Month: August 2024

  • Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı

    Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Əfşan Fazil oğluna məxsus çiy dönər emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

    Median.Az AQTA-ya istinadən xəbər verir ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.

  • Biləsuvarda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

    Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Əsgərabad kəndi ərazisində yerin təkindən qanunsuz istifadə halı müəyyən edilib.

    Aşkarlanan halla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

    Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində iki nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Saxta yuyucu vasitələr istehsalında ittiham olunan iş adamı bəraət aldı

    Azərbaycanda saxta və yararsız yuyucu vasitələr, şampun, maye sabun və digər məhsulların istehsalında təqsirli bilinən müəssisə rəhbəri Rövşən Nəriman oğlu İsmayılovun apellyasiya şikayətinə baxılıb.

    APA xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

    Qərara əsasən, R.İsmayılova Cinayət Məcəlləsinin 200.2.3, 308.2 maddələri üzrə bəraət verilib, CM 29, 200.2.3-cü maddələri üzrə birinci instansiya məhkəməsinin hökmü qismən ləğv olunub.

    Fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rövşən Nəriman oğlu İsmayılov yuyucu vasitələri, şampun, maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib.

    Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232 750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldatmaqda ittiham edilib.

    Həmin məhsullar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılıb.

    Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib.

    Məhkəmənin qərarı ilə iş adamı 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub.

    Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmü çıxarılıb.

    Həmçinin müxtəlif ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib.

    Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 6 582 manat, 48 618 manat, 46 198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45 000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib.

  • Объявлено количество иностранцев, отбывающих пожизненное заключение в Азербайджане

    В исправительных учреждениях Азербайджана отбывают наказание граждане из различных стран, включая США, Бангладеш, Беларусь, Китай, Афганистан, Армению, Грузию, Индию, Иран, Ирак, Нигерию, Мальдивы, Марокко, Египет, Узбекистан, Пакистан, Шри-Ланку, Турцию, Туркменистан, Оман, Россию, Украину и др.

    Как сообщает Report, об этом заявил начальник юридического отдела Пенитенциарной службы Министерства юстиции полковник юстиции Зия Дадашов на семинаре на тему “Защита прав иностранцев и лиц без гражданства, содержащихся в учреждениях, которые они не могут добровольно покинуть”.

    Он отметил, что среди них есть и граждане, отбывающие пожизненное заключение: четверо из них – граждане России, четверо – Грузии, один – Казахстана, один – Ирана, а также четыре лица без гражданства.

  • Azərbaycanda ömürlük cəza çəkən əcnəbilərin sayı AÇIQLANDI

    “Azərbaycandakı cəzaçəkmə müəssisələrində Banqladeş, Çin, Hindistan, Konqo, Livan, Maldiv, Ermənistan, Mərakeş, Nigeriya, Qvineya, Sudan, Tacikistan, Oman, Rusiya, Ukrayna və s. ölkələrin vətəndaşları var”.

    “Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.

    O bildirib ki, həmin əcnəbilər arasında ömürlük cəza çəkən şəxslər də var.

    “Onların 4-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Qazaxıstan, 1-i İran vətəndaşıdır. Vətəndaşlığı olmayan dörd nəfər də ömürlük cəza çəkir”.

  • СМИ: Судебные повестки годами копились на заброшенной почте Telegram

    Судебные повестки и ордера, направляемые властями в Telegram, оставались нерассмотренными на заброшенной электронной почте мессенджера.

    Об этом сообщает The Wall Street Journal (WSJ) со ссылкой на источник, близкий к основателю платформы Павлу Дурову.

    Источник подтвердил, что Telegram в течение нескольких лет практически игнорировал запросы властей.

    Французские власти обвинили основателя платформы Павла Дурова в отказе сотрудничать со следствием по вопросам, связанным с деятельностью Telegram. Как отметил прокурор Парижа Лор Беккуо, мессенджер абсолютно не реагировал на судебные запросы.

    Павлу Дурову были выдвинуты обвинения в соучастии в распространении детской порнографии и сбыте наркотических веществ, а также мошенничестве в составе организованной группы.

    Ему запретили покидать Францию, обязали внести залог в размере 5 млн евро и два раза в неделю приходить в участок.

  • “Telegram”la bağlı yeni təfərrüat ortaya çıxdı: Mesencerə göndərilən çağırışlar və orderlər…

    Səlahiyyətlilər tərəfindən “Telegram”a göndərilən çağırışlar və orderlər mesencerin istifadə edilməyən elektron poçt ünvanında baxılmamış qalırmış.

    Bu barədə “The Wall Street Journal” (WSJ) platformanın yaradıcısı Pavel Durova yaxın mənbəyə istinadən məlumat verib.

    Mənbə təsdiqləyib ki, “Telegram” bir neçə il ərzində hakimiyyət orqanlarının sorğularına praktiki olaraq məhəl qoymayıb.

    Xatırladaq ki, Fransa hakimiyyəti platformanın təsisçisi Pavel Durovu “Telegram”ın fəaliyyətinə dair məsələlərlə bağlı istintaqla əməkdaşlıq etməməkdə ittiham edib. Paris prokuroru Lor Bekkuonun qeyd etdiyi kimi, mesencer, ümumiyyətlə, məhkəmə sorğularına reaksiya verməyib.

    Pavel Durova qarşı uşaq pornoqrafiyasının yayılması və narkotik maddələrin satışında iştirak, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluq maddələri üzrə ittiham irəli sürülüb.

    Ona Fransanı tərk etmək qadağa edilib, 5 milyon avro məbləğində girov ödəməsi və həftədə iki dəfə polis idarəsinə gəlməsi tələb olunub.
    //oxu.az

  • Повлияло ли поражение “Карабаха” на позицию Азербайджана в рейтинге УЕФА?

    В рейтинге стран УЕФА произошли изменения.

    Ппричиной этому стали результаты второго дня ответных игр плей-офф еврокубков.

    После матчей Лиги чемпионов и Лиги Европы активы и позиции некоторых стран изменились. Сербия и Словакия продвинулись в таблице.

    Поскольку “Карабах” в домашнем матче проиграл хорватскому “Динамо Загреб” со счетом 0:2, позиция Азербайджана осталась неизменной. Наша страна с 18.875 очка занимает 26-е место в Европе.

    Показатели Кипра (19.225) и Болгарии (18.625) также остались прежними. Активы всех трех стран могут измениться после сегодняшних матчей.

    В текущем сезоне прибыль Азербайджана составила 2.125 очка. Доля “Зиря” в активе страны составила 1.000, “Карабаха” – 0.750, “Сабаха” – 0.250, “Сумгайыта” – 0.125 очка.

    Отметим, что таблицу возглавляет Англия (89.303 очка).

  • UEFA əmsallar cədvəlində Azərbaycanın mövqeyinə “Qarabağ”ın məğlubiyyəti necə təsir edib?

    Avropa ölkələrinin UEFA əmsallar cədvəlində müəyyən dəyişikliklər olub.

    Buna avrokubokların pley-off mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələri səbəb olub.

    Çempionlar Liqası və Avropa Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. Serbiya və Slovakiya irəliləyişə nail olub.

    “Qarabağ” evdə Xorvatiyanın “Dinamo Zaqreb”inə 0:2 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal hesabı dəyişməz qalıb. Cari mövsümdə ölkəmizin qazancı 2.125 xala bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1.000 xal, “Qarabağ” 0.750 xal, “Sabah” 0.250 xal və “Sumqayıt” 0.125 xal töhfə verib.

    Ölkəmizin cədvəldə tutduğu yer də dəyişməyib. Hesabında 18.875 xal olan Azərbaycan Avropada 26-cı pillədədir. Bizdən öncəki Kiprin (19.225) və sonrakı Bolqarıstanın (18.625) xalları da dəyişməz qalıb. Hər üç ölkənin xal ehtiyatı bugünkü oyunlardan sonra dəyişə bilər.

    Qeyd edək ki, cədvələ İngiltərə (89.303 xal) başçılıq edir.

  • Трамп пригрозил Цукербергу тюрьмой в случае заговора против него

    Марк Цукерберг может “провести остаток жизни в тюрьме”, если его компания Meta устроит заговор против Дональда Трампа на президентских выборах в США.

    Как передает Median.Az со ссылкой на Politico, об этом заявил экс-президент США.

    “Если он сделает что-то незаконное на этот раз, он проведет остаток своей жизни в тюрьме – как и другие, кто сжульничает на президентских выборах 2024 года”, – написал Трамп в своей книге, выпуск которой планируется на следующей неделе.

    Кандидат в президенты США считает, что Цукерберг замышлял против него заговор во время выборов 2020 года. За повторную попытку устроить заговор Трамп угрожает отправить Цукерберга в тюрьму.