Month: August 2024

  • Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur

    Bu gündən Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında sazişi rəsmi olaraq qüvvəyə minir.

    Bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.

    Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.
    Xatırladaq ki, bu il mayın 4-də iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu sazişi təsdiqləyib.

  • Rafael Fiziyev UFC-yə qayıdacağı tarixi açıqlayıb

    Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev ağır zədədən sonra oktaqona qayıdacağı vaxtı açıqlayıb.

    Yüngül çəki dərəcəsində döyüşən idmançı bu ilin noyabr-dekabr aylarında oktaqona qayıtmağı planlaşdırdığını qeyd edib. O, 2023-cü ilin martında uduzduğu Castin Qetjini rəqibi kimi görmək istəyir.

    Xatırladaq ki, Rafael Fiziyev Mateuş Qamrotla döyüşdə aldığı ağır zədədən sonra bir ildir ki, müalicə olunur. Rafael ikinci raundda diz bağlarını qoparıb və mübarizəni davam etdirə bilməyib.

  • DİN-dən müharibə veteranının iddialarına cavab: “Qanunsuz olaraq əlavə preparat istəyib”

    “Saatlı rayon sakini, veteran, l qrup fiziki məhdudiyyətli Həsən Mehtiyevin təzyiqə məruz qalması iddiaları əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir”.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib ki, H.Mehtiyev avqustun 25-də saat 21:30-da qardaşı Elgün Mehtiyevlə birlikdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsində uca səslə qurumun əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və ona qanunsuz olaraq əlavə preparat verilməsini tələb edib:

    “Həmin gün xidmətdə olan qadın növbətçi həkim ona tələb etdiyi xüsusi preparatın normadan artıq olduğunu və onun həyatı üçün təhlükə yarada biləcəyini qeyd edib. Bununla razılaşmayan H.Mehtiyev təkrarən təhqirlər səsləndirib, əlində olan mobil telefonla həkimin sifətinə, qardaşı isə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq xəsarət yetiriblər.

    Daha sonra H.Mehtiyevin valideynləri də oraya gələrək xəstəxananın əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirərək onları təhqir ediblər.

    H.Mehtiyevin törətdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində başlanan cinayət işi üzrə araşdırmalar aparılır, ailə üzvləri barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

    Törədilən xuliqanlıq hərəkətlərinin əks olunduğu görüntülər və digər maddi sübutlar istintaqa təqdim edilib.

    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

  • Павел Дуров доставлен в суд – ВИДЕО

    Следователь распорядился о переводе сооснователя мессенджера Telegram Павла Дурова в суд, где ему может быть предъявлено обвинение.

    Как передает Median.Az, об этом ТАСС сообщили в прокуратуре Парижа.

    “Следователь распорядился о завершении срока содержания Дурова под стражей и его переводе в суд, где ему может быть предъявлено обвинение”, – отметили в ведомстве.

  • Pavel Durov məhkəməyə gətirilib – VİDEO

    “Telegram”ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.

    Median.Az bu barədə “Agence France-Presse”ə istinadən xəbər verir.

    Agentliyin məlumatına görə, onun ilkin həbs müddəti başa çatıb.

    Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb.

  • Мехрибан Алиева поделилась публикацией в связи с открытием школы и отеля в Sea Breeze (ВИДЕО)

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась публикацией в своем официальном аккаунте в Instagram в связи с открытием школы LANDAU и апарт-отеля The Grand в центре отдыха Sea Breeze.

  • Mehriban Əliyeva “Sea Breeze”dəki açılışdan video paylaşdı (VİDEO)

    Birinci vitse-prezident Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı ilə bağlı paylaşım edib.

    Mehriban Əliyeva rəsmi “Instagram” hesabında video paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • Fransa Pavel Durovun qardaşını da axtarışa verdi

    “Telegram”ın həmtəsisçisi Pavel Durovun qardaşı Nikolay Durov Fransada axtarışa verilib.

    Bu barədə Avropa nəşri Politico məhkəmə sənədinə istinad edərək məlumat yayıb.

    Qeyd olunur ki, Pavel və Nikolaya qarşı həbs qərarları 25 martda azyaşlıların pornoqrafik görüntülərinin təşkil edilmiş qrup şəklində saxlanması, yayılması və ya onlara çıxış imkanı verilməsi ittihamı ilə verilib.

  • Jurnalist haqqındakı iddiaya cavab verdi: “Onu 10-12 il öncə cəmi bir tədbirdə görmüşəm”

    Jurnalist Dəyanət Babayevlə bağlı xoşagəlməz iddialar yayılıb.

    Cinsiyyətini dəyişmiş bir şəxs sosial şəbəkələrdə Dəyanət Babayevlə sevgili olduğunu iddia edir.

    Yayılan iddia ilə bağlı Yenicag.az-a açıqlamasında Dəyanət Babayev deyib ki, bu kimi iddialar yalan və şər-böhtandan başqa bir şey deyil.

    “Belə bir münasibət olmayıb. Onu yalnız 10-12 il öncə müxalifət partiyasında təmsil olunan zaman cəmi bir dəfə tədbirdə görmüşəm. Daha sonra isə onunla əlaqəm olmayıb”, – deyə o bildirib.

    D.Babayevin sözlərinə görə, böhtanın atılmasında isə məqsəd var.

    “Bir neçə gün öncə bir iş adamının səs yazısı mediada yayıldı. Məndən həmin səsin silinməsi istənildi. Etirazımı bildirdikdə isə başıma bunların gələcəyinin anonsu verild. Belə şantajlar yalnız mənə qarşı olmayıb. Sosial şəbəkə hesabına nəzərə yetirsəniz, mənim kimi bir çox insan məhz bundan sonra belə çirkin iftiraya məruz qalıb.”, – deyə o, bildirib.
    //yenicag.az

  • Baş Prokurorluq media subyektlərinə müraciət etdi

    “Bəzi media saytlarında Firdovsi Vəliyev adlı şəxsin rəhbəri olduğu şirkətə məxsus nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə əlaqədar müraciətlərinə baxılmaması, vətəndaş qəbulunda iştirak edə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Bildirilir ki, Vəliyev Firdovsi Bəhram oğlu müraciətlərində rəhbəri olduğu dərman preparatları firmasına məxsus nəqliyyat vasitəsinin idarə edilməsinə dair Goranboy şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhimov Xəyyam Nəriman oğlu ilə 2022-ci ilin sentyabr ayında aralarında yaranmış narazılıqdan sonra sonuncuya verdiyi etibarnamənin müddətinin bitməsinə baxmayaraq avtomobilin ələ keçirilməsini göstərib”.

    Bu barədə Baş Prokurorluqdan verilən açıqlamada bildirilib.

    Qeyd olunub ki, həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmayıb və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməyib.

    “Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə şəhər baş polis idarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməyib.

    Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib”, məlumatda deyilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.