Month: September 2024

  • Ermənistan Azərbaycanla imzalanmış delimitasiya ilə bağlı sənədi təsdiqlədi

    Ermənistan hökuməti Azərbaycanla sərhəd delimitasiyası komissiyaları haqqında qaydaların ratifikasiyasını təsdiqləyib.

    Bu barədə Median.Az Ermənistan mətbuatına istinadən məlumat verir.

    Avqustun 30-da İrəvan və Bakı arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında qaydaların imzalandığı bildirilmişdi.

    Qərar layihəsində qeyd olunduğu kimi, qaydalarda delimitasiya işlərinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin hazırlanması, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtib edilməsi, ekspert qruplarının işi nəzərdə tutulur.

    Bildirilir ki, qaydalar və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin tam gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.

    Qeyd edək ki, 30 avqust tarixində imzalanmış sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında qaydalar (reqlament) yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.

  • В Азербайджане некоторые таможенные пошлины увеличены в 100 раз

    Премьер-министр Азербайджана Али Асадов подписал решение о внесении изменений в товарную номенклатуру внешнеэкономической деятельности, ставки импортных и экспортных таможенных пошлин.

    Об этом сообщает Median.Az.

    Согласно решению, тарифная ставка на экспорт из Азербайджана отходов и лома чугуна, отходов и лома чёрных металлов, покрытых оловянным слоем, увеличена с 7 до 500 долларов за тонну. Ставка тарифа на стружку токарную, обрезки, обломки, отходы фрезерного производства, опилки и чушки для переплавки (шихтовые слитки) повышена с 5 до 500 долларов за тонну.

    Новые ставки таможенных пошлин вступят в силу через 60 дней после публикации решения.

  • Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırıldı

    Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının 1 000 kq üçün tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.

    Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişarağzı və təkrar əritmə üçün külçələrin (şixta külçələri) tarif dərəcəsi 1000 kq üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.

    Bu Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.

  • В Азербайджане произошло землетрясение (ОБНОВЛЕНО)

    В Билясуварском районе зарегистрированы подземные толчки магнитудой 4.5.

    Согласно предварительной информации, поступившей из Республиканского центра сейсмологической службы Национальной академии наук Азербайджана в Центр управления в кризисных ситуациях Министерства по чрезвычайным ситуациям (МЧС), сегодня в 10:45 по местному времени в Билясуварском районе на глубине 54 км было зафиксировано землетрясение магнитудой 4.5.

    В МЧС пока не поступало никакой информации о жертвах или разрушениях в результате землетрясения.

    * * * * *

    В Билясуварском районе в 10:45 были зарегистрированы подземные толчки магнитудой 4.5.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной Академии наук Азербайджана.

    Было отмечено, что землетрясение не ощущалось.

  • Biləsuvarda zəlzələ baş verib (YENİLƏNİB)

    Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

    * * * * * *

    Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.

  • Bakıda yük avtomobilinin vurduğu piyada iki gün sonra ölüb

    Bakıda yük avtomobilinin vurduğu piyada iki gün sonra ölüb.

    “Report” xəbər verir ki, sentyabrın 3-də Suraxanı rayonu, Binə qəsəbəsində 1990-cı il təvəllüdlü Kamran Salmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə piyada, 61 yaşlı İslah Məmmədquliyevi vurub.

    Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.Məmmədquliyev ötən gün orada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Арестован таксист, оказавший сопротивление полиции в аэропорту

    В Баку задержан водитель, незаконно предоставлявший услуги такси.

    Как сообщает Qafqazinfo, инцидент произошел в Международном аэропорту Гейдар Алиев.

    Сотрудники полиции, несшие службу на территории воздушной гавани, обнаружили, что водитель автомобиля Hyundai, уроженец Агдамского района В.Сафаров (1966 г.р.) незаконно предоставляет услуги такси. Он был приглашен в отделение, поскольку занимался пассажироперевозкой без опознавательного знака такси и таксометра. Тогда В.Сафаров оказал сопротивление правоохранителям, нарушив тем самым общественный порядок.

    В Главном управлении полиции на транспорте на задержанного составили протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса Азербайджанской Республики об административных проступках и направили на рассмотрение в Хазарский районный суд.

    Суд заключил, что водитель не совершал хулиганских действий и назначил ему наказание по статье 535 в виде административного ареста сроком на 8 суток.

  • Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi

    Bakıda qanunsuz taksi xidməti göstərən şəxs həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.

    Belə ki, polis əməkdaşları ərazidə xidmət apararkən 1966-cı il təvəllüdlü Ağdam rayon sakini V. Səfərovun “Hyundai” markalı avtomobillə taksi xidməti göstərdiyini aşkar ediblər. Taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün o, bölməyə dəvət edilib. Bu zaman V. Səfərov müqavimət göstərərək ictimai asayişi pozub.

    Saxlanılan şəxs barəsində Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. İş Xəzər Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmə sürücünün xuliqanlıq əməli törətməməsi qənaətinə gəlib. O, məcəllənin 535-ci maddəsi üzrə cəzalandırılıb və 8 sutka inzibati həbs cəzası alıb.

  • Aydın Əliyevin oğlu keçmiş arvadından aliment tələb edir? – Ədliyyə Nazirliyindən CAVAB

    Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib. Rada Musayevanın iddiasına əsasən, A.Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7 200 manat gətirməyini tələb edib.

    “Qafqazinfo” məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.

    Qurumdan belə cavab verilib: “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Orxan Aydın oğlu Əliyevin xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7 200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib.

    Qətnamənin icrası ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. İcra vərəqəsində nəzərdə tutulan məbləğin ödənilməsi borclu Rada Çingis qızı Musayevadan tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Rada Çingis qızı Musayeva Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib”.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini Rada Musayeva ayrıldığı həyat yoldaşı Orxan Əliyevin ondan aliment tələb etdiyini iddia edib.

  • Суд вынес решение в отношении обвиняемой в торговле людьми

    В Гянджинском апелляционном суде завершилось судебное заседание по жалобе на приговор Л.Алиевой, обвиняемой в торговле людьми.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Джавида Гусейна было объявлено решение, согласно которому апелляция не была удовлетворена.

    Напомним, Бакинский суд по тяжким преступлениям приговорил Л.Алиеву к 8 годам и 3 месяцам лишения свободы.

    Согласно обвинительному акту, Л.Алиева в 2018-2020 годах вывезла в турецкую провинцию Токат двух женщин и подвергла их сексуальной эксплуатации. Следственный орган предъявил ей обвинение по статьям 144-1.2.1, 144-1.2.2 и 144-1.2.4-1 (торговля людьми в отношении двух или более лиц с перемещением жертвы торговли людьми через государственную границу Азербайджанской Республики) Уголовного кодекса АР.