Month: September 2024

  • Пашинян заявил о готовности Армении покупать газ из Азербайджана

    Премьер-министр Армении Никол Пашинян заявил, что не исключает возможности импорта или транзита газа из Азербайджана при условии подписания мирного договора.

    Во время выступления на втором Всемирном армянском саммите он напомнил о предложении официального Баку о поставках газа в Армению.

    “Мы не можем исключить сценарий, при котором через Армению будет проходить транзитный газопровод из Азербайджана в Нахчыван или Турцию”, – отметил Пашинян.

  • Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib

    Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandığı təqdirdə Azərbaycandan qaz idxalı və ya tranzitini istisna etmir.

    O, İkinci Ümumerməni Sammitində çıxışı zamanı Bakının Ermənistana qaz tədarükü təklifini xatırladıb.

    “Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarini istisna edə bilmərik”, – deyə Paşinyan qeyd edib.

  • Narinin ölümü ilə bağlı YENİ DƏHŞƏTLİ FAKT

    Diyarbəkirdə cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.

    Bu barədə Türkiyə mediası ötən gün məlumat yaymışdı.

    Başqa bir məlumat isə “Histopatologiya” hesabatında Narinin boyun nahiyəsində qanaxma olduğu qeyd edildiyidir.

    Bu o deməkdir ki, Narin boğularaq öldürülüb.

    Hesabatda Narinin bədəninin bir çox nahiyələrində parçalanma və mayeləşmənin baş verdiyi bildirilir. Ancaq Narinin boyun nahiyəsindən əldə edilən nəticə diqqəti cəlb edib. Hesabatda yazılır ki, Narinin tədqiq etdiyi ön boyun əzələ qruplarında: Ağır avtolitik əzələ seqmentləri arasında sitoplazmatik sərhədləri ayırd edilə bilməyən eritrositlərə bənzər yerlər (qanaxma) çoxluq təşkil edirdi.

    Nə və necə boğularaq öldürüldüyü ilə bağlı ətraflı məlumat yarılma hesabatında daha dəqiq verilə bilər. Ekspertlər, onun əli ilə boğulduğunu düşünürlər. Çünki bu cür uşaq ölümlərində qatil adətən əllərindən istifadə edir.
    //Baku.ws

  • “Instagram”da növbəti yenilik: Yetkinlik yaşına çatmayan istifadəçilər…

    “Instagram” 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

    “Gənclik hesabları” adlanan tətbiq çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.

    Yeni qaydalar ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada sentyabrın 17-dən qüvvəyə minib.

    “Instaqram”ın sahibi Meta-nın internet saytından verilən açıqlamaya görə, yeni hesablar 2024-cü ilin sonuna doğru Avropa Birliyində də qüvvəyə minəcək.

    Meta rəsmiləri bildiriblər ki, yanvar ayından etibarən digər ölkələrlə yanaşı Türkiyədə də “gənclik hesabları” istifadə edilməyə başlanacaq.

    Yeni məhdudiyyətlər nələr olacaq?

    Yeni tədbirlər çərçivəsində “gənc hesab” istifadəçilərinin hesabları avtomatik olaraq gizli olacaq. Beləliklə, yalnız istifadəçilər tərəfindən qəbul edilən izləyicilər paylaşdıqları məzmunu görə və onlarla əlaqə saxlaya biləcəklər.

    Eyni şəkildə, 18 yaşından kiçik istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcəklər.

    “Gənclik hesabları” 18 yaşdan kiçik istifadəçilərə də vaxt xəbərdarlığı verəcək. Bu çərçivədə gündə 60 dəqiqəni keçən istifadəçilərə tətbiqdən çıxmalarını bildirən bildirişlər göndəriləcək.

    18 yaşdan kiçik hesablar da 22.00-07.00 arasında “yuxu rejiminə” keçəcək. Bu müddət ərzində daxil olan bildirişlər susdurulacaq və mesajlara avtomatik cavab veriləcək.
    //azxeber.com

  • Keçmiş vəkil Elman Paşayev Moskva məhkəməsinə gətirildi – VİDEO

    Dələduzluqda ittiham olunan və ötən gün saxlanılan keçmiş vəkil Elman Paşayev və Moskva Qarnizonu Hərbi Məhkəməsinə gətirilib.

    Bu barədə Median.Az Rusiya KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, onun barəsində həbs qəti imkan tədbirinin seçilməsi planlaşdırılır.

    Məlum olduğu kimi, Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqla (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs olub. Müstəntiqlərin sözlərinə görə, fevral ayında o, bloqer Yelena Blinovskayanın əri Alekseylə görüşüb və böyük məbləğ qarşılığında ər-arvadı cinayət məsuliyyətindən azad edəcəyinə söz verib. Söhbət ən azı 46 milyon rubldan (850 min manatdan çox) gedir.

    Hazırda Aleksey Blinovski Paşayevə qarşı cinayət işinin istintaqında zərərçəkmiş tərəf hesab olunur.

    Keçmiş vəkil Elman Paşayevin dələduzluq işi üzrə 10 il müddətinə həbs oluna biləcəyi bildirilir.

  • Определены этапы перевода трудовых договоров в электронную форму в Азербайджане

    Кабинет министров Азербайджана определил этапы перевода работодателями трудовых договоров в форму электронного документа.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, государственные органы, находящиеся в государственной собственности юридические лица, и юрлица с принадлежащим государству контрольным пакетом акций (долей), а также юридические лица публичного права, созданные от имени государства должны перевести трудовые договоры в форму электронного документа до конца этого года.

    Работодатели, являющиеся субъектами крупного, среднего, малого и микропредпринимательства, а также работодатели, не являющиеся субъектами предпринимательства, должны сделать это до 1 июля следующего года. Работодатели семейных хозяйств и предприятий должны перевести трудовые договоры в электронную форму до конца следующего года.

  • Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

    Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər bu ilin sonuna qədər, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər gələn il iyulun 1-nə qədər, ailə-kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri isə gələn ilin sonuna qədər əmək müqavilələrini elektron sənəd formasına keçirməlidirlər.

  • Biləsuvarda minik maşını traktorla toqquşdu: Dörd nəfər xəsarət aldı

    Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində qeydə alınıb.

    “Hyundai” markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib – FOTO

    Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.

    AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

    “Kəpənək” məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.

    Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.

    “Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksək keyfiyyətli təhsillə yanaşı uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.

    Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.





  • В Азербайджане задержан редактор газеты – ФОТО

    Сотрудники Главного управления по борьбе с организованной преступностью МВД задержали главного редактора газеты Dəryaz (deryaz.az) Габиль Тагиев.

    Об этом сообщает lent.az.

    Отмечается, что он требовал различные суммы денег под угрозой распространения разоблачающей информации об отдельных лицах.

    На Г.Тагиева пожаловались около 10 человек.

    Ему было предъявлено обвинение по статье о вымогательстве, решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    В настоящее время по данному факту проводится расследование.

    Отметим, что ранее газета Dəryaz была включена в “черный список” Совета прессы Азербайджана.