Month: August 2024

  • İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı – FOTO

    2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.

    “Report”un xəbərinə görə, Firdovsi Mayis oğlu Abdullayev və Fərid Əjdər oğlu Məmmədovun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.

    Məlumata görə, hərbçi Firdovsi Mayis oğlu Abdullayev avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Fərid Əjdər oğlu Məmmədov Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

    Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

  • Уровень воды в реках повысится – ПРЕДУПРЕЖДЕНИЕ

    В горных и предгорных районах Азербайджана 6 августа и с полудня 7-го до вечера 8 августа ожидаются кратковременные дожди и грозы.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    На отдельных территориях (Дашкесан-Гедабей, Карабах и Восточный Зангезур, Газах-Гянджа, Балакен-Шеки, Губа-Гусар, Горный Ширван) ожидаются интенсивные дожди, грозы, возможен град.

    Ожидается, что уровень воды в реках повысится. На некоторых реках, протекающих по территории Большого и Малого Кавказа пройдут кратковременные сели и паводки.

  • Çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

    Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yağıntının qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Пакистана

    5 августа Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Исламской Республики Пакистан в нашей стране Гасима Мохиуддина.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan Prezidenti Pakistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

    Bu barədə President.az xəbər verir.

  • На улице Ахмеда Раджабли в Баку ограничат движение транспорта

    Движение автомобилей на улице Ахмеда Раджабли (от улицы Джафара Хандана до проспекта Зии Буниятова) в Наримановском районе Баку завтра с 00:00 до 09:00 9 августа будет полностью ограничено в связи с ремонтными работами.

    Об этом Median.Az сообщает со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    Водителей призвали воспользоваться альтернативными маршрутами на время ремонтных работ.

  • Bakının Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq

    Sabah saat 00:00-dan avqustun 9-da saat 09:00-a qədər Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində (Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • Ильхам Алиев принял верительные грамоты посла Буркина-Фасо в Азербайджане

    5 августа Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Буркина-Фасо в нашей стране Винта Соме.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Burkina-Fasonun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Burkina-Fasonun ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edib.

    Bu barədə President.az xəbər verir.

  • İtaliyalı üzgüçü şəraitdən narazı olduğu üçün küçədə yatıb

    İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb.

    Onun parkda yatmasını səudiyyəli avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb.

    Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanına sərdiyi dəsmalın üzərində yatıb.

    Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı idmançı isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı.

    Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb.