Month: September 2024

  • Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Ağcabədi Elektrik Şəbəkəsinin dispetçerini elektrik cərəyanı vuraraq öldürüb.

    “Report” xəbər verir ki, Ağcabədi Elektrik Şəbəkəsinin dispetçeri vəzifəsində işləyən, Hindarx sakini Səlim İsmayılov qəsəbə ərazisində elektrik dirəyindəki naqilləri təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Мингячевире задержан подозреваемый в мошенничестве

    Сотрудники Мингячевирского городского управления полиции задержали 62-летнего Тахира Гурбанова, подозреваемого в мошенничестве.

    Как сообщили в шекинской региональной группе пресс-службы Министерства внутренних дел, он обманным путем присвоил денежные средства граждан в размере 36 000 манатов, пообещав им содействие в трудоустройстве и решении других вопросов.

    Задержанный представлялся потерпевшим как правозащитник.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении Т.Гурбанова избрана мера пресечения в виде ареста.

    Иные пострадавшие от его противоправных действий могут сообщить об этом в полицию.

  • Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib.

    Saxlanılan şəxs zərərçəkmişlərə özünü hüquq müdafiəçisi kimi təqdim edib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • Азербайджанская операционная компания COP29 участвует в Нью-Йоркской климатической неделе

    Делегация Азербайджанской операционной компании COP29 находится с визитом в Нью-Йорке, США, для участия в 79-й сессии Генеральной ассамблеи ООН и Нью-Йоркской климатической неделе.

    Об этом сообщили в Азербайджанской операционной компании COP29.

    В рамках визита 26 сентября Азербайджанская операционная компания COP29 провела брифинг для представителей стран-участниц ООН по организационным и операционным вопросам подготовки к COP29. Мероприятие было организовано с целью информирования о проделанной работе и планах в рамках интенсивной подготовки к конференции COP29, которая пройдет в Баку в ноябре этого года.

    Нармин Джарчалова, председатель правления и главный исполнительный директор по операциям Операционной компании COP29 Азербайджана, выступила с обширной презентацией. Она кратко проинформировала о ключевых мероприятиях, включенных в календарь процесса COP, тематической повестке дня COP29, в том числе о Саммите мировых лидеров по климату, а также коснулась работ, проводимых на Бакинском олимпийском стадионе (БОС) – месте проведения мероприятия.

    Н.Джарчалова отметила, что важной частью подготовительного процесса являются строительные и монтажные работы, проводимые на БОС. Она подробно рассказала о зонировании территории и создании соответствующей инфраструктуры для различных целей. Особо подчеркнув приоритетность принципов устойчивости на всех этапах операций, Н.Джарчалова заявила, что на месте проведения мероприятия полностью соблюдаются требования устойчивости, доступности и инклюзивности. Она также рассказала об основных целях и обязательствах операционной компании в области устойчивого развития.

    “Процесс подготовки места проведения мероприятия и организации операций для проведения конференции COP29 заслуживает высокой оценки”, – заявил Васим Мир, директор Департамента конференционного обслуживания Рамочной конвенции ООН об изменении климата.

    Сесилия Кинутия-Нженга, директор Департамента межправительственной поддержки и коллективного прогресса Рамочной конвенции ООН об изменении климата, рассказала о программе Саммита мировых лидеров по климату COP29 и процессе подачи заявок странами для национальных заявлений.

    Затем выступили члены Координационного совета Азербайджанской операционной компании COP29 Шахла Аббакирова и Исмайыл Исаев. Они проинформировали участников по таким темам, как положительный опыт посетителей во время COP29, вопросы регистрации и аккредитации, специальная виза COP29, медиауслуги, транспортные схемы. Кроме того, члены Координационного совета рассказали об организационных аспектах основных мероприятий и встреч, которые пройдут во время Саммита мировых лидеров по климату в первые дни COP29, а также о проводимой работе и планах по обеспечению приема глав государств на должном уровне во время мероприятия.

    Брифинг продолжился обсуждениями вопросов, интересующих делегации.

  • COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyəti BMT Baş Assambleyasının 79-cu sessiyasında və Nyu-York İqlim Həftəsində iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdədir.

    Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

    Qeyd olunub ki, səfər çərçivəsində 26 sentyabr tarixində COP29 Azərbaycan ƏŞ tərəfindən COP29-a hazırlıq istiqamətində təşkilati və əməliyyat məsələlərinə dair üzv dövlətlərin nümayəndələri üçün brifinq təşkil edilib.

    Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına intensiv hazırlıq istiqamətində icra edilmiş və planlaşdırılan işlər üzrə məlumatlandırılmanın təmin edilməsi məqsədilə təşkil edilən tədbirdə BMT-nin bir sıra üzv ölkələrinin nümayəndə heyətləri iştirak ediblər.

    Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, COP29-un tematik gündəliyi, o cümlədən İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə qısaca məlumatlandıraraq tədbir məkanı olan Bakı Stadionunda icra olunan işlərə toxunub.

    N.Carçalova hazırlıq prosesinin mühüm hissəsinin Bakı Stadionunda icra olunan tikinti və quraşdırma işləri olduğunu qeyd edərək burada müxtəlif məqsədlər üzrə icra olunan ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulmasını xüsusilə vurğulayan N.Carçalova tədbir məkanında dayanıqlılıq, əlçatanlıq və inklüzivlik tələblərinə tam riayət edildiyini bildirib, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə əlçatan və inklüziv mühitin yaradılması üçün atılan addımları diqqətə çatdırıb, eləcə də ƏŞ-nin əsas dayanıqlılıq hədəf və öhdəlikləri barədə bəhs edib.

    Brifinqdə çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 konfransının keçirilməsi üçün tələb olunan tədbir məkanının hazırlanması və əməliyyatların qurulması prosesini yüksək qiymətləndirdiyini bildirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi şöbəsinin direktoru Sesiliya Kinutia-Njenga COP29 İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin proqramı və milli bəyanatlar üçün ölkələr tərəfindən müraciət prosesi ətrafında danışıb.

    Daha sonra çıxış edən COP29 Azərbaycan ƏŞ-nin Koordinasiya Şurasının üzvləri Şəhla Abbəkirova və İsmayıl İsayev öz növbələrində COP29 zamanı müsbət ziyarətçi təcrübəsi, qeydiyyat və akkreditasiya məsələləri, xüsusi COP29 vizası, media xidmətləri, nəqliyyat sxemləri kimi mövzular ətrafında iştirakçıları məlumatlandırıblar. Bununla yanaşı, COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəflərini təfsir edən Koordinasiya Şurasının üzvləri tədbir zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün icra edilən işlər və planlar barədə məlumat veriblər.

    Brifinq nümayəndə heyətlərini maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

  • В Ширване арестован автохулиган

    В Ширване арестован автохулиган.

    Об этом сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    Сотрудники отделения Государственной дорожной полиции Ширванского городского управления полиции подали знак остановиться водителю автомобиля Toyota, грубо нарушившему правила и создавшему тем самым реальную опасность для жизни и здоровья других участников дорожного движения.

    Водитель, житель Гаджигабульского района Алим Азизов, не подчинившись требованию полиции, пытался скрыться. Он был задержан сотрудниками дорожно-патрульной службы. Выяснилось, что водитель управлял транспортным средством в нетрезвом состоянии.

    На нарушителя был составлен протокол. Решением городского суда Азизов лишен права управления транспортным средством сроком на год и арестован в административном порядке на 15 суток.

  • Şirvanda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB

    Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Qeyd olunub ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün “saxla” işarəsi verilib.

    “Sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.

    Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib”, – deyə məlumatda bildirilir.

  • Yaponiyada yarasalarda yeni və ağır viruslar aşkarlandı: Epidemiyaya səbəb ola bilər

    Yaponiyanın Yamaquçi bölgəsində aparılan yeni araşdırma zamanı yarasalarda müxtəlif DNT və RNT səviyyəli viruslar aşkarlanıb.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, 130-dan çox yarasa üzərində aparılan tədqiqatlar nəticəsində yarasaların 60 faizindən çoxunun zoonotik viruslar (heyvanlardan insanlara keçə bilən) da daxil olmaqla, ən azı bir virusa yoluxduğu müəyyən edilib.

    Araşdırmada xüsusilə adenovirus və astrovirus kimi bəzi virusların genetik olaraq sürətlə təkamül etdiyi müşahidə edilib.

    Həmçinin Yaponiyada daha əvvəl müəyyən edilməmiş 10 yeni Herpes virusu növü aşkarlanıb.

    Tədqiqat zamanı tapılan bəzi virusların Çin və Koreyadakı viruslarla genetik oxşarlıqda olması Yaponiyadakı yarasaların bölgədəki digər yarasalarla təmasda ola biləcəyi fikrini yaradıb.

    Bununla yanaşı, araşdırma nəticəsində yarasaların 36 faizinin birdən çox virusa yoluxduğu məlum olub ki, bu da yapon yarasalarının zoonotik epidemiyalara səbəb olma potensialını artırır.

    Mütəxəssislərin sözlərinə görə, bu virusların həyat sikllərini və patoloji təsirlərini yaxşı başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var.

    Yaponiya və ətraf bölgələrdə yarasalardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq üçün müntəzəm müayinə və monitorinq işlərinin artırılması tövsiyə olunur.

    Yaponiyadakı yarasalarda yüksək nisbətdə aşkar edilən viruslar gələcəkdə zoonotik epidemiyalarla bağlı narahatlıqları artırır.

    Bu tədqiqat zoonotik xəstəliklərin qarşısının alınması və ictimai sağlamlıq risklərinin azaldılması məqsədilə virusla mübarizə aparılması üzrə araşdırmaların vacibliyini bir daha ortaya qoyur.

  • Qalmaqallı binanı alan olmadı – Bu dəfə 22 milyona təklif edilir (FOTO)

    Bir müddət əvvəl dövlət nəfinə müsadirə edilən Bakı Oksford Məktəbinin binası satışa çıxarılıb.

    “Qafqazinfo”nun məlumatına görə, icra məmuru tərəfindən 24,7 milyon manata satışa çıxarılan obyekti hərracda alan olmayıb.


    Ötən gün 2-ci dəfə təkrar hərraca çıxarılmış qeyri-yaşayış binasına heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib.

    Bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılacaq.

    Qeyri-yaşayış binası bu dəfə 22 milyon 232 min 700 manata təklif olunacaq.

    Qeyd edək ki, məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, məktəbin tikintisi “Baku Steel Company”dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib.

    Hökmdə deyilir ki, Rasim Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib.

    Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.

    Maraqlıdır ki, bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə qarşı çıxıb. Belə ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub. K.Əliyeva şikayətində Bakı Oksford Məktəbinin 1/2 hissəlik payının ona məxsus olduğunu yazıb və bütün instansiyalardan keçmiş işi yenidən başlatmalarını istəyir.

    Digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Məmmədova da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya – Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.

    Hələ ki məhkəmə onların müraciətinə baxmayıb.

    Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor K.Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasən, imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.

    Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Дочь и жена лидера “Хезболлы” погибли в результате авиаудара

    Зайнаб Насрулла – дочь генерального секретаря ливанского движения “Хезболла” шейха Хасана Насруллы – убита в результате авиаудара Израиля по югу Бейрута.

    Об этом сообщил 12-й канал израильского телевидения.

    По его данным, ранее в своих публичных заявлениях она неоднократно говорила о лояльности целям “Хезболлы”. “Когда мой брат Хади стал мучеником, родители не проронили ни слезинки”, – отмечала она в своем интервью телеканалу Al Manar в 2022 году.

    Старший сын лидера “Хезболла” Хади являлся участником боевого крыла движения и был убит в бою с израильскими военными в 1997 году.

    Telegram-канал Azad İran со ссылкой на иранские СМИ также сообщает, что в результате атаки погибла и жена Хасана Насруллы.