Month: September 2024

  • Xaricdə qazanılan mükafata görə niyə gömrük rüsumu tələb olunub?

    “Azərbaycan Texniki Universitetinin tələbəsi “Apple” şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

    Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər”.

    Belə bir məsələ sosial şəbəkədə müzakirə mövzusu olub.

    Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.

    Komitənin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib.

    “Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

    Faktla bağlı Dövlət Gömrük Komitəsi olaraq ictimaiyyətin diqqətinə çatdırırıq ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.

    Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.

    Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb”, – deyə məlumatda qeyd olunub.

  • Азербайджан и Узбекистан разрабатывают проект по сборке автомобилей

    Азербайджанская компания Azermash и Узбекистан ведут активную работу над совместным проектом по организации сборки автомобилей Cobalt по технологии CKD (Complete Knock Down).

    Об этом сообщил Trend информированный источник.

    По его словам, объем производства автомобилей Cobalt рассчитан на выпуск 15 000 автомобилей в год, а его запуск намечен на 2025 год.

    В рамках сотрудничества также идет производство автомобилей Tracker и Onix на заводе в городе Гаджигабул.

    Отметим, что производственная мощность легковых автомобилей грузовой, коммерческой и специальной техники, а также автобусов в Узбекистане составляет более 500 000 единиц в год. Крупными предприятиями Узбекистана по производству автомобилей являются UzAuto Motors, MAN Auto Uzbekistan, SamAuto, ADM Jizzakh. В стране также налажен выпуск электромобилей BYD.

    В Азербайджане также развивается машино-строительная отрасль. Крупными предприятиями являются Azermash, AzSamand, заводы по производству коммерческих и грузовых автомобилей в городах Гянджа и Нахчыван.

    Напомним, что 22 августа в Ташкенте состоялся узбекско-азербайджанский бизнес-форум. По итогам переговоров был сформирован портфель проектов на 2 млрд долларов США.

    Кроме того, 23 августа в рамках визита Президента Азербайджана Ильхама Алиева в Ташкент состоялась встреча глав государств с представителями деловых кругов двух стран. По итогам встречи к запуску были подготовлены 7 проектов общей стоимостью 520 млн долларов.

  • Azərbaycan və Özbəkistan avtomobillərin yığılması layihəsi üzərində işləyir

    Azərbaycanın “Azərmaş” şirkəti və Özbəkistan CKD (Complete Knock Down) texnologiyasından istifadə etməklə “Chevrolet Cobalt” avtomobillərinin yığılmasının təşkili üzərində işləyir.

    Bu barədə “Trend” agentliyi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, “Cobalt” modelinin istehsal həcmi ildə 15 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub və onun buraxılışı 2025-ci ilə planlaşdırılır.

    Əməkdaşlıq çərçivəsində Hacıqabul şəhərindəki zavodda “Chevrolet Tracker” və “Chevrolet Onix” avtomobillərinin istehsalı da davam etdirilir.

    Qeyd edək ki, Özbəkistanda minik avtomobilləri, yük avtomobilləri, kommersiya və xüsusi texnika, həmçinin avtobusların istehsal gücü ildə 500 min ədəddən çoxdur.

    Özbəkistanda iri avtomobil istehsalı müəssisələri “UzAuto Motors”, “MAN Auto Uzbekistan”, “SamAuto”, “ADM Jizzax”dır. Ölkə, həmçinin BYD (Build Your Dreams) elektrikli avtomobillərinin istehsalına başlayıb.

    Öz növbəsində Azərbaycanda da maşınqayırma sənayesi inkişaf edir. İri müəssisələr olan “Azərmaş”, “AzSamand”, Gəncə və Naxçıvan şəhərlərində kommersiya və yük avtomobilləri istehsalı zavodlarıdır.

    Xatırladaq ki, avqustun 22-də Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Danışıqlar nəticəsində 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırılıb.

  • Али Асадов подписал постановление в связи с Министерством здравоохранения

    Внесено изменение в перечень подведомственных учреждений, не входящих в структуру Министерства здравоохранения Азербайджана.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, в перечень добавлен Центр аккредитации и контроля качества медицинских учреждений.

  • Əli Əsədovdan Səhiyyə Nazirliyi ilə bağlı yeni QƏRAR

    Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, siyahıya Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi əlavə edilib.

  • Азербайджан занимает 28-е место в медальном зачете на Паралимпийских играх

    Азербайджан занимает 28-е место в медальном зачете на летних Паралимпийских играх в Париже.

    На счету азербайджанских спортсменов 6 медалей: три золотые, одна серебряная и две бронзовые.

    Золотые медали завоевали Имамеддин Халилов (паратхэквондо, 70 кг) и Саид Наджафзаде (Т12, прыжки в длину), параатлетка Ламия Велиева (категория T13) в беге на 100 м, серебряную медаль – Роман Солей (плавание на спине на дистанции 100 м), бронзу – Р.Солей (100 метров вольным стилем) и Сабир Зейналов (паратхэквондо, 58 кг).

    В общем зачете лидером остается Китай (62 золота, 46 серебра, 27 бронзы), на втором месте – Великобритания (33 золотых, 25 серебряных, 16 бронзовых), на третьем – США (25 золотых, 26 серебряных, 12 бронзовых).

    Паралимпиада завершится 8 сентября.

  • Paris-2024: Azərbaycan millisi medal sıralamasında neçəncidir ?

    Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.

    Seçmə komandanın hesabında hazırda üç qızıl, bir gümüş və iki bürünc medal var.

    İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.

    Siyahıya Çin (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) ikinci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) üçüncüdür.

    Hələlik 78 ölkə təmsilçiləri mükafat əldə edə biliblər.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

  • Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutulub

    Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

    Apa-nın “zakon.kz”ya istinadən xəbərinə görə, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.
    Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

    Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.