdudiyyətlərə görə çətin ki, yeni yay hücum əməliyyatı keçirsin”.

    Ayın sonunda Moskva Ukraynanın qərbindəki Donetsk bölgəsində “lokallaşdırılmış” səylərlə irəliləyirdi, lakin “Donetsk bölgəsində və ya bu cəbhənin başqa yerlərində ayrıca, yenidən qurulmuş hücum əməliyyatı keçirmək üçün daha geniş yay əməliyyat imkanlarına malik deyil”, – analitiklər qeyd ediblər.

    Londonun analitik mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) quru müharibəsi üzrə tədqiqatçısı Nik Reynolds bu qiymətləndirmənin çox doğru olduğunu bildirir. Lakin vəziyyət “hər iki tərəf üçün kövrəkdir” və “çox gözlənilməzdir”, – o deyib.

    Analitiklər və rəsmilər deyirlər ki, Moskva Kremlin öz resursları tükənənə qədər Kiyevin qırıcılarını və texnika ehtiyatlarını yox etməyə ümid edərək məhvetmə müharibəsi aparır.

    Qərb kəşfiyyatı Rusiyanın İran, Çin və Şimali Koreya kimi müttəfiqlərindən silah aldığını göstərsə də, Moskva tez bir zamanda müdafiə sənayesini müharibə vəziyyətinə salıb və sovet texnikasının böyük ehtiyatlarına arxalanıb.

    Rusiyanın qazancı şəxsi heyətinin yüksək itkiləri ilə gücləndirilib və Ukrayna son aylarda tez-tez xəbər verir ki, hər gün 1000-dən çox Moskva döyüşçüsü yaralanır və ya öldürülür. Kiyevin hesablamalarına görə, Rusiya hər ay öz qoşunlarına təxminən 30 000 yeni çağırışçı cəlb etməyə qadirdir.

    Ukrayna Qərb tərəfdaşlarından, xüsusən də hərbi texnikadan əhəmiyyətli yardım alır. Lakin NATO-nun Kiyevə sadiqliyi ilə bağlı ictimai bəyanatlara baxmayaraq, Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə gələcək hərbi yardımın tədarükü ilə bağlı aktual suallar yaranır.

    Bununla belə, Ukrayna prezidenti Vladimir Zelenski bazar günü F-16 qırıcılarının artıq Ukraynada olduğunu təsdiqləyib. Kiyev Rusiyanın səylərini dəf etmək və hava hücumundan müdafiəni gücləndirmək üçün qabaqcıl təyyarələrdən istifadə etməyə ümid edir.

    Reynolds Rusiyanın genişmiqyaslı hücumunun gələn il daha çox olacağını düşündüyünü deyib, baxmayaraq ki, Moskva ona qədər daha kiçik əməliyyatlar keçirməyə cəhd edə bilər. Hücumedici sarsıntılar adətən qış və ya gec payızdan dərhal sonra baş verən yağışlı mövsümdən qaçaraq yaz və ya yay aylarında baş verir. Tanklar və zirehli maşınlar keçilməz yollarda ilişib qalır.
    //qaynar.az

  • Avtoservisdən dizellə işləyən maşın qaçırdı, benzin töküb sürdü – Polisə yaxalandı

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehmandarov küçəsi 49-da yerləşən “Amexline” adlı avtoservisdən avtomobil qaçıran şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 2008-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş İmaməli M. sözügedən avtoservisə daxil olaraq, bir günlük avtomobil sürmək üçün maşın qaçırmaq qərarına gəlib.

    İmaməli avtoservisdə bir neçə avtomobilin ön şüşələrini daşla qırıb, lakin onlardan heç birini işə sala bilməyib. Bundan sonra həmin avtoservisin həyətində olan tanımadığı şəxsə məxsus “Hyundai Elantra” markalı markalı avtomobili görüb. Avtomobilin qapısının açıq olduğunu gördükdən sonra onu işə salıb. Daş parçası ilə avtoservisin darvazasının qıfılını qırıb və avtomobili qaçırıb.

    Dizellə işləyən avtomobilə benzin tökərək təxminən 2 saat şəhərdə sürüb. Nizami rayonu Xalqlar dostluğu metrostansiyasının yaxınlığında təkəri partladığı üçün maşını saxlamalı olub.

    Hadisə yerinə evakuator çağıran təqsirləndirilən şəxs pulu olmadığı üçün verə bilməyib və avtomobil DYP-nin cərimə meydançasına aparılıb. Orada məlum olub ki, İmaməli maşını qaçırıb. O, saxlanılaraq barəsində cinayət işi açılıb.

    Məhkəminin qərarı ilə İmaməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Bu şəxslərin namizədliyi ləğv oluna bilər! – XƏBƏRDARLIQ

    Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq namizəd olmaq istəyənlərin müraciəti üçün nəzərdə tutulan müddət başa çatıb.

    Gələn həftədən ölkədə seçkiqabağı təşviqat başlayır. Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.

    Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da xəbərdarlıq edib.

    O bildirib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamalı deyillər: “Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.

    Belə olan halda qanunu pozan namizədləri hansı cəza tədbirləri gözləyir? Onların namizədliyi ləğv oluna bilərmi?

    Modern.az-ın məlumatına görə, cəza tədbirləri qanun pozuntusunun növündən asılı olaraq dəyişə bilər.

    Təşviqat qaydalarının pozulması hər bir hala uyğun özünəməxsus cəza tədbiri ilə nəticələnə bilər. Namizəd bilmədən hansısa qanun pozuntusuna yol verdikdə Dairə Seçki Komissiyası ona xəbərdarlıq edə bilər.

    Amma həmin namizəd və ya onun səlahiyyətli nümayəndələri pozuntulara əhəmiyyət verməyib yenidən davam edirsə, DSK onun namizədliyinin ləğvinə belə qərar verə bilər.

    Qanunu pozan namizədlər cinayət məsuliyyətinə belə cəlb oluna bilər.

    Təşviqat Konstitusiya və digər qanunvericilikdə, həmçinin Seçki Məcəlləsində göstərilən qanun pozuntularını özündə əhatə edirsə, yəni zorakılığa, hər hansı dini, cinsi, irqi ayrıseçkiliyə yol verirsə, bu cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər.

  • Bakıda neçə yeni məktəb binası tikilir? – RƏSMİ CAVAB

    Yeni tədris ilinin başlanmasına bir aydan bir az çox müddət qalıb. Bu müddət ərzində Bakıda bir sıra məktəblərdə təmir və yenidənqurma işləri həyata keçirilir.

    Təmir işləri, təhsil müəssisələrinin şagirdlər üçün daha təhlükəsiz, rahat və müasir tədris mühiti təmin etmək məqsədi daşıyır.

    Bu proses, tədris keyfiyyətini artırmaq və şagirdlərin təhsilə olan marağını daha da yüksəltmək üçün əhəmiyyətli addımlardan biridir. Hazırda Bakıda neçə məktəbdə təmir işləri görülür? Neçə yeni məktəb binası tikilir? Bu məktəblərdə təmir işləri nə vaxta yekunlaşacaq?

    Bu suallara cavab tapmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır:

    “Paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
    Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

    Onu da qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

    Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur”.

  • Atlar insan psixi pozğunluğundan əziyyət çəkə bilər – Alimlər

    Texas A&M Universitetinin (TAMU) amerikalı alimləri sübut ediblər ki, insanlarla birlikdə atlar da travma sonrası stress pozğunluğundan (TSSB) əziyyət çəkə bilər.

    Bu barədə elmi qurumun rəsmi saytında məlumat verilib.

    İnsanlarda TSSB adətən şok, qorxulu və ya təhlükəli bir hadisə nəticəsində baş verir. Bu, adətən narahatlıq, depressiya, baş verənlərlə bağlı obsesif düşüncələr və digər simptomlarla müşayiət olunan ciddi psixi vəziyyətdir.

    Atların idrak yaddaşı və xatirələri xatırlamaq qabiliyyəti olduğundan, təkrarlanan travmalara cavab olaraq insanlarda post-travmatik stress pozğunluğuna bənzər davranışlar inkişaf etdirə bilirlər.

    Ayaqlılar üçün travmatik təcrübələrə adətən sərt təlim və ya tutma üsulları, tibbi prosedurlar, yüksək səslər və qapalı məkanlar daxildir.
    TSSB-dən əziyyət çəkən heyvanlar əsəbi hərəkət edə və təcavüz göstərə bilər: dişləmə, təpikləmə və azad olmağa və qaçmağa çalışır.

    Atların keçmişdəki neqativ hadisələrə həssaslığı onların təhdidlərə güclü döyüş və ya qaçış reaksiyası ilə bağlıdır, çünki vəhşi təbiətdə heyvanlar yırtıcılardan qaçmalı idi.

    Tədqiqatçılar qeyd ediblər ki, TSSB olan atlara adətən baytar həkimin təyin etdiyi xüsusi təlim və dərman müalicəsi ilə kömək etmək olar.
    //qaynarinfo.az