Month: August 2024

  • Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi turistlərə müraciət edib

    Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi şəhəri ziyarət edən turistlərə müraciət ünvanlayıb.

    Bu barədə report-a İdarədən məlumat verilib.
    Vurğulanıb ki, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərinə turist axını şəhərin çirkləndirilməsinə səbəb olub.

    Dövlət Qoruğu bununla əlaqədar maarifləndirici video yayaraq “Şuşaya hər atılan zibil, onun qəlbini incitməyə bənzər! Mədəniyyət paytaxtımızın təmizliyinə riayət edin!” deyə qeyd edib.

  • Иран хочет разрядки в отношениях с США и Европой

    Как передает Median.Az, об этом заявил новый министр иностранных дел исламской республики Аббас Арагчи в интервью агентству Kyodo.
    “В своем выступлении перед парламентом я подчеркнул, что крайне важно достичь снятия санкций, в особенности односторонних, путем серьезных, сосредоточенных и ограниченных по времени переговоров при соблюдении основополагающих принципов страны”, – сказал он.
    Это первая беседа главы МИД Ирана с зарубежной прессой с момента его официального назначения на эту должность после одобрения парламентом 21 августа.
    Дипломат отметил, что МИД под его руководством будет стремиться снизить напряженность в отношениях с Вашингтоном и восстановить связи с Европой, но только в том случае, если они оставят “враждебный подход” во взаимодействии с Тегераном, будут стремиться возобновить ядерную сделку и снять санкции.
    Арагчи был послом в Японии с 2008 по 2011 год. В интервью он также заявил о желании наладить связи Тегерана с Токио.

  • İran ABŞ və Avropa ilə münasibətlərdəki gərginliyin azalmasını istəyir

    İran ABŞ və Avropa ölkələri ilə münasibətlərdəki gərginliyi azaltmağı hədəfləyir, lakin qarşı tərəfin sanksiyaları aradan qaldıracağını və nüvə sazişini bərpa edəcəyini gözləyir.

    Median.Az xəbər verir ki, bu barədə İranın yeni xarici işlər naziri Abbas Əraqçi “Kyodo” agentliyinə müsahibəsində bildirib.

    “Parlamentdəki çıxışımda vurğuladım ki, ölkənin fundamental prinsiplərinə hörmətlə yanaşılmaqla, ciddi, məqsədyönlü və zaman məhdudiyyətli danışıqlarla sanksiyaların, xüsusən də birtərəfli sanksiyaların ləğvinə nail olmaq çox vacibdir”, – o deyib.

    Bu, İranın yeni XİN başçısının avqustun 21-də ölkə parlamentinin təsdiqi ilə bu vəzifəyə rəsmi təyin olunmasından sonra xarici mətbuata ilk müsahibəsidir.
    Diplomat qeyd edib ki, onun rəhbərliyi altında İran XİN Vaşinqtonla gərginliyi azaltmağa və Avropa ilə əlaqələri bərpa etməyə çalışacaq, onların qarşılıqlı fəaliyyətdə “düşmən mövqe” tutmayacaqları halda isə nüvə sazişini bərpa etməyə və sanksiyaları ləğv etməyə çalışacaqlar.

    Qeyd edək ki, A.Əraqçinin ilk olaraq Yaponiya agentliyinə müsahibə verməsi təsadüfi deyil. O, 2008-2011-ci illərdə İranın Yaponiyadakı səfiri vəzifəsində çalışıb.

  • Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Avqustun 23-ü saat 08:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

    Qeyd olunur ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Dünya çempionatı: İki bürünc şansı

    İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.

    İdman.biz xəbər verir ki, mundialın dördüncü günündə qızlardan ibarət Azərbaycan millisinin son 4 idmançısı mübarizəyə qoşulub.

    Onlardan ikisi sabah bürünc medal uğrunda gücünü yoxlayacaq.

    U-17 dünya çempionatı
    Qadın güləşi
    40 kq

    Nəzrin Əhmədli kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda ukraynalı Kamila Kuçma ilə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan Nəzrin bürünc uğrunda güləşəcək.

    5️3️ kq
    Fatimə Bayramova təsnifat mərhələsində belaruslu Mariya Xruşovaya (AİN) “tuş”la məğlub olub.

    6️1️ kq
    Günay Qurbanova 1/8 finalda Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, 1/4 finalda iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gəlib. Güləşçimiz yarımfinalda yaponiyalı Sae Noquçi ilə güləşib. 0:5 hesabı ilə uduzan güləşçimiz bürünc görüşünə çıxacaq

    6️9️ kq
    Zəhrə Kərimzadə 1/8 finalda ukraynalı Oleksandra Ribaka uduzub – 0:10.

    Qeyd edək ki, qız güləşçilərimizdən Esra Məmmədli (49 kq) bu gün bürünc medal uğrunda qüvvəsini sınayacaq.

  • Bu prospektə giriş məhdudlaşdırılacaq

    “Formula 1” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində gedən işlərə görə daha bir yol bağlanacaq.

    Median.Az xəbər verir ki, körpü quraşdırma işləri səbəbi ilə bu gün 23:59-dan avqustun 23-ü saat 05:45-ə qədər “Neftçilər” prospektinə giriş məhdudlaşdırılacaq.

    Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran-Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

  • Soyuducuya duz qoyun: böyük problemdən xilas olun

    Adi xörək duzunu soyuducuya qoymaqla, böyük problemdən həmişəlik xilas ola bilərsiniz.

    Median.Az lent.az-a istinadən bildirir ki, soyuducuya kiçik bir qabda duz qoysanız, artıq nəmlikdən və xoşagəlməz qoxulardan xilas ola bilərsiniz.

    Bu hiylə sayəsində meyvələr, tərəvəzlər və otlar daha uzun müddət təzə qalacaq. Soda ilə yuyulmaq da soyuducudakı xoşagəlməz qoxulardan xilas olmağa kömək edir. 0,5 litr isti suda yarım çay qaşığı soda həll edin və əldə edilən məhlulu bir sprey şüşəsinə tökün. Soyuducunun divarlarına səpin və 10 dəqiqədən sonra yumşaq bir parça ilə yuyun.

  • Bu çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı

    Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları tərəfindən Babək rayonu, Qahab kəndində fəaliyyət göstərən çörək sexində plandankənar yoxlama aparılıb.

    Agentlikdən  bildirilib ki, yoxlama zamanı qida obyektində gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb.

    Eyni zamanda, müəssisədə çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyən olunub. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.

    Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib.

  • İranda yeni vitse-prezident təyin olunub

    İran Prezidenti Məsud Pezeşkian Şina Ənsarini vitse-prezident təyin edib.

    Apa xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

    İran Prezidenti Məsud Pezeşkian Şina Ənsarini vitse-prezident və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri vəzifəsinə təyin edib.

  • Azərbaycanda I yarım ildə dövlət istiqrazları üzrə 955 mln. manat ödəniş edilib

    2024-cü ilin I yarım ili ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

    “Apa-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib.

    Beləliklə I yarım ildə Azərbaycanda daxili maliyyə bazarında investorlara dövlət istiqrazları üzrə 955.6 mln. manat ödəniş edilib.