Month: September 2024

  • Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?

    Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, sürətli yayılmasına görə fərqlənir. Virusa yoluxanların iddiasına görə, qripin müalicəsində istifadə olunan dərmanlar heç biri effektiv nəticə vermir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir.

    Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicədən sonra sağala bilirlər.

    Bəziləri bunun COVID-19 virusunun mutasiyaya uğramış yeni variantının olduğunu da iddia edirlər.

    Bəs bu virus nədir?

    Mövzu ilə bağlı Bizim.media-ya danışan infeksionist Vasif Əliyev deyib ki, bu cür simptomlara səbəb olan yüzlərlə virus ola bilər:

    “Hər bir insanda fərqli viruslar səbəbindən bu cür xəstəlik yarana bilər. Bu əlamətlər qripdə, koronavirusda, adenovirusda və bir çox virusda ola bilər. Həmçinin ölkədə konkret olaraq ciddi bir epidemik hal olmadığına görə hər birinə bağlı ola bilər. Yəni konkret bir virusa bağlamaq olmaz, hər biri eyni əlamətləri yarada bilər”.

  • На юге Грузии, где проживают азербайджанцы, произошло землетрясение

    Землетрясение магнитудой 4.1 произошло в городе Дманиси в крае Квемо Картли на юге Грузии.

    Об этом сообщил Национальный центр сейсмического мониторинга.

    Эпицентр находился в 49 км от Тбилиси.

    Очаг залегал на глубине 7 км. О жертвах и разрушениях не сообщается.

    Добавим, что Дманиси является территорией компактного проживания азербайджанцев.

  • Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə zəlzələ

    Gürcüstanın cənubundakı Kvemo-Kartli bölgəsinin Dmanisi şəhərində 4.1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

    Qeyd olunur ki, zəlzələnin episentri Tbilisidən 49 kilometr aralıda yerləşib.

    Yeraltı təkan 7 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntı barədə məlumat verilmir.

    Məlumat üçün əlavə edək ki, Dmanisi Azərbaycanlıların kompakt yaşadığı rayondur.

  • Самолет-амфибия МЧС Азербайджана задействован в тушении лесных пожаров в Турции – ВИДЕО

    Самолет-амфибия Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана продолжает борьбу с лесными пожарами в Турции.

    Об этом сообщили в пресс-службе МЧС.

    Было отмечено, что самолет BE-200ÇS Авиационного отряда МЧС Азербайджана, направленный по поручению Президента Ильхама Алиева в братскую страну для помощи в тушении лесных пожаров, задействован в операциях по ликвидации огня в направлении Измир – Бергама.

    Работы по ликвидации пожаров продолжаются.

  • Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir – VİDEO

    Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

    “Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

  • Ağcabədidə narkokuryerdən İran vətəndaşından alınmış iki kiloqramdan artıq heroin götürülüb – VİDEO

    Ağcabədidə polis əməkdaşları narkokuryerlik edən şəxsdən iki kiloqramdan artıq heroin aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik iki kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • В Мингячевире задержан мошенник – ВИДЕО

    Сотрудники Мингячевирского городского отдела полиции задержали 35-летнего Вюсала Халилова, подозреваемого в мошенничестве.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    Было отмечено, что В.Халилов злоупотребил доверием потерпевших и присвоил их крупный и мелкий рогатый скот. Этим он нанес материальный ущерб 8 людям на сумму 300 000 манатов. Задержанный заявил, что продал животных дешевле их стоимости.

    Решением суда в отношении В.Халилова избрана мера пресечения в виде ареста, расследование продолжается.

  • Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb – VİDEO

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.

    Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

    Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • Штрафуют ли водителей электросамокатов за нарушение правил дорожного движения?

    В последнее время в Азербайджане возрос интерес к электросамокатам. Практически в каждой части города мы видим людей за рулем этого транспортного средства. По мере роста интереса к электросамокатам растет и количество аварий с их участием.

    Существуют ли вообще штрафы для водителей электросамокатов?

    В ответ на запрос oхu.az официальный представитель Главного управления Государственной дорожной полиции Министерства внутренних дел полковник-лейтенант полиции Мубариз Агаев заявил, что в Кодексе об административных проступках закон также распространяется на водителей велосипедов, лиц, управляющих мопедами, в том числе управляющих малыми электромобилями (электросамокатами), которые были недавно добавлены в закон “О дорожном движении”.

    “В соответствии со статьей 338.4-1 Кодекса нарушение правил дорожного движения лицами, управляющими малыми электромобилями – то есть за несоблюдение сигналов светофора или регулировщика, перевозку пассажира или груза, мешающего управлению транспортным средством, нарушение требований дорожных знаков или разметки проезжей части, пользование неисправным велосипедом, управление с выпущенным из рук рулем либо с нарушением правил использования шлемов безопасности, создание помехи движению пешеходов, неуступление дороги транспортным средствам, имеющим преимущество в движении, налагается штраф в размере 40 манатов”, – сказал он.

    M.Агаев отметил, что по перечисленным статьям закона “О дорожном движении” за 8 месяцев текущего года было зафиксировано и задокументировано 1 864 нарушения.

    “Приоритетность городской мобильности и городской концепции, ориентированной на пешеходов, увеличивает спрос на двухколесные транспортные средства. В связи с этим вносятся некоторые изменения в организацию дорожного движения в столице, создается инфраструктура. Однако это развитие также формирует права и обязанности у лиц, управляющих указанными транспортными средствами. Главное управление Государственной дорожной полиции просит соблюдать требования закона “О дорожном движении”, – отметил он.

  • Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? – BDYPİ-dən AÇIQLAMA

    Son zamanlar Azərbaycanda skuterlərə maraq artıb. Demək olar ki, şəhərin hər yerində bu nəqliyyat vasitəsini sürənlərə rast gəlirik. Skuterlərə maraq artdıqca tələbat çoxalır, nəticədə paytaxtda yeni növ nəqliyyat vasitəsinin qəzalarına şahid oluruq.

    Bəs görəsən, bu günə qədər neçə skuter sürəni avtomobil vurub? Ümumiyyətlə, skuter sürənlərlə bağlı cərimələr tətbiq olunurmu?

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev mövzu ilə bağlı oxu.az-ın sorğusunu cavablayıb.

    O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində (İXM) velosiped sürənlər, moped idarə edən şəxslər, o cümlədən “Yol hərəkəti haqqında” Qanununa yeni əlavə edilmiş kiçik elektrikli nəqliyyat vasitələrini (skuter) idarə edən şəxslərə də qanun şamil edilir:

    “İXM-nin 338.4-1 maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına – yəni işıqforun və nizamlayıcıların işarələrinə riayət edilməməsinə, sərnişin və ya nəqliyyat vasitəsinin idarəetməsinə mane olan yüklərin daşınmasına, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına, nasaz ikitərəfli nəqliyyat vasitəsini idarəetməyə, sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə, piyadaların hərəkətinə maneə yaradılmasına, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə qırx manat məbləğində cərimə edilir”.

    M.Ağayev qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun sadalanan maddələri üzrə cari ilin 8 ayı ərzində 1 864 qayda pozuntusu qeydə alınıb və sənədləşdirilib:

    “Şəhər mobilliyinin və piyadayönümlü şəhər konsepsiyasının prioritet olması ikitəkərli nəqliyyat vasitələrinə tələbatı artırır. Bununla bağlı paytaxtda yol hərəkətinin təşkilində bəzi dəyişikliklər edilir, infrastruktur yaradılır. Ancaq bu inkişaf sözügedən nəqliyyat vasitələrini idarə edən şəxslərdə hüquq və vəzifə də formalaşdırır. Baş Dövlət Yol Polisi İdarəsi olaraq ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş edirik ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağmlıqlarını təhlükəyə atmasınlar”.