Month: September 2024

  • Polkovnik Samir Həziyev barədə yeni qərar

    Naxçıvanda “N” saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin həbsdə saxlama müddəti uzadılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

    Qərara əsasən, polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb.

    Qeyd edək ki, o, itkin düşdükdən sonra qətlə yetirilmiş halda tapılan əsgər Ceyhun Tofiq oğlu Hüseynovun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib. Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.

    İttihama görə, komandir əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görməyib, araşdırma aparmayıb.
    Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

  • Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb

    Salyan rayonunun Xıdırlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində daha bir nəfər ölüb.

    APA xəbər verir ki, xəsarət alanlardan biri bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, ötən gün VAZ-2106 avtomobili aşmış, nəticədə bir nəfər ölmüş, 5 nəfər xəsarət almışdı.

  • Президент Азербайджана направил поздравительное письмо бразильскому коллеге

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Бразилии Луису Инасиу Луле да Силве.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана рад искренне поздравить и передать наилучшие пожелания Вам и в Вашем лице всему народу Бразилии по случаю 7 Сентября – Дня независимости.

    Мы придаем большое значение развитию дружественных отношений и сотрудничества с Бразилией. Нас радует расширение за минувший период азербайджано-бразильских связей как на двусторонней, так и на многосторонней основе.

    Верю, что мы будем тесно сотрудничать с Бразилией в ходе 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата, которая будет организована в Баку в этом году. Высоко оцениваю совместную деятельность, осуществляемую с Вашей страной и Объединенными Арабскими Эмиратами в рамках механизма “Тройки” с целью удержания глобального потепления на уровне 1.5°C.

    Пользуясь случаем, желаю Вашей стране успехов в проведении Саммита G20.

    В этот знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, Вашему дружественному народу – постоянного благополучия и процветания”.

  • Azərbaycan Prezidenti İlham Əliyev braziliyalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib.

    AZƏRTAC-ın məlumatına görə, təbrik məktubundan deyilir:

    “Hörmətli cənab Prezident,

    7 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün Braziliya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir.

    Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.

    Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı

    Azərbaycanda bələdiyyənin möhürü yoxa çıxıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhürü itib.

    Möhürün hansı şəraitdə itdiyi məlum deyil. Möhür itdiyi üçün etibarsız sayılır.

    Qeyd edək ki, 2022-ci ildə Qulubəyli bələdiyyəsinin sədri 1948-ci il təvəllüdlü Mirvəli Tağıyev vəzifəsindən kənarlaşdırılıb. 1999-cu ildən bələdiyyənin üzvü və sədri vəzifəsində işləyən M.Tağyev torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bu ilin iyun ayında elan etdiyi qərarla ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Məhkəmədə zərərçəkmiş şəxs bələdiyyənin nümayəndəsi, eyni zamanda mülki iddiaçı sabiq sədrin qardaşı Qalib Nağıyev olub.

    Hazırda Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini 2022-ci ildən etibarən Qalib Nağıyev icra edir.

  • Париж-2024: Дюрсадаф Керимова примет участие в утешительной встрече

    Азербайджанская парадзюдоистка Дюрсадаф Керимова (J2) потерпела поражение на летних Паралимпийских играх в столице Франции Париже.

    Как сообщает Report, выступающая в весовой категории свыше 70 кг спортсменка в 1/4 финала встретилась с представительницей Бразилии Соузой Силвой.

    Проигравшая сопернице Керимова примет участие в утешительной встрече.

    Отметим, что Паралимпиада завершится 8 сентября.

  • Paris-2024: Dürsədəf Kərimova məğlub olub

    Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

    “Report”un məlumatına görə, 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

    Rəqibinə uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

  • İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb

    İran Prezidenti Məsud Pezeşkianın ölkə və xarici KİV-lər üçün ilk mətbuat konfransı sentyabrın 16-da olacaq.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr və informasiya üzrə direktor müavini Mehdi Təbatəbai sosial şəbəkə hesabında yazıb.

    Onun sözlərinə görə, bu mətbuat konfransında əvvəlkilərlə müqayisədə ölkə və xarici KİV nümayəndələrinin diqqətinə bəzi dəyişikliklər çatdırılacaq.

    Bildirilib ki, Məsud Pezeşkian prezident kimi ilk televiziya müsahibəsini avqustun 31-də verib.

  • Azərbaycan Su Ehtiyatları Agentliyində yeni təyinat olub

    Azərbaycan Su Ehtiyatları Agentliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinə yeni rəis təyin olunub.

    “Report”un Qərb bürosunun məlumatına görə, müvafiq əmrlə bu posta həmin idarədə müxtəlif vəzifələrdə çalışan Rəşad Vəliyev gətirilib

    Qeyd edək ki, idarənin əvvəlki rəisi Vaqif Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

  • Şirvanda şəhidin oğlu özünü asıb – FOTO

    Şirvan şəhərində birinci Qarabağ müharibəsi şəhidinin oğlu özünü asaraq intihar edib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1993-cü il təvəllüdlü Qədirli Tərlan Mirzəxan oğlu özünü yaşadığı fərdi yaşayış evinin həyətində asaraq intihar edib.

    Qeyd edək ki, T. Qədirli birinci Qarabağ müharibəsində şəhid olan Mirzəxan Qədirovun oğludur.

    Faktla bağlı araşdırma aparılır.