Month: August 2024

  • Ильхам Алиев: Узбекистан стал страной с очень весомым политическим авторитетом

    Узбекистан стал страной с очень весомым политическим авторитетом не только в регионе, но и в мировом масштабе.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы по итогам переговоров с узбекским коллегой Шавкатом Мирзиёевым.

    “Сегодня Узбекистан стал страной с очень весомым политическим авторитетом не только в регионе, но и в мировом масштабе. И мы искренне этому радуемся. Недавнее свидетельство мудрой политики Шавката Миромоновича – это исторический успех узбекских спортсменов на летней Олимпиаде, которые завоевали очень много медалей, из них 8 золотых, и стали первой страной в мусульманском мире и 13-й в мире. Это исторические достижение”, – отметил глава государства.

  • Prezident İlham Əliyev: “Özbəkistan yüksək siyasi nüfuza malik ölkəyə çevrilib”

    “Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu. Onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır. Həmçinin, müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir”.

  • Президент Азербайджана отметил стремительное развитие Узбекистана

    Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы по итогам переговоров с узбекским коллегой Шавкатом Мирзиёевым отметил стремительное развитие братской страны, сообщает АЗЕРТАДЖ.

    “Я неоднократно посещал Узбекистан в разное время, особенно интенсивно за последние годы, и наглядно могу видеть и радоваться тем грандиозным преобразованиям, которые под руководством Шавката Миромоновича осуществляет народ Узбекистана. Хорошеют города, активно развивается промышленность. В прошлый мой визит в Ташкент мы вместе посетили крупный промышленный комплекс, и все это – результат мудрой политики. Привлечение иностранных инвестиций, создание благоприятной бизнес-среды, каждодневная работа над социально-экономическим развитием, огромное количество социальных проектов – все это сегодняшний Узбекистан”, – заявил глава государства.

  • Azərbaycan Prezidenti Özbəkistanın sürətli inkişafını qeyd edib

    Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında Özbəkistanın sürətli inkişafını qeyd edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı deyib:

    “Müxtəlif dövrlərdə, xüsusən son illər Özbəkistana dəfələrlə səfər etmişəm və Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Daşkəndə ötən səfərimdə biz birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin nəticəsidir. Xarici investisiyaların cəlbi, əlverişli biznes mühitinin yaradılması, sosial-iqtisadi inkişafa dair aparılan gündəlik iş, çoxlu sayda sosial layihələr bugünkü Özbəkistanın simasıdır”.

  • Президент Узбекистана заявил о начале новой главы в укреплении взаимодействия с Азербайджаном

    Президент Шавкат Мирзиёев назвал государственный визит Президента Азербайджана в Узбекистан историческим событием в развитии многовековых дружеских отношений между двумя странами и заявил о начале новой главы в укреплении межгосударственного взаимодействия двух стран.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Сегодня мы с уважаемым Ильхамом Гейдаровичем подписали договор о союзнических отношениях. Этот документ знаменует начало новой главы в укреплении межгосударственного взаимодействия. Тем самым мы подтвердили нашу твердую приверженность курсу на всестороннее развитие многопланового партнерства”, – отметил глава государства в заявлении для прессы по итогам переговоров с Президентом Азербайджана.

  • Şavkat Mirziyoyev: “Tərəfdaşlığımızın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik”

    Özbəkistan Prezidenti Azərbaycanla dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirib

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə adlandırıb və dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirib.

    AZƏRTAC xəbər verir ki, Özbəkistanın dövlət başçısı Azərbaycan Prezidenti ilə mətbuata bəyanatında deyib:

    “Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsində yeni səhifənin açılması ilə əlamətdar olacaq. Biz bununla çoxplanlı tərəfdaşlığımızın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik”.

  • Ən yüksək keçid balı olan 5 ixtisas açıqlandı

    Azərbaycan universitetləri üzrə ən yüksək keçid balına malik 5 ixtisasın adı açıqlanıb.

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

    Həmin ixtisasları və yer aldıqları universitetlərin siyahısını təqdim edirik:

    1. Bakı Ali Neft Məktəbi – İnformasiya təhlükəsizliyi – 687 bal
    2. Azərbaycan Tibb Universiteti – Tibb – 681 bal
    3. Bakı Ali Neft Məktəbi – Kimya mühəndisliyi – 678 bal
    4. Bakı Ali Neft Məktəbi – Kompüter elmləri – 673,5 bal
    5. Bakı Ali Neft Məktəbi – Kompüter mühəndisliyi – 673 bal

  • Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

    Avqustun 23-də Daşkənddə sənədlərin mübadiləsi mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • “Crocus City Hall”da terror aktı ilə bağlı daha bir şəxs təqsirini qismən etiraf etdi

    Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktı işi ilə bağlı daha bir şəxs – Məhəmməd Zoira Şaripzoda adlı kişi (terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib) günahını qismən etiraf edib.

    Bu barədə “RIA Novosti” iş materiallarına istinadən məlumat verib.

    Qeyd olunub ki, şübhəli şəxs irəli sürülən ittihamlarla qismən razılaşıb və istintaqla əməkdaşlığa hazırdır.

    Tacikistanəsilli Şaripzoda terror aktı işi üzrə 12 müttəhimdən biridir. O, ən son saxlanılan ikinci şəxs olub. Həmçinin Yakubconi Yusufzoda və Nazrimad Lutfulloi də qismən təqsirli olduqlarını etiraf ediblər.

    Xatırladaq ki, iyunun 2-də Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı 18 nəfərin həbs edildiyi bildirilib. Daha iki nəfərin isə ölkəni tərk etməsinə qadağa qoyulub. İstintaq tərəfindən terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, o cümlədən silah və partlayıcı vasitələrin qanunsuz dövriyyəsi maddələri üzrə bir neçə cinayət işi açılıb.

  • В Баку сгорели BMW и грузовик

    В Баку произошло возгорание транспортных средств.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства по чрезвычайным ситуациям (МЧС), в Сураханском районе у легкового автомобиля BMW сгорел моторный отсек. Остальная часть автомобиля была защищена от огня, возгорание ликвидировано.

    В Ясамальском районе сгорели моторный отсек и кабина грузовика КАМАЗ. Остальная часть автомобиля, а также припаркованные рядом машины были защищены от огня, пожар потушен.