Month: September 2024

  • Президенту Азербайджана представлены документы, включенные в бюджетный пакет на 2025 год

    Президенту Азербайджана Ильхаму Алиеву представлены документы и материалы, включенные в бюджетный пакет на 2025 год.

    Премьер-министр Али Асадов подписал соответствующее постановление.

    Согласно постановлению, Президенту Азербайджана представлены проекты государственного бюджета и сводного бюджета Азербайджана на 2025 год, показатели сводного бюджета на последующие три года (2026-2028гг), концепция экономического и социального развития и прогнозные показатели на 2025 год и последующие три года.

    Отметим, что согласно проекту госбюджета на 2025 год, доходы прогнозируются на уровне 36 млрд 616 млн манатов (+0.6% от показателя на 2024 год), расходы – 39 млрд 667.6 млн манатов (-0.2%). Дефицит госбюджета прогнозируется 3 млрд 51.6 млн манатов, что на 9% меньше, чем на 2024 год.

    Доходы сводного бюджета на 2025 год прогнозируются 44 млрд 371.4 млн манатов (+2%), расходы – 45 млрд 867 млн манатов (+0.5%). Дефицит сводного бюджета прогнозируется в размере 1 млрд 495.6 млн манатов.

  • Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə təqdim edib

    Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri Prezident İlham Əliyevə təqdim edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, büdcə zərfinə daxil olan sənəd və məlumatlar bəyənilib və “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə dövlət başçısına təqdim olunub.

    2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6% çox və 0,2% azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

    2025-ci ildə Azərbaycanın icmal büdcəsinin isə gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir. Bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2% və 0,5% çoxdur. Son nəticədə icmal büdcədə 1 milyard 495,6 milyon manat kəsir yaranmalıdır. Bu isə 29,2% azdır.

  • Президент: Модель экономического развития Азербайджана оправдала себя в мире

    Модель экономического развития Азербайджана уже оправдала себя в мире.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент страны Ильхам Алиев в выступлении на совещании, посвященном экономическим вопросам.

    “Опираясь на собственные ресурсы, мы построили сильную, независимую экономику, ни от кого не зависим. Экономическая независимость, естественно, дает нам большие возможности на международной арене с тем, чтобы Азербайджан мог с успехом, уверенно, с честью и достоинством проводить независимую внешнюю политику. Так, как мы ее проводили и будем проводить”, – отметил глава государства.

  • İlham Əliyev: “Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”

    “Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.

    Dövlətimizin başçısı, həmçinin qeyd edib:

    “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”.

  • Naxçıvanda erkən nikaha cəhdin qarşısı alındı

    Naxçıvanda erkən nikaha cəhdin qarşısı alınıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Qeyd olunub ki, qurum tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışırlar. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Xələc kənd sakini 25 may 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan V.L-nin (ad və soyad şərtidir) 22 sentyabr 2006-cı il təvəllüdlü Şərur rayon Oğlanqala kənd sakini Z.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 17 sentyabr tarixində toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib.

    Həmin məlumat əsasında 2024-cü il 16 sentyabr tarixində Dövlət Komitəsi əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçiriləcək ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb.

    Qeyd edilib ki, erkən nikaha cəlb edilən hər iki tərəf yetkinlik yaşına çatmayan şəxslər olub.

    Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq: “Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur”.

  • Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs HƏBS EDİLDİ

    Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib.

    “Report” xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.

    Xəzər rayonu Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən işgəncə verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib. Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlıya qarşı zorakılıq hərəkətləri edən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

    Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi ilə cinayət işi başlanılıb.

    R.İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Bakıda qadına hücum edən şəxsə hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sadiq Bəşirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 26 yanvar 2024-cü il tarixdə, saat 16:40 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

    Belə ki, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Sadiq Bəşirov piyada hərəkətdə olan zərərçəkmiş Sonya Səmədovanı (şərti) yaşadığı binanın qarşısına kimi təqib edib. Qadın bloka daxil olub və ikinci mərtəbəyə qalxan zaman təqsirləndirilən şəxs ona hücum edib. O, qadının 1870 manat dəyərindəki xaçşəkilli boyunbağısını ələ keçirib, sonra onu itələyib, pilləkənlərdən yıxıb. Daha sonra Sadiq hadisə yerindən qaçıb.

    O, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək Sonya Səmədovaya ümumilikdə 2805 manat məbləğində maddi ziyan vurub.

    Hadisədən sonra Sadiq Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Yaxın Şərqdə atəşkəsin anonsu verildi

    İsrail və “Hizbullah” təşkilatı arasında atəşkəsin bir neçə saat ərzində qüvvəyə minəcəyi gözlənilir.

    Bu barədə “The New York Times” nəşri Ağ Evdəki mənbəyə istinadən xəbər verib.

    Qeyd olunur ki, İsrail və Livan tərəfi ilə danışıqları bilavasitə ABŞ-li diplomatlar aparıblar.

    Bildirilir ki, atəşkəs 21 gün ərzində bütün İsrail və Livan sərhədi boyunca tətbiq ediləcək.

  • Bakıda 76 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

    Bakıda 76 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 57 yaşlı A.Hüseynov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Директор Перинатального центра освобождена от должности

    Директор Перинатального центра Нахчыванской Автономной Республики (НАР) Улькер Байрамова освобождена от должности.

    Как сообщает modern.az, причиной этого стало ее избрание депутатом Верховного Меджлиса. У.Байрамова будет представлять 23-й Джахринский избирательный округ.

    Отметим, Улькер Байрамова дважды, в 2006 и 2013 годах, избиралась уполномоченным по правам человека (омбудсменом) НАР.