Month: September 2024

  • В Молдове заблокировали сайт РИА Новости

    В Молдове заблокирован доступ к сайту РИА Новости, ведущего российского информационного агентства.

    Как передает Median.Az со ссылкой на moldova-news.com, это решение принято в рамках расширения списка ограниченных российских СМИ, ранее составленного Службой информации и безопасности Молдовы (СИБ).

    Ранее СИБ заблокировала доступ к 31 российскому СМИ, включая такие крупные издания, как ТАСС, “Интерфакс”, “РИА ФАН”, “Радио Спутник”, “Известия”, “Ведомости”, “Аргументы и факты”, “Московский комсомолец”, “Комсомольская правда”, Lenta.ru, “Российская газета” и другие.

    Официальные причины блокировки молдавские власти связывают с обеспечением информационной безопасности страны.

  • Moldova “RIA Novosti”ni blokladı

    Moldovada “RIA Novosti” saytına giriş bloklanıb.

    Median.Az “Moldova-news”a istinadən xəbər verir ki, “RIA Novosti” agentliyinin adı Moldova İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilən siyahıya daxil edilib.

    Qeyd edək ki, daha əvvəl Moldova İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən Rusiyanın 31 KİV-inə, o cümlədən TASS, “İnterfaks”, “Radio Sputnik”, “Izvestiya”, “Arqumentı i Faktı”, “Moskovski Komsomolets”, “Komsomolskaya Pravda”, Lenta.ru, “Rossiyskaya qazeta” kimi iri nəşrlərinə də giriş bloklanıb.

  • Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutuldu

    Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    “Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.

  • Azərbaycan cüdoçuları Açıq Avropa turnirində iştirak edəcəklər

    Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Açıq Avropa turnirində iştirak edəcəklər.

    Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, Azərbaycan yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

    Turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev (hamısı 60 kq), Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev, Nazir Talıbov (hamısı 66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Nihad Şıxəlizadə (100 kq), Camal Qamzatxanov və İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

    Qeyd edək ki, sentyabrın 28-29-da keçiriləcək və 34 ölkədən 371 idmançının yarışacağı turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

  • Tovuzda narkokuryer saxlanılıb

    Narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Tovuz sakini saxlanılıb.

    Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Sahib Allahverdiyevdən iki kq-dan çox çəkidə marixuana və heroin aşkar edilib.

    Araşdırmalar zamanı müəyyən edilib ki, S.Allahverdiyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

    Bundan başqa, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.

    Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində yüzə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.

  • Завтра в Азербайджане ожидаются дожди, грозы и град

    27 сентября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Однако ночью в некоторых пригородных территориях возможны кратковременные дожди и грозы. Будет преобладать северо-восточный ветер.

    Температура воздуха ночью составит 16-19°, днем – 23-26° тепла. Атмосферное давление – 766 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75%, днем – 40-45%.

    В районах Азербайджана местами ожидаются дожди, в отдельных местах ливневого характера, грозы и град, в высокогорных районах – снег. Ночью и утром местами ожидается туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 15-20°, днем – 23-28° тепла, в горах ночью 6-11°, днем – 13-18° тепла.

  • Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək – PROQNOZ

    Sentyabrın 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

    Qeyd edilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

  • İsrael Katz: “Hizbullah”a qarşı hərbi əməliyyatlar İsrailin qələbəsinə qədər davam edəcək

    İsrail Livanın şimalında əməliyyatları dayandırmağı planlaşdırmır, “Hizbullah”a qarşı hərbi əməliyyatlar ölkənin qələbəsinə qədər davam edəcək.

    Bu barədə xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında yazıb.

    “Şimalda atəşkəs olmayacaq. Qələbə əldə edənə və şimal sakinləri təhlükəsiz şəkildə evlərinə qayıdana qədər “Hizbullah” terror təşkilatı ilə mübarizəmizi var gücümüzlə davam etdirəcəyik”, – o qeyd edib.

    Yerli KİV-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Qüvvələrinə şimalda döyüşləri ona təqdim olunan planlara uyğun olaraq davam etdirməyi tapşırıb.

    Daha əvvəl “Sky News” telekanalı ABŞ rəsmilərinə istinadən bildirmişdi ki, yaxın saatlarda tərəflər arasında atəşkəs elan edilə bilər.
     
    ///report

  • Putin: 21-ci əsrdə qlobal iqtisadi artım BRİCS ölkələrində cəmləşəcək

    21-ci əsrdə qlobal iqtisadi artım Avropa və ya Şimali Amerikada deyil, BRİCS ölkələrində cəmləşəcək.

    Bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunun plenar iclasında bildirib.

    Onun sözlərinə görə, müasir dünya BRİCS ölkələri və ona qoşulmaq istəyənlər sayəsində bütün 21-ci əsr üçün qlobal artımda əsaslı dönməz dəyişikliklər dövrünə qədəm qoyub.

    Putin BRİCS-in dünya iqtisadiyyatına təsirindən danışıb. Qeyd edib ki, dünya iqtisadiyyatının əsas artımı BRİCS ölkələrində və ona qoşulmaq istəyən ölkələrdə cəmləşəcək:

    “BRİCS və G7 ölkələri arasında inkişaf fərqinin sürəti əhəmiyyətli dərəcədə artır. Bəzi BRICS ölkələrində, o cümlədən Çin, Rusiya Federasiyası, BƏƏ və Səudiyyə Ərəbistanında iqtisadi dinamika müsbət, lakin orta dərəcədə olacaq. Artım templərinə görə lider ölkələr isə qlobal Cənubun dövlətləri olacaq”.

    RF prezidenti həmçinin BRİCS-də bütün xarici ticarətə xidmət göstərmək üçün müstəqil ödəniş və hesablaşma sxemi üzərində işin aparıldığını açıqlayıb.

    ///apa

  • Bakıda müharibə iştirakçılarına qarşı dələduzluqda şübhəli bilinən şəxs tutulub – VİDEO

    Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil,sığorta pulu,əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.

    Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinauət işi başlanılıb. Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.