Month: August 2024

  • Прооперированный футболист “Сабаха” полтора месяца не сможет тренироваться

    Полузащитник “Сабаха” Аяз Гулиев, получивший травму в ответном матче против “Маккаби” (Хайфа, Израиль) во втором отборочном раунде Лиги конференций УЕФА, перенес операцию.

    Как сообщили Report в пресс-службе клуба, операция футболиста, получившего разрыв связок плечевого сустава, прошла успешно в одной из местных клиник.

    А.Гулиев вернется к тренировкам примерно через 6 недель.

  • Əməliyyat olunan “Sabah”ın futbolçusu 6 həftə futboldan uzaq qalacaq

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.

    Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

    A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.

  • В Физули пройдет очередная ярмарка труда

    Государственное агентство занятости при Министерстве труда и социальной защиты населения организует в городе Физули очередную ярмарку труда при поддержке специального представительства президента Азербайджана в Агдамском, Физулинском и Ходжавендском районах.

    Ярмарка стартует в 11:00 6 августа в административном здании средней школы № 1 имени Мирзы Улугбека в городе Физули.

    В ходе мероприятия 18 предприятий представят порядка 300 вакансий.
    //report

  • Füzulidə növbəti əmək yarmarkası keçiriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edəcək.

    Yarmarka avqustun 6-da saat 11:00-da Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin inzibati binasında keçiriləcək.

    Tədbirdə işsiz və işaxtaran şəxslərə 18 müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim ediləcək.

    Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.
    //report

  • Hərbçilərə ŞAD XƏBƏR – FOTO

    Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov məlumat verib.

    O bildirib ki, həmin bölməyə daxil olmaqla 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varisləri) şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək növbə sırası barədə məlumat əldə edə bilərlər.

  • Обновляется электросеть 7 сел Кюрдамирского района

    Обновляются электрические сети семи сел Кюрдамирского района.

    Об этом сообщает Median.Az со ссылкой на ОАО “Азеришыг”.

    Согласно информации, в селах Ахтачи, Ахтачи Гарабуджаг, Пирекодже, Хялься, Годжалы и Хаджимустафалы Кюрдамирского района обновлены линии электропередач 0,4 и 10 кВ, трансформаторные подстанции старого типа заменены на новые энергоцентры. Всего в этих селах установлено 16 трансформаторных подстанций, установлены счетчики типа СМС.

    В селе Мурадхан, где проживает более 500 абонентов, полностью обновлена электросеть. В рамках проводимых работ в селе устанавливаются 14 подстанций, а также новые линии электропередач напряжением 0,4 и 10 кВ.

  • Kürdəmirin 7 kəndinin elektrik şəbəkəsi yenilənir

    Kürdəmir rayonunun 7 kəndinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə elektrik şəbəkəsi yenilənir.

    Median.Az bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.

    Məlumata görə, rayonun Axtaçı, Axtaçı Qarabucaq, Pirəköcə, Xəlsə, Qocalı və Hacımustafalı kəndlərində 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənib, köhnə tipli transformator məntəqələri yeni güc mərkəzləri ilə əvəz olunub. Ümumilikdə həmin kəndlərdə 16 komplekt transformator məntəqəsi (KTM), həmçinin, yeni SMS tipli sayğaclar quraşdırılıb.

    500-dən çox abonentin yaşadığı Muradxan kəndində də elektrik şəbəkəsi tamamilə yenilənir. Görülən işlər çərçivəsində kənddə yeni güc mərkəzləri – 14 KTM quraşdırılır. Kənddə yeni 0,4 və 10 kV-luq elektrik xətləri çəkilir, dayaqlar basdırılır.

    Yenidənqurma işlərinə cəlb olunan kəndlərdə 1 000-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. “Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq mərhələli şəkildə ölkənin digər regionlarında, bir sıra kənd və qəsəbələrdə də yenidənqurma işlərini davam etdirir.

  • В РФ зафиксирован высший за 18 лет уровень преступлений террористического характера

    Более 1,6 тыс. преступлений террористического характера совершено в России за шесть месяцев текущего года. Это самый высокий показатель в сравнении с аналогичными периодами последних 18 лет.

    Как передает Median.Az со ссылкой на ТАСС, это следует из материалов МВД РФ.

    “В январе-июне 2024 года зарегистрировано 1 651 преступление террористического характера, что на 38,4% больше, чем за аналогичный период прошлого года”, – отмечается в материалах.

    По данным ведомства, с 2006 по 2023 год этот показатель не доходил и до 1,4 тыс. преступлений. Наибольшее количество было зарегистрировано в 2022 и 2016 годах, когда с января по июнь было совершено 1 332 и 1 313 преступлений террористического характера соответственно.

    Помимо этого, из материалов МВД следует, что рекордным за последние шесть лет стало количество преступлений экстремистской направленности. С января по июнь текущего года их зарегистрировано 819. С 2018 года этот показатель не доходил и до 800 преступлений.

    Преступления террористического характера включают в себя факты подготовки терактов, публичные призывы к терроризму и оправдание терроризма, а также захват заложников.

  • Rusiyada terror xarakterli cinayətlərinin sayı rekord həddə çatıb

    Bu ilin 6 ayı ərzində Rusiyada terror xarakterli 1,6 mindən çox cinayət törədilib. Bu, son 18 ilin eyni dövrləri ilə müqayisədə ən yüksək göstəricidir.

    Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin materiallarında deyilir.

    Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında terror xarakterli 1651 cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% çoxdur.

    Nazirliyin məlumatına görə, 2006-2023-cü illərdə bu rəqəm 1,4 min cinayətə belə çatmayıb. Ən yüksək rəqəmlər 2022 və 2016-cı illərdə qeydə alınıb, yanvar-iyun aylarında müvafiq olaraq 1332 və 1313 terror cinayəti törədilib.

    Son 6 ildə ekstremist xarakterli cinayətlərin sayı rekord həddə çatıb. Bu ilin yanvar-iyun aylarında onlardan 819-u qeydə alınıb. Halbuki, 2018-ci ildən bu rəqəm 800-ə çatmayıb.

  • Pentaqon rəhbəri 11 sentyabr hücumlarının təşkilatçıları ilə razılaşmadan imtina edib

    Pentaqon rəhbəri Lloyd Ostin 2001-ci il sentyabrın 11-də terror aktlarını təşkil etməkdə təqsirləndirilən üç nəfərlə razılaşmanı şəxsən nəzərdən keçirəcəyini bildirib və ondan xəbərsiz əvvəllər əldə edilmiş məhkəməyə qədərki razılaşmanı ləğv edib.

    Bu barədə “The New York Times” qəzeti Amerika müdafiə nazirinin əmrinə istinadən məlumat yayıb.

    2 avqust 2024-cü il tarixli sənəddə deyilir “Bu işdə təqsirləndirilən şəxslərlə məhkəməyəqədər razılaşmanın bağlanması qərarının vacibliyini nəzərə alaraq, bu qərara görə məsuliyyət mənim üzərimdə olmalıdır. Mən 31 iyul 2024-cü ildə imzalanmış üç məhkəməyəqədər razılaşmanı ləğv edirəm”.