Month: August 2024

  • YAP-ın vəzifəli şəxsi 54 yaşında vəfat etdi

    Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədr müavini Maqsud Şabiyev vəfat edib.

    Bu barədə mərhumun yaxınları məlumat verib.

    Qeyd edilib ki, M.Şabiyev ötən gün 54 yaşında xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Şabiyev Maqsud Səxavət oğlu 1970-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub.

    Xatırladaq ki, M.Şabiyev Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər zamanı dairə seçki komissiyalarının iclaslarını müşahidə edəcək xüsusi icazəli şəxslərdən biri olub.

  • В электрокарах Volkswagen можно будет играть в игры

    Компания Volkswagen заявила, что в скором времени на медиасистемах некоторых её электрокаров появится поддержка игровой платформы AirConsole.

    Об этом сообщает Median.Az со ссылкой на auto.ru.

    Обещано, что в итоге пользователи Volkswagen получат доступ более чем к 130 играм различной направленности, включая гонки и викторины. Постепенное распространение новшества должно начаться уже в сентябре.

    Для доступа к игровой платформе потребуется активное подключение к интернету, а вместо контроллеров пользователи смогут использовать собственные смартфоны, синхронизированные при помощи сканирования QR-кода. Играть можно будет только в неподвижных машинах – например, на парковке или во время заряда аккумулятора.

    Новая опция дебютирует на Volkswagen ID.7 в комплектации Pro S с 15-дюймовым дисплеем. Позже игры станут доступны и на других электромобилях, а в 2025-м Volkswagen рассчитывает распространить эту функцию на традиционные модели, включая Golf, Passat и Tiguan.

    Одним из первых европейских автопроизводителей о сотрудничестве с платформой AirConsole объявил концерн BMW – игры на бортовых медиасистемах доступны, к примеру, на моделях 5 и 7 серий. Tesla интегрирует в свои электромобили доступ к платформе Steam, а Mercedes-Benz обещает в скором времени открыть возможность играть на медиасистемах в самые известные видеоигры на уровне ПК или консолей при помощи контроллеров, подключаемых по bluetooth.

  • “Volkswagen” elektrik avtomobillərində oyun oynaya bilərsiniz

    “Volkswagen” şirkəti “AirConsole” oyun platformasına dəstəyin tezliklə bəzi elektrik avtomobillərinin media sistemlərində görünəcəyini açıqlayıb.

    Median.Az bu barədə auto.ru-ya istinadən xəbər verir.

    Vəd edilib ki, nəticədə “Volkswagen” istifadəçiləri yarışlar və viktorinalar da daxil olmaqla 130-dan çox müxtəlif növ oyuna çıxış əldə edəcəklər. Sentyabr ayında yeniliyin tədricən paylanmasına başlanmalıdır.

    Oyun platformasına daxil olmaq üçün aktiv internet bağlantısı tələb olunacaq və kontrollerlər əvəzinə istifadəçilər QR kodu skanerdən keçirməklə sinxronlaşdırılmış öz smartfonlarından istifadə edə biləcəklər. Siz yalnız stasionar avtomobillərdə – məsələn, dayanacaqda və ya batareya doldurularkən oynaya bilərsiniz.

    Yeni variant “Volkswagen ID.7″də 15 düymlük displeyli “Pro S” komplektasiyasında debüt edəcək. Daha sonra oyunlar digər elektrikli avtomobillərdə də peyda olacaq və 2025-ci ildə “Volkswagen”in bu yeniliyi ənənəvi modellərə, o cümlədən “Golf”, “Passat” və “Tiguan”a tətbiq etməyi gözlənilir.

  • İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də açılış mərasimində

    Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

  • Xəzər dənizinin səviyyəsi 6 metrə qədər azala bilər

    “Xəzər dənizinin səviyyəsi əsrin sonuna qədər 6 metrə qədər azala bilər”.

    “Trend” xəbər verir ki, bunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekoloji Siyasət” şöbəsinin müdir müavini Rafiq Verdiyev deyib.

    O bildirib ki, son 30 ildə Xəzər dənizinə tökülən çayların səviyyəsi azalıb.

    “Bundan başqa, yağıntı azalır, buxarlanma artır, bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olacaq. 1979-cu ildə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə görə şimal çaylarının dənizə yönləndirilməsi layihəsi nəzərdə tutulurdu. Sonra da Xəzərin səviyyəsi artdı. Buna görə də layihə təxirə salındı. Lakin gedən proseslər bu layihəni yenidən gündəmə gətirə bilər”, – deyə o qeyd edib.

  • Qəzzada daha bir jurnalist həlak oldu

    Qəzza zolağında öldürülən jurnalistlərin sayı 172-yə yüksəlib.

    Hökumətin Qəzzadakı Media Ofisindən Qəzza zolağında İsrailin hücumları nəticəsində həlak olan jurnalistlərlə bağlı məlumat verilib.

    İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda “Menazil Media Şirkət”ində çalışan jurnalist Muhammed Abdulfettah Abdurabbu-nun həyatını itirdiyi bildirilib.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 172-yə yüksəldiyi bildirilib.
    //azxeber

  • Bakıda bank kartından pul oğurlandı

    Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Abbasov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Yaponiya güclü tayfun təhlükəsi qarşısındadır

    Yaponiyanın cənub-qərb adalarına tayfun yaxınlaşıb, yerli sakinlərə yaxın günlərdə güclü külək və leysan yağışları barədə xəbərdarlıq ediblər.

    Median.Az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

    “Şanşan” tayfunu çərşənbə axşamı səhər cənubdakı Amami adasından təxminən 130 km şərqdə olub. Küləyin sürəti 162 km/saata çatıb.

    Bildirilir ki, çərşənbə günündən cümə axşamına kimi Amami adasına 40 sm-ə qədər, Kyusyu bölgəsinə isə 50 sm-ə qədər yağış yağacaq.

    Yaponiyanın dəmir yolu şirkətləri çərşənbə günündən bazar gününə kimi Kyusyu və Honsyu adalarında xidmətləri dayandıracaqlarını elan ediblər.

  • Vladimir Putin İlham Əliyevə zəng edib

    Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

    Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

    Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Yük avtomobilinin təkərinin partlaması qəzaya səbəb oldu: Azyaşlı öldü

    Bakı-Qazax yolunda azyaşlı qızın həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Belə ki, qoşqulu yük avtomobilinin təkərinin partlaması səbəbindən minik avtomobili ilə toqquşma baş verib. Qəza nəticəsində minik avtomobilində olan azyaşlı qız həyatını itirib, onun anası, bacısı və digər qohumu isə xəsarət alıb.

    “Nəqliyyat vasitələrinin texniki sazlığının nəzarətdə saxlanılmaması, eləcə də vaxtında texniki qulluq göstərilməməsi son nəticədə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə rəvac verir.

    Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır”, – məlumatda qeyd edilib.