Month: September 2024

  • Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq

    Biz Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq.
    Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Cənab Paşinyanın yanaşmasına nəzər saldıqda onun heç bir mənfi abu-havası görünmür. Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik”, – Türkiyə lideri vurğulayıb.
    Ərdoğan Azərbaycanla Ermənistan arasındakı bir sıra məsələlərin həll ediləcəyinə inamını ifadə edib: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasındakı bu məsələləri mərhələli şəkildə həll edə bilərik. Hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan belə bir gözləntidədir və səy göstərir. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq.
    Sülh prosesinin nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”.

  • Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

    Median.Az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” səhifəsində paylaşım edib.

    Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.

  • “Qarabağ”ın “Totenhem”lə matçı bir qədər gec başlayacaq

    Xəbər verdiyimiz kimi, Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Avropa Liqası çərçivəsində ilk matçını İngiltərədə “Totenhem” klubuna qarşı keçirəcək.
     
    Median.Az-
    ın məlumatına görə, klubumuzun avtobusu Londonda tıxaca düşdüyü üçün matç bir qədər gec başlayacaq.
     
    Qeyd edək ki, matç 23:00-da başlamalıydı.

  • Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI

    Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırda yükaşırma potensialı 15 milyon tondur və onun 25 milyon tona çatdırılması istiqamətində işlər görülür.
     
    Median.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı deyib.

    O bildirib ki, son 20 ildə Azərbaycanın nəqliyyat sektoruna kifayət qədər investisiya yatırılıb: “Eyni zamanda, həm beynəlxalq, həm yerli layihələr həyata keçirilib. Dəniz və avtomobil nəqliyyat parkının genişləndirilməsində Xəzər Dəniz Gəmiçiliyi bölgədə 54 gəmi ilə birgə ən böyük parka sahibdir. Zəngəzur dəhlizinin də açılması daşıyıcılar üçün xüsusi rol oynayacaq. İşğaldan azad olunmuş ərazilərdə 2 hava limanı istifadəyə verilib, birinin tikintisi isə davam edir”.

  • Президент Ильхам Алиев поделился публикацией в связи с 27 Сентября – Днем памяти

    Президент Азербайджанской Республики, победоносный Верховный главнокомандующий Ильхам Алиев поделился на своей странице в социальной сети публикаций в связи с 27 Сентября – Днем памяти.

    Median.Az представляет данную публикацию:

  • Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda “Şəhidlərimizə ehtiramla” sözləri yazılıb.

  • Азербайджан и Армения приложат дополнительные усилия для подписания мирного соглашения

    Азербайджан и Армения договорились приложить дополнительные усилия для заключения Соглашения об установлении мира и межгосударственных отношений в максимально короткие сроки.

    Как передает report об этом говорится в официальной информации, распространенной по итогам встречи министра иностранных дел Азербайджана Джейхуна Байрамова и министра иностранных дел Армении Арарата Мирзояна в Нью-Йорке по инициативе и при участии госсекретаря США Энтони Блинкена.

    Отмечается, что азербайджанская и армянская стороны выразили благодарность госсекретарю за организацию встречи.

  • Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib

    Azərbaycan və Ermənistan mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

    Report xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair yayılan rəsmi məlumatda deyilir.

    Bildirilir ki, Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

  • Bakıda piyadanı avtomobil vurub

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    Apa xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1976-ci il təvəllüdlü Məmmədli Əhməd Novruz oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

    Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Fakt araşdırılır.

  • Azərbaycanda 1 günlük 1000 azn təklif edilən evlər – ARAŞDIRMA

    Son vaxtlar evlərini sutkalıq kirayə verənlərin sayı artıb.
     
    Sfera.az-ın xəbərinə görə, eskpertlər deyirlər ki, şəhərin xüsusən mərkəzi ərazilərində yerləşən mənzilləri günlük kirayə vermək ev sahibləri üçün daha sərfəlidir.
     
    Xarici turistlər xüsusilə belə evləri “booking” platforması üzərindən rezervasiya edirlər. Burada yüksək qiymətləndirilən və şəraiti yaxşı olan evlərə tələbat daha çoxdur.
     
    Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, Azərbaycanda, bölgələrdə elə evlər var ki, günlük kirayəsi min manatdan da yüksəkdir. Əgər turist qaldığı evdən, onun sahibindən razı olursa, onlayn platformada bunu yüksək xal ilə qiymətləndirir. Nəticədə turistlər belə evləri seçərkən daha rahat olurlar.

    Ekspert bildirir ki, son vaxtlar 3, 4 və 5 ulduzlu hotellərə də tələbat artıb. Buna səbəb əvvəlki illərlə müqayisədə ölkəmizə üz tutan turistlərin sayının çoxalmasıdır.
     
    Bununla belə bildirildi ki, bu ilin yanvar-sentyabr aylarında ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan “booking” üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri və Gürcüstanla müqayisədə az olub.
     
    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.