Month: August 2024

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə avqustun 31-də və sentyabrın 1-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • В Загатальском районе убит 78-летний мужчина: убийца покончил с собой

    В Загатальском районе произошло убийство.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел (МВД).

    27 августа около 09:00 в полицию поступила информация об убийстве выстрелом из огнестрельного оружия Тариэля Ахмедова (1946 г.р.).

    Подозреваемый в совершении преступления Гасан Давудов (1960 г.р.) позже застрелился из того же охотничьего ружья.

    По данному факту ведется расследование.

  • Zaqatalada DƏHŞƏT: Ov tüfəngi ilə qətlə yetirilən şəxs tanınmış həkim imiş (YENİLƏNİB)

    Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

    78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb.

    Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də qudasının rayonun Aşağı Tala kəndindəki evində baş verib.

    Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.
    //oxu.az

    * * * * *

    Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə intihar edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat yayıb.

    Bildirilib ki, avqustun 27-də saat 9 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • ОАЭ требуют от Франции предоставить Дурову доступ к услугам дипломатов

    Объединенные Арабские Эмираты (ОАЭ) требуют от Франции предоставить в срочном порядке основателю Telegram Дурову все необходимые консульские услуги.

    Об этом говорится в сообщении МИД Эмиратов.

    В ведомстве отметили, что они внимательно следят за делом своего гражданина.

    Ранее портал Techcrunch сообщил, что популярность Telegram возросла в нескольких странах, включая Францию и США, после ареста Дурова. Во Франции мессенджер поднялся на первое место по количеству скачиваний в App Store, а в США на третье, отмечает портал.

    Дуров получил гражданство ОАЭ в феврале 2021 года. Основатель Telegram был задержан в парижском аэропорту Ле Бурже вечером 24 августа. Бизнесмена, у которого есть также французское гражданство (получил в августе 2021 года), поместили под стражу. 26 августа Reuters, со ссылкой на французскую полицию, сообщило, что его обвиняют в отказе сотрудничать в области кибер- и финансовых преступлений в Telegram.

  • BƏƏ Durovla bağlı Fransaya çağırış etdi: Təcili tələblərini irəli sürdü

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durova bütün zəruri konsulluq xidmətlərindən istifadə imkanı verilməsini Fransadan tələb edib.

    Median.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.

    BƏƏ XİN-dən qeyd edilib ki, Əbu-Dabi Durovun işini diqqətlə izləməyə davam edir.

    “Birləşmiş Ərəb Əmirlikləri Fransa hökumətinə onu (Durovu – red.) təcili olaraq bütün zəruri konsulluq xidmətləri ilə təmin etmək tələbini təqdim edib”, – deyə məlumatda bildirilib.

    Nazirlik, həmçinin vurğulayıb ki, vətəndaşların qayğısına qalmaq və onların maraqlarının mühafizəsi BƏƏ üçün əsas prioritetdir.

    Xatırladaq ki, Pavel Durova qarşı cinayət işi iyulun 8-də açılıb və o, 12 cinayətdə ittiham olunur. Avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılan iş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.

  • Ильхам Алиев поздравил Майу Санду

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Молдова Майе Санду.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемая госпожа Президент,

    По случаю национального праздника – Дня независимости Республики Молдова от своего имени и от имени народа Азербайджана искренне поздравляю Вас и в Вашем лице весь Ваш народ, передаю наилучшие пожелания.

    Нынешний уровень основанных на традициях дружбы и взаимного уважения отношений между Азербайджаном и Молдовой вызывает удовлетворение. Наши межгосударственные отношения, построенные на здоровой основе, плодотворное сотрудничество в ряде областей служат интересам наших стран и народов.

    Сегодня есть хорошие возможности для развития сотрудничества между нашими странами и обогащения его новым содержанием. Верю, что, используя имеющиеся возможности, мы и впредь будем успешно продолжать совместные усилия на пути развития и расширения азербайджано-молдавских традиционных отношений дружбы и партнерства как на двусторонней, так и на многосторонней основе.

    В столь замечательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, дружественному народу Молдовы – постоянного благополучия и процветания”.

  • İlham Əliyev moldovalı həmkarına məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Moldova arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

    Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq
    Azərbaycan-Moldova ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişafı və genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Жители Земли смогут увидеть парад из шести планет

    Шесть планет и спутник Земли образуют условный парад планет утром 28 августа, выстроившись по одну сторону от Солнца в секторе около 160 градусов. Некоторые из них будут видны накануне, поэтому вести наблюдение лучше с 22:00 по бакинскому времени 27 августа.

    Как передает Median.Az, об этом сообщили ТАСС в пресс-службе Московского планетария.

    Все планеты, кроме Венеры, расположатся на небосводе Земли по одну сторону от Солнца и будут видны одновременно. В восточной части неба окажутся Меркурий, Марс, Юпитер и Уран, на юго-западе – Нептун и Сатурн.

    “При ясной погоде все планеты, кроме Нептуна и Урана, можно будет наблюдать невооруженным глазом. Однако Меркурий будет достаточно сложно отыскать – его видимость составляет менее часа, он располагается очень низко у горизонта и теряется в ярких солнечных лучах. Чтобы увидеть Нептун и Уран, потребуется телескоп или мощный бинокль”, – пояснили в организации.

    Планеты окажутся в секторе около 160 градусов – слишком большом, чтобы уверенно назвать явление парадом планет, однако позволяющем отнести его к условным парадам. Сам этот термин не относится к научным и служит популяризации астрономии, напомнили в планетарии.

    “Наблюдение планет можно начать заранее. Первыми, после 22:00 по Баку 27 августа, взойдут Сатурн и Нептун (виден в телескоп), а после полуночи из-за горизонта появятся Уран (виден в телескоп), Юпитер, Марс и Луна. Меркурий взойдет на рассвете после 05:15 по Баку из-за восточного горизонта”, – пояснили в пресс-службе организации.

  • Sabah “planetlərin paradı” başlayır: Adi gözlə görmək mümkün olacaq

    Avqustun 28-də səhər saatlarında Günəşin bir tərəfində altı planet və Yerin peyki təxminən 160 dərəcə sektorda düzülərək planetlərin şərti paradını təşkil edəcək.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Moskva Planetariumunun Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, planetlərin bəzisi bir gün əvvəl görünəcək, ona görə də paradı avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan etibarən müşahidə etmək tövsiyə olunur.

    Veneradan başqa, bütün planetlər Yer kürəsinin qübbəsində Günəşin bir tərəfində yerləşəcək və onları eyni zamanda görmək mümkün olacaq. Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbdə olacaq.

    “Aydın havada Neptun və Urandan başqa, bütün planetləri adi gözlə görmək olacaq. Bununla belə, Merkurini tapmaq kifayət qədər çətin ola bilər. Çünki onun görünmə qabiliyyəti bir saatdan az vaxt təşkil edir, üfüqdə çox aşağıda yerləşir və günəşin parlaq şüaları arasında görünməz olur. Neptun və Uranı görmək üçün sizə teleskop və ya güclü durbin lazımdır”, – deyə qurumdan bildirilib.

    “Planetlər təxminən 160 dərəcə sektorda olacaq ki, bu da hadisəni əminliklə planetlərin paradı adlandırmaq üçün olduqca böyük göstəricidir, lakin yenə də şərti parad kimi təsnif edilir. Bu terminin özü elmi terminlərə aid edilmir və astronomiyanın populyarizasiyasına xidmət edir”, – deyə planetariumdan əlavə edilib.

    “Planetlərin müşahidəsinə daha əvvəldən başlamaq olar. Avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan sonra ilk olaraq Saturn və Neptun (teleskopla görünən), gecə yarısından sonra isə Uran (teleskopla görünən), Yupiter, Mars və Ay üfüqün arxasından çıxacaq. Merkuri şərq üfüq xətti ilə əlaqədar olaraq, Bakı vaxtı ilə saat 05:15-dən sonra, sübh vaxtı yüksələcək”, – deyə qurumun mətbuat xidmətindən qeyd edilib.
    //oxu.az

  • Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Banklar…

    Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından fişinq cəhdləri həyata keçirilir.

    Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

    “Kiberdələduzlar e-poçt vasitəsilə bank ödənişlərinin tamamlanması ilə bağlı saxta məlumatlar göndərərək istifadəçiləri zərərli qoşmalara yönləndirirlər. Qoşmanın tərkibində fərdi məlumatları ələ keçirmək üçün zərərli “keylogger” proqramı yerləşdirilib”, – deyə məlumatda qeyd olunur.

    ETX vətəndaşlara bu cür hallara qarşı diqqətli olmağı və şübhəli qoşmalara daxil olmamağı, yükləməməyi, həmçinin hər hansı qurumun adından bu tip məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlayaraq dəqiqləşdirməyi tövsiyə edir.