Month: September 2024

  • MN-dəki 143 milyonluq mənimsəmə: “Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər veriblər.

    Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov verdiyi bir neçə vəsatət təmin edilməyib.

    Vəkil deyib ki, Cəlal Kazımovun üzərinə həbs qoyulduğu bir əmlakı satılıb və əldə edilən 110 min manat pul dövlət hesabına köçürülüb. Vəkil bununla bağlı sənədin iş materiallarına əlavə edilməsini xahiş edib. Vəsatət qismən təmin edilib.

    Vüsal Əlizadənin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin çalışdığı “N” saylı hərbi hissədə təftişçilər tərəfindən yoxlama aparılarkən çatışmazlıqlar aşkar edildiyini bildirib.

    “Onlar Vüsaldan 179 min manat pul tələb ediblər. Vüsal da onlara 180 min manat pul verib. Mənimsəmə faktı ilə bağlı istintaq 2017-ci ildən aparılır, lakin ondan əvvəlki dövrlərin də pullarını təftişçilər həmin vaxt müvəkkilimdən tələb ediblər. Xahiş edirəm, müxtəlif epizodlar üzrə müvafiq olaraq 180 min və 335 min manat pul Vüsal Əlizadənin üzərinə düşən məbləğdən çıxarılsın”, – vəkil bildirib. Məhkəmə hazırkı mərhələdə bu vəsatəti də təmin etməyib.

    Proses zamanı müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də məhkəməyə bir neçə vəsatət təqdim edib. Onun cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin nə yerdə olduğunu bilmək üçün istintaq orqanına sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin edilib.

    Həmçinin məhkəmə vəkilin daha bir vəsatətini təmin edib. O, həmin vəsatətdə bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov cinayət işi üzrə hadisələrin mərkəzində olan şəxslərdəndir.

    “Rəfail Xələfov özündən kiçik vəzifəlilərə bir söz, böyüklərə isə başqa söz deyib. Ortada mübahisəli məsələlər, həmçinin yeni suallar var. Biz bununla bağlı əvvəl də vəsatət vermişdik, lakin məhkəmə onun təqsirləndirilən şəxs olduğunu əsas gətirərək, hüquqlarının olduğunu bildirilmişdi. Bəs, buradakı təqsirləndirilənlərin hüquqları necə olsun? Burada təqsirləndirilən şəxs qismində əyləşən şəxslərlə onun arasında ziddiyyətli məsələlər var. Rəfail Xələfov yenidən prosesdə dindirilməlidir ki, həmin məsələlər üzə çıxsın. İş üzrə dindirilməsi zəruri olan şəxslərdən biri də Rövşən Əliyevdir ki, o da rəhmətə gedib. Xahiş edirəm məhkəmə Xələfovun dindirilməsini təmin etsin”, – vəkil deyib.

    Dövlət ittihamçısı da sözügedən şəxsə yeni suallar olduğu halda vəsatətin təmin olunmasına etirazının olmadığını bildirib. Vəsatət təmin edilib. Belə ki, növbəti prosesdə R.Xələfov yenidən dindiriləcək.

    Nizami Məmmədovun başqa bir vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib.

    “O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib. Məlikməmməd Qurbanov bir ifadəsində pulu özünün çatdırdığını, digərində isə vasitəçi ilə göndərdiyini deyib. Bu inandırıcı deyil”, – müdafiəçi bildirib.

    Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • В Шекинском районе 51-летний мужчина погиб, упав с крыши дома

    В Шекинском районе в результате несчастного случая погиб 51-летний мужчина.

    Житель села Баш Гёйнюк Назар Оруджов, ремонтируя крышу дома соседа, упал с высоты.

    Пострадавшего немедленно госпитализировали, однако спустя несколько часов пациент скончался.

    По данному факту начато расследование.

  • Şəkidə kişi evin damından yıxılaraq öldü

    Şəkidə 51 yaşlı kişi evin damından yıxılaraq ölüb.

    Şəki rayonu Baş Göynük kənd sakini Nəzər İsfəndiyar oğlu Orucov qonşusunun evinin damını təmir edərkən yıxılıb.

    Xəstə dərhal xəstəxanaya çatdırılsa da, bir neçə saat sonra vəfat edib.

  • Новый ChatGPT o1 научили мыслить и решать логические задачи

    OpenAI представила новую языковую модель ChatGPT o1, способную рассуждать и логически решать задачи, имитируя человеческий процесс мышления, разбивая сложные задачи на более простые шаги, анализируя различные подходы и исправляя ошибки.

    Об этом сообщает Median.Az со ссылкой на 3DNews.

    Модель o1 показала выдающиеся результаты в тестах и соревнованиях, сравнимые с результатами специалистов. В области программирования o1 заняла 49-е место на Международной олимпиаде по информатике (IOI) 2024 года и превзошла 89% участников на платформе Codeforces. В математике o1 вошла в число 500 лучших студентов США на квалификационном этапе Американской математической олимпиады (AIME).

    В естественных науках модель превзошла результаты докторов и кандидатов наук в тесте GPQA diamond, оценивающем знания в химии, физике и биологии. Разработчики отмечают, что это не означает превосходство модели над любым кандидатом наук, но демонстрирует ее способность решать задачи на уровне высококвалифицированных специалистов.

    Модель o1 также превзошла предыдущие модели в тестах на интеллект и решение задач, включая MMMU и MMLU. По данным OpenAI, o1 значительно превосходит GPT-4o в задачах, связанных с логическим мышлением. В тестах AIME o1 решила в среднем 83% задач, тогда как GPT-4o – 13%.

    Кроме того, o1 значительно меньше подвержена галлюцинациям по сравнению с GPT-4o, но работает медленнее и ее обслуживание обходится дороже. Она уступает GPT-4o в энциклопедических знаниях и не может обрабатывать веб-страницы, файлы и изображения. Также модель может манипулировать данными, подгоняя решение под результат.

    Успех модели объясняется новым алгоритмом обучения – “цепочкой мыслей”, который позволяет модели улучшать свои результаты, распознавая и исправляя ошибки, разбивая сложные шаги на более простые и пробуя разные подходы.

    OpenAI выпустила предварительную версию модели o1-preview, доступную для использования в ChatGPT и для разработчиков через API. Стоимость использования o1-preview составляет 15 долларов за 1 млн входных токенов и 60 долларов за 1 млн выходных токенов, тогда как GPT-4o стоит 5 долларов и 15 долларов соответственно.

  • Süni intellektdə inqilab: “ChatGPT”nin yeni modeli insan kimi düşünməyi öyrəndi

    “OpenAI” yeni modeli “ChatGPT o1″i təqdim edib. Bu model insan düşüncə prosesini təqlid edərək mühakimə yürütmək və məntiqi məsələləri həll etmək qabiliyyətinə malikdir. O, mürəkkəb tapşırıqları daha sadə addımlara bölür, müxtəlif yanaşmaları təhlil edir və səhvləri düzəldir.

    Bu barədə “3DNews” məlumat verib.

    Bildirilir ki, “o1” modeli test və yarışlarda mütəxəssislərin nəticələri ilə müqayisə oluna biləcək nəticələr göstərib. Proqramlaşdırma sahəsində “o1” 2024-cü il Beynəlxalq İnformatika Olimpiadasında (IOI) 49-cu yeri tutub, “Codeforces” platformasında iştirakçıların 89%-ni üstələyib. Riyaziyyatda “o1” Amerika Riyaziyyat Olimpiadasının (AIME) seçim mərhələsində ABŞ-nin ən yaxşı 500 tələbəsi sırasına daxil olub.

    Təbiət elmlərində model GPQA diamond testində kimya, fizika və biologiya sahəsində bilikləri qiymətləndirən doktorların və elmlər namizədlərinin nəticələrini üstələyib.

    Tərtibatçılar qeyd edirlər ki, bu, modelin hər hansı elmlər namizədindən üstün olduğu demək deyil, lakin onun yüksək ixtisaslı mütəxəssislər səviyyəsində məsələləri həll etmək qabiliyyətini nümayiş etdirir.

    “o1” modeli həmçinin MMMU və MMLU daxil olmaqla, intellekt və problemlərin həlli testlərində əvvəlki modelləri üstələyib. “OpenAI”nin məlumatına görə, “o1” məntiqi düşüncə ilə bağlı tapşırıqlarda “GPT-4o”dan əhəmiyyətli dərəcədə üstündür. AIME testlərində “o1” orta hesabla məsələlərin 83%-ni həll edib, “GPT-4o” isə 13%-ni.

    Ancaq “o1” “GPT-4o”dan daha yavaş işləyir və onun xidməti daha bahadır. O, ensiklopedik biliklər baxımından “GPT-4o”dan geri qalır, veb səhifələri, faylları və şəkilləri emal edə bilmir.

    Modelin uğuru yeni təlim alqoritmi – “düşüncə zənciri” ilə izah olunur. Bu, modelə səhvləri tanımaq və düzəltmək, mürəkkəb addımları daha sadələrə bölmək və müxtəlif yanaşmaları sınamaqla nəticələrini yaxşılaşdırmağa imkan verir.

    “OpenAI” “o1-preview” modelinin ilkin versiyasını buraxıb. Bu, “ChatGPT”də istifadə üçün və API vasitəsilə tərtibatçılar üçün əlçatandır. “o1-preview”dən istifadənin qiyməti bir milyon giriş tokeni üçün 15 dollar və 1 milyon çıxış tokeni üçün 60 dollardır. “GPT-4o” isə müvafiq olaraq 5 və 15 dollara başa gəlir.

  • Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər

    Ermənistan Dövlət Gəlirləri Komitəsinin bir qrup məmuru səkkiz milyon dram (təxminən 20 min ABŞ dolları) məbləğində rüşvət tələb etməkdə ittiham olunur.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

    İlkin istintaqla müəyyən edilib ki, baş vergi müfəttişləri V.A. və A.K. Armavir rayonunda uşaq bağçasında aparılan əsaslı təmir işlərinə baxış zamanı doqquz nəfər qeydiyyatdan keçməyən fəhlə, eləcə də tikinti şirkəti və onunla əlaqəli digər qurum tərəfindən vergi pozuntuları aşkarlayıblar.

    Müfəttişlər ortaq şərik S.A.-nın vasitəsilə həmin şirkətlərin direktoru və direktor müavini ilə görüşərək, qeydiyyatda olmayan işçilər və vergi pozuntuları faktının qeydə alınmaması təklifini edərək səkkiz milyon dram rüşvət tələb ediblər. İki şirkətin direktoru və direktor müavini bununla razılaşıblar.

    V.A. və A.K. Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (külli miqdarda rüşvət alma) ilə ittiham edilirlər. S.A. rüşvət almağa kömək etmə maddəsi ilə, daha bir nəfər isə xüsusilə külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham olunur.

    Üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri, bir nəfər barəsində isə ev dustaqlığı seçilib.

    İbtidai istintaq yekunlaşıb və iş materialları ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.

  • Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb – VİDEO

    Siyəzən rayonunun Vüqar Qasımov adına Yenikənd kənd tam orta məktəbi bağlanıb.

    Xezerxeber.az-ın məlumatına görə, sakinlər 400 şagirdin təhsil aldığı məktəbin altı ay əvvəl fəaliyyətinin dayandırılmasından narazıdırlar.

    Onlar bildirirlər ki, təhsil ocağı aylardır təmirə dayandırılsa da, heç bir iş aparılmayıb. Bu il də 400 şagird təhsilini davam etdirmək üçün qonşu kəndlərə getmək məcburiyyətində qalacaqlar.

    Sakinlər, həmçinin kənddə modul tipli məktəb quraşdırılacağı barədə eşitdiklərini, amma bu barədə də heç bir məlumat ala bilmədiklərini bildirirlər.

    Sakinlərin narazılığı ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov bildirib ki, məktəbdə mövcud vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və yaxın vaxtlarda təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təhsilin fasiləsizliyini təmin etmək məqsədilə şagirdlər yaxınlıqdakı məktəblərə yerləşdiriliblər və onların nəqliyyat vasitəsilə həmin təhsil müəssisələrinə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

    Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

  • Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? – RƏSMİ AÇIQLAMA

    Bir müddət əvvəl Azərbaycanda ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması təklifi irəli sürülmüşdü.

    Maraqlıdır, görəsən, icbari tibbi sığorta vasitəsilə dərmanlar nə zaman pulsuz veriləcək?

    Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması üçün “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əlaqədar dövlət qurumları ilə razılaşdırılaraq müvafiq dövlət qurumuna təqdim olunub. Qanunun təsdiqindən sonra əlaqədar qaydaların hazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur.

    Mövcud qanunvericilik dərman vasitələrinin təminatı üçün yeni maliyyələşdirmə mexanizmlərinə uyğunlaşdırıldıqdan sonra ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülür.

    Hazırda isə təcili və təxirəsalınmaz tibbi xidmətlər, stasionar tibbi yardım və ambulator şəraitdə tibb müəssisələrində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.

  • В Лянкяранском районе повесился 68-летний мужчина

    В Лянкяранском районе произошло самоубийство.

    Как передает lent.az, случай зафиксирован в селе Болади.

    Сообщается, что 68-летний Афлатун Таиров повесился в хлеву, расположенном во дворе его дома. Тело мужчины обнаружили члены его семьи.

    Причины суицида пока неизвестны.

    По данному факту проводится расследование.

  • Lənkəranda 68 yaşlı kişi özünü tövlədə ASDI

    Lənkəranda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Boladi kəndində baş verib.

    Belə ki, 68 yaşlı Əflatun Tahirov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

    Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Mərhumun hansı səbəbdən özünü öldürdüyü bilinmir.