Month: August 2024

  • Macarıstan Şengendən çıxarılmaq təhlükəsi ilə üzləşir: Avropa Komissiyası 70 deputatdan tələb aldı

    Avropa Parlamentinin 70 deputatdan ibarət qrupu Avropa Komissiyasından Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edib.

    Bu barədə “Politico” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, onlar bu tələbi Budapeştin Rusiya və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza tələblərini yumşaltmaq qərarından sonra irəli sürüblər.

    “Məktubda onlar Macarıstanın müvafiq qərarının təcili araşdırılması üçün tədbirlər görülməsini tələb ediblər”, – deyə nəşr qeyd edib.

    Müraciət müəlliflərinin sözlərinə görə, belə bir qərar Şengen zonasının ona daxil olan ölkələrin vətəndaşları üçün təhlükəsiz məkan rolunu potensial olaraq təhlükə altına ala bilər.

  • Bakıda həbsdə olan şəxsin 1.4 milyonluq cinayəti üzə çıxdı

    Bakıda vətəndaşa qarşı dələduzluqda ittiham edilərək 5 il 6 ay həbsə məhkum edilən 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun yeni əməlləri üzə çıxıb.

    “Qafqazinfo” xəbər verir ki, 165 min manatlıq dələduzluq işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən F.Cavanşirova bu dəfə 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

    2021-ci ildən həbsdə olan şəxsin ondan əvvəlki müddətdən bir neçə nəfəri aldadaraq böyük məbləğdə pullar alması üzə çıxıb. Belə ki, onun vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.

    İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksesuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə aldadıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsi F.Cavanşirov barəsindəki yeni cinayət işi üzrə hökm çıxarıb. Onun barəsində yeni hökm elan edilib və 10 il 6 ay həbs cəzası təyin edilib.

  • Азербайджанские олимпийские чемпионы посетили Аллею шехидов

    Азербайджанские олимпийские чемпионы Хидаят Гейдаров и Зелим Коцоев посетили Аллею шехидов.

    Спортсмены почтили память шехидов минутой молчания.

    Отметим, дзюдоисты Хидаят Гейдаров и Зелим Коцоев завоевали золотые медали на летних Олимпийских играх в Париже.

  • Olimpiya çempionlarımız Heydər Əliyev və Zərifə Əliyevanın məzarını ziyarət ediblər – FOTO

    Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edən və qızıl medalın sahibi olan cüdoçularımız Vətənə qayıtdıqdan sonra həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

  • Məhkəmə həbsdə olmuş Bakı Şəhər Prokurorluğunun sabiq dəftərxana müdirinin müraciətini rədd edib

    Bakı Şəhər Prokurorluğunun sabiq təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri Elçin Müzəffər oğlu Qurbanov məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

    “Report” xəbər verir ki, Elçin Qurbanovun müraciətinə Xətai Rayon Məhkəməsində baxılıb.

    Məlum olub ki, Elçin Qurbanovun məhkumluğu bir neçə gün qabaq ödənilib. Bu səbəbdən məhkəmə onun müraciətini rədd edib.

    Qeyd edək ki, Elçin Qurbanov 2018-ci ildə saxlanılıb.

    Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Xətai Rayon Məhkəməsinin hökmü ilə Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkərək azadlığa buraxılıb.

  • Bakıda 24 heyvan kəsimi və ət satışı məntəqəsində NÖQSANLAR aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 29 iyul-2 avqust tarixlərində monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 24 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlayıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbirlər görülüb.

    Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
    Bakı şəhəri üzrə
    1. Şükürov Hümbət Cabbar oğlu Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 İnzibati xəta haqqında protokol tərtib edilib.
    2. Şükürov Nicat Hümbət oğlu Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 33 İnzibati xəta haqqında protokol tərtib edilib.
    3. Məmmədov Natiq İsa oğlu Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 125 İnzibati xəta haqqında protokol tərtib edilib.
    4. Acımış Özgür Necati oğlu Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov, küçəsi 112 İnzibati xəta haqqında protokol tərtib edilib.
    5. Şirinov Rəfail Ələkbər oğlu Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, 47 İnzibati xəta haqqında protokol tərtib edilib.
    6. Məmişov Vicay Abbas oğlu Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 3 İnzibati xəta haqqında protokol tərtib edilib.
    7. Möhsümov Aqil Məhər oğlu Binəqədi rayonu, Mir Cəlal küçəsi, 127 İnzibati xəta haqqında protokol tərtib edilib.
    8. Abdurrahmanov Zaur Şahid oğlu Binəqədi rayonu, Mir Cəlal küçəsi, 127 İnzibati xəta haqqında protokol tərtib edilib.
    9. Bayramov Vəli Əliş oğlu Binəqədi rayonu, Mir Cəlal küçəsi, 127 İnzibati xəta haqqında protokol tərtib edilib.
    10. Əsgərov Hüseyn Həsən oğlu Binəqədi rayonu, Mir Cəlal küçəsi, 127 İnzibati xəta haqqında protokol tərtib edilib.
    11. Mikayılov Firqət Vəzir oğlu Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi İnzibati xəta haqqında protokol tərtib edilib.
    12. Quliyev Elbəyi Məhəmməd oğlu Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, 118 İnzibati xəta haqqında protokol tərtib edilib.
    13. Bastanov Vüqar Şahmirzə oğlu Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 151 İnzibati xəta haqqında protokol tərtib edilib.
    14. İbrahimov Elçin Əlövsət oğlu Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 184 İnzibati xəta haqqında protokol tərtib edilib.
    15. Hüseynov Səbuhi Nadir oğlu Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, 246 İnzibati xəta haqqında protokol tərtib edilib.
    16. Əsgərov İkram Sadiq oğlu Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 249 İnzibati xəta haqqında protokol tərtib edilib.
    17. Muradov Eldar Əmiraslan oğlu Səbail rayonu, 20-ci Sahə qəsəbəsi İnzibati xəta haqqında protokol tərtib edilib.
    18. Turabov İlqar Musa oğlu Binəqədi rayonu, A.Kunanbayev küçəsi,185B İnzibati xəta haqqında protokol tərtib edilib.
    19. İsmayılov Rafiq Qardaşxan oğlu Səbail rayonu, Ömər Faiq Nemanzadə küçəsi, 3 İnzibati xəta haqqında protokol tərtib edilib.
    20. Səmədov Əli Rəhbər oğlu Binəqədi rayonu, A.Kunanbayev küçəsi İnzibati xəta haqqında protokol tərtib edilib.
    21. Allahverdiyev Rövşən Xurşud oğlu Səbail rayonu, Arif İsmayılov küçəsi, 21 İnzibati xəta haqqında protokol tərtib edilib.
    22. İbrahimov Ələddin Əli oğlu Səbail rayonu, 20-ci Sahə dairəsi, “Araz” marketin yanı İnzibati xəta haqqında protokol tərtib edilib.
    23. Allahyarov Rafiq Canyar oğlu Səbail rayonu, Z.Yusifzadə küçəsi İnzibati xəta haqqında protokol tərtib edilib.
    24. İlyasov Əhəd Şükür oğlu Səbail rayonu, Gülbala Əliyev küçəsi, 24 İnzibati xəta haqqında protokol tərtib edilib.

  • Армения снова проигнорировала учения ОДКБ

    Учения Организации договора о коллективной безопасности (ОДКБ) “Кобальт-2024” под руководством Росгвардии пройдут с 14 по 16 августа в Новосибирске.

    Как передает Median.Az, об этом ТАСС сообщили в пресс-службе Росгвардии.

    “14 августа 2024 года под руководством Федеральной службы войск национальной гвардии РФ в Новосибирской области на базе учебного центра ведомства состоится торжественное открытие специального учения с органами управления и формированиями сил специального назначения коллективных сил оперативного реагирования ОДКБ “Кобальт-2024″. Завершатся учения 16 августа”, – говорится в информации.

    В мероприятии примут участие представители заинтересованных министерств и ведомств РФ, Беларуси, Казахстана, Таджикистана и Кыргызстана. Представители Армении не приедут на учения.

    Как добавили в пресс-службе, в течение трех дней участники учения будут обмениваться опытом и совершенствовать навыки взаимодействия между подразделениями сил специального назначения. Подразделения, входящие в состав коллективных сил оперативного реагирования ОДКБ, получат практические навыки совместных действий по поиску, обнаружению и уничтожению незаконных вооруженных формирований. С применением авиации и БПЛА спецназовцы отработают штурм здания и транспорта, освобождение заложников и нейтрализацию боевиков.

  • Ermənistan KTMT təlimlərinə məhəl qoymadı

    Avqustun 14-dən 16-dək Novosibirskdə (Rusiya) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Kobalt-2024” təlimləri keçiriləcək.

    Bu barədə Rusiya Qvardiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, təlimdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan hərbi birliklər iştirak edəcəklər.

    “Təlim iştirakçıları üç gün ərzində təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət vərdişlərini təkmilləşdirəcəklər”, – deyə qeyd olunub.

    Məlumatda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın sözügedən təlimlərdə iştirakına dair informasiya yer almayıb.

    Qeyd edək ki, hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu açıqlamalarından birində bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub.

  • Sumqayıtda 7500 manatlıq dələduzluqda şübhəli bilinən şəxslər tutulublar

    Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə bir nəfərin 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən E.Həşimov və D.Müslümov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Rektor: “Universitetlərdə təhsil haqqı zaman-zaman artacaq”

    “Ali məktəblərdə təhsil haqqı artımı müntəzəm baş verir və davam edəcək”.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib.

    O qeyd edib ki, qiymət artımı heç də təhsilin keyfiyyəti ilə bağlı deyil:

    “Sadəcə, təhsilverənlər görəndə ki, təhsil haqqını bir az daha artıq almaq mümkündür və alanda imkanları daha da böyüyür, o zaman bu addımı atırlar. Bu baxımdan, burada təəccüblü heç nə yoxdur. Bu, valideynlə müqavilə bağlananda da qeyd edilir. Adətən, müqavilə birillik olur və universitetlərin növbəti tədris ilində buna yenidən baxmağa ixtiyarları var”.

    Rektorun sözlərinə görə, təhsil haqqı zaman-zaman artacaq.

    “Çünki dünyada təhsil haqları çox yüksəkdir. Avropada, İngiltərədə, Amerikada təhsil haqlarına nəzər salsanız, rəqəmin 20-40 min ABŞ dolları arası dəyişdiyini görərsiniz. Onlarla müqayisədə bizdə təhsil haqları çox aşağıdır. Təbii ki, bu, bazara görə tənzimlənir. O ali məktəblərdə dünyanın hər yerindən oxumaq istəyənlər çox olduğuna görə onlar yüksək təhsil haqqı müyyənləşdirirlər”, – deyə o, “Kaspi” qəzetinə müsahibəsində deyib.

    Qeyd edək ki. bir neçə gün əvvəl Modern.az bəzi universitetlərdə təhsil haqlarının artırılması barədə xəbər vermişdi.