Month: August 2024

  • Siciliya yaxınlığında yaxta ilə batan məşhur bankir və həyat yoldaşının cəsədləri tapıldı

    Italiyalı xilasedicilər Siciliya sahillərində lüks yaxtada batan “Morgan Stanley International” şirkətinin direktorlar şurasının sədri Conatan Blumer və onun həyat yoldaşı Cudinin cəsədini çıxarıblar.
    Median.Az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
    Məlumatlara görə, ümumilikdə, beş cəsəd tapılıb. Bundan əvvəl vəkil Kristofer Morvillo və həyat yoldaşı Nedanın cəsədlərinin tapılması faktı təsdiqlənib. Dünən məlum olub ki, britaniyalı iş adamı Mayk Linçin meyiti tanınıb.
    Bundan əlavə, Avropa mediası xilasedicilərin Linçin 18 yaşlı qızı Hannanın da cəsədini çıxardığını bildirib. Bununla belə, Britaniya mətbuatı yazır ki, Linçin qızı hələ də itkin hesab edilir və onun axtarışları davam edir.
    Qeyd edək ki, 56 metrlik “Bayesian” yaxtası bazar ertəsi səhər Siciliyanın Portiçello yaşayış məntəqəsi yaxınlığında fırtına zamanı batıb. Versiyalardan birinə görə, gəminin dirəyi əvvəlcə sınıb, sonra isə o dayanıqlığını itirərək batıb. Başqa bir versiyaya görə, fırtına səbəbindən qısa müddətdə gəminin üzərinə çox böyük miqdarda su tökülüb və bu səbəbdən də o dibə çöküb.
    Göyərtədə ümumilikdə 22 nəfər olub: 10 ekipaj üzvü və 12 sərnişin. Xilasedicilər 15 nəfəri sağ çıxara biliblər. Qəza baş verən gün bir nəfərin meyiti tapılıb.

  • Şuşada kamera müşahidəsi aparılır – Şəhəri zibilləyənlər cərimələnəcək

    Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi şəhəri ziyarət edən turistlərə müraciət ünvanlayıb.
     
    Qurumdan bildirilib ki, işğaldan azad edilən Şuşa şəhərinə turist axını şəhərin çirkləndirilməsinə səbəb olub.
     
    Dövlət Qoruğu bununla əlaqədar maarifləndirici video yayıb.

    Videoda şəhərin zibilləyən, flora və faunaya, eləcə də tarixi abidələrə ziyan vuran şəxslərin cərimə sanksiyasına məruz qalacağı da vurğulanıb. 
     
    Qeyd olunub ki, şəhərdə 7/24 kamera müşahidəsi aparılır.

  • Şirvanda 75 yaşlı kişini avtomobil vuraraq öldürüb – YENİLƏNİB

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün axşam saatlarında Şirvan şəhər sakini Ə. Zeynalov idarə etdiyi “Chery” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən şəhər sakini S. Ələkbərovu vurub.

    Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

    ***

    Yolu keçən Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərovu 90 XO 571 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil vuraraq ağır yaralayıb.

    Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri İstiqlaliyyət küçəsində qeydə alınıb.

    Yaralı komatoz vəziyyətdə ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb

    Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Baş DYP İdarəsindən report-un yerli bürosuna məlumat verilib ki, hadisə yolun 15-ci kilometrində qeydə alınıb.

    “Hyundai” markalı avtomobil yol keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Omoniya”dan “Zirə”yə 2-ci qol – YENİLƏNİR – VİDEO

    Konfrans Liqası, pley-ffun ilk oyunu
    21:00.”Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan) – 2:0 (Birinci hissə)
    Qol: Amin Xammas, 13, Villi Semedo, 34-pen.
    Baş hakim: Yuri Frişer (Estoniya)
    Nikosiya. GPS stadium

    ***

    Konfrans Liqası, pley-ffun ilk oyunu
    21:00.”Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan) – 1:0 (Birinci hissə)
    Qol: Amin Xammas, 13
    Baş hakim: Yuri Frişer (Estoniya)
    Nikosiya. GPS stadium

    ***

    22 avqust
    Konfrans Liqası, pley-ffun ilk oyunu
    21:00.”Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan)
    Baş hakim: Yuri Frişer (Estoniya)
    Nikosiya. GPS stadium
    ———–

    UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək “Omoniya” (Kipr) – “Zirə” matçı üçün heyətlər açıqlanıb.
    Komandalar saat 21:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
    “Omoniya”: 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panaqitu, 24. Amin Xammas, 80. Noviks Erakoviç, 20. mateo Mariç, 11. Evandro, 21. Veliko Simiç, 14. Mariuş Stepinski, 7. Villi Semedo
    Ehtiyat oyunçular: 23. Uzoho (k), 98. Kiriakidis (k), 4. Helander, 9. Kakulli, 10. Atzili, 17.Masuras, 22. Lanq, 31. Kusulos, 33. Musialovski, 76. Çaralampus, 85. Neofitu, 99. Saidu
    “Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 7. Məqsəd İsayev, 21.Hacıağa Hacıyev, , 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 90. Davit Volkov
    Ehtiyat Oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99.Səlim Həşimov, 5. Stefan Aka,  8. İsmayıl İbrahimli,  14. Elçin Əlicanov,  16. Fuad Bayramov, 19.Salifu Suma, 18. Junior Martins, 29.Ceyhun Nuriyev, 28. Abbas İbrahim, 10. Giorgi Papunaşvili

  • Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

    Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.

    Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1096,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.

    Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.

    Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, bu ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 152,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 137,6 min) nəfər, əlilliyə görə – 44 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 219,2 min (müvafiq olaraq 47,1 min və 215,2 min) nəfər, ailə başçısını itirməyə görə – 54,5 min (54,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,6 min (25,8 min) nəfər olub.

    Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 179 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilmişdir. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,5 min ailəsinə 6,8 min uşaq üçün aylıq müavinət verilib.

    Bundan əlavə, 2797 nəfər bir yaşınadək uşağı olan 2714 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 25 uşağa görə 23 ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 11,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 291 şəxsə isə kompensasiya verilib.

    Bu ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 21,1 min ailəyə 22 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,4 min nəfərə birdəfəlik müavinətlər verilib.

    2024-cü il iyulun 1-i vəziyyətinə 61,5 min aztəminatlı ailənin 266,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 109,6 manat təşkil edib.

    Müxtəlif kateqoriyadan olan 397,4 min şəxsə Azərbaycan Prezidentin təqaüdü təyin olunub

  • Bölgələrdə orta aylıq maaş nə qədərdir? (CƏDVƏL)

    2024-cü il iyul ayının 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.

    Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox  maaş alanlar Bakı şəhərində yaşayır. Belə ki, Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.

    Azərbaycanın digər bölgələrində olan muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

  • Üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən sabiq vəzifəli şəxs barədə qərar verildi

    2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin sabiq rəisi İdrak Əsədov barədə qərar verib.

    Report xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun barəsində olan qərardan verilən kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi vəzifəsini tutumuş İdrak Əsədov bu il məsuliyyətə cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

    Masallı Rayon Məhkəməsinin hökmü ilə İdrak Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib. Daha sonra Şirvan Apellyasiya Məhkəməsi onun hökmdən verdiyi şikayəti təmin etməyib.

    Araşdırmalarla məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Təmir-bərpa xidmətinin əməkdaşları müəyyən edib ki, evin kənarında yer altından keçən qaz xətti deşilib və qaz sızmasını müəyyən edilsə də, qəzalı vəziyyət aradan qaldırılmayıb.

    Bir neçə gün sonra G.Kərimovanın oğlu evin otağının qapısını açaraq işığı yandırarkən partlayış baş verib. Nəticədə 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ağır yanıq xəsarətləri alıblar. Onların 3-ü də aldığı xəsarətlərdən xəstəxanada vəfat ediblər. Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub. Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs edilib. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Daha sonra İdrak Əsədlinin hadisəsən sonra İrana qaçdığı bildirilib.

  • Ukraynanın Krasnodarda limanı raketlə vurması nəticəsində 15 nəfər itkin düşüb – VİDEO – YENİLƏNİB 1

    “Qavkaz” limanında hücuma məruz qalan gəminin 15 ekipaj üzvünün taleyi məlum deyil.

    APA Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Neptun” raketi ilə zərbə endirməsindən sonra yanacaq çənləri olan “Korno Treyder” bərəsində olan 15 nəfər yoxa çıxıb.

    Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnən gəmi “Qavkaz” limanının sularında batıb. Bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.

    Onlar əlavə ediblər ki, limanın özündə yanğın yoxdur.