Month: August 2024

  • Olimpiya çempionlarımız liderlər siyahısında üçlükdə qərarlaşıblar

    Azərbaycan təmsilçiləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinqinin liderləri kimi qatıldıqları Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan azsaylı cüdoçu sırasında yer alıblar.

    Hər iki dünya çempionu Fransa paytaxtındakı yarışa öz çəkisində reytinq sıralamasının birincisi kimi başlayıb.

    Hidayət və Zelimdən başqa, yalnız bir cüdoçu reytinq favoriti statusunu Parisdə doğrulda bilib. Üçlükdəki digər idmançı ikiqat Olimpiya çempionu gürcü Laşa Bekauridir. O, 90 kq çəkidə fərqlənib.

    Qadınların yarışına gəlincə, dünya reytinqində lider olan dörd idmançı titul qazanıb. Bunlar özbək Diora Keldiorova (52 kq), kanadalı Krista Dequçi (57 kq), xorvatiyalı Barbara Matiç (70 kq) və italiyalı Alise Belandidir (78 kq).

  • Sabah 37° isti olacaq – HAVA PROQNOZU

    Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

  • “Oleq Bakinski” Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur

    Tanınmış ukraynalı milyonçu, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.

    İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.

    Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.

    Oleq Bakinskinin əməli sübuta yetirilərsə maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı xəbəri DİN-in mətbuat xidməti təsdiq edib.

  • SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı

    HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısamənzilli raketlə öldürülüb.

    Median.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yayımladığı bəyanatda deyilir.

    “Araşdırma və təhlillərə əsasən, bu terror əməliyyatı qonaqların yaşadığı ərazidən kənarda, yaxın məsafədən atılan mərmi ilə həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.

    SEPAH-dan əlavə edilib ki, sui-qəsd ABŞ hökumətinin dəstəyi ilə İsrail tərəfindən planlaşdırılıb və həyata keçirilib.

    “Şəhid Haniyənin qan qisasının alınacağı aydındır. Bu cinayətə görə qəti addımlar atılacaq. Münasib vaxtda, müvafiq yerdə və üsulla sərt cəza olacaq”, – deyə bəyanatda xəbərdarlıq edilib.

    Xatırladaq ki, İsmayıl Haniyə və bir cangüdəni İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb. İranın Ali Lideri ayətullah Əli Xamenei Haniyənin öldürülməsinə cavab olaraq hərbi qüvvələrə İsrailə birbaşa zərbə endirmək əmri verib. HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Tah Haniyənin öldürülməsinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.

    Bundan əvvəl “The New-York Times” öz mənbələrinə istinadla xəbər verib ki, SEPAH Haniyəyə Tehrandakı sui-qəsdlə əlaqədar ölkənin təhlükəsizlik xidmətinin işçiləri də daxil olmaqla kütləvi həbslər həyata keçirib.

  • Laçında heyvan otaran şəxs minaya düşdü

    Laçın rayonunda mina hadisəsi baş verib.

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Oxu.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib:

    “Laçın rayonunun Vağazin kənd sakini, 1960-cı il təvəllüdlü Əli Zeynalabdin oğlu Süleymanov həmin rayonun Kalafalıq kəndi ərazisində, Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır”.

    “ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!” – deyə məlumatda qeyd edilib.

  • Разоблачена преступная схема: мошенники обманули более 100 человек, обещая работу за границей – ВИДЕО

    Сотрудники Управления полиции Насиминского района Баку по многочисленным жалобам граждан провели спецоперацию и задержали Аршада Гулиева и Севиндж Асланову, подозреваемых в мошенничестве в особо крупных размерах.

    Как сообщили АПА в пресс-службе МВД Азербайджана, злоумышленники некоторое время назад учредили ООО Go Abroad и начали размещать в соцсетях объявления о высокооплачиваемой работе за рубежом. А.Гулиев и С.Асланова обещали доверчивым гражданам трудоустройство и визы в такие страны, как Германия, Нидерланды, Великобритания. Получив авансом от каждого по 1 000 – 2 000 манатов, мошенники скрывались.

    Всего, по данным следствия, от действий лжефирмы пострадали около 100 человек.

    Возбуждено уголовное дело по статье о мошенничестве. Аршад Гулиев арестован судом на время следствия, в отношении Севиндж Аслановой избрана альтернативная мера пресечения.

    Полиция продолжает мероприятия по задержанию других соучастников преступной схемы. МВД призывает всех пострадавших от действий ООО Go Abroad обращаться в правоохранительные органы.

  • Viza və xaricdə iş vədi ilə insanları aldadan şirkətə qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

    Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının daxil olan çoxsaylı şikayət əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, bu şəxslər bir müddət əvvəl “Go Abroad” MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələrdə, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksəkməvacibli iş elanları verməyə başlayıblar:

    “Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Niderland, Britaniya və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.

    Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar”.

    Məlumatda qeyd edilib ki, Ərşad Quliyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib.

    “Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir.

    “Go Abroad” MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər”, – deyə məlumatda bildirilib.

  • Какие тарифы будут применяться к абонентам интернета, которые платят до 15 августа?

    Абоненты компаний Aztelekom и Bakı Telefon Rabitəsi (Baktelekom), подведомственных Министерству цифрового развития и транспорта, смогут продолжить пользоваться текущими тарифами GPON (Gigabit Passive Optical Network – Гигабитная пассивная оптическая сеть) без каких-либо дополнительных платежей до следующего расчетного периода, если дата их подключения к услуге или обновления подключенного пакета была до 15 августа.

    Об этом сообщили в Aztelekom и Baktelekom в ответ на запрос Report.

    “Например, наши клиенты, чей абонентский период был обновлен 10 августа, продолжат пользоваться тарифными пакетами 40 Мбит/с, 60 Мбит/с и 100 Мбит/с на прежних условиях без каких-либо дополнительных платежей до следующего расчетного периода. Поскольку абоненты оплатили заранее, они продолжат пользоваться существующими тарифами, и дополнительный долг не возникнет”, – говорится в сообщении.

    Если дата подключения абонентов как Aztelekom, так и Bakı Telefon Rabitəsi к услуге или дата обновления подключенного пакета приходится на 15 августа и последующие даты, расчет будет производиться по новым тарифам.

    Напомним, что с 15-го числа этого месяца скорости, предоставляемые по тарифам GPON, будут увеличены в 2,5 раза (скорость интернета 40 Мбит/с до 100 Мбит/с, скорость интернета 60 Мбит/с до 150 Мбит/с, а скорость 100 Мбит/с до 250 Мбит/с). В новых скоростных тарифах минимальная скорость для абонентов будет начинаться со 100 Мбит/с, а плата за каждый Мбит/с будет снижена с 0,45 маната до 0,25 маната. Таким образом, абонентам будет предложена цена 25 манатов за 100 Мбит/с интернета, 30 манатов за 150 Мбит/с интернета и 36 манатов за 250 Мбит/с интернета.

  • Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq?

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərdən bildirilib.

    “Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq.

    Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, bu ayın 15-dən GPON tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıcaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.

  • Израиль ликвидировал очередного высокопоставленного представителя ХАМАС – ВИДЕО

    Израильские военные нанесли сокрушительный удар по палестинской террористической группировке ХАМАС. В результате точечной ликвидации на Западном берегу реки Иордан были уничтожены лидер радикального движения в городе Наблус Хайтам Балиди и ещё четверо боевиков.

    Как сообщает Median.Az со ссылкой на данные Армии обороны Израиля, террористы передвигались на автомобиле в районе Тулькарема и планировали совершить теракт. Машина была поражена ракетным ударом с воздуха. Все пятеро находившихся в ней боевиков погибли на месте. ХАМАС подтвердил гибель своего лидера в Наблусе.

    В ответ на ликвидацию палестинские группировки объявили всеобщую забастовку и траур в Тулькареме. Это уже не первая успешная операция Израиля против лидеров ХАМАС в последнее время.

    Кроме того, ВВС Израиля уничтожили на юге Ливана террориста “Хезболлы” Али Назиха Абеда Али, который, по данным израильских военных, планировал и осуществлял различные террористические атаки на северной границе. Его ликвидация стала серьезным ударом по возможностям “Хезболлы” в регионе, отметили в Армии обороны Израиля.