Month: August 2024

  • Dövlət qurumları niyə bina tikmir, əvəzinə 4-5 milyon icarə ödəyir?

    Bəzi dövlət qurumları müəyyən müddətə ofislər icarəyə götürürlər. Bu icarəyə külli miqdarda məbləğlər ödənilir. 4-5 milyon manatlıq icarə müqavilələrindən söhbət gedir. Maraqlıdır ki, həmin qurumlar eyni binanı tiksələr ya eyni xərc, ya da daha az xərc çıxar. Niyə qurumlar binaları tikməyə deyil, icarəyə götürməyə maraqlıdırlar?

    Valyuta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlətin yaratdığı publik hüquqi şəxslərin binaları icarəyə götürməsi təcrübəsi uzun müddətdir var və qurumların ofis icarəyə götürməsi qanunla qadağan deyil:

    “Bu səbəbdən, bir çox dövlət orqanları və dövlət tərəfindən təsis olunan publik hüquqi şəxslər büdcədən ayrılan vəsait hesabına və ya özlərinin qanun çərçivəsində qazandığı vəsait hesabına icarə tutmaqda daha maraqlı olurlar. Məntiqlə yanaşsaq, yeni binaların tikilməsi daha yaxşı və doğru qərar ola bilər. Biz onu da müşahidə edirik ki, bəzi hallarda icarədə olan dövlət orqanlarının bəziləri zaman keçdikcə bina tikirlər”.

    Ekspert bildirdi ki, qurumların binaları icarəyə götürməsində şəxsi maraqlar mühüm rol oynayır:

    “İcarə müqavilələri bağlanan zaman bəzi hallarda kimlərinsə tanışı, qohumu, yaxın adamı, dostu olan şəxslərlə müqavilə bağlanır. Bu da, həmin şəxslərin maraqları çərçivəsində olur. Təəssüf ki, Azərbaycanda belə hadisələr olur. Amma bu praktikadan yavaş-yavaş uzaqlaşmağa başlayırlar. Artıq görürük ki, hər il icarədə olan dövlət qurumları artıq dövlət büdcəsindən ayrılan vəsait hesabına özlərinə binaların tikintisi ilə bağlı qərarlar da alır. Bu praktika getdikcə daha geniş yayılır. Amma hələ də bu məsələnin qalmasında bəzi hallarda şəxsi maraqlarının rolu böyükdür”.

  • Израиль заявил о ликвидации полевого командира “Исламского джихада”

    ВВС Израиля ликвидировали командира палестинской группировки “Исламский джихад” Фариса Касима при ударе в районе сирийско-ливанской границы.

    Об этом сообщила пресс-служба ЦАХАЛ.

    Согласно информации, Касим отвечал за разработку оперативных планов “Исламского джихада” в Сирии и Ливане и занимал высокое положение в оперативном управлении этой радикальной организации.

    По информации израильских военных, Касим играл центральную роль в вербовке палестинцев в ливанское шиитское движение “Хезболлах”.

  • “İslami Cihad”ın səhra komandiri öldürülüb

    İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində Fələstinin “İslami Cihad” qruplaşmasının üzvü Faris Qasim öldürülüb.

    Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Faris Qasim “İslami Cihad”ın Livan və Suriyada əməliyyat planlarının hazırlanması üzrə məsul şəxs olub və fələstinli döyüşçülərin “Hizbullah” sıralarına cəlb edilməsində mühüm rol oynayıb.

  • Сотрудница пенитенциарного учреждения в Нахчыване привлечена к уголовной ответственности

    Сотрудница учреждения смешанного режима Пенитенциарной службы Нахчывана Джейхуна Гурбанова привлечена к уголовной ответственности.

    Об этом сообщили в прокуратуре Нахчыванской Автономной Республики.

    Сообщается, что согласно поступившим материалам о незаконных действиях данного лица прокуратурой Автономной Республики проведено расследование. В ходе расследования были установлены обоснованные подозрения в том, что Джейхуна Гурбанова, используя свое служебное положение, пронесла в учреждение в своей сумке различные запрещенные предметы для одной из женщин-заключенных, отбывающих наказание в указанном учреждении, и передала их этой заключенной.

    По факту в прокуратуре Нахчыванской Автономной Республики возбуждено уголовное дело по статье 317-1.2 (Передача или отправление запрещенных предметов лицам, содержащимся в учреждениях уголовно-исполнительной системы и следственных изоляторах, лицом с использованием своего служебного положения) Уголовного кодекса, ведется следствие.

  • Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi cinayət məsuliyyətinə cəlb olunub

    Naxçıvanın Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin nəzarətçisi Ceyhunə Qurbanova cinayət məsuliyyətinə cəlb olunub.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, həmin şəxsin qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fakta bağlı Naxçıvan Muxtar Respublikası prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Обвиняемый в убийстве охранника замдиректора школы предстанет перед судом

    Заместитель директора средней школы №55 в Хатаинском районе Баку Эльсевар Исламов предстанет перед судом по обвинению в убийстве охранника Натига Мехди.

    Дело направлено в Бакинский суд по тяжким преступлениям и передано в судопроизводство судье Эльмину Рустамову.

    Напомним, что инцидент произошел в мае этого года. Согласно официальной информации, Эльсевар Исламов, 1966 года рождения, преднамеренно убил Натига Мехди на почве личного конфликта и захоронил его тело на территории Хазарского района. Ему предъявлено обвинение по статье 120.2.4 Уголовного кодекса (умышленное убийство с особой жестокостью).

  • Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb

    Bakının Xətai rayonunda 55 saylı orta məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən həmin məktəbin direktor müavini Elsevər İslamovun məhkəməsi başlayır.

    İstintaqı tamamlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib.

    Qeyd edək ki, hadisə bu ilin may ayında olub. Rəsmi məlumata görə, Natiq Mehdi qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsində və Xəzər rayonu ərazisində basdırılmasında şübhəli bilinib.

    O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

  • Bakıda küçə turizmi: inkişaf potensialı və yeni təşəbbüslər

    Azərbaycanda, xüsusilə də Bakıda küçə turizminin inkişafı turistlərin cəlb etmək üçün yeni perspektivlər və imkanlar açır. Bu turizm növü şəhərlə tanışlığı daha maraqlı və canlı etməklə yanaşı, onun mədəniyyətini və gündəlik həyatını daha yaxşı tanımağa imkan verir.

    Bununla belə, küçə turizminin Azərbaycanın turizm sektorunun mühüm hissəsinə çevrilməsi üçün bir sıra problemləri həll etmək və yeni təşəbbüslər həyata keçirmək lazımdır.

    “Report”un ekspertlərlə apardığı müzakirələrə görə, Bakıda küçə turizminin inkişafına mane olan əsas amillər nəqliyyat infrastrukturu ilə bağlı problemlərdir.

    Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi qeyd edib ki, turistlərin ictimai nəqliyyatdan istifadəsi hələ də çətinliklərlə müşayiət olunur. Avtobusların hərəkət qrafikinin pozulması, tıxaclar və velosiped infrastrukturunun çatışmazlığı şəhərdə, xüsusən də mərkəzdən kənar yerlərdə hərəkət üçün narahatlıq yaradır.

    “Bakının mərkəzində ictimai nəqliyyat üçün xüsusi zolaqların ayrılması, piyada zonalarının və velosiped sürmək üçün imkanların genişləndirilməsi kimi müəyyən işlər görülsə də, şəhərin digər ərazilərində vəziyyət çətin olaraq qalır. Piyadaların təhlükəsizliyi məsələlərinə, səkilərin yaxşılaşdırılmasına və turistlərin hərəkəti üçün rahat şəraitin yaradılmasına diqqət yetirmək lazımdır”, – deyə S.Dübəndi vurğulayıb.

    Onun fikrincə, küçə turizminin digər mühüm aspekti turist avtobusları üçün infrastrukturun inkişafıdır. S.Dübəndinin sözlərinə görə, turist nəqliyyatı üçün rahat dayanacaq yerlərinin olmaması şəhər gəzintilərinin təşkilini çətinləşdirir.

    Turizm infrastrukturunun yaradılması və təkmilləşdirilməsi məsələləri peşəkarların və ictimaiyyətin fikirlərinin cəlb edilməsi ilə daha geniş müzakirə tələb edir. “Şəhərin turizm potensialını tam şəkildə müəyyənləşdirilməsi üçün bütün maraqlı tərəflərin – yerli sakinlər, turistlər və bizneslər də daxil olmaqla ehtiyac və maraqları balanslaşdırılmalıdır”, – Assosiasiyanın rəhbəri hesab efir.

    Lakin bu problemlərə baxmayaraq, Bakıda küçə turizminin gələcək inkişaf üçün potensial var.

    Turizm üzrə ekspert Xuraman Məmmədova qeyd edib ki, şəhər mədəniyyətinin ayrılmaz hissəsi olan küçə yeməkləri turistlər arasında populyardır: “Son illərdə şəhərin mərkəzində yerli yeməklərin satışına icazə verilməsinə başlanıb ki, bu da Azərbaycan mətbəxinin təbliğinə kömək edir və paytaxtın qonaqları üçün unikal təəssüratlar yaradır”.

    Bundan əlavə, X.Məmmədova turistlərin diqqətini cəlb edən küçə artistlərinin əhəmiyyətini də vurğulayıb. “Bakının mərkəzi küçələrində artıq musiqiçilər, rəssamlar və ifaçılar üçün xüsusi yerlər ayrılıb ki, bu da turistlərə şəhərin mədəniyyəti ilə bilavasitə tanış olmağa imkan verir. Həmçinin açıq havada incəsənət festivallarının və küçə sərgilərinin keçirilməsi də gündəmdədir ki, bu da mədəni turizmin mühüm elementi ola bilər”, – X.Məmmədova hesab edir.

    Ekspertlərin fikrincə, küçə turizminin uğurlu inkişafı üçün dövlət və özəl sektor arasında sıx əməkdaşlıq lazımdır. Yalnız səyləri birləşdirməklə turistlərin küçələrdə daha çox vaxt keçirəcəyi, şəhərin mədəniyyətindən və atmosferindən zövq alacağına şərait yaratmaq olar.

    Yekun olaraq demək olar ki, Bakıda küçə turizmi bu istiqamətdə işlər davam etdirilərsə, mühüm turizm növünə çevrilmək üçün bütün şanslara malikdir. İnfrastrukturun inkişafı, küçə mədəniyyətinin dəstəklənməsi və turistlər üçün rahat şəraitin yaradılması – bütün bunlar Bakını şəhər gəzintiləri və mədəni turizm həvəskarları üçün cəlbedici edə bilər.

  • Baş İdarə əməliyyat keçirib, 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən dəstə üzvləri – əvvəllər məhkum olunmuşlar Sənan Cəfərov, İlkin Əhmədov və Səfiyar Allahyarov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 297 ədəd metadon həbi aşkarlanıb.

    Hər üç şəxs ifadələrində maddi qazanc əldə etmək məqsədi ilə narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. S.Cəfərov, İ.Əhmədov və S.Allahyarovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • Ermənistan hökuməti çətin durumda – baş nazir kadr islahatlarına gedir – ŞƏRH

    Ermənistanda daxili siyasi vəziyyətdə gərginlik hökm sürür. Bunun əsas səbəbi rəsmi İrəvanın xarici siyasət kursu ilə bağlıdır. Belə ki, bu gün Ermənistandakı Nikol Paşinyan hakimiyyəti faktiki olaraq Rusiya ilə Qərb arasında qalıb. Bu da Ermənistan müxalifətinin narazılığına səbəb olur.

    Üstəgəl, rəsmi İrəvan artıq başa düşür ki, regional əməkdaşlıq mühitinin təmin olunmasının alternativi yoxdur. Bunu baş nazir dəfələrlə birbaşa və ya dolayısı yolla etiraf edib.

    Amma Ermənistan hakimiyyəti sözdə dediyini əməldə icra etmək üçün lazımi siyasi iradəyə malik deyil. Bunun iki əsas səbəbi var: Birincisi, rəsmi İrəvan xeyli dərəcədə ikinci tərəflərdən, o cümlədən Vaşinqton və Parisdən asılıdır. Qərb Ermənistanı öz təsiri altına salıb. İndi də Ermənistanın xarici siyasət kursunu müəyyənləşdirir. İkincisi, Ermənistan siyasi elitasındakı daxili ziddiyyətlə bağlıdır. Müxalifət zaman-zaman iqtidarın “əl-qolunu bağlamağa” çalışır. Beləliklə, Ermənistan hakimiyyəti çətin vəziyyətə düşür.

    Ermənistanın “İravunk” qəzetinin yazdığına görə, Paşinyan yaxın vaxtlarda hökumətdə kadr dəyişikliklərinə başlayacaq. Nəşr hakim partiyadakı mənbələrə istinadən xəbər verir ki, yeni strategiyaya görə Paşinyan nazirlərin bəzilərini istefaya göndərmək qərarında qətiyyətlidir.

    Öncə onu deyək ki, bu məlumat hələ dəqiq deyil və sadəcə iddiadır. Ola bilsin ki, yayılan iddia sadəcə informasiya müharibəsinin tərkib hissəsi olmaqla Ermənistan hakimiyyətinə qarşı kampaniyanın və daxildə Paşinyan iqtidarı əleyhinə ictimai rəy yaratmaq cəhdidir. Hər halda bu ehtimal istisna deyil.

    Amma iddiaların həqiqət olması ehtimalı da mümkündür. Bu, inandırıcıdır. Çünki dediyimiz kimi, hazırda Ermənistan iqtidarı lazımi siyasi iradəyə malik deyil. Paşinyan hakimiyyəti zəifdir. Azərbaycanla sülh sazişinin imzalanması və regional əməkdaşlıq mühitinin təmin olunması üçün sadəcə Paşinyanın iradəsi kifayət deyil. Və görünən odur ki, komandasında ona tabe olmaq istəməyənlər, baş nazirin siyasətinə qarşı çıxanlar var.

    Bu xüsusda Ermənistanın müdafiə naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanı xüsusilə qeyd etmək olar. Doğrudur, “döngədə atları dəyişməzlər”. Amma mümkündür ki, onlar Paşinyana mane olurlar.

    Qeyd etmək lazımdır ki, A.Mirzoyanın Ermənistan cəmiyyətində nüfuzu çox azdır. Onun bir neçə dəfə döyülməsi, təhqir edilməsi, habelə beynəlxalq müstəvidə dəfələrlə fiaskoya uğraması çoxlarına məlumdur. Bu, o deməkdir ki, Mirzoyan xarici işlər naziri kimi kifayət qədər imicə malik deyil. Üstəlik, faktiki olaraq ölkənin xarici siyasət kursunun həyata keçirilməsində də o, xüsusi rol oynaya bilmir.

    S.Papikyana gəldikdə isə görünən odur ki, o, silahlı qüvvələrə tam nəzarət edə bilmir. Xüsusilə son zamanlar Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutması təbii olaraq suallar yaradır: Ermənistanın hərbi və siyasi elitası arasında ziddiyyətmi var? Əgər yoxdursa, niyə ordu siyasi elitanın, o cümlədən Paşinyanın iradəsinə qarşı çıxır? Ola bilərmi ki, orduya direktivlər üçüncü qüvvələrdən gəlir və S.Papikyan buna nəzarət edə bilmir? Bu, praktik baxımdan mümkündür. Çünki daha əvvəl Ermənistan müdafiə naziri bir neçə dəfə bildirib ki, yaranan hərbi gərginliklər haqqında onun heç bir məlumatı yoxdur.

    Bundan başqa, Ermənistan ordusunda intihar, güllələmə, fərarilik kimi hallar artmaqdadır. Əlbəttə, bu da müdafiə nazirinin imicinə zərbə olmaqla yanaşı, onun öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini göstərir.

    Beləliklə, adı çəkilən hər iki nazirin istefaya göndərilməsi mümkündür. Əgər bu olarsa, Ermənistan hökumətində və xarici siyasətində yeni mərhələ başlaya bilər.
    //report