Month: August 2024

  • Ötən il ölkədə qeydə alınan ana və körpə ölümlərinin sayı açıqlandı

    Ötən il Azərbaycanda 531 körpə ölü doğulub.

    “Report”un əldə etdiyi məlumata görə, bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.

    Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır – red.) ölənlərin sayı 1 837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1 000 doğulana 16,2 nəfər olub.

    Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dir.

    Həmçinin ölkədə ötən il üzrə bir yaşadək 2 039 körpə ölümü baş verib və bunun 1 317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 395 olub ki, bunun da 1 329-u oğlan, 1 066-sı qızdır.

    Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

    Məlumat üçün bildirək ki, 2022-ci ildə ana ölümlərinin sayı 18 olub.

  • İranda hicaba görə məşhur qadın rejissora və aktrisaya cinayət işi açıldı

    Dünən İran kinosunun tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri «Həmişə kimsə yoxa çıxır» filminin premyerasında məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.

    Median.Az bu barədə «Azad İran» «Telegram» kanalı bu barədə İran mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, filmin baş rol aktrisası Baran Kövsəri və Rəxşan Bənietemada qarşı Tehran Prokurorluğunda cinayət işi açılıb.

    Bildirilib ki, hər iki qadın filmin premyerasına hicabsız şəkildə qatılıblar.

  • Azərbaycanda çörək istehlakının həcmi açıqlandı

    2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 116,3 kiloqram təzə çörək istehlak edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,8 % azdır.

    Ötən il ölkədə ümumilikdə 1 milyon 184,406 min ton təzə çörək istehlak edilib ki, bu da, illik müqayisədə 4,3 % azdır. Mal-qara və quş yemi üçün təzə çörək istifadəsi 4,2 % azalaraq 5,185 min tona enib, il ərzində isə 7,145 min ton (4,6 % az) təzə çörək itkiyə gedib.

    Hesabat dövrünə Azərbaycanda 1 milyon 207,152 min ton təzə çörək ehtiyatı olub ki, bunun da 99,1 % və ya 1 milyon 207,152 min tonu istehsalın, 309 tonu idxalın, 0,9 %-i və ya 11,038 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

    Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.

  • Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub: Xəstə ölüb

    Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Vahid Babayevin cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti məhkəmə prosesi yekunlaşıb.

    “Report” xəbər verir ki, ittihama görə, bu il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.

    Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V.Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.

    Əməliyyat zamanı V.Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıblar.

    Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.

    V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

    Qəbələ Rayon Məhkəməsinin hökmü V.Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

    V.Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmdən müdafiə tərəfi şikayət verib.

    Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

  • Durova Fransada yalnız bu ünvanda yaşamağa icazə verildi

    “Telegram”ın təsisçisi Pavel Durov Fransada hakimin müəyyən etdiyi ünvanda yaşaya bilər.

    Bu barədə “Liberation” Paris prokurorluğuna istinadən yazıb.

    Məlumata görə, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil və buna görə də məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, məsələn, mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə Fransa ərazisində hərəkət edə bilər.

    O, köçərkən yeni ünvanı hakimlə razılaşdırmalı və həftədə iki dəfə polis bölməsinə gəlməlidir.

    Prokurorluq, həmçinin P.Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib.

    ///report

  • Taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü CƏZALANDIRILDI – VİDEO

    Yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən “Toyota Prius” sürücüsünün kimliyi müəyyən olunub.

    Bununla bağlı oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

    O qeyd edib ki, görüntülərdəki sürücü 1988-ci il təvəllüdlü T. Yusifov müəyyən edilərək ərazi üzrə Polis Şöbəsinə gətirilib.

    “Barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb”.

    Qeyd edək ki, ötən gün yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü ilə bağlı sosial şəbəkədə videogörüntü paylaşılmışdı.

  • ВС России заняли Стельмаховку и Николаевку

    Российские военнослужащие за прошедшие сутки заняли Стельмаховку в Луганской области и Николаевку в Донецкой области.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Минобороны РФ.

    Подразделения группировки войск “Запад” в результате решительных действий заняли населенный пункт Стельмаховка Луганской области. Подразделения группировки войск “Центр” активными действиями заняли населенный пункт Николаевка Донецкой области и продолжают продвижение, отметили в российском военном ведомстве.

  • Rusiya Silahlı Qüvvələri Stelmaxovka və Nikolayevkanı nəzarət altına alıblar

    Son 24 saat ərzində Rusiya hərbçiləri Luqansk vilayətində Stelmaxovka və Donetsk vilayətində Nikolayevka ərazilərini nəzarət altına alıblar.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Qətiyyətli səylər nəticəsində “Qərb” qoşun qruplaşmasının bölmələri Luqansk vilayətinin Stelmaxovka kəndini, “Mərkəz” qoşun qruplaşmasının bölmələri isə Donetsk vilayətinin Nikolayevka qəsəbəsini nəzarət altına alıb və hazırda da irəliləməkdə davam edirlər”, – deyə Rusiya hərbi idarəsindən bildirilib.

  • В России 20-летний азербайджанец умер после удаления миндалин

    28 августа в вечернее время в одной из клиник на Дунайском проспекте в городе Санкт-Петербург (РФ) произошла трагедия – скончался молодой человек, которому едва исполнилось 20 лет. Это случилось после хирургического вмешательства по удалению миндалин.

    Об этом сообщает Median.Az со ссылкой на “КП-Санкт-Петербург”.

    Тело погибшего было отправлено в морг, чтобы установить точную причину его смерти.

    Известно, что юноша родился в Азербайджане, а затем переселился в Санкт-Петербург. В последнее время он проживал на улице Малая Каштановая. Гражданство России он получил в 2007 году.

    Операцию пациенту, по данным источника “Фонтанки”, проводила 30-летняя специалистка из Москвы. Доктор окончила в 2021 году Первый мед, а до этого – Московский медико-стоматологический университет.

    22 августа она удалила молодому человеку обе миндалины под общим наркозом. Операция длилась около получаса, сутки пациент провел в стационаре, после чего выписался.

    27 августа прооперированный пожаловался на высокую температуру и дискомфорт в животе. Он выслал фотографии горла врачу, на снимках она увидела что-то похожее на герпес, пригласила на осмотр 28 августа, выписав лекарство. Помимо этого доктор рекомендовала больному обратиться к гастроэнтерологу.

    Утром 28 августа пациент пришел на осмотр. Молодой человек сказал, что температуры у него уже нет, но дискомфорт в животе по-прежнему имеется. На следующий день он явился к гастроэнтерологу, получил рекомендации и ушел. Но спустя час пациент позвонил отоларингологу и рассказал, что у него из горла идет кровь. Доктор сказала срочно ехать в клинику.

    Больной приехал с матерью самостоятельно, в горле у него обнаружили сгусток крови. Пациент поднялся в стационар, где ему начали проводить кровоостанавливающую терапию: ставили капельницу и прикладывали холод к шее.

    Вскоре у молодого человека началась рвота с кровью, его увезли в операционную, где выяснилось, что кровит не горло. После операции пациента поместили в реанимацию, где его пытались вернуть к жизни около 50 минут, действия врачей успехом не увенчались.

    Уголовное дело по данному факту пока не возбуждено. Что именно пошло не так в ходе операции, выясняют прокуратура Фрунзенского района и СК России.

  • Rusiyada azərbaycanəsilli gənc əməliyyatdan sonra öldü

    Rusiyanın Sankt-Peterburq şəhərində özəl klinikalardan birində ölüm hadisəsi baş verib. Ötən gecə 20 yaşlı oğlan badamcıqların çıxarılması əməliyyatından sonra həyatını itirib.

    Median.Az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

    Bildirilib ki, gəncin cəsədi ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.

    Qeyd olunub ki, gənc Azərbaycanda doğulub və daha sonra Sankt-Peterburqa köçüb. 2007-ci ildə Rusiya vətəndaşlığını alıb.

    Sankt-Peterburqun istintaq orqanları tərəfindən hadisənin baş vermə şəraitinin aydınlaşdırılmasına və prosessual yoxlamalara başlanılıb.