Month: August 2024

  • Qoz-fındıq BAHALAŞACAQ

    Hazırda yeni mövsüm çərəzlər nübar formasında bazarda özünü göstərməkdədir. Kütləvi yığım hələ başlamayıb. Aran rayonlarında çərəz bağları kifayət qədər azdır.

    Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, əsasən, ölkənin Şimal rayonlarında daha çox çərəz yetişir:

    “Şimal rayonları isə daha çox soyuq iqlim qurşaqlarına malik olduğu üçün çərəz məhsulları ən azı payız aylarında tam yetişməyə başlayır. Dediyim kimi, hazırda bazarda nübar şəklində satılır. Qiymətlər o qədər də baha deyil, orta qiymətlər nəzərdə tutulub. Onu da qeyd edim ki, Azərbaycanda çərəzə tələbat soyuq aylarda daha çox olur. Hələ ki bazarda çərəz qiymətləri necə performans göstərəcək indidən demək çətindir. Yəqin ki, builki qeyri-sabit və əlverişsiz hava şəraiti çərəz bağlarına da təsir edib. Hesab edirəm ki, bu il bazarda çərəz məhsulları qıt ola bilər. Halbuki Azərbaycanda çərəz məhsulları yerli tələbatdan 30 % artıq istehsal olunur. Ola bilər ki, qiymətlər bir az qalxsın və biz idxalı azaldaq”.

  • Bakıda qadın ərini bir mesaja görə BALTALADI – CİNAYƏT İŞİ (FOTO)

    2023-cü il yanvarın 21-də Bakıda 1987-ci il təvəllüdlü Ceyhun İmaşov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilir. Baş nahiyəsindən ağır xəsarətlər alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzdə dərhal əməliyyata götürülüb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Hadisə ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

    Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları istintaq araşdırmalarına başlayıblar. Məlum olub ki, hadisə Qızıldaş qəsəbəsinin 4-cü massivində yerləşən fərdi evdə baş verib. Müəyyənləşib ki, Ceyhunu arvadı 1995-ci il təvəllüdlü Lalə İmaşova yaralayıb.

    Faktla bağlı Qaradağ RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib və qadının əməli CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

    İstintaqla müəyyən edilib ki, yanvarın 21-i saat 5 radələrində Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, “WhatsApp” tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

    İş üzrə dindirilmiş Lalə İmaşova bildirib ki, 2011-ci ildə Ceyhun İmaşovla ailə həyatı qurub, 3 övladı var. Arabir yaranan mübahisələr zamanı yoldaşı onu döyüb, lakin ailəsinin dağılmaması üçün o, Təcili Yardıma və polisə müraciət etməyib:

    “2023-cü il yanvarın 20-də yatmağa gedərkən qızım informatika dərsini etmək üçün telefonumu istədi. Beləliklə də, mobil telefonum axşamdan qızımda qaldı. Yanvarın 21-i saat 5 radələrində ərim işə getmək üçün yuxudan oyandı. Qızımdan telefonu alan Ceyhun “Əli M” adlı profildən “darıxmaq şərt deyil” sözləri yazılmış mesaj gəldiyini dedi. Bundan xəbərim olmadığını və telefonun axşamdan övladımda qalmasını bildirsəm də, yoldaşım əl çəkməyərək, həmin şəxsin niyə bu cür mesaj göndərdiyini soruşdu. Mən də dedim ki, özün Əli müəllimə zəng edib səbəbini soruş. Amma Ceyhun həmin şəxsə zəng etmədi. Daha sonra ərim mesajı qardaşıma göndərdi. Əsəbiləşərək, təhqiramiz ifadələr işlətməyə başladım. Qonaq otağında olanda Ceyhun yumruqla başıma zərbə vurdu. Dəhlizə tərəf qaçsam da, ərim saçımdan tutub başımı 2-3 dəfə döşəməyə çırpdı. Başımı kəsəcəyini deyən yoldaşım bıçaq götürmək üçün dəhlizdən otağa qaçdı. Qonşuların yuxudan oyanıb məni Ceyhunun əlindən ala bilməyəcəklərini düşünüb özüm onun qarşısını almağı qərarlaşdırdım.

    Bu an dəhlizdə, pilləkənlərin altında olan baltanı gördüm. Onu götürüb qonaq otağına getdim. Ceyhun ayaqüstə, üzü masaya tərəf dayanmışdı. Masanın üzərindən bıçaq götürmək istəyən Ceyhunun başına arxadan ilk zərbəni vurdum. Ərim çevrilib, əli ilə boğazımdan tutaraq, məni boğmağa çalışırdı. Əlbəyaxa olduq. İkinci zərbə səhv etmirəmsə, boyun nahiyəsinə dəydi. Daha sonra balta əlimdən yerə düşdü. Sonra evdən çölə çıxdım. Qışqırıq səsinə qonşular həyətə gəldilər. Bundan sonra məni qardaşımın evinə, Ceyhunu isə xəstəxanaya apardılar. Hadisə vaxtı uşaqlarım yuxudan oyansalar da, yataq otağında idilər”.

    Lalə İmaşova əlavə edib ki, əri dəhlizdən qonaq otağına keçərkən onu ölümlə hədələyib. Əvvəllər mübahisələri olsa da, heç vaxt bu həddə gəlib çamayıb. Hadisə zamanı o, özü də boynundan, başından və ayağından xəsarətlər alıb. Mübahisə təxminən yarım saat davam edib.

    Zərərçəkmiş Ceyhun İmaşov ifadəsində göstərib ki, fərdi qaydada qaynaqçı kimi çalışır:

    “Yanvarın 21-də Hövsan qəsəbəsinə getmək üçün yuxudan oyandım. Uşaqların yatdığı qonaq otağına keçərək, qızımdan Lalənin telefonunu götürdüm. “WhatsApp” tətbiqinə “Əli M” adlı profildən mesaj gəldiyini gördüm. Sonra öz mobil telefonumla həmin mesajın şəklini çəkdim.

    Yataq otağına keçib mesajın kimdən göndərildiyini soruşanda, Lalə nömrəyə baxıb tanımadığını dedi. Arvadıma işə getməyəcəyimi və bu məsələni bu gün həll edəcəyimi dedim. Masa arxasında oturub çay içərkən arxadan başıma zərbə endirildi. Arxaya çevriləndə ikinci zərbə vuruldu. Bundan sonra mobil telefonumla qardaşım Aqilə zəng edərək, qan itirdiyimi və təcili gəlməyini söylədim. Özüm Təcili Tibbi Yardıma zəng etdim. Sonra Kamran adlı qonşum gəlib mənə köməklik göstərdi. Təxminən 20 dəqiqədən sonra qardaşlarım Aqil, İsmayıl və Aslan gəldilər. Təcili yardım briqadası məni xəstəxanaya apardı”.

    Şahid qismində dindirilmiş Əli Abbasov bildirib ki, 2001-ci ildən Qızıldaş qəsəbəsində yerləşən 180 saylı orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat müəllimi vəzifəsində işləyir:

    “Lalə İmaşovanın qızı dərs keçdiyim 5-ci sinfində oxuduğuna görə o, övladının dərsləri ilə maraqlanmaq üçün vaxtaşırı mənimlə əlaqə saxlayırdı. “WhatsApp” proqramında müəllimlərin və valideynlərin yazışma qrupu yaradılmışdı. Yanvarın ortalarında məktəbdə “Böyük Summativ Qiymətləndirmə” aparılıb və həmin qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərin sinifləri dəyişilib. Bununla əlaqədar uşaqlarda mənim onların müəllimləri olmayacağımla bağlı düşüncələr yaranıb. Yanvarın 21-i gecə saat 1-də Lalə xanımın işlətdiyi “WhatsApp” proqramında “sinfimizi dəyişmək istəmirik, sizin üçün darıxırıq” sözlərindən ibarət cümlə yazıldığını gördüm. Mən də cavab olaraq “darıxmaq şərt deyil” cümləsi yazaraq telefonu söndürdüm. Baş vermiş hadisə ilə əlaqədar fevral ayında Qaradağ Rayon Polis İdarəsinə çağırılaraq ifadə vermişəm. Lalə İmaşova ilə aramızda valideyn-müəllim münasibətindən başqa heç nə olmayıb. Sonradan bilmişəm ki, mesajı Lalə İmaşovanın qızı yazıb. Şagirdim imtahanda zəif qiymət aldığından, gələcəkdə dərslərini yaxşı oxuyacağını, onları tərk etməməyimi və mənim üçün darıxacaqlarını bildirib. Daha sonra isə, valideynləri dərslərinin pis oxuduğunu bilməsin deyə, qorxub mesajı silib”.

    Şahid Kamran Xurşudov bildirib ki, yanvarın 21-də səhər arvadı onu oyadaraq, çöldən qışqırıq səsləri gəldiyini deyib:

    “Qonşum Ceyhun İmaşovun qışqırıb kömək istədiyini eşidib, dərhal hasardan həyətlərinə tullandım. Əvvəl Ceyhunun Laləni bıçaqla vurduğunu düşündüm. Yaxınlaşanda, qonşumun başından qan gəldiyini və ona görə də, arvadının köynəyinin qana bulaşdığını gördüm. Sonra evdən yod gətirərək, ona ilkin tibbi yardım göstərdim”.

    Məhkəmə iclasında Lalə İmaşova ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü müdafiə edib, başqa çıxış yolu olmayıb. Zərərçəkmiş Ceyhun İmaşov bildirib ki, arvadı ilə heç vaxt barışmayacaq və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.

    Məhkəmə Lalə İmaşovanın ifadələrini – işin faktiki hallarına uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirib. Çünki o, Ceyhun İmaşova balta zərbələri vurduqdan sonra sonuncu evdən çölə qaçmaq istəyib. Amma o, yoldaşının ayaqlarından tutub həyətə çıxmasına və qonşuların hadisə yerinə gələrək kömək etmələrinə mane olub. Qadın özündən asılı olmayan səbəblərə görə zərərçəkmişi öldürə bilməyib.

    Məhkəmə Lalə İmaşovanın əməlini Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunmasını və buna görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılmasını əsaslı sayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum olunub. / lent.az

  • В Азербайджане скончалась известный сейсмолог

    На 77-м году жизни, после продолжительной болезни, скончалась заведующая отделом “Комплексных геохимических исследований” Республиканского центра сейсмологической службы, доктор геолого-минералогических наук Рамида Керемова.

    Об этом iqtisadiyyat.az сообщили родные покойной.

    Р.Керемова родилась в 1947 году в Баку. Окончила геологоразведочный факультет Азербайджанского государственного университета (ныне Бакинский государственный университет) по специальности “поиск и разведка месторождений полезных ископаемых”. Позднее окончила аспирантуру того же вуза по специальности “гидрогеология”.

    Являлась членом Ассоциации сейсмологов Азербайджана, автором ряда научных работ.

    В 1979 году впервые в Азербайджане для решения вопросов сейсмического прогнозирования сильных землетрясений под руководством Р.Керемовой на стыке трех областей науки – гидрогеологии, геохимии и сейсмологии – было создано новое научное направление – сейсмогеохимия.

    Она разработала технологию “Оперативный прогноз землетрясений по сейсмогеохимическим полям” для ежедневной оперативной оценки сейсмической обстановки и сейсмического риска в акватории Каспия, на территории Азербайджана и приграничных регионах сопредельных стран (Россия, Грузия, Армения, Турция, Иран) по аномалиям в сейсмофлюидогеодинамических (СФГД) полях Азербайджана.

    Р.Керемова разработала метод предотвращения аварий при бурении геологоразведочных скважин на основе СФГД-мониторинга.

  • Azərbaycanda tanınmış seysmoloq vəfat etdi

    Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova vəfat edib.

    Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat veriblər.

    Bildirilib ki, R.Kərəmova uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, R.Kərəmova 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-kəşfiyyat fakültəsində “faydalı qazıntılar yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə ali təhsil alıb. Daha sonra həmin universitetdə “hidrogeologiya” ixtisası üzrə aspirantura oxuyub.

    Bir neçə elmi əsərin müəllifi olan R.Kərəmova həm də Azərbaycan Seysmoloqların Assosiasiyasının üzvüdür.

    1979-cu ildə Azərbaycanda ilk dəfə olaraq, R.Kərəmovanın rəhbərliyi altında güclü zəlzələlərin seysmik proqnozu məsələlərinin həlli üçün yeni elmi istiqamət – seysmogeokimya işlənməyə başlayıb və elmin üç sahəsinin – hidrogeologiya, geokimya və seysmologiya kəsişməsində yaradılıb. Xəzər akvatoriyasında, Azərbaycanın və həmsərhəd ölkələrin (Rusiya-Dağıstan, Gürcüstan, Ermənistan, Türkiyə, İran) ərazilərində seysmoflüidogeodinamik (SFGD) sahələrinə əsasən seysmik vəziyyətin operativ qiymətləndirilməsi üçün ilk dəfə olaraq “SEISMOGEOCHEMICAL on-line” texnologiyası yaradılıb. O, avtomatlaşdırılmış 4 ekspress-metodlardan ibarətdir. Riyazi düsturlar və proqram təminatı üçün alqoritmlər R. Kərəmova tərəfindən hazırlanıb.

    R.Kərəmova tərəfindən SFGD monitorinqi əsasında geolojikəşfiyyat quyularının qazılması zamanı baş verən qəzaların qarşısının alınması üçün metod işləyib hazırlanıb.

  • Ильхам Алиев направил Садыру Жапарову поздравительное письмо

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо кыргызскому коллеге Садыру Джапарову.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    Уважаемый Садыр Нургожоевич,

    “От своего имени и от имени народа Азербайджана передаю Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю 31 Августа – Дня независимости.

    Крупномасштабные программы и проекты, реализуемые под Вашим руководством в братском Кыргызстане, служат всестороннему развитию Вашей страны, социально-экономическому прогрессу и благосостоянию Вашего народа.

    Расширяющиеся день ото дня и поднявшиеся на уровень стратегического партнерства азербайджано-кыргызские связи черпают силу из воли наших народов, исторически живших в условиях дружбы и связанных друг с другом неразрывными узами, взаимного уважения, которое они питают друг к другу. Вызывает удовлетворение, что за минувший период наши межгосударственные отношения, получив развитие благодаря совместным усилиям, вступили в новый этап. Несомненно, наши взаимные визиты и регулярные встречи создали для этого хорошие условия.

    Сегодня сотрудничество между нашими странами успешно развивается в ряде сфер, в частности в торговой, экономической, инвестиционной и транспортной областях. Уверен, что совместными усилиями мы добьемся реализации имеющегося потенциала партнерства, дальнейшего расширения наших традиционно дружественных отношений и эффективного взаимодействия на благо наших братских народов.

    Высоко оцениваю Ваш визит в Шушу в начале июля для участия в неформальном Саммите глав государств Организации тюркских государств и проведенные нами обсуждения.

    В этот праздничный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, братской Кыргызской Республике – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Sadır Japarova təbrik məktubu göndərib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “31 Avqust – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Qardaş Qırğızıstanda Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar və layihələr ölkənizin hərtərəfli inkişafına, xalqınızın sosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.

    Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluq şəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlı hörmətdən güc alır. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgə səylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimiz bunun üçün yaxşı şərait yaratmışdır.

    Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgə səylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına, ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha da genişlənməsinə nail olacağıq.

    İyulun əvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərinizi və apardığımız müzakirələri yüksək qiymətləndirirəm.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Президент Азербайджана поздравил короля Малайзии

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо королю Малайзии Султану Ибрагиму.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана рад поздравить Вас и в Вашем лице весь Ваш народ с национальным праздником – Днем независимости Малайзии.

    Мы придаем особое значение развитию и укреплению отношений дружбы и сотрудничества между Азербайджаном и Малайзией. Верю, что мы будем прилагать совместные усилия для успешного продолжения наших межгосударственных отношений и сотрудничества в интересах наших народов. Надеюсь, что мы будем тесно сотрудничать с Малайзией в сфере борьбы с изменением климата в рамках COP29, которая пройдет в ноябре в Баку.

    В столь радостный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, а дружественному народу Малайзии – постоянного благополучия”.

  • Prezident İlham Əliyev Malayziyanın Kralını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimə təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

    Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram”.

  • Yük avtomobilinə yol açan kişini cərəyan öldürdü

    Şəmkir rayonunda vətəndaş elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional İdarəsindən Oxu.Az-a verilən məlumatda bildirilir.

    Qeyd olunub ki, hadisə avqustun 30-u saat 13-də Şəmkir rayonunun Abbaslı kəndinin ərazisində baş verib.

    Kənd sakini, 1993-cü il təvəllüdlü Surxay Rizvan oğlu Cəfərov yük avtomobilinin hərəkət etməsinə maneə yaradan dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Пашинян: Ереван предпочитает прямые переговоры с Баку

    Премьер-министр Армении Никол Пашинян заявил, что прямые переговоры с Азербайджаном дают положительные результаты.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом он заявил на сегодняшней пресс-конференции.

    “Должен отметить, и вы это заметили, что уже долгое время работа с Азербайджаном идет в двустороннем формате и это приносит положительные результаты. Начиная с совместных заявлений в декабре прошлого года и продолжая заявлением от 19 апреля сего года. Вчера было подписано положение о работе комиссии по делимитации. И пока двусторонний формат приносит результат, мы будем его продолжать”, – сказал Пашинян.

    По его словам, во время телефонного разговора с российским лидером Владимиром Путиным он сообщил, что Ереван сейчас предпочитает прямые переговоры с Баку.

    “На данном этапе мы работаем в двустороннем формате. По нашему мнению, правильно в этом формате продолжать, и я открыто сказал об этом и президенту России во время нашего последнего разговора. Не исключаю, что будет и другой формат. Каждый вопрос в каждом конкретном контексте надо рассматривать отдельно”, – сказал Пашинян.

    Армянский премьер также заявил, что готов встретиться с Президентом Азербайджана Ильхамом Алиевым на границе двух государств для продолжения переговоров.

    Он также не исключил контакты с Баку в других форматах, в том числе и трехстороннем формате с участием Москвы.