Month: September 2024

  • Ревнивый мужчина истязал свою возлюбленную

    В Бакинском апелляционном суде завершилось рассмотрение жалобы на приговор Гасыма Гасымова (имя и фамилия условные), обвиняемого в истязании.

    Как сообщает pravda.az, решение было оглашено на заседании под председательством судьи Эмина Алиева.

    Суд оставил приговор в силе, отклонив апелляционную жалобу.

    Согласно материалам дела, в 2023 году Г.Гасымов (1995 г.р.) на почве ревности подвергал истязаниям свою возлюбленную Маю Фараджову (имя и фамилия условные) в одном из домов в Ясамальском районе Баку, а затем на улице.

    Обвиняемый применял физическое насилие из-за того, что женщина намеревалась разорвать отношения с ним.

    Он неоднократно избивал её кулаками, прижигал нижнюю губу сигаретой, тянул за волосы и наносил удары по лицу, правой ноге, левой руке и пояснично-ягодичной области.

    Наримановский районный суд приговорил Гасыма Гасымова к 2 годам лишения свободы.

  • Azərbaycanda qısqanc kişi sevgilisinə işgəncə verib

    Bakı Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Qasım Qasımovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, 1995-ci il təvəllüdlü Qasım Qasımov 2023-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evlərin birində və həmin ünvandakı binanın qarşısında sevgilisi, zərərçəkmiş Maya Fərəcovanı (şərti) qısqanclıq zəminində, habelə qadının ondan ayrılmasını bəhanə edərək döyərək əzab verib.

    Belə ki, o, Mayanı dəfələrlə yumruqla vurub, cəzalandırmaq məqsədi ilə siqaretin ucunu onun alt dodağına basıb, saçından tutub dartıb və sifət nahiyəsinə əli ilə, təpiklə sağ ayağına, habelə yumruqla sol qoluna və bel-omba nahiyəsinə zərbələr endirib.

    Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Qasım Qasımov 2 il müddətinə azadlıqdan məhrum edilib.

  • Tacikistanın baş müftisi sui-qəsdə MƏRUZ QALDI

    Tacikistan Üləmalar Şurasının sədri Səidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb, cinayətkar saxlanılıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

    “Bu gün saat 17:20-də Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında namazdan sonra bir nəfər Tacikistan Üləmalar Şurasının sədri Səidmükərram Abdulkodirzodanı kəsizi alətlə yaralayıb.”, – deyə məlumatda deyilir.
     
    Polis hücum edən şəxsin saxlanıldığını bildirib Hücumun motivləri hələ ki, məlum deyil.

  • Baş leytenant VƏFAT ETDİ – FOTO

    44 günlük Vətən müharibəsində yaralanan qazi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.

     Median.Az xəbər verir ki, bu barədə “Unikal”a onun yaxınları məlumat veriblər. 1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

     O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.  

  • Aleks Elbon: “Bakıda ötmə üçün yaxşı imkanlar var”

    Bakıda yarışmaçıları bir çox stasionar yollardan sonra ilk küçə mərhələsi gözləyir.
     
    Median.Az “F1news”a istinadən xəbər verir ki, bunu “Williams” komandasının pilotu Aleks Elbon “Formula 1” üzrə Azərbaycan Qran Prisi ərəfəsində deyib.

    O, Bakıda şəhər trekində maraqlı və qabaqcadan proqnozlaşdırıla bilinməyən yarış olacağını və bu yarışı səbirsizliklə gözlədiyini bildirib.
     
    “Bakıdakı trekin yaxşı ritmi var, onunla yaxşı tanışam və məmnuniyyətlə mərhələyə hazırlaşıram. Yenilənmiş avtomobili başqa tipli trekdə sınaqdan keçirmək və onun müxtəlif şəraitlərdəki performansını qiymətləndirmək fürsətini səbirsizliklə gözləyirəm. Adətən bu yarış maraqlı və gözlənilməz olur, trekin yaxşı ötmə imkanları var və bu həftəsonu bundan istifadə etməyə ümid edirik”, – Elbon söyləyib.

  • Rusiya və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə etdilər

    Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ilə görüşüb.
     
    Median.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    Qeyd olunub ki, tərəflər Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparıblar.
     
    Eyni zamanda “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

  • Eminin motosiklet kolleksiyası – VİDEO

    Xalq artisti Emin Ağalarov motosiklet kolleksiyasını nümayiş etdirib. 

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ən sevimli motosikletini də göstərib.

    O bildirib ki, həmin motosikleti özü təmir edib. İfaçı
    “Zabıt tebya” klipinə də həmin minik vasitəsi ilə çəkildiyini bildirib.

  • Xudat şəhərində velosiped zolaqları salınır

    Xaçmaz rayonunun Xudat şəhərində ilk dəfə velosiped zolaqları salınır.

    Report-un Şimal bürosu xəbər verir ki, məqsəd velosiped həvəskarlarının təhlükəsiz hərəkətini təmin etməkdir.

    Qeyd edək ki, bölgədə velosiped istifadəçiləri çox olduğu üçün bu zolaqlar gündəlik nəqliyyat vasitəsi üçün şəraitin yaradılmasına xidmət edir.

    Ümumilikdə Xudat şəhərində həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri davam edir. Ötən il 26 küçəyə asfalt salınıb, yeni işıqlandırma sistemi quraşdırılıb. Hazırda Xudat şəhərinin küçə və prospektlərində səkilərə tamet döşənir.

  • Yevlaxda dəmir yoluna çıxan kişini qatar vurub

    Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

    Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: “Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib”.

    “ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, – məlumatda qeyd edilir.

  • В Баку три человека пострадали в ДТП

    В Сураханском районе Баку произошло дорожно-транспортное происшествие, в котором пострадали три человека.

    Об этом report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Согласно информации, в 17:40 в Республиканский центр скорой и неотложной медицинской помощи поступил вызов в связи с автомобильной аварией на территории поселка Ени Гюняшли Сураханского района.

    На место происшествия были направлены три бригады скорой медицинской помощи. Медики госпитализировали трех пострадавших в Сабунчинский медицинский центр, у них диагностированы сочетанные травмы.