Month: September 2024

  • Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər – İDDİA (VİDEO)

    Bakıda bir gecənin içində parkın ərazisində bina tikildiyi iddia edilir.

    Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər bu ərazidə qanunsuz tikililərin inşa edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, burada mənzil alarkən ərazinin həyət-park kimi təqdim edildiyini göstərən plan mövcuddur. Sakinlərin fikrincə, yeni tikililər həyətin sahəsini azaldır və hərəkəti çətinləşdirir.

    Sakinlər ərazidəki tikintinin qanunsuz aparıldığını və bu səbəbdən narahat olduqlarını bildirirlər.

    Binanı tikən “Maşınqayıran” MTK-dan isə bildirilib ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır.

    “Maşınqayıran” MTK-nın sədr müavini Xanlar Ağayev bildirib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçiləri üçün nəzərdə tutulub. O əlavə edib ki, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.

    Qeyd edək ki, binanın tikintisi hal-hazırda dayandırılıb.

    Mövzu ilə bağlı videomaterial təqdim edirik:

  • Запущен новый автобусный маршрут Баку – Сумгайыт (ФОТО)

    Запущена новая регулярная маршрутная линия Баку – Сумгайыт.

    Об этом oxu.az сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    Отмечается, что с сегодняшнего дня в пользование пассажиров сдан рейс №123, соединяющий станцию метро “Азадлыг Проспекти” с улицей Сюльх города Сумгайыт. Ежедневно на маршруте пассажиров будут обслуживать 15 автобусов.

  • Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verildi – FOTO

    Bu gündən Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verilib.

    Bu barədə oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Nazirliyindən (AYNA) məlumat verilib.

    Məlumatda bildirilir ki, “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti bu gündən sərnişinlərin istifadəsinə verilib.

    Qeyd edək ki, marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək.

  • Bakıda filmlərdə gördüyümüz adam oğurluğu – Aeroportdan qaçırıblar

    Ötən il Bakıda baş vermiş adam oğurluğu ilə bağlı cinayətin təfərrüatları bəlli olub.

    “Qafqazinfo”nun məlumatına görə, cinayət işində həm təqsirləndirilənlər, həm də zərərçəkənlər pakistanlılar olub.

    Belə ki, Pakistan vətəndaşları Abbas Muhammad İbraheem Muhammad, Muzammil Muhammad Boota Muhammad və Mukhtar Mohsin Ahmad Mukhtar qruplaşma təşkil edərək həmyerlilərini oğurlayıblar.

    Onlar turist qismində Azərbaycana səfər edən Khushnam Ali Muhammad, Shahzad Ali və onun qardaşı oğlunu Riaz Avanı qaçırıblar.

    Plana əsasən, ötən ilin aprelində Mukhtar Mohsın Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək təyyarədən düşən zərərçəkmişləri gözləyib. Çıxış qapısına isə birinci Shahzad Ali çıxıb. Bu zaman Mukhtar Mohsın sonuncuya yaxınlaşıb köməklik etmək istəməsi kimi görüntü yaradıb. O, əvvəlcədən sifariş verdiyi hotelə çatdırmaq adı ilə həmyerlisini aldadıb. Daha sonra özünün sifariş verdiyi taksiyə əyləşərək qrup üzvləri ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindəki evə gəlib. Qrup üzvləri burada Shahzad Alini döyərək onun əl-qolunu bağlayıblar.

    Zərərçəkmişin digər yaxınlarını oğurlamaq üçün isə onlara zəng ediblər. Bu zaman kağız kəsən bıçağı Shahzad Alinin boğazına dirəyən cinayətkarlar, digərlərini də evə çağırıblar və onların da əl-qolunu bağlayıblar.

    Cinayətkarlar daha sonra oğurlanmış şəxslərin yaxınına zəng edərək 20 min dollar tələb ediblər. Və bu pul Pakistanda cinayətkar qruplaşmaya yaxın olan naməlum şəxsə verilib.

    Pulu əldə etmələrinə baxmayaraq, girov saxlanılan şəxslər azad edilməyib.

    Maraqlıdır ki, zərərçəkmişlər cinayətkarların əlindən özləri xilas olub. Belə ki, Khushnam Ali və Shahzad Ali qrup üzvlərinin mənzilin digər otağında başlarının qarışıq olmalarından istifadə edərək əl və ayaqlarını kəndirdən azad edib və mənzilin pəncərəsindən çıxaraq qonşu mənzilə keçərək xilas olublar.

    Qeyd edək ki, təqsirləndirilənlər şəxslərin məhkəməsi ötən ay başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qruplaşma üzvlərinin hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

  • Gəncədə 18 yaşlı qadın bıçaqlandı – onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu (YENİLƏNİB)

    Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.

    Median.Az
    xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, A.Əmiraslanova və M.Əmiraslanov etnik olaraq qaraçıdırlar.

    Məsələdə şokedici detal isə M.Əmiraslanovun 15 yaşının olmasıdır.

    Cütlük bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.

    ———–

    Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.

    Median.Az APA-ya istinadən bildirir ki, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

    A. Əmiraslanova 2015-ci il təvəllüdlü Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

    ———–

    Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.

    Median.Az APA-ya istinadən bildirir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib.

    O, əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Araşdırma zamanı məlum olub ki, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdlaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq işləri ilə tanış olub – (VİDEO / FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.

    Bildirildi ki, “Xaqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

    Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

    Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

    Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.

















  • İlham Əliyev: “Fatma Səttarova gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçib”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

    Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.

    Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm”.

    Qeyd edək ki, Fatma Səttarova bu gün 102 yaşında vəfat edib.

  • Əlverişsiz hava şəraitinə görə ölkə çempionatının oyunu təxirə salınıb

    Avstriya çempionatının sentyabrın 14-də keçirilməsi planlaşdırılan “Zalsburq” – “Аustriya Klаqеnfurt” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

    Median.Az yerli mətbuata istinadən xəbər verir ki, gələn həftəyə qədər Avstriyada uzunmüddətli leysan yağışları və tufan gözlənilir.

    Qeyd edək ki, sözügedən matç Zalsburq şəhərində baş tutmalı idi.

  • Şəkidə qəza baş verib, xəsarət alanlar var

    Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Şəki kəndi ərazisindən keçən hissəsində iki maşın toqquşub, xəsarət alanlar var.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hadisə bu gün saat 18 radələrində qeydə alınıb.

    Belə ki, Bəxtiyar Rəhimlinin idarə etdiyi “Toyota” markalı avtomobillə Eldar Umarovun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

    Nəticədə hər iki sürücü və “Toyota”dakı sərnişin Əli Hüseyn xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda kişi bonus kartlarını oğurlayıb özünə telefon aldı

    Bakıda avtomobildən bonus kartları oğurlanıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birində baş verib. “BMW” markalı avtomobildən hesabında 1500 manat olan 3 ədəd bonus kartının oğurlanması və həmin bonuslar istifadə olunmaqla mobil telefon alınması barədə polisə məlumat daxil olub.

    Nəsimi rayon Polis İdaərsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 30 yaşlı V.Qurbanov müəyyən olunaraq saxlanılıb.

    Ondan metamfetamin aşkar olunaraq götürülüb.