Month: August 2024

  • Qarabağa avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər avqustun 27-də saat 11:00-da satışa çıxarılacaq.

    Median.Az-ın nazirliyə istinadən verdiyi məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. İndiyədək ümumilikdə 787 reys həyata keçirilib, 31 900 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

    O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

    “Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, – məlumatda qeyd olunub.

    Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

  • В Украине поражен ангар: там могли быть F-16

    Склад с недавно привезенной западной техникой поражен в Ивано-Франковске (Украина).

    Об этом сообщил в своем Telegram-канале координатор подполья Сергей Лебедев.

    “Прилетает не только по энергетике, в Ивано-Франковске в ангар с недавно привезенной техникой. По нашим данным, в Ивано-Франковске спрятали два F-16. Как раз в той стороне и произошел взрыв. Точная информация будет позже”, – написал он.

  • Rusiya Ukraynanın “F-16″larının olduğu anqarı vurdu

    Rusiya Silahlı Qüvvələri İvano-Frankovsk vilayətində ABŞ-nin “F-16” qırıcılarının yerləşə biləcəyi Ukrayna Silahlı Qüvvələrinin anqarına zərbə endirib.

    Median.Az-ın MK.ru-ya istinadən xəbərinə görə, bu barədə “Nikolayevsk” mərkəzinin koordinatoru Sergey Lebedev məlumat verib.

    “Hesablamalara görə, İvano-Frankovskda iki “F-16″ gizlədilib ki, məhz o istiqamətdə zərbə vurulub”, – deyə o bildirib.

    Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələri Ukraynaya irimiqyaslı raket hücumu həyata keçirib və ən azı 14 bölgədə partlayışlar baş verib.

  • В Шамкире от удара молнии погиб подросток

    В Шамкирском районе произошел несчастный случай.

    Как сообщает Report, местного жителя Ильхама Гараева (2008 г.р.) поразила молния, когда он пас скот.

    В результате инцидента И.Гараев скончался.

    Обстоятельства произошедшего выясняются.

  • 16 yaşlı Şəmkir sakinini ildırım vuraraq öldürüb

    Şəmkir sakinini ildırım vuraraq öldürüb.

    “Report” xəbər verir ki, 2008-ci il təvəllüdlü İlham Qarayev heyvan otaran zaman onu ildırım vurub.

    Nəticədə İlham Qarayev ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Беларуси поздравил Первого вице-президента Мехрибан Алиеву

    Президент Беларуси Александр Лукашенко поздравил с юбилеем Первого вице-президента Азербайджана Мехрибан Алиеву.

    Как передает Median.Az со ссылкой на president.gov.by, в послании говорится:

    “Осуществляемая Вами многогранная государственная и общественно-политическая деятельность неизменно обращена на благо человека, а Ваши профессионализм, организаторский талант, неиссякаемая жизненная энергия и обаяние заслуженно снискали Вам авторитет и признание в Азербайджанской Республике и за ее пределами. Дорожу достигнутым уровнем партнерства между Минском и Баку, отличающегося высокой степенью взаимного доверия, тесными контактами в различных областях и большой стратегической значимостью”.

    А.Лукашенко выразил убеждение, что реализация масштабных планов по наращиванию всего комплекса белорусско-азербайджанских отношений в полной мере отвечает интересам братских народов.

    “Искренне желаю Вам, уважаемая Мехрибан Арифовна, и Вашим близким доброго здоровья, счастья и дальнейших успехов в делах, а в семье пусть вечно царят радость, любовь и гармония”, – говорится в поздравлении.

  • Belarus prezidenti Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı yubileyi münasibətilə təbrik edib.

    Bu barədə Median.Az President.gov.by-a istinadən xəbər verir.

    “Tərəfinizdən həyata keçirilən çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət həmişə insanların rifahına yönəlib. Peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda layiqincə tanınmağınıza və nüfuz qazanmağınıza zəmin yaradıb. Mən Minsk və Bakı arasında yüksək dərəcədə qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik olan tərəfdaşlığın əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm”, – deyə Aleksandr Lukaşenko vurğulayıb.

    Lukaşenko əmin olduğunu bildirib ki, Belarus-Azərbaycan münasibətlərinin bütün kompleksinin qurulması üzrə genişmiqyaslı planların həyata keçirilməsi qardaş xalqların maraqlarına tam cavab verir.

    “Sizə, hörmətli Mehriban xanım və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işinizdə gələcək uğurlar arzulayıram, ailədə sevinc, sevgi və harmoniya əbədi hökm sürsün”, – təbrikdə deyilir.

  • В Шекинском районе автомобиль сбил 37-летнего мужчину

    В Шекинском районе произошло дорожно-транспортное происшествие (ДТП) с летальным исходом.

    Как сообщает АПА, инцидент зафиксирован 25 августа около 23:00 на участке автодороги Шеки – Гах, проходящем по территории села Ашагы Гёйнюк.

    Автомобиль сбил Самрата Пашаева (1987 г.р.).

    В результате мужчина, получивший тяжелые травмы, скончался.

    По данному факту ведется расследование.

  • Şəkidə maşın 37 yaşlı kişini vuraraq öldürüb

    Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb.

    APA-nın məlumatına görə, hadisə avqustun 25-i axşam saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

    Hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub.

    Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S.Paşayev həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.