Month: August 2024

  • Zığ qəsəbəsində dənizdən meyit tapıldı

    Bakıda dənizdən meyit tapılıb.

    “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Xətai rayonu Zığ qəsəbəsi yaxınlığında – Xəzərin sahilində baş verib. Sudan ortayaşlı kişinin meyiti aşkar edilərək çıxarılıb.

    Ölən şəxsin kim olduğu, hansı şəraitdə dənizdə batması hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Шамахинском районе 10-летнего ребенка сбил автомобиль

    В Шамахинском районе произошло дорожно-транспортное происшествие, в котором пострадал ребенок.

    Как сообщает Report, автомобиль сбил переходившего дорогу Д.Мамедова (2014 г.р.).

    Пострадавшего госпитализировали в Шамахинскую центральную районную больницу, однако ввиду тяжелого состояния пациента доставили в одно из столичных медучреждений. В ходе обследования у ребенка диагностировали открытую черепно-мозговую травму.

    По данному факту ведется расследование.

  • Şamaxıda yolu keçən uşağı avtomobil vurdu, Bakıya gətirildi

    Şamaxı rayonunda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü C.Məmmədov yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım avtomobili ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Мехрибан Алиева поздравила азербайджанского и турецкого спортсменов – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поздравила паратхэквондиста Имамеддина Халилова и турецкого спортсмена Фатиха Челика, завоевавших золото и серебро Паралимпийских игр 2024 года в столице Франции Париже соответственно.

    Соответствующей публикацией Мехрибан Алиева поделилась на своей странице в Instagram.

  • Mehriban Əliyeva Parisdə medallar qazanan Azərbaycan və Türkiyə idmançılarını təbrik etdi – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə çempion olan parataekvondoçu İmaməddin Xəlilovla gümüş medal qazanan Türkiyə təmsilçisi Fatih Çeliki təbrik edib.

    Bununla bağlı Mehriban Əliyeva sosial şəbəkədə paylaşım edib.

    “Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” – deyə Birinci vitse-prezidenti qeyd edib.

  • Илон Маск закрывает штаб-квартиру компании X

    Компания X Илона Маска уведомила сотрудников о закрытии своей штаб-квартиры в американском Сан-Франциско.

    Об этом сообщает Fortune со ссылкой на источник внутри компании.

    Согласно источнику, X (ранее Twitter) направила краткое уведомление сотрудникам, в котором указана дата закрытия офиса в Сан-Франциско – 13 сентября 2024 года. Сотрудников планируется перевести в отделения компании в Сан-Хосе и Пало-Альто. Местоположение новой штаб-квартиры X пока не определено, однако Fortune предполагает, что она может быть открыта в Техасе.

    Газета The Washington Post ранее сообщала, что это решение может быть связано с сокращением части сотрудников офиса в Сан-Франциско после переименования Twitter в X, а также с тем, что многие оставшиеся сотрудники продолжают работать удаленно со времен пандемии.

    В июле Илон Маск на своей странице в X заявил, что его компания SpaceX перенесет штаб-квартиру из Сан-Франциско в Техас из-за принятия в Калифорнии закона, поощряющего права ЛГБТ в школах.

  • “X” şirkətinin baş qərargahı bağlanır

    İlon Maskın “X” şirkəti işçilərini San-Fransiskodakı (ABŞ) qərargahını bağlayacağı barədə xəbərdar edib.

    Bu barədə “Fortune” şirkətdəki mənbəyə istinadən məlumat yayıb.

    Mənbənin sözlərinə görə, “X” işçilərə San Fransisko ofisinin bağlanma tarixini 13 sentyabr 2024-cü il kimi göstərən qısa bildiriş göndərib. İşçilərin şirkətin San Xose və Palo Altodakı filiallarına köçürülməsi planlaşdırılır. “X”in yeni qərargahının yeri hələ müəyyən edilməyib, lakin “Fortune” onun Texasda açıla biləcəyini təxmin edir.

    “Washington Post” daha əvvəl bildirmişdi ki, bu qərar “Twitter”in adının “X”ə dəyişdirilməsindən sonra San-Fransisko ofisində bəzi işçilərin ixtisar edilməsi, eləcə də bir çox qalan işçilərin pandemiyadan bəri uzaqdan işləməyə davam etməsi ilə bağlı ola bilər.

    İyul ayında İlon Mask özünün “X” səhifəsində bildirib ki, ştatın qubernatoru Qevin Nyusom tərəfindən imzalanmış məktəblərdə LGBT hüquqlarını təşviq edən Kaliforniya qanununa görə onun “SpaceX” şirkəti baş qərargahını San-Fransiskodan Texasa köçürür.

  • Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?

    Məktəbdə mobil telefonların qadağan edilməsi uşaqların sosial həyatını və yaradıcılığını yaxşılaşdıra bilər.

    Median.Az “Healthday”ə istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri məlumat veriblər.

    Alimlər bildiriblər ki, ABŞ-də 8-12 yaşlı uşaqlar gündə təxminən 6 saatını ekran qarşısında keçirirlər. Bununla belə, bir çox şagirdlər telefonlarından dərs zamanı və ya fasilələr zamanı istifadə edirlər. Bu, uşaqların sosial həyatına xələl gətirə bilər və həm də yaradıcı olmaq üçün lazım olan darıxma hissinin yaranmasına mane olur.

    “Uşaqlar vaxtlarını 24/7 telefonda keçirirlərsə, bu onlara yaratmaq, düşünmək, fikir və ideyalar irəli sürmək hissini inkişaf etdirməyə kömək etmir”, – müəlliflər qeyd edirlər.

    Sosial şəbəkələrdəki yanlış məlumatlar uşaqda həyəcan və narahatlıq hissini artıra bilər. Kontekst olmadan şagirdlər dünyanı düşməncəsinə qəbul edə bilərlər.

    Alimlər məktəblərə mobil telefondan istifadəni qadağan etməyi və valideynlərə axşam yeməyində və ya yatmazdan əvvəl onu məhdudlaşdırmağı tövsiyə ediblər. Həmçinin, uşaqlara telefonsuz vaxt keçirmək maraqlı olsun deyə daha çox imkanlar yaradılmalıdır.

  • Николай Дуров исчез после задержания брата во Франции

    Брат российского предпринимателя и основателя Telegram Павла Дурова Николай Дуров не выходит на связь после задержания родственника во Франции. Отмечается, что после ареста брата он также спрятал ключи шифрования мессенджера.

    Как передает Median.Az, об этом рассказал в интервью для “Комсомольской правды” бывший учитель Николая Сергей Рукшин.

    По словам собеседника издания, в настоящий момент точное местоположение Н.Дурова неизвестно. “Он не отвечает и на мои сообщения. Поэтому пока сложно узнать его реакцию на происходящее”, – сообщает Рукшин.

    Он также подчеркнул, что понимает важность вопроса о братьях Дуровых на фоне задержания Павла в связи с тем, что на платформе Telegram держится большая часть связи российских подразделений в зоне боевых действий в Украине и часть оперативного управления.

    “Возможно, это и был тайный план Дуровых на случай задержаний. Лицо у платформы одно, а вот руки…”, – резюмировал Рукшин.

  • Pavel Durovun qardaşı yoxa çıxıb

    Rusiyalı iş adamı və “Telegram”ın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov qardaşının Fransada həbsindən sonra yoxa çıxıb.

    Bu barədə Nikolayın keçmiş müəllimi Sergey Rukşin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

    Qeyd olunur ki, o, həmçinin qardaşının həbsindən sonra mesencerin şifrələmə açarlarını da gizlədib. Hazırda o, əlaqəyə girmir və onun dəqiq yeri məlum deyil.

    “O, mənim mesajlarıma da cavab vermir. Buna görə də, baş verənlərə reaksiyasını öyrənmək hələlik çətindir”, – Rukşin bildirib.