Month: September 2024

  • Yasamalda sakinlərin xəbəri olmadan evləri sökülür? – VİDEO

    Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.

    Median.Az-in məlumatına görə, sakinlər bildirir ki, bəzi vətəndaşlarla artıq müqavilələr bağlanıb.

    Digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

    Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin hüquqşünası Cabbar Həsənov bildirib ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.

    Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.

    Ətraflı “Xəzər Xəbər”in videomaterialında

  • Qəbələdə zəncirvari qəza baş verib, yaralanan var

    Qəbələdə zəncirvari qəza baş verib.

    Median.Az xəbər verir ki, “VAZ-2107”, “Great Wall” və “Volkswagen” markalı avtomobillər toqquşub.

    Nəticədə “VAZ-2107” markalı avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İslandiyada 5 bal gücündə zəlzələ baş verib

    İslandiyada 5 bal gücündə zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Zəlzələnin episentri təxminən 118 min nəfər əhalisi olan Reykyavikdən 223 km şimal-şərqdə olub.

    Təbii hadisənin ocağı 8 km dərinlikdə yerləşib.

    Dağıntı və zərərçəkmişlər barədə məlumat daxil olmayıb.

  • Qanunsuz ov edən şəxslər barədə araşdırma aparılır

    Masallı rayonunda qanunsuz ov edən şəxslər müəyyən edilib.
     
    Median.Az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Ş.Kərimov və qardaşı F.Kərimovun qanunsuz olaraq ov etdikləri müəyyən olunub.

    Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.
     
    Fakt üzrə araşdırma aparılır.

  • В Баку арестован оскорбивший женщину таксист

    В Баку арестован таксист, оскорбивший пассажирку.

    Как сообщает Qaynarinfo, в отношении уроженца Агсуинского района Б.Н. (1994 г.р.) был составлен протокол по статье 510 Кодекса об административных проступках АР.

    Причиной стало оскорбление им женщины. Так, гражданка З.Б. решила воспользоваться услугами такси, но из-за того, что она неправильно объяснила дорогу, Б.Н. потребовал от нее отказаться от заказа. Однако женщина не подчинилась его требованию.

    Когда Б.Н. прибыл на место, где находилась З.Б., клиентка сообщила, что не поедет с ним. В связи с этим водитель разозлился и оскорбил женщину.

    На основании жалобы потерпевшей таксист был задержан и арестован на 5 суток.

  • Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

    Bakıda xanım sərnişini söyən taksi sürücüsü həbs edilib.

    “Qaynarinfo”nun məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 1994-ci ildə Ağsuda anadan olmuş B.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib.

    Buna səbəb onun xanım sərnişini söyməsi olub. Belə ki, sərnişin Z.B. taksi sifariş verib. Z.B. yolu yanlış izah etdiyi üçün B.N. ondan sifarişdən imtina etməsini tələb edib. Zərərçəkmiş şəxs isə buna əməl etməyib.

    B.N. sərnişinin dayandığı yeri tapan zaman Z.B. onunla getməyəcəyini bildirib. Bu zaman sürücü əsəbiləşərək, müştərini söyüb.

    Sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və 5 gün müddətinə həbs edilib.

  • Грузия выдворила более 30 иностранцев, в том числе граждан Азербайджана

    Министерство внутренних дел (МВД) Грузии в августе выдворило из страны 33 человек, в том числе граждан Азербайджана, за нарушение миграционного законодательства.

    Об этом говорится в сообщении ведомства.

    Некоторые из выдворенных добровольно покинули страну, остальные – принудительно. Среди выдворенных – граждане Ирана, Иордании, Индии, Турции, Египта, Азербайджана, Австралии, Пакистана, Нигерии Китая, Ирака и России.

    МВД Грузии начало публиковать статистику выдворения иностранных граждан с начала июня. По данным ведомства, с апреля за нарушение миграционного законодательства страну были вынуждены покинуть более 130 иностранных граждан.

  • Gürcüstan bəzi Azərbaycan vətəndaşlarını ölkədən çıxardı – SƏBƏB

    Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) avqust ayında miqrasiya qanunvericiliyini pozduğuna görə 33 nəfəri, o cümlədən Azərbaycan vətəndaşlarını ölkədən çıxarıb.

    Bu barədə qurumun məlumatında deyilir.

    Çıxarılanların bəziləri ölkəni könüllü tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb. Çıxarılanlar arasında Azərbaycanla yanaşı İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları da var.

    Qeyd edək ki, Gürcüstan DİN iyun ayının əvvəlindən xarici vətəndaşların çıxarılması ilə bağlı statistikanı dərc etməyə başlayıb.

  • “Instagram”dakı əxlaqsız yazışmalar: Dəfələrlə xəyanət edən ərindən qisas aldı

    Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 2000-ci il təvəllüdlü Fəqan Əliyev ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zümrüd Babayevaya (ad-soyad şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin mayın 5-də Babək şəhərində baş verib.

    Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O qeyd edib ki, Naxçıvanda işləyir:

    “Hadisə günü, səhər saat 8-də növbədən qayıdaraq yatdım. Təqribən günorta saatlarında yuxudan oyandım. Ac olduğum üçün yemək istədim. Buna görə arvadım Zümrüdü çağırdım. Həmin vaxt yatdığım otağın qapısı bağlı idi. Uşaq isə ağladığı üçün mətbəxə tərəf getdim. Oranın da qapısının örtülü olduğunu, qapını açanda Zümrüdün telefonda yazışdığını gördüm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Zümrüd telefonu gizlədib:

    “Zümrüddən telefonu istədim. Telefonu mənə vermək əvəzinə “sən mənə niyə inanmırsan?” dedi. Ondan zorla telefonu aldım. Bu vaxt Zümrüd məni itələdiyindən ona iki şillə vurdum. Həmin vaxt telefonda Zümrüdün “Instagram” sosial şəbəkəsi vasitəsi ilə iki nəfər ilə yazışdığını gördüm. Onların birinin Zümrüdə əxlaqsız mesajlar yazdığını gördüm. Bundan sonra Zümrüd başqa otağa keçərək “yaxşı edirəm, sən məni aldadırsan, mən də belə qarşılıq verirəm” dedi. Bu sözdən sonra ona bir-iki şillə vurdum. Qayınanama və valideynlərimə zəng vurdum. Onları evimə çağırdım. Zümrüdün anası qızının hərəkətlərinə “yaxşı edir” cavabını verdi. Bundan sonra onlara “uşağı qoyun və evdən gedin” dedim. Onlar uşağı vermədilər və mən polisə zəng etdim. Bundan sonra polis əməkdaşları gələrək bizi idarəyə apardılar”.

    Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər də Zümrüd ilə aralarında çox mübahisə olub, bunun əsas səbəbi qayınanasının onların ailə işinə qarışması olub:

    “Son vaxtlar Zümrüd ilə barışıq üçün addım atmışam. Həmçinin özüm və qohumlarım onun evinə getdik. Lakin qayınanam bizi qapıdan qovdu. Zümrüdün “Instagram”da yazışdığı adamı axtarıb tapmışam. Həmin şəxs Zümrüd ilə çoxdan əlaqəsinin olduğunu dedi”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Zümrüdün sözlərinə görə, Fəqan ilə 2021-ci ildə ailə qurub:

    “Demək olar ki, onunla normal yola getməmişəm, uşağıma görə ondan boşanmamışam. Hadisə günü mətbəxdə yemək hazırlayırdım. Həmin vaxt mətbəxdə olan televizorun səsi yüksək olduğu üçün Fəqanın səsini eşitməmişəm. Başqa şəxslərlə yazışmışam, telefonu qəsdən açıq qoyaraq Fəqanın görməsini istəmişəm. Çünki Fəqan dəfələrlə başqa qadınlarla mənə xəyanət edib. Hətta qadınlardan biri mənə zəng edərək Fəqanın iki aya kimi məndən boşanacağını və onunla evlənəcəyini deyib. Mən Fəqana “sən bu hərəkətləri tərgitməsən, mən də edəcəyəm” demişəm. Fəqan mənə xəyanətini davam etdirdiyindən ondan qisas almaq üçün tanımadığım başqa şəxslərlə sosial şəbəkədə yazışmışam. Fəqanın mənə yaşatdıqlarını onun özünün də yaşamasını istəmişəm”.

    Zərərçəkmiş qeyd edib ki, hadisə günü Fəqan telefona baxaraq yazışmaları görüb:

    “Bu səbəbdən məni döydü. Fəqandan şikayətçiyəm. Anam icazə versə belə onunla barışmayacağam”.

    Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan yeddi ay müddətinə islah işləri cəzasına məhkum edilib. İslah işləri cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, təqsirləndirilən şəxsin cəzasını əsas iş yeri üzrə çəkməsi müəyyən edilib. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

  • İsrailin Quru Qoşunlarının komandanı istefa verdi

    İsrail ordusunun Quru Qoşunlarının komandanı istefa verib.

    Bu barədə İsrail mediası məlumat yayıb.

    İsrail Müdafiə Qüvvələrinin (IDF) Quru Qoşunları Komandanlığının rəhbəri general-mayor Tamir Yadai şəxsi səbəblərə görə istefa verib.

    Yadai son üç il ərzində Quru Qoşunlarının rəhbəri vəzifəsində çalışıb.

    İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və müdafiə naziri Yoav Gallant Yadainin istefasını qəbul edib.

    Onu kimin əvəzləyəcəyi hələlik bəlli deyil.

    ///APA