Month: September 2024

  • Ersin Tatar İlham Əliyevə zəng etdi

    Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    President.az-ın məlumatına görə, Ersin Tatar növbədənkənar parlament seçkisində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, seçkinin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.

    Ersin Tatar Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

    Ölkəsinin Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Ни денег, ни “Мерседеса”: в Баку школьную учительницу обманули на 234 000 манатов – ФОТО

    В Бакинском суде по тяжким преступлениям состоялось очередное заседание по делу Нихада Алиева, обвиняемого по статье 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) Уголовного кодекса Азербайджанской Республики.

    Как сообщает Unikal, на заседании под председательством судьи Фахри Мамедова гособвинитель Турал Ягубов зачитал обвинительный акт.

    Выяснилось, что Н.Алиев, пообещав своей знакомой Тамам Набиевой доставить ей из США через аукцион автомобиль Mercedes-Benz 2018 года выпуска, через нотариуса продал ее квартиру стоимостью 161 000 манатов в Ясамальском районе Габилю Аббасову за 110 000 манатов и присвоил деньги. Всего мошенник завладел 234 461 манатом Тамам Набиевой, включая суммы, перечисленные с ее банковской карты.

    На вопрос судьи, считает ли он себя виновным, обвиняемый Нихад Алиев не ответил и, сославшись на плохое самочувствие, попросил отложить судебное заседание.

    Судебный процесс был перенесен 17 сентября.

    Отметим, что потерпевшая Тамам Набиева работает учительницей в средней школе.

  • “Mercedes” almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Nihad Raiq oğlu Əliyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, iclasda dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

    Məlum olub ki, Nihad Əliyev tanışı Tamam Nəbiyevaya ABŞ-dən hərrac yolu ilə 2018-ci ildə istehsal olunmuş “Mercedes” markalı avtomobil gətirmək adı ilə onun Yasamal rayonunda yerləşən 161 min manatlıq mənzilini Qabil Yasin oğlu Abbasova notarius yolu ilə 110 min manata sataraq pulu götürüb. Ümumilikdə Tamam Nəbiyevanın bank kartından göndərilən məbləğlərlə birgə 234 461 manat pulunu tamah niyyəti ilə ələ keçirib.

    Təqsirləndirilən şəxs Nihad Əliyev hakimin “özünüzü bu işdə təqsirli bilirsiniz?” sualına cavab verməyib və halının pis olması ilə əlaqədar məhkəmə prosesinin təxirə salınmasını istəyib.

    Məhkəmə prosesi 17 sentyabr tarixinə kimi təxirə salınıb.

    Qeyd edək ki, zərərçəkən Tamam İsmayıl qızı Nəbiyeva orta məktəbin müəllimidir.

  • Президент Турции принял азербайджанскую делегацию

    Заместитель генерального прокурора Азербайджана Гейдар Мамедов и заместитель начальника управления Генеральной прокуратуры Анар Насибов приняли участие в мероприятии, посвященном открытию нового судебного года 2024-2025, в Анкаре.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Генпрокуратуры, в церемонии открытия участвовали президент Турции Реджеп Тайип Эрдоган, председатель Верховного суда Омер Керкез и генеральный прокурор Мухсин Шентюрк.

    Гейдар Мамедов и заместитель председателя Верховного суда Азербайджана Чингиз Аскеров побывали на приеме у президента Эрдогана.

    Члены делегации провели официальные встречи с турецкими коллегами, обсудив развитие правового сотрудничества и предстоящие мероприятия, включая 29-ю ежегодную конференцию Международной ассоциации прокуроров и COP29, которые пройдут в Баку.

  • Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorluğun nümayəndə heyətinin rəhbəri Heydər Məmmədovu və eyni zamanda Ali Məhkəmənin nümayəndə heyətinin rəhbəri, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərovu qəbul edib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak ediblər. Mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, baş prokuroru Muhsin Şentürk, digər hakim və prokurorlar iştirak ediblər.

    Daha sonra prokurorluğun nümayəndə heyəti Türkiyə baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlər keçirib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

    Görüşlər zamanı 29 sentyabr – 2 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı barədə həmkarlara məlumat verilib, tədbirə qatılacaq Türkiyə Respublikasının baş prokuroru Muhsin Şentürklə konfrans barədə müzakirələr aparılıb. Həmçinin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin müstəsna tarixi əhəmiyyəti və həmin mötəbər tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi mövzusunda yüksək səviyyəli plenar sessiyanın keçiriləcəyi barədə həmkarlara ətraflı məlumat verilib.

  • Антитеррористические учения стран СНГ пройдут в Ташкенте

    4-5 сентября 2024 года в городе Ташкент будет проводиться Десятая международная научно-практическая конференция Региональной антитеррористической структуры Шанхайской организации сотрудничества (ШОС) и Вторая конференция Содружества Независимых Государств (СНГ) по борьбе с терроризмом и экстремизмом.

    Об этом сообщает Median.Az со ссылкой на cis.minsk.by.

    В них намечается участие делегаций компетентных органов государств, входящих в ШОС и СНГ, рабочих структур органов СНГ, международных организаций, а также учебных и научно-аналитических организаций, задействованных в изучении проблем противодействия терроризму и экстремизму.

    Также в конференции примут участие представители ООН, АТЦ СНГ, Интерпола, ЕАГ, СВМДА и др.

    Основной целью проведения конференции является обмен передовым опытом по противодействию терроризму и экстремизму, выработка мер по совершенствованию международного сотрудничества в данном направлении, формирование единого понимания и подходов участников к новым вызовам и угрозам безопасности.

    Кроме того, Службой государственной безопасности Республики Узбекистан при координирующей роли АТЦ СНГ будет проводиться совместное антитеррористическое учение компетентных органов стран содружества “Восток-Антитеррор – 2024”.

    Целью учений является совершенствование деятельности компетентных органов государств – участников СНГ при проведении совместных антитеррористических мероприятий по выявлению и пресечению терактов на объектах критически важной инфраструктуры и в местах массового пребывания людей.

  • MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər

    4-5 sentyabr 2024-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Regional Antiterror Strukturunun Onuncu Beynəlxalq Elmi-Praktiki Konfransı və Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının II Konfransı keçiriləcək.

    Median.Az bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin saytına istinadən xəbər verir.

    Konfranssa ŞƏT və MDB-yə daxil olan dövlətlərin səlahiyyətli orqanlarının, MDB orqanlarının işçi strukturlarının, beynəlxalq təşkilatların, o cümlədən təhsil və elmi-analitik təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

    Həmçinin konfransda BMT, MDB, İnterpol və sair nüfuzlu təşkilat və qurumların iştirakı gözlənilir.

    Konfransın əsas məqsədi terrorizm və ekstremizmə qarşı mübarizədə qabaqcıl təcrübələrin mübadiləsi, bu sahədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üçün tədbirlərin işlənib hazırlanması, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı iştirakçıların ümumi anlaşma və yanaşmalarının formalaşdırılmasıdır.

    Bundan əlavə, Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti MDB Antiterror Mərkəzinin koordinasiyasının və MDB ölkələrinin səlahiyyətli orqanlarının birgə iştirakı ilə “Şərq-Antiterror – 2024” antiterror təlimlərini keçirəcək.

    Təlimin məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx olduğu yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə birgə antiterror tədbirlərinin həyata keçirilməsi zamanı MDB-yə üzv dövlətlərin səlahiyyətli orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir.

  • Ayağının səhvən amputasiya olunduğu deyilən aktyor ekspertizaya, klinika isə məhkəməyə üz tutdu

    Sosial şəbəkələrdə aktyor Əlvan Fərmanoğlunun “Məlhəm” hospitalında həkim səhlənkarlığı səbəbilə sağ ayağının amputasiya olunması barədə görüntülər yayılıb.

    Aktyorun qardaşı oğlu Fərman Abdullayevin oxu.az-a verdiyi açıqlamaya görə, “Məlhəm” hospitalında angioqrafiya (anju) prosesi zamanı Ə.Fərmanoğlunun sağ ayağının damarı zədələnib. Həkim qanaxmanın qarşısını almaq üçün dizdən yuxarı hissəni sıxıcı sarğı vasitəsilə bağlayıb və üç gün müddətində açmamağı bildirib.

    Beləliklə aktyorun ayağındakı sarğı üç gün açılmayıb. Onun şəkər xəstəsi olması və qanın işləməməsi səbəbindən aktyorun sağ ayağı qanqren olub. Nəticədə ayaq amputasiya edilib:

    “Biz ayağın qanqren olması səbəbi ilə “Məlhəm” hospitalına müraciət etdik. Anju prosesini həyata keçirən həkim bizə bunun altı aya düzələcəyini deyərək bir növ yola verdi. Daha sonra ona bir neçə dənə ağrıkəsici vurdular. Əmimi evə gətirdim. Sonra vəziyyətinin yenidən pisləşməsi səbəb ilə həkimə apardıq. Bizə dedilər ki, xəstəni təcili Bakıya çatdırmaq lazımdır”.

    F.Abdullayevin sözlərinə görə, aktyorun qanqren olması səbəbindən zəhərlənmə verdiyi üçün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində bir gün komada olub. Xəstə komadan ayılandan sonra 11 gün reanimasiyada qalıb:

    “Nəhayət 11 gündən sonra başqa tibbi müdaxilənin mümkünsüz olduğunu anladıqda elə həmin Mərkəzdə əmimin ayağı tam amputasiya olundu”.

    Xəstənin qohumu “Məlhəm” hospitalını səhlənkarlıqda günahlandırır:

    “Biz onlara müraciət etdik. Lakin onlar demədilər ki, bu sarğının şəkər xəstəliyi olan insanın ayağında çox qalması problem yarada bilər. Ayağın qanqren olub zəhərlənmə verməsinə baxmayaraq, heç bir müdaxilə etmək istəmədilər, yaxud başqa bir yol göstərmədilər”.

    “Məlhəm” hospitaldan isə bildirilib ki, xəstənin angioqrafiyadan sonrakı müraciətlərində hər hansı bir cərrahi müdaxiləyə ehtiyac olmayıb:

    “Aktyorun fərqli tarixlərdə hər iki ayağına tıxanmış ayaq damarlarına stend taxılması proseduru icra olunub. Prosedurdan sonra xəstə kafi vəziyyətdə evə buraxılıb. Xəstədə prosedur zamanı və prosedur sonrası fəsad və ağırlaşma qeydə alınmayıb. Təyinat üzrə dərman müalicəsinin vacibliyi vurğulanıb. Bildiyimiz kimi, şəkər xəstələri belə damaraçma prosedurlarından sonra ciddi pəhriz gözləməli, siqaret və s. zərərli vərdişlərdən imtina etməli, dərman təyinatlarına ciddi riayət etməlidir. Bir müddət sonra isə şəxsə sağ aşağı ətrafın amputasiya əməliyyatı olunub. Bu əməliyyatın bizim klinikamızda olunması xəbərləri isə əsassızdır”.

    Sözügedən hospital məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib:

    “Hospitalımızın səhlənkarlığa yol verməklə ittiham olunması təqsirsizlik prezumpsiyanın pozulması ilə yanaşı, həqiqətə uyğun olmayan, yalan xarakterli və hər hansı sübutla təsdiq olunmayan məlumatlardır. Yalan xarakterli məlumatlar yayan şəxslər ilə əlaqədar məhkəməyə müraciət olunması üçün zəruri prosedurların icrasına başlanıb”.

    Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar belə hallar barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, yaxud hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməlidirlər:

    “Özəl tibb müəssisəsi olduğundan konkret faktlarla bağlı, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində həyata keçirilməsi mümkündür”.

    Qeyd olunan faktla əlaqədar isə bildirilib ki, belə halların məhkəmə-tibbi ekspertiza tərəfindən qiymətləndirilməsi zəruridir:

    “İcra olunan əməliyyatın mənfi nəticələri və ağırlaşmaları, sağlamlıqda yaranan problemlər, dəyən maddi zərərə görə qanunvericilikdə həm tibbi xidmət göstərilən müəssisə, həm də tibbi yardım göstərən tibb mütəxəssisləri üçün müvafiq məsuliyyət nəzərdə tutulub”.

    Qeyd edək ki, aktyorun qardaşı Fərman Abdullayev məsələ ilə bağlı bu gün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edəcəyini bildirib.

  • Пожар в бизнес-центре в Стамбуле

    В бизнес-центре, расположенном в районе Шишли Стамбула, начался пожар.

    Об этом Median.Az сообщает со ссылкой на Sputnik Türkiyə.

    На место происшествия были направлены пожарные бригады.

    По предварительной информации, возгорание произошло по неустановленной причине в автомалярном цехе в подвале плазы.

  • İstanbulda plaza yanır

    İstanbulun Şişli rayonunda yerləşən plazada yanğın başlayıb.

    Median.Az bu barədə “Sputnik Türkiyə”yə istinadən xəbər verir.

    Yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə yanğınsöndürən briqadalar göndərilib. Briqadaların yanğına müdaxiləsi davam edir.

    İlkin məlumata görə, yanğın “19 May” məhəlləsində yerləşən plazanın zirzəmisindəki avtomobil təmir servisinin boya sobasında hələ müəyyən edilməmiş səbəbdən baş verib.