Month: September 2024

  • Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

    Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov danışıb.
    Onun sözlərinə görə, əməliyyat zamanı 310 seperatçı məhv edilib, 614 düşmən isə yaralanıb.

    Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb:

    “19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü”.

    Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.

    Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına alıb. 

    Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra ediblər.
    Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib.

  • MN antiterror əməliyyatından görüntülər yaydı – VİDEO

    Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir.
     
    Median.Az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb.
     
    Filmdə antiterror əməliyyatından görüntülər yer alıb.//sfera.az
     
    Həmin videonu təqdim edirik:

  • Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər – Xəbərdarlıq

    Bildiyimiz kimi, həkimlə məslətləşmədən hər hansı bir dərmanın istifadəsi tövsiyyə edilmir. Ancaq bir çox insan baş, diş və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən ağrını keçirmək məqsədilə müxtəlif növ ağrıkəsicilərdən istifadə edir. Bir müddət sonra isə bu, bir çözüm kimi görülür və hər ağrıda bu dərmanlar qəbul edilir.
     
    Ağrıkəsicilərin tez-tez qəbulunun nə qədər doğru olduğu isə sual doğuran məqamdır.
     
    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev ilk olaraq xatırladıb ki, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz, əks halda, bütün məsuliyyəti xəstənin özü daşıyır.
     
    Həkim ağrıların səbəblərindən də danışıb:
     
    “Ağrılar müxtəlif hallardan, məsələn, iltihabın olması, mübadilənin pozulmasından və s.-dən qaynaqlana bilər. Həkim ağrının səbəbini bildikdən sonra dərman təyin edə bilər”.
     
    “Ağrının müvvəqəti kəsilməsi müalicə deyil”
     
    “Ağrıları sinir keçidimiz vasitəsilə hiss edirik. Əgər dərman ağrı kəsirsə, deməli, sinirlərə də təsir edir. Bu təsir hərəkətləri pozur, qan hərəkətini ləngidir, damarlara təsir edir. Ağrının müvəqqəti kəsilməsi müalicə deyil. Dərmanın təsiri keçdikdən sonra yenidən başlayacaq.
     
    Məsələn, iltihab varsa, o müalicə olunmalıdır və yaxud baş ağrısı zamanı istifadə olunan dərmanlar da var. Bəlkə də o ağrı miqrendir. Miqren isə beyin damarlarının boşalmasıdır. Belə halda ağrıkəsici istifadə etmək vəziyyəti daha da çətinləşdirir, çünki ağrı dayansa belə, proses davam edir”.
     
    Nəticədə məlum olur ki, ağrıkəsicilər ağrını keçirsə belə, ağrının yaranma səbəbi müalicə olunmalıdır. Əks halda, proses davam etdiyi üçün ağrıkəsicidən özbaşına istifadə daha böyük fəsadlara səbəb ola bilər…

  • На Аэропортовском шоссе возник затор из-за ДТП

    Дорожно-транспортное происшествие стало причиной затора на Аэропортовском шоссе в Баку.

    Об этом report сообщили в Центре интеллектуального управления транспортом (НИИМ) Министерства внутренних дел (МВД).
    Согласно информации, инцидент произошел в Хазарском районе столицы недалеко от Международного аэропорта Гейдар Алиев.

    В настоящее время на шоссе в направлении поселка Мардакян наблюдается сильный затор.

  • Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub

    Bakının Xəzər rayonu, Aeroport şosesi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə  report-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.

  • Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var

    Salyanda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rsyonunun Xıdırlı kəndində qeydə alınıb.

    Belə ki, “VAZ 2106” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

    Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

    Bu barədə “apa-economics”ə AYNA-dan bildirilib.
    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

    Sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi – “Azadlıq prospekti” metro stansiyası) marşrut üzrə hüquqi şəxs “F.Rövşən” İM və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

    Qeyd edilib ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

  • Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb

    Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.

    Apa-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu, Zeynəddin kəndində baş verib.

    Elektrik vurması nəticəsində kənd sakini, 2015-ci il təvəllüdlü Həsənov Tamerlan Musa vəfat edib.
    Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

    Məlumat Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti ilə dəqiqləşdirilib.

  • Заявления президента Ильхама Алиева в Черноббио в центре внимания мировых СМИ

    Ведущие зарубежные медиа широко осветили выступление президента Азербайджана Ильхама Алиева на сессии под названием “Роль Азербайджана в новых геополитических условиях” на Международном форуме Черноббио (Италия) на тему “Информация о мире, Европе и Италии”.
    Как сообщает report, в статье международного информагентства Reuters “Президент Азербайджана уверен в переговорах по газовому маршруту с Украиной” приводятся заявления главы государства касательно посредничества Баку в вопросе транзита российского газа через Украину в Европу.
    В статье Bloomberg “Азербайджан ведет переговоры о поставках газа еще в три европейские страны” отмечается, что Азербайджан уже поставляет газ в восемь стран Европы и имеет соглашение с Европейским союзом об удвоении экспорта к 2027 году.
    “Ильхам Алиев подтвердил, что Москва и Киев обратились к нему с просьбой облегчить транзит газа через Украину в Европу, когда срок ключевого соглашения истечет в декабре.
    Одним из решений может стать замена российских поставок на газ из другой страны, например, из Азербайджана или Турции. Это позволило бы Украине продолжать получать транзитные сборы, а Европе — продолжать получать газ”, – говорится в статье.
    Заявления азербайджанского лидера касательно энергобезопасности Европы и транзита российского газа также широко освещены агентствами Financial Post, The Straits Times, U.S. News, World Energy News и пр.
    Газета “Московский комсомолец” в свою очередь посвятила статью заявлениям президента Ильхама Алиева о поддержке территориальной целостности Украины и позиции Баку по санкциям против России.
    “Мы поддерживаем территориальную целостность и суверенитет Украины и всех стран <…> Однако Азербайджан не был и не будет частью антироссийской санкционной кампании”, – цитирует издание Ильхама Алиева.
    Российское информагентство ТАСС в статье “Алиев заявил, что Баку готов участвовать в урегулировании между Москвой и Киевом” отмечает, что “президент Азербайджана Ильхам Алиев не исключил возможности участия своей страны в разрешении конфликта между Россией и Украиной”.
    Заявления президента Азербайджана касательно российско-украинского конфликта и переговоров по транзиту газа в Европу также широко освещались российскими медиа “Комсомольская правда”, “Интерфакс”, “Ведомости”, “Известия” и пр.

  • Prezident İlham Əliyevin Çernobbiodakı bəyanatları dünya mediasının diqqət mərkəzindədir

    Aparıcı xarici KİV-lər Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışını geniş işıqlandırıb.

    Median.Az xəbər verir ki, “Reuters” beynəlxalq informasiya agentliyinin “Azərbaycan prezidenti Ukrayna ilə qaz marşrutu üzrə danışıqlara arxayındır” adlı məqaləsində dövlət başçısının Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranziti məsələsində Bakının vasitəçiliyi ilə bağlı bəyanatlarından bəhs olunur.
    “Bloomberg”in “Azərbaycan daha üç Avropa ölkəsinə qaz təchizatı ilə bağlı danışıqlar aparır” adlı məqaləsində qeyd olunur ki, Azərbaycan artıq səkkiz Avropa ölkəsini qazla təmin edir və Avropa İttifaqı ilə 2027-ci ilə qədər ixracı iki dəfə artırmaq barədə razılaşmaya malikdir.

    “İlham Əliyev təsdiqlədi ki, Moskva və Kiyev ona dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Çıxış yollarından biri Rusiya təchizatını başqa ölkədən, məsələn, Azərbaycandan və ya Türkiyədən qaz alışı ilə əvəz etmək ola bilər. Bu, Ukraynaya tranzit haqqı almağa, Avropaya isə qaz almağa davam etməyə imkan verərdi”, – məqalədə deyilir.

    Azərbaycan liderinin Avropanın enerji təhlükəsizliyi və Rusiya qazının tranziti ilə bağlı bəyanatları həmçinin “Financial Post”, “The Straits Times”, “U.S. News”, “World Energy News” agentliklərində geniş işıqlandırılıb.
    “Moskovskiy komsomolets” qəzeti isə öz növbəsində Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və Bakının Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi ilə əlaqədar səsləndirdiyi bəyanatlara məqalə həsr edib.

    “Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Amma Azərbaycan anti-Rusiya sanksiyaları kampaniyasının bir hissəsi olmayıb və olmayacaq da”, – nəşr Prezident İlham Əliyevdən sitat gətirib.

    Rusiyanın TASS informasiya agentliyi “Əliyev Bakının Moskva ilə Kiyev arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib” məqaləsində qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirakının mümkünlüyünü istisna etməyib.

    Azərbaycan Prezidentinin Rusiya və Ukrayna ilə bağlı bəyanatları həmçinin Rusiyanın “Komsomolskaya pravda”, “İnterfaks”, “Vedomosti”, “İzvestiya” və s. media orqanlarında da geniş işıqlandırılıb.