Month: August 2024

  • Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin praktiki nəticələr verdiyini qeyd ediblər

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

    Xarici İşlər Nazirliyindən report-a bildirilib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb.

    Müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məmnunluqla qeyd olunub.

    Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla qeyd edilib. Universitetə böyük maraq təqdir olunub, təhsil sahəsində əməkdaşlığa əlavə stimul yaradacağı vurğulanıb.

    İkitərəfli əməkdaşlığımızın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırılıb. Ölkəmizin, xüsusilə, ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bununla yanaşı, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi bildirilib.

    C.Bayramov, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimizdən ətraflı bəhs edib.

    Qarşı tərəf, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, regional sülh və normallaşma gündəliyinə təhdidlər barədə məlumatdırıb. Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr olduğu diqqətə çatdırılıb.

    44 günlük Vətən müharibəsində Türkiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəklə yanaşı, Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində aktiv iştirakın yüksək qiymətləndirildiyi qeyd olunub.

    Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

  • Azərbaycanda hər 10 min uşağa 13 pediatr düşür

    2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir.
     
    Median.Az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” məcmuəsində əks olunub.
     
    Qeyd edilib ki, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim – pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.
     
    Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim-pediatr düşüb.

  • COP29-un Təşkilat Komitəsinin sədrinin rəhbərliyi altında Bakı Olimpiya Stadionuna baş çəkildi – FOTOLAR

    Avqustun 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.
     
    Sfera.az xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.
     
    Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.
     
    Sonda Təşkilat Komitəsinin sədri Samir Nuriyev aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

  • Bayramov: Ermənistanın silahlandırılmasıbölgə üçün əlavə təhdidmənbəyidir

    Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir.
     
    Median.Az-ın verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
     
    Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır: “Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.
     
    C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: “Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”. (Report)

  • Cennifer Lopezlə Ben Afflek əmlakları necə böləcək?

    Müğənni Cennifer Lopez və aktyor Ben Afflekin boşanması əmlak bölgüsünə görə çətinləşəcək.

    Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

    Cütlüyün nikahdan əvvəl müqaviləsi olmadığına görə, iki il nikah ərzində əldə etdikləri hər şey icma mülkiyyətidir – buna uyğun olaraq, nikah zamanı əldə edilən mallar bərabər bölünəcək.

    Beləliklə, Afflek ilə birlikdə “Artists Equity” (AE) prodüser şirkətinin sahibi olan aktyor Mett Damon boşanma prosesinə cəlb olunacaq. Damon Afflek və Lopezin toyundan 4 ay sonra qurulan şirkətin əsas səhmdarıdır.

    Öz növbəsində Lopez bir sıra iri kino və musiqi layihələrində iştirak edib: “Atlas”, “Bu mənəm… İndi” və s. Bundan əlavə, cütlüyün birgə ipoteka əsasında evləri var.

    Bu arada, ulduza yaxın mənbə “People” nəşrinə bildirib ki, Cennifer üçün Ben Afflekdən ayrıldıqdan sonra yaşamaq asanlaşıb. Mənbə qeyd edir ki, Lopez əvvəlcə Benlə evliliyini xilas etməyə çalışsa da, sonda boşanmaq qərarına gəlib.

    “Ben onların birliyini bitirib, onu geridə qoyaraq həyatına davam etmək qərarına gələndə Cennifer üçün çətin idi. O, boşanmaq istəmirdi, hər şeyi yoluna qoymaq istəyirdi. Onlar bir-birlərini sevirlər. Cennifer sadəcə imtina edən biri deyil. Gözləmə onun üçün işgəncə idi”, deyə mənbə bildirib.

    Qeyd edilib ki, boşanmaq üçün ərizə verdikdən sonra Cennifer özünü rahat hiss edir. Mənbənin sözlərinə görə, müğənninin ailəsi və dostları onun düzgün qərar verdiyinə inanırlar.

    Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib – 26 aprel 2024-cü il.

    Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair söz-söhbətlər may ayında başlayıb. Daha sonra məşhurların ikinci evlilik ildönümünü ayrıca keçirdikləri barədə məlumatlar ortaya çıxıb.

    Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olublar. Həmin vaxt onlar nişanlansa da, evlənməyiblər. 2021-ci ilin yazında keçmiş sevgililər münasibətlərini bərpa edib və 16 iyul 2022-ci ildə Las Veqasda evləniblər.

  • Yaşı 90-dan çox olan vətəndaşlar ən çox bu rayonlardadır

    1 yanvar 2024-cü il tarixinə olan məlumata görə, Azərbaycanda 19423 nəfər yaşı 90-dan çox olan vətəndaş qeydiyyatda olub.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, yaşı 90-dan çox olan vətəndaşların ən çox yaşadığı bölgə Bakı şəhəridir.

    İqtisadi rayonlar üzrə yaşlı vətəndaşların say bölgüsü aşağıdakı kimidir:

    Bakı şəhəri – 4553

    Naxçıvan Muxtar Respublikası – 1431

    Abşeron-Xızı iqtisadi rayonu-1080

    Dağlıq Şirvan iqtisadi rayonu- 703

    Gəncə-Daşkəsən iqtisadi rayonu-1070

    Qarabağ iqtisadi rayonu-1415

    Qazax-Tovuz iqtisadi rayonu-1873

    Quba-Xaçmaz iqtisadi rayonu-1019

    Lənkəran-Astara iqtisadi rayonu- 1414

    Mərkəzi Aran iqtisadi rayonu- 1142

    Mil-Muğan iqtisadi rayonu-922

    Şəki-Zaqatala iqtisadi rayonu-1265

    Şərqi Zəngəzur iqtisadi rayonu-704

    Şirvan-Salyan iqtisadi rayonu- 832

  • NTV: Türkiyədə qeyri-qanuni rusdilli məktəblərin fəaliyyəti yoxlanılacaq

    Antalya Ticarət və Sənaye Palatası lisenziyasız fəaliyyət göstərən rusdilli məktəblərə qarşı cinayət işi başlatmaq niyyətindədir.

    Yerli NTV telekanalı avqustun 26-da Antalyada iki yeni qeyri-qanuni məktəb və üç uşaq bağçasının yarandığı barədə məlumat yayıb.

    “Lisenziyası olmayan və ya onları qanun pozuntusu ilə alan məktəblərlə rastlaşırıq. Qanunla istənilən təhsil fəaliyyəti dövlətin yurisdiksiyasında olmalıdır”, – deyə Türkiyə Ticarət və Sənaye Palatasının təhsil komitəsinin nümayəndəsi Kənan Çelik bildirib.

    Çelik əlavə edib ki, qeyri-qanuni məktəblərin bəzi reklam broşürlərində milli təhsil sistemini aşağılayan ifadələr var. O qeyd edib ki, lisenziyasız təhsil müəssisələri qiymətlərin aşağı olduğunu və təhsilin keyfiyyətinin yüksək olduğunu da iddia edirlər. Kənan Çelikin sözlərinə görə, palata ölkənin Təhsil Nazirliyinə və regional hakimiyyət orqanlarına şikayətlər verir, həmçinin cinayət işi açdırmağı planlaşdırır.
    //qaynarinfo

  • Məktəbli formaları ilə bağlı xəbərdarlıq edildi

    Bakı Tikiş Evi (BTE) bazarda saxta məktəbli formalarının satılması ilə bağlı xəbərdarlıq edib.

    BTE-nin şöbə müdiri Etibar Əzimov İqtisadiyyat.az-a bildirib ki, bəzi yerlərdə saxta məktəbli formalarının satışı həyata keçirilir.

    Onun sözlərinə görə, həmin satışı həyata keçirənlər valideynləri aldatmaqla məşğuldurlar.

    Şöbə müdiri söyləyib ki, həmin paltarlar bir dəfə yuyulduqdan sonra əski parçasına çevrilir.

    “5 manata köynək olar? Nazirlər Kabinetinin qərarında əks olunub ki, polo köynəklər 100 faiz pambıqdan ibarət olmalıdır. 100 faiz pambıqdan ibarət olan köynək 5 manata necə satıla bilər? Bu, onun heç tikiş pulu eləmir. Bundan əlavə, şalvar və ətəklər 60 faiz yundan, 40 faiz poliesterdən olmalıdır. Bu materialdan ibarət olan şalvar və ətək heç vaxt 11-12-13 manata satıla bilməz. Bu, mümkün deyil. Bu, insanları aldatmaq deməkdir. Məlumdur ki, həmin mallar saxtadır və saxta paltarlar uşaqların bədənində fəsadlar törədə bilər. İnsanları bu cür aldatmaq olmaz”.

    E.Əzimov həmçinin vurğulayıb ki, BTE-nin satış mərkəzlərində satılan mallara bir il zəmanət verilir.

    Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formaları dörd rəngdə nəzərdə tutulub. Şalvar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%), köynəklər pambıq iplik tərkibli parçadan (100% pambıq), jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

    Qeyd edək ki, Azərbaycanda məktəbli formaları 20 faiz ucuzlaşıb. Şalvar və ətəklər 25 manatdan 20 manata, köynəklər 15 manatdan 12 manata endirilib. Jaketin qiymətində isə dəyişiklik edilməyib. Buna səbəb jaketin Türkiyədən idxal olunmasıdır. Odur ki, jaketlərin qiyməti 30 manat olaraq qalır.

  • Yeni Yasamalda 32 yaşlı bina acınacaqlı vəziyyətdədir (VİDEO)

    Evindən bayıra çıxmaq istəyən sakinlər hər gün blokun çıxışında bu cür problemlə rastlaşır. Blokun girişi zibil və su ilə tutulub.

    Xezerxeber.az xəbər verir ki, söhbət Yeni Yasamal 1, bina 13- ünvanından gedir. Binadakı 5 blokun sakinləri binanın baxımsızılığından şikayət edirlər. Bildirilir ki, yağan yağış nəticəsində binanın beton hissələri qırılıb tökülür. Çünki tavanda navalça yoxdur.

    1992-ci ildən inşa edilən binanının problemləri bununla da bitmir. Sakinlər liftin aylarla işləmədiyini bildirirlər. Həmçinin, zirzəminin də su ilə dolu olduğunu deyirlər.

    Sakinlər iddia edirlər ki, hər ay vaxtlı vaxtında kommunal pulunu ödəyirlər. 19 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə problemlərini bildirsələr də, bir nəticə hasil olmur.

    Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.

  • Kosmik təhlillər Sərsəng su anbarında suyun səthinin rekord səviyyəyə çatdığını göstərir

    Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.

    Belə ki 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.

    Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.

    Qeyd edək ki, Azərkosmos tərəfindən ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq təhlillər aparılır.