Month: September 2024

  • Yeni Günəşlidə avtomobil marketə çırpılıb, yaralananlar var – YENİLƏNİB

    Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi “Toyota” markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

    Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

    Araşdırma davam etdirilir.

    21:16

    Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb.

    TƏBİB-dən report-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.

    Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

  • ABŞ Ukraynaya daha bir yardım paketi ayırdığını AÇIQLADI

    Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya dəstək üçün əlavə 700 milyon dollardan çox vəsait ayırır. 
     
    Median.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 
     
    Blinken qeyd edib ki, 325 milyon dollar Ukraynanın enerji infrastrukturunun bərpasına yönəldiləcək. Daha 290 milyon dollar Ukrayna əhalisinə humanitar yardıma, o cümlədən dərman, ərzaq, içməli su və ilkin tələbat mallarının alınmasına ayrılacaq.
     
    Bundan əlavə, ABŞ ərazinin minalardan təmizlənməsi üçün təxminən 102 milyon dollar ayıracaq. Ayrılan vəsaitin ümumi həcmi təqribən 717 milyon dollardır.

    Həmçinin bu gün Böyük Britaniyanın xarici işlər naziri David Lammy Kiyevə səfəri zamanı Ukraynaya dəstək üçün 600 milyon funt sterlinq (782 milyon dollar) ayrıldığını açıqlayıb .
     
    Sentyabrın 9-da İsveç Ukraynaya 4,6 milyard İsveç kronu (440 milyon dollar) dəyərində yeni yardım paketinin köçürüldüyünü elan edib, bu paketə maliyyə töhfələri, maddi ianələr və istehsal ehtiyacları üçün satınalmalar daxildir.

  • “Formula-1” pilotlarının qazancı bəlli oldu

    “Formula-1″də ən çox qazanan pilotların adları açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, ümumilikdə 20 sürücü, bonuslar istisna olmaqla, ildə təxminən 205 milyon funt-sterlinq qazanır.

    Siyahıya isə hazırkı dünya çempionu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 58 milyon dollardan artıqdır.

    İlk onluq isə aşağıdakı kimidir:

    1. Maks Verstappen (Niderland) – 58,859,503 milyon dollar

    2. Lüis Hemilton (Böyük Britaniya) – 44,471,625

    3. Çarlz Lekler (Monako) – 34,003,831

    4. Lando Noris (Böyük Britaniya) – 19,616,498

    5. Fernando Alonso (İspaniya) – 18,309,197

    6. Corc Rassel (Böyük Britaniya) – 18,309,197

    7. Serxio Peres (Meksika) – 14,387,194

    8. Karlos Sans (İspaniya) – 11,771,877

    9. Valteri Bottas (Finlandiya) – 9,155,717

    10. Daniel Rikkardo (Avstraliya) – 6,539,174

    Qeyd edək ki, “Formula-1″in növbəti mərhələsi sentyabrın 13-15-də Azərbaycanda keçiriləcək.

  • “Formula-1” pilotlarının qazancı bəlli oldu

    “Formula-1″də ən çox qazanan pilotların adları açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, ümumilikdə 20 sürücü, bonuslar istisna olmaqla, ildə təxminən 205 milyon funt-sterlinq qazanır.

    Siyahıya isə hazırkı dünya çempionu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 58 milyon dollardan artıqdır.

    İlk onluq isə aşağıdakı kimidir:

    1. Maks Verstappen (Niderland) – 58,859,503 milyon dollar

    2. Lüis Hemilton (Böyük Britaniya) – 44,471,625

    3. Çarlz Lekler (Monako) – 34,003,831

    4. Lando Noris (Böyük Britaniya) – 19,616,498

    5. Fernando Alonso (İspaniya) – 18,309,197

    6. Corc Rassel (Böyük Britaniya) – 18,309,197

    7. Serxio Peres (Meksika) – 14,387,194

    8. Karlos Sans (İspaniya) – 11,771,877

    9. Valteri Bottas (Finlandiya) – 9,155,717

    10. Daniel Rikkardo (Avstraliya) – 6,539,174

    Qeyd edək ki, “Formula-1″in növbəti mərhələsi sentyabrın 13-15-də Azərbaycanda keçiriləcək.

  • Bakıda qadını qatar vurdu

    ​​​​Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.
     
    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
     
    Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

    “ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

    Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, – məlumatda deyilir.

  • Bakıda avtomobil 15 yaşlı gənci vurub

    Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Yolu keçən 2009-cu il təvəllüdlü Muxtarov Camal İsmayıl oğlunu avtomobil vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüklərinin sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.
    //report

  • “Formula-1” pilotlarının qazancı bəlli olub

    “Formula-1″də ən çox qazanan pilotların adları açıqlanıb.

    Median.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 20 sürücü, bonuslar istisna olmaqla, ildə təxminən 205 milyon funt-sterlinq qazanır.

    Siyahıya isə hazırkı dünya çempionu Maks Ferstappen başçılıq edir. Onun illik qazancı 58 milyon dollardan artıqdır.

    İlk onluq isə aşağıdakı kimidir:

    1. Maks Verstappen (Niderland) – 58,859,503 milyon dollar

    2. Lüis Hemilton (Böyük Britaniya) – 44,471,625

    3. Çarlz Lekler (Monako) – 34,003,831

    4. Lando Noris (Böyük Britaniya) – 19,616,498

    5. Fernando Alonso (İspaniya) – 18,309,197

    6. Corc Rassel (Böyük Britaniya) – 18,309,197

    7. Serxio Peres (Meksika) – 14,387,194

    8. Karlos Sans (İspaniya) – 11,771,877

    9. Valteri Bottas (Finlandiya) – 9,155,717

    10. Daniel Rikkardo (Avstraliya) – 6,539,174

    Qeyd edək ki, “Formula-1″in növbəti mərhələsi sentyabrın 13-15-də Azərbaycanda keçiriləcək.

  • Paytaxtın köçürülməsinə ehtiyac varmı?

    Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara – yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yollarının bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir.

    Yeri gəlmişkən, İran prezidenti Məsud Pezeşkian da bir neçə gün əvvəl paytaxtın Tehrandan köçürülməsinin vacibliyini vurğulayıb.

    Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir. kapital bank vakansiya

    Hələ 10 il əvvəl Ələt ərazisindəki geniş dağətəyi sahədə yeni paytaxt salınacağı haqda iddialar vardı. İddia olunurdu ki, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurub…

    Təsadüfi deyil ki, 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.

    Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir.

    Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əgər paytaxtın köçürülməsi məsələsi aktuallaşsa, bu, konstitusiya dəyişikliyi olmadan mümkün deyil:

    “Amma paytaxtı köçürmədən də Bakının yükünün azaldılması mümkündür, bunun üçün atıla biləcək addımlar var. Konkret olaraq İranla bağlı danışsaq, orada paytaxtın Tehrandan köçürülməsi diskussiyasının səbəbi resurs çatışmazlığıdır. Şəhər həddən artıq böyüyüb, su resursları çatışmır. Şəhərdə sıxlıq yaranıb. Ona görə də belə bir addım atmağa çalışırlar. Ümumilikdə isə paytaxtın köçürülməsi çox bahalı layihədir. Söhbət 10 milyardlarla dollardan gedir. Bilmirəm, buna İranın gücü çatacaq, ya yox. Düşünmürəm ki, bu asanlıqla baş versin. Bizdə isə problem başqadır. Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var. Allaha min şükür, torpaqlarımızı da işğaldan azad edib suverenliyimizi bərpa etmişik. İndi işğaldan azad edilmiş bölgələrdə yüz minlərlə insanların köçürülməsi və yaşaması potensialı var”.

    Ekspert əlavə edib ki, işğaldan azad edilən torpaqlara bir milyon, hətta iki milyon insan köçürə bilərik:

    “Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə milyonluq şəhərə çevrilməsin, yaxud da Mingəçevir? Bunun üçün Bakının yükü azaldılmalıdır. Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də inzibati qərarlarla da Bakının boşaldılması qərarı verilə bilər: universitetlərin Bakıdan köçürülməsi, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi. Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi – bu tipli qurumların Bakıda olmasının nə mənası var?! Bax, bu yollarla ölkənin paytaxtının yükünün azaldılması mümkündür. Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli deyil. Ona görə də düşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir”.

  • Paytaxtda avtobus sürücüsü sərnişinlə dalaşdı (VİDEO)

    Bakıda vətəndaş ilə avtobus sürücüsü arasında dava olub.

    Belə ki, 199 saylı sərnişin marşrutunun sürücüsü ilə nəqliyyat vasitəsindəki sərnişin mübahisə etməyə başlayıblar.

    Avtobusda olan digər vətəndaşlar onları ayırıb və sərnişin avtobusdan aşağı enib.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Ətraflı “İTV”nin süjetində:

  • Bakıda gecə avtobuslar işləyə bilər?

    Bakıda gecə fəaliyyət göstərən avtobus xətlərinin açılması təklifi şəhərin inkişafı, müasir həyat tərzi və ictimai nəqliyyat sisteminin səmərəliliyini artırmaq baxımından mühüm bir məsələdir. Bu təklifin dəstəklənməsi şəhərin müxtəlif aspektlərinə təsir göstərə bilər:

    Sözügedən avtobus xətlərinin açılması şəhərin müxtəlif bölgələrinə rahat hərəkəti təmin edərək, gecə həyatı ilə bağlı xidmətlərin əlçatanlığını artırar. Bu, şəhərin inkişaf etmiş nəqliyyat infrastrukturu və müasir həyat tərzinə uyğun gəlir. Şəhərdə gecə növbəsində çalışan işçilər, tibb işçiləri və digərləri üçün ictimai nəqliyyatın mövcudluğu onların həyatını asanlaşdırar və yol xərclərini azaldar.

    Belə avtobus xətləri şəhər iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Şəhərdə gecə fəaliyyətlərini dəstəkləyən iş yerləri və ticarət obyektləri üçün daha çox müştəri potensialı yaranar. Avtobus xidmətlərinin təchiz edilməsi maliyyə baxımından əlavə yük ola bilər. Bu, xərclərin optimallaşdırılması və müvafiq büdcə planlaşdırılması tələb edə bilər.

    Gecə xidmətləri üçün təhlükəsizlik məsələləri və avtobusların vəziyyəti (nəqliyyat vasitələrinin təmizliyi və baxımı) diqqətlə idarə olunmalıdır. İlk mərhələdə gecə avtobus xətləri ilə bağlı pilot layihələrin həyata keçirilməsi faydalı ola bilər. Bu, təklifin effektivliyini qiymətləndirmək və genişmiqyaslı tətbiq üçün məlumat toplamaq məqsədini güdür. Şəhər planlaşdırması və nəqliyyat strategiyaları çərçivəsində gecə avtobus xətləri barədə müzakirələr aparmaq, sakinlərin və mütəxəssislərin fikirlərini nəzərə almaq vacibdir. Bakıda gecə avtobus xətlərinin açılması müasir şəhər həyatının tələblərinə uyğun bir addım ola bilər və ictimai nəqliyyat sistemini daha effektiv və əlçatan edər. Bu təklifin həyata keçirilməsi ilə bağlı planlaşdırma, tədqiqat və büdcə məsələləri ön planda olmalıdır.

    Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə bildirib ki, Bakıda gecə saatlarında işləyən avtobus marşrutlarına ehtiyac var.

    “Avtobusların hansı xəttə buraxılacağı ciddi təhlil olunmalıdır. Biz zaman-zaman müşahidə edirik ki, şəxsi avtomobillərin hərəkətində sıxlıq olur. Əgər avtobus zolağı şəbəkəsi fəaliyyət göstərirsə, genişlənirsə, avtobusların xəttə buraxılması növbəti addım olmalıdır. Hazırda Bakı şəhərində 7/24 fəaliyyət göstərən yeganə avtobus H1 Hava limanı ekspress xəttidir. Digər marşrutların rəsmi qrafiki 5:45-00:00-a qədərdir. Regionlararası avtobuslar 6:30-23:55, metro 6:00-00:00 qrafiki üzrə işləyir.

    Şəhər daxilində gecə hərəkət edən marşrutların olması həm gecə həyatına, həm də şəhər iqtisadiyyatına müsbət təsir edə bilər”.