В новом учебном году в Ханкенди начнут действовать две школы и два детских сада.
Как сообщает хezerxeber.az, речь идет о средней школе №4, которая будет функционировать в городе, и учебном заведении, расположенном в поселке Кяркиджахан. Там будут учиться дети, которые переедут сюда в рамках программы Великого возвращения.
В Ханкенди и Кяркиджахане также будут введены в эксплуатацию ясли-детские сады. В них уже проводятся последние отделочные работы.
Şəkidəki 6 nömrəli tam orta məktəbdə yalnız 10 və11-ci sinif şagirdləri təhsil alacaqlar.
Xezerxeber.az-ın məlumatına görə, 2007-ci ildən fəaliyyət göstərən və hazırda 181 şagirdin təhsil aldığı məktəbin bağlanacağı iddiaları valideynləri narahat edir.
Onların sözlərinə görə, məktəb rəhbərliyi ötən gün şagirdlərə zəng edərək, təhsil ocağının bağlanacağını, 9-cu və ondan aşağı bütün sinif şagirdlərinin, eləcə də müəllimlərin başqa məktəblərə köçürüləcəyini bildirib.
Şagirdlərin köçürülməsinə səbəb kimi burada hansısa pilot layihənin həyata keçiriləcəyi göstərilib.
Məsələ ilə əlaqədar Şəki rayonu üzrə təhsil sektorundan bildirilib ki, rayonda təhsilin keyfiyyətinin artırılması məqsədilə pilot layihə hazırlanıb. Layihənin də 6 nömrəli tam orta məktəbdə həyata keçirilməsi nəzərdə tutulub.
Layihəyə əsasən məktəbdə sadəcə 10 və 11-ci siniflər üçün xüsusi tədris planı keçiriləcək. 6 nömrəli məktəbdə hazırda 181 şagird var ki, onlardan da 145-i digər təhsil ocağına köçürüləcək.
Əvəzində isə 180-dən çox yuxarı sinif şagirdi bu məktəbə cəlb olunacaq. Bu təhsil ocağının əhatəsində 4 məktəb olduğundan pilot layihə üçün bura seçilib.
Сотрудники Главного управления по борьбе с киберпреступностью Министерства внутренних дел (МВД) Азербайджана в результате проведенных расследований интернет-ресурсов и оперативно-технических мероприятий задержали членов еще одной группировки, которые незаконно действовали в соцсетях, получая путем фишинга (вид интернет-мошенничества, целью которого является получение идентификационных данных пользователей – ред.) данные банковских карт граждан и похищая особо крупные суммы денег. Были задержаны Эртогрул Акдемир, Шамхал Аббасов, Гнязь Гасанов и Сабир Гумметзаде.
Об этом говорится в информации МВД.
Установлено, что члены группировки, вступив в преступный сговор, создавали поддельные сайты, похожие на интернет-ресурсы банков и торговых платформ, а также размещали на них недостоверные объявления о якобы проводимых банками денежных лотереях и продаже дорогих моделей телефонов по заниженным ценам. Члены банды также организовывали платную рекламу этих ссылок в соцсетях для широкого распространения объявлений и привлечения большего числа людей.
“После того, как граждане заходили на поддельные ссылки и предоставляли секретные и OTP коды безопасности своих банковских карт, члены группировки входили в мобильные банковские приложения этих лиц и похищали деньги со счетов. Задержанные, с целью сокрытия своей личности, переводили украденные средства на карты, полученные от разных лиц за плату, а затем отправляли их на криптовалютные счета.
Следует учитывать, что лица, предоставившие свои карты киберпреступникам за материальное вознаграждение, также считаются членами этих преступных группировок и несут ответственность перед законом.
В ходе расследований, проведенных в управлении, а также на основании материальных и электронных доказательств, обнаруженных при проверке интернет-ресурсов, на которых тайно действовали члены группировки, было установлено, что они похитили денежные средства с карт около 400 граждан, причинив им материальный ущерб на общую сумму около 500 000 манатов. Решением суда в отношении Э.Акдемира и Ш.Аббасова, руководивших киберпреступной группой и задержанных в ходе операции, избрана мера пресечения в виде ареста, оперативно-технические мероприятия продолжаются”, – отмечается в заявлении.
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər.
“Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar. Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər.
Nəzərə almaq lazımdır ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.
Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir”, – məlumatda qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.
Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini deyib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları vurğulanıb.
* * * * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.
Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.
Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
London Universitet Kollecinin britaniyalı alimləri uzun sürən koronavirus infeksiyasının ən ümumi və ciddi simptomlarını müəyyən ediblər. Onların bədənin müxtəlif yerlərində ağrı olduğu ortaya çıxıb.
Median.Az xəbər verir ki, araşdırma “Journal of Royal Society of Medicine” (JRSM) elmi jurnalında dərc olunub.
Komanda 2020-2022-ci illərdə COVID-19 olan 1000-dən çox xəstənin məlumatlarını təhlil edib. Onların 1/4-dən çoxu (26,5%) baş, oynaq və qarın nahiyəsində ağrılardan şikayətlənib.
Uzun koronavirusun digər ümumi simptomları narahatlıq və depressiya (18,4%), yorğunluq (14,3%) və təngnəfəslik (nəfəs almaqda çətinlik) (7,4%) kimi neyropsikoloji problemlərdir.
Təhlil göstərib ki, xəstəliyin diaqnozu qoyulandan bəri simptomların intensivliyi, xüsusilə də ağrı hər ay orta hesabla 3,3% artıb. Tədqiqat yaşlı insanların simptomların daha yüksək intensivliyini yaşadığını təsdiqləyib.
Tədqiqatçılar COVID-19 üçün uzun müddətli xəstəxanaya yerləşdirmələrə və ağrıların idarə edilməsinə, eləcə də neyropsikoloji problemlər və yorğunluq kimi digər ümumi simptomlara üstünlük verən müalicə strategiyalarının işlənib hazırlanmasına davamlı dəstəyə çağırıblar.