Month: August 2024

  • Bu il Hindistan Azərbaycana həyata keçirilən aviareyslərin sayına görə TOP-10-luğa daxil olub

    Bu ilin yanvar-iyul aylarında Azərbaycana 39 ölkədən 15 111 aviareys təşkil olunub.

    “Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (21,8 %) və 2 767 aviareys (22,4 %) çoxdur.

    Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib – 4 430 reys. Bu da 1 il əvvələ nisbətən 13,9 % çoxdur.

    İyulda Azərbaycana həyata keçirilən aviareyslərin sayı 19,7 % artaraq 2 811 təşkil edib. Ötən ay Rusiyadan isə 777 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 18,6 % çoxdur.

    7 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 3 296 uçuş olub ki, bu da illik müqayisədə 7 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 813 reyslə (+37,8 %) daxil olub.

    TOP-10-luğa həmçinin Gürcüstan 1 159 (34,7 % çox), Səudiyyə Ərəbistanı 503 (7,5 % az), Qazaxıstan 481 (9,8 % çox), Hindistan 371 (7,4 dəfə çox), Qətər 345 (61,9 % çox), Küveyt 246 (24,8 % çox) və Ösbəkistan 246 aviareyslə (52 % az) daxildir.

    Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail isə 12-ci yerə enib.

  • Tanınmış avtomobil brendlərinin Çin variantlarına etibar etmək olarmı?

    Azərbaycanın avtomobil yollarında şütüyən tanınmış maşın brendlərinin Çin variantlarının sayı getdikcə artmaqdadır.

    Söhbət əsasən Yaponiya və Cənubi Koreyanın aparıcı avtomobil istehsalçılarının (“Toyota”, “Nissan”, “Hyundai”, KİA”) markalarının Çində istehsal edilmiş modellərindən gedir.

    Bir qayda olaraq həmin avtomobilləri Azərbaycana rəsmi dilerlər gətirmir. Onların ölkəyə idxalı ilə müxtəlif avtomobil salonları, eləcə də fərdi şəxslər məşğul olur və ənənəvi variantlarla müqayisədə Çin variantları azı 5 min manat ucuz təklif olunur. Bəs belə maşınlara etibar etmək olarmı? “Report” mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

    “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev maşınların Çin variantlarının ucuz olmasını müxtəlif səbəblərlə izah edir: “Rəsmi diler avtomobil gətirəndə gömrükdə bütün rüsumları, vergiləri, eləcə də xidmət xərclərini ödəyir. Fərdi idxalda isə bəzi hallarda bu ödəmələrdən və xərclərdən qismən qaçmaq mümkündür. Bundan başqa, rəsmi idxalda istehsalçının verdiyi zəmanət qeyri-rəsmi idxalda ya ümumiyyətlə olmaya, ya da məhdud ola bilər. Son nəticədə ənənəvi variantla Çin variantı arasında qiymət fərqi yaranır”.

    Onun sözlərinə görə, Çin variantına pul vermiş müştəri avtomobilə texniki xidmət məsələsində də çətinliklərlə üzləşə bilər: “Rəsmi diler satdığı maşına verdiyi zəmanətə uyğun olaraq 3-5 il ərzində mühərrikdə və sürət qutusunda yaranan problemləri ödənişsiz həll edir. Çindən gətirilən avtomobillərə rəsmi servislərdə ödənişli xidmət göstərilməsi belə problem ola bilər. Bu, əsasən ehtiyat hissələrinin uyğunluğu və servis personalının həmin modellərə dair məlumatlılıq səviyyəsi ilə bağlıdır. Rəsmi qaydada idxal edilən avtomobillər üçün ehtiyat hissələri və texniki məlumatlar rəsmi servis mərkəzlərində mövcuddur, fərdi idxalda isə bu cür hissələrə və məlumatlara çıxış məhdud ola bilər”.

    Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə deyir ki, rəsmi qaydada ölkədə idxal edilən avtomobillə, adətən, Azərbaycanın texniki tələblərinə uyğun olaraq sertifikatlaşdırılır: “Bu, avtomobilin təhlükəsizlik standartlarına, ekoloji normalara və digər yerli tələblərə cavab verdiyini göstərir. Fərdi qaydada idxalda isə sertifikatlaşdırmaya əməl edilməyə bilər, bu da müəyyən hallarda avtomobilin dövlət qeydiyyata alınmasında və yaxud istifadə olunmasında çətinliklər yarada bilər. Yəni, Çindən fərdi şəkildə gətirilən avtomobillər, bəzən yerli bazar üçün nəzərdə tutulmayan spesifikasiyalarda ola bilər. Bu, avtomobilin texniki göstəricilərindən tutmuş, interyer və eksteryer dizaynına qədər fərqli cəhətləri əhatə edə bilər. Rəsmi distribyutorlar isə adətən, yerli bazarın tələblərinə uyğun modifikasiyalı avtomobilləri idxal edir”.

    Buna görə ekspert tövsiyə edir ki, avtomobil həvəskarları rəsmi dilerlərdən maşın almağa çalışsın: “Çindən fərdi şəkildə avtomobil gətirmək qiymət baxımından sərfəli görünə bilər. Lakin bu cür avtomobillərin zəmanət, texniki xidmət, sertifikatlaşdırma və modifikasiya məsələlərində müəyyən risklər və çətinliklər yarana bilər. Rəsmi qaydada idxal edilən avtomobillər nisbətən yüksək qiymətə satılsa da, zəmanət, texniki xidmət və yerli bazar tələblərinə uyğunluq kimi üstünlüklərə malikdir. Bu seçimlər arasında qərar verərkən, avtomobil sahibləri uzunmüddətli perspektivdə rahatlıq və təhlükəsizlik amillərini də nəzərə almalıdırlar”.
    //report

  • Завтра температура воды на пляжах Абшерона составит 28 градусов

    6 августа температура воды на пляжах Абшерона составит 28 градусов.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Утром юго-западный ветер сменится умеренным северо-западным ветром.

    Температура морской воды на северных пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) составит 26-27°, на южных пляжах (Тюркан, Говсан, Сахиль, Шых) – 27-28°.

  • Sabah Abşeron çimərliklərində suyun temperaturu 28 dərəcə isti olacaq

    Avqustun 6-da Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

  • Грузия ожидает увеличения поставок бензина из Азербайджана

    Грузия надеется на увеличение поставок бензина из Азербайджана.

    Как сообщает грузинское бюро Report, об этом заявил председатель Союза импортеров нефтепродуктов Грузии Вахтанг Иобашвили.

    “В связи с фактическим завершением модернизации нефтеперерабатывающих заводов в Азербайджане грузинская сторона ожидает увеличения поставок”, – сказал В.Иобашвили.

    Отметим, что средняя цена за бензин АИ-95 в Грузии составляет 3,16 лари (2,15 маната), за бензин АИ-98 – 3,62 лари (2,30 маната). Цена дизельного топлива равна 3,32 лари (2,11 маната), а сжиженного газа – 1,53 лари (0,97 маната).

  • Gürcüstan Azərbaycandan benzin tədarükünün artacağını gözləyir

    Gürcüstan Azərbaycandan benzin tədarükünün artacağına ümid edir.

    Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vaxtanq İobaşvili bildirib.

    “Azərbaycanda neft zavodlarının modernləşdirilməsinin faktiki olaraq başa çatdırılması ilə bağlı Gürcüstan tərəfi tədarükün artacağını düşünür”,- deyə Vaxtanq İobaşvili bildirib.

    Qeyd edək ki, hazırda Gürcüstanda yanacağın ortalama qiyməti Aİ-95 benzini üçün 3,16 lari (2,15 manat), Aİ-98 benzini üçün 3,62 lari (2,30 manat) təşkil edir. Dizelin qiyməti 3,32 lari (2,11 manat), LPG qazının qiyməti isə 1,53 lari (0,97 manat) olub.
    //report

  • Завтра в Азербайджане ожидается до 40 градусов жары

    Завтра в Баку и на Абшеронском полуострове погода ожидается преимущественно без осадков, юго-западный ветер утром сменится умеренным северо-западным.

    Об этом Median.Az сообщает со ссылкой на Национальную службу гидрометеорологии.

    Температура воздуха составит ночью 21-26° , днем 33-38° тепла. Атмосферное давление будет ниже нормы – 753 мм ртутного столба. Относительная влажность воздуха составит ночью 70-80%, днем 50-60%.

    В регионах Азербайджана погода будет преимущественно без осадков, однако днем в некоторых горных и предгорных районах ожидаются осадки и грозы, град. Ночью и утром местами ожидается туман, умеренный восточный ветер.

    Температура воздуха составит ночью 21-26°, днем 35-38°, местами до 40° жары, в горах ночью 13-18°, днем 21-26° тепла.

  • Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq – PROQNOZ

    Avqustun 6-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

  • ЕС ввел санкции против белорусских силовиков и журналистов

    Евросоюз ввел новые санкции против 28 белорусских силовиков, обвинив их в репрессиях.

    Об этом сообщают белорусские СМИ.

    Санкции введены в отношении двух заместителей главы Главного управления по борьбе с оргпреступностью и коррупцией (ГУБОПиК) МВД, некоторых судей, прокуроров, глав исправительных учреждений.

    ЕС также ввел санкции против ряда журналистов Беларуси, среди которых глава крупнейшего агентства БЕЛТА Ирина Акулович.

  • Aİ daha 28 belarusluya sanksiya tətbiq edib

    Avropa İttifaqı Şurası (Aİ) Belarusda insan hüquqlarının pozulmasında iştirakına görə daha 28 nəfərə qarşı sanksiya tətbiq edib.

    Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavini barəsində qətimkan tədbiri seçilib.

    “HUBAZİK Belarusda siyasi təqiblərə, o cümlədən fəallara, vətəndaş cəmiyyəti üzvlərinə qarşı özbaşına və qeyri-qanuni həbslər, pis rəftar, o cümlədən işgəncələr üçün cavabdeh olan əsas orqanlardan biridir. Bugünkü siyahıda 2020-ci ildə keçirilən prezident seçkilərinə etiraz edən və hakimiyyətə qarşı fikirlərini səsləndirən vətəndaşlara siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər də var. Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə də qətimkan tədbiri seçilib”,- məlumatda qeyd olunub.

    Diqqətə çatdırılıb ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi şəxslər arasında Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru İrina Akuloviç də yer alıb:

    “Ölkənin “СТВ” televiziya kanalında yayımlanan “Senat” proqramının aparıcısı və Belarus Milli Assambleyası yanında Gənclər Şurasının sədri Mikita Raçıloyski, BELTA-nın keçmiş baş direktoru Dzmitry Zhuka qarşı da məhdudlaşdırıcı tədbir tətbiq olunub”.

    Qeyd edək ki, Aİ-nin Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri indiyədək 261 fiziki şəxsə və 37 quruma şamil edilib. Sanksiya nəticəsində sözügedən şəxslər aktivlərin dondurulmasına məruz qalır və Aİ şirkətləri onlara vəsait ayıra bilməz. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ ərazilərinə daxil olmasına və ya tranzit keçməsinə mane olur.
    //report