Month: August 2024

  • Bu televiziyaya peyk yayımı lisenziyası verildi

    Audiovizual Şurasının növbəti iclası keçirilib.

    İclasda iki məsələ müzakirə olunub.

    İlk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu məqsədlə Audiovizual Şuranın qərarı ilə Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı və Ağdərə rayonu ərazisində yerləşən “Həsənriz kənd” radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı infrastruktur operatoru olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsinə ayrılıb.

    Sonra Azərbaycan Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub.
    Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul edilib.

  • Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Abbas Mirzə Şərifzadə küçəsində (İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən Müzəffər Həsənov küçəsi ilə kəsişməyə qədər) 4 km-dən çox hərəkət zolağı təşkil edilib.

    Bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb:

    “A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 155 000-dən çox sərnişin daşınır.

    İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırış edirik”.

    Məlumatda qeyd olunub ki, avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

  • Azərbaycanda məşhur karqo şirkəti BAĞLANDI

    Məhsulların xaricdən Azərbaycana daşınmasını həyata keçirən məşhur “Eyol” karqo şirkəti bağlanıb.

    Median.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət heç bir səbəb açıqlamadan bir müddətdir fəaliyyətini dayandırıb.

    Karqo şirkətinin paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən əsas filialı da bağlanıb.

    İstifadəçilərə Türkiyədə fəaliyyət göstərən “Eyol” anbarının bağlandığı və son reysin iyulun 5-də Bakıya çatdırıldığı barədə mesaj vasitəsilə bildiriş göndərilib.

    Şirkət bildirişdə eyni zamanda iyulun 4-dən etibarən anbara daxil olan bağlamalar üçün heç bir məsuliyyət daşımadığını açıqlayıb.

    “Eyol”dan çatdırılma gözləyən istifadəçilər isə bağlamalarının digər karqo şirkətlərinə yönləndirildiyini söyləyirlər.

    Məlumat üçün bildirək ki, “Eyol”un rəsmi instagram və feysbuk hesabları da iyun ayının sonlarından etibarən fəaliyyətini dayandırıb, xeyli sayda istifadəçinin həm mesajları, həm də rəyləri cavabsız qalıb. Bununla yanaşı karqo şirkətinin əlaqə telefonları da işləmədiyindən bağlantı yaratmaq mümkün olmayıb.

    Xatırladaq ki, “Eyol” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.

  • Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəylinin işində zərərçəkmiş şəxslər ifadə veriblər

    Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir müddət əvvəl Bakıda həbs olunan Müsavat Partiyasının fəalı Mehdi Xəlilbəylinin məhkəməsi başlayıb.

    “Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi hakimə etiraz verib.

    Onlar vəsatətlərində hakim Günel Səmədovanın işə düzgün baxmadığını əsas gətirəcək hakimin dəyişdirilməsini istəyiblər.

    Vəsatət təmin edilməyib.

    Daha sonra zərərçəkən şəxs qismində Mirzə Həsənov ifadə edib.

    O, 2003-cü ildə baş verən hadisələr zamanı polis əməkdaşı olub:

    “Həmin hadisə zamanı mən zədələnmişəm və qabırğam çatlamışdı. Həmin vaxt uzun müddət hospitalda yatmışam. Sadəcə məni kimin vurmasını görməmişəm. Deyə bilmərəm ki, məni Mehdi Xəlilbəyli vurub. Xəsarət alan zaman hava qaranlıq idi. Məni vuran şəxsi görməmişəm”.

    Digər zərərçəkən Zaur İsgəndərov məhkəmədə ifadə verib. O, 2003-cü il hadisələrində başından xəsarət aldığını deyib.

    Zaur İsgəndərov da hadisə zamanı polis əməkdaşı olduğunu qeyd edib:

    “Mənə xəsarət yetirən adam Mehdi Xəlilbəyli olmayıb, bu adamı hadisə zamanı görməmişəm”.

    Proses sentyabrın 6-da davam edəcək.

    Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

    Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə – 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

    Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən və daha 13 nəfər zərərçəkən şəxs qismində tanınıb.

    Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.

    Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıları saxlayıb.

    Saxlanılanlar arasında Almaniyada yaşayan Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. Mehdi Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb.

  • Курс турецкой лиры обвалился до исторического минимума

    Турецкая валюта рекордно обвалилась: курс впервые в истории упал ниже отметки в 34 лиры за доллар.

    Как передает Median.Az со ссылкой на gazeta.ru, об этом свидетельствуют данные торгов.

    По состоянию на 16:18 по бакинскому времени курс USD/TRY составил 34.0055 (+0.88%). В моменте он поднимался до 34.0075.

    За последние 12 месяцев лира ослабла к доллару на порядка 25%.

  • Türkiyə lirəsi tarixi minimuma düşüb

    Türkiyə valyutası rekord həddə düşüb.

    Median.Az Gazeta.ru-ya istinadən bildirir ki, tarixdə ilk dəfə bir ABŞ dolları üçün məzənnə 34 Türkiyə lirəsindən aşağıdır.

    Bakı vaxtı ilə saat 16:18-ə USD/TRY məzənnəsi 34.0055 (+0.88%) təşkil edib. Hazırda 34.0075-ə yüksəlib.

    Qeyd edək ki, son 12 ayda lirə dollar qarşısında təxminən 25% zəifləyib.

  • Представитель дорожной полиции о “новой” пометке в водительских правах

    В связи с распространенной информацией об обновлении национальных водительских удостоверений сообщаю, что согласно требованиям законодательства, в действующем образце документа содержатся дополнительные данные или ограничения по каждой категории (подкатегории), включая пометку о вождении в очках.

    Об этом заявил представитель Главного управления государственной дорожной полиции Министерства внутренних дел полковник-лейтенант полиции Мубариз Агаев.

    “Если раньше пометка, указывающая на слабое зрение водителя, была только в письменной форме, то в водительских удостоверениях, выдаваемых после 2020 года, эта информация указывается как в письменном виде, так и с помощью пометки “очки”, – добавил он.

    * * * * *

    В Азербайджане вводится новшество в водительских удостоверениях.

    Согласно полученной oxu.az информации, отныне на правах будет размещаться специальная пометка в виде очков, указывающая на слабое зрение водителя.

    Выдача водительских удостоверений нового образца с указанием пометки “очки” стартовала уже на этой неделе.

  • Sürücülük vəsiqəsindəki YENİLİK barədə rəsmi AÇIQLAMA (YENİLƏNİB)

    “Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur”.

    Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

    “Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də “eynək” stikeri ilə göstərilir”, – deyə M.Ağayev əlavə edib.

    * * * * *

    Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib.

    Oxu.az-ın əldə etdiyi məlumata əsasən, artıq vəsiqələrin üzərində “eynək” işarəsi olacaq. Bu işarə sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağın məcburi olduğunu bildirir.

    Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.

  • Первые леди Азербайджана и Узбекистана ознакомились со школой “Мехрли” в Ташкенте

    23 августа первая леди Азербайджанской Республики Мехрибан Алиева и первая леди Республики Узбекистан Зироатхон Мирзиёева ознакомились со школой “Мехрли” в Ташкенте.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar

    Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar.

    Bu barədə AZƏRTAC xəbər verir.