Month: August 2024

  • Скончался экс-тренер сборной Англии Свен-Йоран Эрикссон

    Бывший главный тренер сборной Англии Свен-Йоран Эрикссон скончался в возрасте 76 лет.

    Как передает Median.Az со ссылкой на “Чемпионат”, в январе стало Эрикссон сообщил о терминальной стадии рака поджелудочной железы.

    “После продолжительной болезни Свен-Йоран скончался утром дома в окружении семьи. Близкие оплакивают дочь Лину, сына Юхана с женой Аманой и внучкой Скай, отца Свена, девушку Янисетт с сыном Алсидесом, брата Ларса-Эрика с женой Юмнонг. Семья просит с уважением отнестись к их желанию скорбеть наедине и не связываться с ними”, – говорится в заявлении на сайте бывшего тренера.

    Свен-Йоран Эрикссон большую часть своей карьеры работал с национальными командами, в числе которых сборная Англии, Мексики, Кот-д’Ивуара и Филиппин. Также Эрикссон тренировал ряд европейских клубов, в числе которых “Рома”, “Бенфика”, “Фиорентина”, а также работал в Китае. В Англии, помимо национальной команды, Эрикссон тренировал “Манчестер Сити” и “Лестер Сити”, а также работал спортивным директором “Ноттс Каунти”.

  • Məşhur futbol məşqçisi vəfat edib

    İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında dünyasını dəyişib.

    Qeyd olunur ki, Sven-Yoran Eriksson xərçəng xəstəliyindən əziyyət çəkirdi.

    Məlumat üçün əlavə edək ki, Sven-Yoran Eriksson İngiltərə, Kot-d`İvuar və Meksika yığmalarına rəhbərlik edib. O, həmçinin, İtaliyanın “Latsio”, “Roma”, “Fiorentina” və İngiltərənin “Mançester Siti” klublarını da çalışdırıb.

  • Sakinlər Mikayıl Müşfiq küçəsindəki yoldan narazıdırlar – VİDEO

    Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsinin sakini yaşadığı binanın qarşısından keçən yoldakı vəziyyətdən narazıdır.

    “Qafqazinfo” xəbər verir ki, vətəndaş nişanın olmasına baxmayaraq, ərazidə piyada zolağının çəkilmədiyini bildirib. Yerüstü nişanın da ağacın budaqları arasında qalaraq görünmədiyini göstərən sakin yaşlıların və uşaqların bu ərazidə təhlükə ilə üzləşəcəyini vurğulayıb.

    Şikayətçi qeyd edib ki, yolda bir neçə kilometr məsafədə geriyədönmə və ya həyətlərə daxil olmaq üçün qırıq xətlər də qoyulmayıb. Bu da sakinlərin 20 nömrəli məktəb istiqamətində evlərinə gedərkən Nəriman Nərimanov heykəli və eyniadlı prospekti dolanaraq qayıtmaq məcburiyyətində qalmasına səbəb olur.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ötən həftə Mikayıl Müşfiq küçəsində təmir və xətlənmə işləri başa çatdırılıb və vətəndaşın qeyd etdiyi hallar artıq aradan qaldırılıb.

  • В Лерикском районе экс-заключенный задержан с 10 кг наркотиков

    Сотрудники Лерикского районного отдела полиции провели операцию против незаконного оборота наркотических средств и психотропных веществ в условиях сложного рельефа.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы Министерства внутренних дел, в ходе мероприятий задержан ранее судимый 25-летний Вюсал Абдуллазаде. При нем было обнаружено в общей сложности 10 кг марихуаны, героина и метамфетамина, а также 50 таблеток метадона.

    В ходе расследования было установлено, что он получил запрещенные вещества от гражданина Ирана, личность которого устанавливается, и согласился доставить их по указанным адресам за материальное вознаграждение и наркотические средства.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении В.Абдуллазаде избрана мера пресечения в виде ареста.

    По данному факту проводится расследование.

  • Keçmiş məhkum 10 kiloqram narkotiklə tutuldu – VİDEO

    Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraitində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb.

    Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.

  • В эту субботу в Азербайджане наступит “день тишины”

    Суббота (31 августа) накануне выборов в Милли Меджлис в Азербайджане объявлена “днем тишины”.

    Как сообщает Report, в этот день будет запрещена любая форма предвыборной агитации.

    Согласно Избирательному кодексу, агитационная кампания для зарегистрированных кандидатов, их уполномоченных представителей и доверенных лиц, а также для политических партий и их блоков, должна завершиться за 24 часа до начала голосования.

    Стартовавшая 9 августа кампания завершится в 8:00 31 августа.

    1 сентября избирательные участки будут открыты с 08:00 до 19:00. В парламентских выборах за 125 мандатов будут бороться 990 кандидатов.

  • Bu şənbə Azərbaycanda “sükut günü”dür

    Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçki ilə əlaqədar bu həftənin şənbə günü – avqustun 31-i Azərbaycanda “sükut günü”dür.

    “Report”un xəbərinə görə, parlament seçkisi ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

    Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

    Növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və bu proses avqustun 31-i saat 8:00-da dayandırılmalıdır.

    Həmin günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

    Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçki ilə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

  • Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib – FOTO

    Ərəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib.

    AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetində dərc olunan “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.

    Məqalədə vurğulanır: “Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır”. Qəzet yazır ki, Azərbaycanın birinci xanımı həm də qayğıkeş bir həyat yoldaşı və ana kimi bütün qadınlara nümunədir.

    Geniş oxucu kütləsinə malik olan “Arab-countries” xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Mehriban xanım Əliyeva intellektual və mədəni ənənələri yaşadan ziyalı ailəsində dünyaya gəlib. Atası görkəmli alim, anası isə tanınmış filoloq olan Azərbaycanın birinci xanımı təhsilə, mədəniyyətə və ictimai fəaliyyətə qayğı və diqqət göstərilməsi üzrə ailə ənənələrini davam etdirib. Eyni zamanda, Mehriban xanımın Moskvada Seçenov adına Tibb Universitetində aldığı tibb təhsili də onun humanitar sahədə fəaliyyətində mühüm rol oynayıb.

    “Pantimearabia”, “Tuvaq”, “Aqram”, “Dubaihospitality”, “Dubainews”, “Observer-Dubai”, “Qlobal Dubai” informasiya portallarında dərc olunan məqalədə isə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli ictimai və humanitar fəaliyyətindən bəhs edilib. “Azərbaycanın birinci xanımı həmvətənlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan bu fond 2004-cü ildən səhiyyə, təhsil və sosial rifah sahəsində mühüm irəliləyişlər əldə edib”, – deyə məqalədə vurğulanıb.

    “Abdae-alaelami” portalında dərc edilən məqalədə diqqətə çatdırılıb ki, Mehriban xanım Əliyevanın ən mühüm nailiyyətlərindən biri Azərbaycanda səhiyyə xidmətlərinin təkmilləşdirilməsidir. Portal yazır: “Heydər Əliyev Fondu onun rəhbərliyi altında xəstəxanaların, klinikaların və diaqnostika mərkəzlərinin tikintisini və təmirini maliyyələşdirib, müasir tibb müəssisələrinin bütün vətəndaşların istifadəsinə verilməsini təmin edib. Azərbaycanın birinci xanımının təşəbbüsləri arasında pulsuz tibbi xidmətlərin göstərilməsi və əhalinin həssas qruplarının dəstəklənməsini, sağlamlıq sahəsində qeyri-bərabərliyin aradan qaldırılmasını vurğulamaq olar.

    Bundan əlavə, Mehriban Əliyeva təhsilə böyük önəm verib. O, şagirdlərin müasir, yaxşı təchiz olunmuş təhsil mühitinə çıxışını təmin edərək, Azərbaycanda yüzlərlə məktəbin tikintisi və təmiri təşəbbüslərinə rəhbərlik edib. Eyni zamanda, Azərbaycan liderlərinin və alimlərinin gələcək nəslini yetişdirmək üçün təqaüd və tədqiqat proqramları həyata keçirilib”.

    “Hayatty-2.day” informasiya portalında isə Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və dünyada təbliği istiqamətində fəaliyyətinə xüsusi diqqət yetirilib. Məqalədə deyilir: “Mədəni irsin alovlu müdafiəçisi olan Mehriban xanım Əliyeva öz səylərini Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təbliğinə həsr edib. O, tarixi abidələrin bərpasına nəzarət edib, ənənəvi incəsənəti dəstəkləyib və Azərbaycanın nadir irsini dünyaya nümayiş etdirən beynəlxalq mədəni tədbirlərin təşəbbüskarı olub. Azərbaycanın birinci xanımının fəaliyyəti keçmişin zəngin irsinin qorunub saxlanmasına töhfə verməklə yanaşı, həm də insanlara milli qürur və özünəməxsusluq hissi aşılayıb”.

    “Gulftech-news”, “Safar-news”, “vdlnews.com” informasiya portallarında dərc olunan məqalələrdə də Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, o cümlədən onun Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər və digər sahələrdə çoxşaxəli fəaliyyətindən bəhs edilib.

    Məqalələrdə həmçinin Azərbaycanın birinci xanımının şəxsi insani keyfiyyətlərinə də geniş yer verilib. Diqqətə çatdırılıb ki, uğurlu dövlət xadimi olan Mehriban Əliyeva, həm də qayğıkeş, mərhəmətli və mehriban bir ailə xanımı, peşəkar və şəxsi həyatını ahəngdar şəkildə birləşdirən Azərbaycan qadınının təcəssümüdür.

    Ərəb mediası qeyd edib ki, hazırda parçalanma və çəkişmələrin hökm sürdüyü qlobal şəraitdə Mehriban xanım Əliyevanın humanitar fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət, xeyirxahlıq və mərhəmət nümunəsi Azərbaycanın birinci xanımına xalq arasında dərin hörmət və rəğbət qazandırıb, gənc nəslin nümayəndələrini daha ədalətli və şəfqətli dünya düzəni quruculuğu istiqamətində səy göstərməyə ruhlandırıb.



  • Песков прокомментировал информацию о встрече Путина с Дуровым в Баку – ВИДЕО

    Пресс-секретарь президента Российской Федерации Дмитрий Песков заявил, что глава государства Владимир Путин не встречался с сооснователем мессенджера Telegram Павлом Дуровым в столице Азербайджана, Баку.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    Дмитрий Песков заявил, что в Кремле не знают, в чем конкретно обвиняют задержанного во Франции Павла Дурова.

    “Мы пока не знаем, в чем конкретно обвиняется Дуров. Мы не слышали пока никаких официальных заявлений на этот счет”, – сказал представитель Кремля журналистам на брифинге.

    Пресс-секретарь президента РФ призвал не делать выводов до тех пор, пока Дурову не будут предъявлены обвинения: “Давайте дождемся, когда обвинения будут озвучены – если они будут озвучены, если до этого дойдет. После этого уже можно будет делать какие-то предварительные выводы”.

  • Kreml Putinin Bakıya son səfəri zamanı Pavel Durovla görüşü barədə suala aydınlıq gətirdi – VİDEO

    “Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı “Telegram”ın təsisçisi Pavel Durovla görüşməyib”.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

    Dmitri Peskov söyləyib ki, Kreml Fransada saxlanılan Pavel Durovun konkret nədə ittiham olunduğunu da bilmir:

    “Biz hələlik Durovun konkret nədə ittiham olunduğundan məlumatsızıq. Gəlin ittiham açıqlanana qədər gözləyək. Yalnız bundan sonra ilkin nəticələr çıxarmaq mümkün olacaq”.