Month: August 2024

  • Создан экстренный кардиостимулятор в виде инъекции

    Шведские ученые из Лундского университета разработали раствор для инъекций, действующий как временный кардиостимулятор. Укол препарата может избавить человека от аритмии сердца в экстренной ситуации.

    Исследование опубликовано в научном журнале Nature Communications (NatComms).

    Аритмия возникает при нарушении в электрических сигналах сердца, заставляя орган биться слишком быстро, медленно или нерегулярно. Для борьбы с проблемой применяют вживляемые кардиостимуляторы или лекарства. Однако в некоторых случаях эти методы могут быть недоступны.

    Команда разработала состав на основе наночастиц, вводимых через шприц. Когда они контактируют с тканями организма, вокруг сердца образуется структура из длинной цепочки проводящих электричество молекул. Этот электрод интегрируется с живыми клетками и способен передавать напряжение от внешнего источника, которым может стать обычный мобильный телефон. Ток будет поступать через кабель, прикрепленный к коже в месте инъекции.

    По словам ученых, такая система может работать до пяти дней, что позволит пациенту добраться до больницы и получить дальнейшее лечение. По прошествии этого срока полимерный электрод без вреда растворится в теле человека.

  • İnyeksiya şəklində təcili ürək stimulyatoru yaradılıb

    İsveçin Lund Universitetinin alimləri müvəqqəti kardiostimulyator rolunu oynayan inyeksiya məhlulu hazırlayıblar. Dərmanın bir inyeksiyası təcili vəziyyətdə insanı ürək aritmiyasından xilas edə bilər.

    Tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.

    Aritmiya ürəyin elektrik siqnallarında pozulma nəticəsində yaranır və orqanın çox sürətli, yavaş və ya nizamsız döyünməsinə səbəb olur. Problemlə mübarizə aparmaq üçün implantasiya edilə bilən kardiostimulyatorlar və dərmanlar istifadə olunur. Ancaq bəzi hallarda bu üsullar əlçatan olmaya bilər.

    Komanda bir şpris vasitəsilə idarə olunan nanohissəciklərə əsaslanan formula hazırlayıb. Bədən toxuması ilə təmasda olduqda, ürəyin ətrafında uzun elektrik keçirici molekullar zəncirindən ibarət bir struktur yaranır. Bu elektrod canlı hüceyrələrlə birləşir və adi cib telefonu kimi xarici mənbədən gərginlik ötürməyə qadirdir. Cərəyan inyeksiya yerində dəriyə bərkidilmiş kabel vasitəsilə çatdırılacaq.

    Alimlərin fikrincə, belə bir sistem beş günə qədər işləyə bilər, bu da xəstənin xəstəxanaya çatmasına və müalicə almasına imkan verəcək. Bu müddətdən sonra polimer elektrod insan orqanizmində zərər vermədən həll olunacaq.

  • Еще одна страна заявила о претензиях к Telegram

    Южная Корея решила ужесточить позицию по отношению к Telegram.

    О претензиях еще одной страны к мессенджеру сообщило агентство Reuters.

    Отмечается, что президент республики Юн Сок Ель призвал тщательнее расследовать преступления сексуального характера. Так глава государства отреагировал на публикации в СМИ, где сообщалось о том, что в мессенджере можно встретить откровенные фото и видео с участием корейских женщин.

    “Это эксплуатация технологий с опорой на защиту анонимности. Это явное уголовное преступление”, – сказал Юн Сок Ель.

    Агентство подчеркивает, что комиссия по стандартам связи Кореи планирует в среду провести совещание по противодействию сексуальным дипфейкам.

    Основателя Telegram Павла Дурова задержали в парижском аэропорту 24 августа. По версии французской полиции, он является соучастником противозаконных действий, совершенных через мессенджер. Во Франции бизнесмену грозит до 20 лет тюрьмы.

  • Daha bir ölkə “Telegram”a qarşı mövqeyini sərtləşdirir

    Cənubi Koreya “Telegram”a qarşı mövqeyini sərtləşdirməyə qərar verib.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Qeyd olunur ki, respublika Prezidenti Yun Sok-Yel cinsi xarakterli cinayətlərin daha hərtərəfli araşdırılmasına çağırıb. Dövlət başçısı mediada “Telegram”da koreyalı qadınların iştirakı ilə açıq-saçıq foto və videolara rast gəlinməsi barədə yazılan xəbərlərə belə münasibət bildirib:

    “Bu, anonimliyin qorunmasına əsaslanan texnologiyanın istismarıdır. Bu, açıq-aydın cinayətdir” ,- Yun Sok-Yel bildirib.

    Agentlik vurğulayıb ki, Koreya Rabitə Standartları Komissiyası çərşənbə günü cinsi istismarlarla mübarizə üçün iclas keçirməyi planlaşdırır.

    Qeyd edək ki, Hindistan siyasətçiləri də mesencer üzərində nəzarəti gücləndirməyə çağırırlar. Tətbiq qəsb və qumar kimi cinayət fəaliyyətləri ilə əlaqəli olduğu üçün bloklana bilər.

    Xatırladaq ki, “Telegram”ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. Fransa polisinin məlumatına görə, o, mesencer vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərin ortağıdır. Fransada iş adamını 20 ilə qədər həbs gözləyir.

  • 13 nəfərin ölümünə səbəb olan rusiyalı hərbçi rütbəsini qaytardı: Müharibəyə gedəcək

    Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” klubunda baş verən yanğına görə 20 il həbs cəzasına məhkum edilmiş rusiyalı hərbçi Stanislav İonkin Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün ölkənin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

    Median.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə hərbçinin vəkili Yuri Xromsov məlumat verib.

    “İonkin bu müqaviləni martın sonu-aprelin əvvəlində hökm çıxarılandan dərhal sonra imzalayıb. Və o, Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqla yanaşı, tibbi müayinədən də keçib”, – deyə vəkil bildirib.

    Yuri Xromsov qeyd edib ki, sənədin qanuni qüvvəyə minməsi üçün apellyasiya məhkəməsinin çıxardığı qərar lazım idi ki, bu da avqustun 27-də baş verib və hökm qüvvədə saxlanılıb.

    “Yaxın günlərdə İonkin xüsusi hərbi əməliyyata göndəriləcək”, – deyə o, fikrini yekunlaşdırıb.

    Xatırladaq ki, “Poliqon” klubunda yanğın 2022-ci il noyabrın 5-nə keçən gecə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, klubun yaxınlığında İonkinin iştirakı ilə dava düşüb. Rəqiblərini qorxutmaq üçün hərbçi siqnal tapançasından səmaya atəş açıb. Daha sonra binada yeni münaqişə yaranıb və İonkin binanın içərisində tapançadan istifadə edib.

    Yanğın nəticəsində 13 nəfər həlak olub, daha 9 nəfər xəstəxanalara yerləşdirilib. İttiham tərəfi hərbçiyə 16 il həbs cəzası istəyib, lakin 2024-cü ilin martında o, daha ağır cəzaya – 20 il müddətinə ciddi rejimli koloniyada cəzaya məhkum edilib. Stanislav İonkin günahını boynuna almayıb.

  • İzzət Bağırov aparıcılıq edəcək

    Müğənni İzzət Bağırov yenidən aparıcılıq fəaliyyətinə başlayır.

    “Olay” xəbər verir ki, müğənni yeni sezondan ARB TV-nin efirində olacaq.

    Bağırov “İzzət şou” adlanan layihəsini sözügedən kanalda gerçəkləşdirəcək.

  • Danışdıqlarımız sosial şəbəkələrdə niyə qarşımıza çıxır? – VİDEO

    Əksər zamanlarda bir mövzu haqqında danışdıqdan sonra dərhal sosial şəbəkələrdə həmin mövzuya uyğun video və reklamlar qarşımıza çıxır.

    Bu, bəzi insanlarda maraq və narahatlıq yaradır.

    Paytaxt sakinləri də dəfələrlə bu vəziyyətlə rastlaşdıqlarını bildiriblər.

    Mütəxəssislərin fikrincə, məqsəd süni intellekt vasitəsilə reklamları daha yaxşı hədəf almaq və satmaqdır.

    Əgər vətəndaş danışdıqlarının sosial şəbəkələrdə nüsxələnməsini istəmirsə, telefonunun funksiyalarından bunu tənzimləyə bilər.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Azərbaycanda tanınmış həkimi güllələyərək qətlə yetirdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO (YENİLƏNİB)

    Zaqataladakı cinayətin yeni təfərrüatı məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə qətl iki min manata görə törədilib.

    Belə ki, Tariyel Əhmədov Həsən Davudovdan sələmə götürdüyü pulun bir hissəsini qaytarsa da, sonda qalan iki min manatı verməyib və məsələ məhkəməyə qədər uzanıb.

    Məhkəmə isə Tariyel Həsənovu haqlı bilib və qərarı onun xeyrinə çıxarıb.

    Yenidən pulu tələb edən H.Davudova T.Əhmədovun cavabı məhkəmənin qərarını yenidən xatırlatmaq olub. Bundan hiddətlənən şəxs ov tüfəngini götürərək həkimi güllələyərək öldürüb və daha sonra intihar edib.

    Digər bir məlumata əsasən mübahisə mövzusuna çevrilən pulun üçüncü şəxsə aid olması, lakin həmin pulun H.Davudov tərəfindən sələmə verilməsidir.

    27 avqust * * * * *

    Zaqataladakı dəhşətli cinayətin detalları məlum olub.

    Mərhumun qohumunun sözlərinə görə, Həsən Davudov evdə Tariyel Əhmədovu öldürdükdən sonra həyətdəki yan evə keçərək onun qızı və nəvələrinə də atəş açmaq istəyib:

    “Xoşbəxtlikdən qapı bağlı idi, iki güllə izi qapıda qalıb. Həmçinin həkim yaxın zamanda göz əməliyyatı olmağa hazırlaşırdı”.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Гарри Кейн стал обладателем “Золотой бутсы”

    Нападающий немецкой “Баварии” Гарри Кейн официально стал обладателем “Золотой бутсы” – награды, ежегодно вручаемой лучшему бомбардиру среди чемпионатов, входящих в УЕФА.

    Об этом сообщает sport-express.ru.

    В сезоне-2023/24 англичанин забил 36 голов в 32 матчах немецкой Бундеслиги. Кейн летом прошлого года перешел в “Баварию” из английского “Тоттенхэма”.

    Второе место занял форвард одноименного “Штутгарта” Серу Гирасси (28 голов в 28 матчах Бундеслиги).

    Третьим стал нападающий французского ПСЖ Килиан Мбаппе (27 мячей в 29 матчах Лиги 1).

    “Золотая бутса” вручается с 1968 года. Рекордсменом по числу наград является нападающий “Интер Майами” Лионель Месси, который 6 раз становился обладателем приза.

  • Harri Keyn “Qızıl buts” sahibi oldu

    “Bavariya”nın hücumçusu Harri Keyn UEFA çempionatları arasında hər il ən çox qol vuran oyunçuya verilən “Qızıl buts” mükafatını qazanıb.

    Bu barədə sport-express.ru məlumat yayıb.

    Harri Keyn 2023/24 mövsümündə Almaniya Bundesliqasında 32 oyunda 36 qol vurub. O, ötən yay İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya transfer olunub.

    İkinci yeri “Ştutqart”ın hücumçusu Seru Qirassi tutub və o, Bundesliqada 28 qol vurub.

    Üçüncü pillədə isə Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappe qərarlaşıb. O, Liqa 1-də 29 oyunda 27 qol vurub.

    Qeyd edək ki, “Qızıl buts” mükafatı 1968-ci ildən təqdim olunur. Bu mükafatı ən çox qazanan (6 dəfə) futbolçu isə “İnter Mayami”nin hücumçusu Lionel Messidir.