Month: September 2024

  • Çilidə güclü zəlzələ olub

    Çilidə 5,8 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 161 min insanın yaşadığı Kokimbo şəhərindən 35 kilometr şimal-şərqdə olub.

    Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.

    İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.

  • Президент Ильхам Алиев принимает участие в первом заседании Милли Меджлиса

    В эти минуты проходит первое заседание Милли Меджлиса Азербайджанской Республики седьмого созыва.

    Как сообщает АЗЕРТАДЖ, в нём принимает участие Президент Азербайджанской Республики Ильхам Алиев.

  • İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edir

    Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

  • Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

    Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.
     
    Satıcıların sözlərinə görə, qiymətlər yağın markasından asılı olaraq dəyişir və tələbat o qədər də azalmayıb.
     
    Alıcılar isə hazırkı qiymət artımından narazıdırlar:
     
    “Əvvəl bir kilo alırdıq, indi isə yarım. Kərə yağı bu qədər baha deyildi. Qiyməti çox qalxıb”.

    İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymət artımın əsas səbəbi Azərbaycanın ağartı məhsulları üzrə idxalçı ölkə olmasıdır. Ölkəmizdə heyvandarlıq sənayesi yağ, pendir və digər ağartı məhsullarına tələbatı ödəyə bilmir.


    Daha ətraflı Baku TV-nin süjetində:

  • İtaliya istehsalı olan helikopter Bakıda eniş etdi: “ADEX”də təqdim olunacaq

    İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “Agusta Westland” 109 helikopteri Bakıda eniş edib.

    Bununla bağlı görüntüləri İctimai TV öz sosial şəbəkə hesabında paylaşıb.

    Helikopter sentyabrın 24-dən 26-dək keçiriləcək “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin beşinci ildönümündə təqdim olunacaq.

  • Ученые установили, что яд медоносных пчел уничтожает раковые клетки

    Ученые из Института Гарри Перкинса и Университета Западной Австралии обнаружили, что пептид мелиттин, содержащийся в яде медоносных пчел, может уничтожать раковые клетки.

    Результаты исследования опубликованы в NPJ Nature Precision Oncology.

    Ученые выявили уникальные антиканцерогенные свойства мелиттина при изучении яда 312 медоносных пчел и шмелей из Перты (Западная Австралия), Ирландии и Англии.

    После введения этого пептида мышам с раком молочной железы исследователи обнаружили, что он является чрезвычайно мощным — мелиттин способен разрушать мембраны раковых клеток всего за 60 минут.

    Уже через 20 минут после введения мелиттин продемонстрировал способность подавлять химические сигналы раковых клеток, необходимые для их роста и деления.

    Исследователи также выяснили, что мелиттин в сочетании с небольшими молекулами или химиотерапевтическими препаратами, такими как доцетаксел, может быть эффективен в лечении агрессивных форм рака груди. Эксперименты на мышах показали, что сочетание мелиттина и доцетаксела значительно замедляет рост опухолей.

  • Alimlər bal arısı zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi müəyyən ediblər

    Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.

    Araşdırmanın nəticələri “NPJ Nature Precision Oncology” jurnalında dərc edilib.

    Alimlər Pert (Qərbi Avstraliya), İrlandiya və İngiltərədən olan 312 bal arısı və eşşəkarısının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər.

    Bu peptidi süd vəzi xərçəngi olan siçanlara yeritdikdən sonra araşdırmaçılar onun son dərəcə güclü olduğunu aşkar ediblər – melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilir.

    Yeridildikdən 20 dəqiqə sonra melittin xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalları basdırmaq qabiliyyətini nümayiş etdirib.

    Elm adamları həmçinin müəyyən ediblər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladır.

  • Yeni qan qrupu KƏŞF EDİLDİ

    Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.

    Tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.

    İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları 50 illik iş nəticəsində həmin yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar. Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.
    //lent.az

  • Yuxuda şokolad görmək nədən xəbər verir?

    Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

    Yuxuda çox şey görürük. Bunlardan biri də yuxuda xəstəxana görməkdir. Bəs, yuxuda şokolad görmək hansı mənaya gəlir?

    Lent.az yuxuda şokolad görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

    Yuxuda şokolad görmək

    Yuxu zamanı şokolad görməyin mənası stress və narahatlığı göstərə bilər. Fasilə vermək və bəzi məqamlar üzərində düşünmək lazımdır. Bir az vaxt ayırın və həyatınızdakı vəziyyətləri diplomatik yolla necə həll edəcəyinizi düşünün.

    Yuxuda şokolad hazırlamağı görmək

    Yuxuda şokoladdan nəsə hazırlamağı görmək-istər konfet, istər dondurma istərsə də içki və tortlar-yeni münasibətə hazır olduğunuzu göstərir. Şokolad hazırlamağı yuxuda gördüyünüz zaman, bu mənaya gələ bilər: Şokolad istidirsə, bu o deməkdir ki, siz yeni başlanacaq olan sevgiyə qarşı olduqca maraqlısınız. Əgər siz artıq münasibətdəsinizsə, şokoladın isti temperaturu münasibətinizin isti və çox gözəl olduğunu göstərir. Əgər subaysınızsa, özünüzü yeni sevgi macərasını qarşılamağa hazırlayın.

    Yuxuda şokolad almaq

    Yuxuda kimdənsə şokolad almağı görməyin mənası həyatınızda baş verə biləcək xoş bir sürpriz ola bilər. Birincisi, güclü sosial təsirə malik olan biri ilə tezliklə mehriban münasibət qurmağınızdır. Bu adam sizə lazım olan bütün dəstəyi verəcək. Nəticə şəxsi və peşəkar həyatınızda yüksəliş üçün əla fürsət olacaq. Ətrafınızdakı insanlara baxın və yeni dostluğa hazırlaşın. Onların arasında rütbənizi yüksəldəcək şəxs var.

    Yuxuda şokoladlı tort görmək

    Yuxuda dadlı şokoladlı tort mənası sizin üçün yaxşı bir işarədir. Bu yuxu, tezliklə peşəkar həyata çatacağınızı və özünüzlə çox fəxr edəcəyinizi göstərir. Bu nailiyyət vasitəsilə qazandığınız inamla siz həm də qalib gəlmək və gələcək çətinliklərlə üzləşmək üçün daha qətiyyətli olacaqsınız. Bütün bu öyrənmə sizi çox uğurlu yola aparacaq.

    Yuxuda ərimiş şokolad görmək

    Yuxuda ərinmiş şokoladın mənası sizin üçün yaxşı gələcək vəd edir. Ərin=miş şokolad yuxusu, həyatınızda bir çox dalana dirənməyin öhdəsindən gələ biləcəyinizi, emosional və mənəvi cəhətdən inkişaf edəcəyinizi göstərir. Güclü qalın və sona qədər mübarizə aparın; nailiyyətlər sizi gözləyəcək.

    Yuxuda tünd şokolad görmək

    Tünd şokoladın mənası sizə və ya ailənizdən birinə yoluxa biləcək bir xəstəliyin işarəsi ola bilər. Dərhal özünüzün və ətrafınızdakı insanların sağlamlığına daha çox diqqət yetirin. Xəstəliyin hər hansı bir əlaməti varsa, dərhal həkimə müraciət edin.

    Yuxuda ağ şokolad görmək

    Yuxuda ağ şokolad görməyin mənası, qorxunu aradan qaldırmağa, komfort zonanızdan çıxmağa və layiq olduğunuz şeyə can atmağa başlamaq üçün doğru zamanın simvoluna çevrilir. Biz oyanmalı, dəyərlərimizi bilməliyik və layiq olduğumuz şey üçün hər gün mübarizə aparmalıyıq.

    Yuxuda birinin şokolad yediyini görmək

    Bu yuxu yeni bir sevgi münasibətinə hazırlaşdığınızı simvollaşdırır. Sevginiz və inamınız bütün lazımi imtahanlardan keçəcək və xoşbəxt olacaqsınız. Bir kişiyə tanıdığı bəzi qadınlar tərəfindən şokolad təklif edildiyi bir yuxu, o qadına fiziki cəhətdən cəlb olunduğunu ifadə edə bilər. Əgər hansısa kişi bir qadına şokolad təklif edirsə, bu yuxu kişinin ona hansısa şəkildə təsir göstərməyə çalışdığını göstərə bilər.

    Şokolad haqqında yuxu həyatınızda zövq və istirahət üçün vaxt tapa biləcəyiniz rahat bir dövrün gəldiyini göstərə bilər. Bu, həm də subay insanlar üçün yeni romantik münasibətlərin başlanğıcını göstərə bilər. Artıq münasibətdə və ya evlilikdə olanlar üçün bu yuxu, tərəfdaşları / həyat yoldaşları arasında yaxşı və ahəngdar bir dövrün əlaməti ola bilər. Bəzən şokolad haqqında yuxu, həyatınız üçün faydalı olacaq bir mühüm hadisədə iştirakınızı göstərə bilər.

    Yuxuda şokolad almağı görmək

    Əgər şokolad almaqla bağlı yuxu görürsünüzsə, bu yuxu adətən yaxşı əlamət deyil. Bu, bəzi sağlamlıq problemləri, əhval dəyişikliyi və ya depressiya hisslərini göstərə bilər. Əgər siz də aldığınız şokoladı yeyirsinizsə, bu yuxu yaşaya biləcəyiniz pis hadisələri hətta vurğulaya və böyüdə bilər. Çox güman ki, sağalmağınız bir az vaxt aparacaq.

    Yuxuda kiməsə şokolad təklif etmək

    Əgər kimsə şokolad təklif etməyi yuxuda görürüsünüzsə, bu yuxu o insanı bəyəndiyinizi və onunla romantik münasibətdə olmaq istədiyinizi göstərə bilər. Əgər o insanla romantik maraqlanmırsınızsa, yuxu bu insana olan səmimi rəğbətinizi ortaya qoya bilər.

    Yuxuda xarab olmuş şokolad görmək

    Əgər yuxuda xarab şokolad görmüsünüzsə, xüsusən də onu yeməyə cəhd etmisinizsə, bu yuxu yaxşı əlamət deyil. Xüsusən də eşq həyatınızdakı xəyal qırıqlığını göstərə bilər. Ola bilsin ki, tərəfdaşınız bəzi hərəkətləri ilə sizi məyus edə bilər və ya başqa xoşagəlməz anlar yaşaya bilərsiniz.

  • Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – Həkim danışdı

    Çoxları şorbaların yaxşı həzm və daxili orqanların işləməsi üçün lazımlı olduğuna inanır. Amma bu doğrudurmu?

    Bir çox insanlar şorbaların balanslaşdırılmış pəhrizin tərkib hissəsi olduğuna inanırlar. Onlar olmadan pəhrizin natamam olduğuna və mədənin normal işləməyəcəyini düşünür.

    Bu sualın cavabını məşhur qidalanma mütəxəssisi Yuri Popko cavab verib:

    “Sovet dövründə böyüyən insanlar xatırlayırlar ki, nahar mütləq birinci yemək və qarnirdən ibarət idi. Və bu onların nə sağlamlığına, nə də başqa şeyə təsir etmirdi”.

    Onun sözlərinə görə, klassik toyuq şorbasına adətən kartof, taxıl, toyuq budu, kələm, noxud, su və ədviyyatlar əlavə olunur. Bütün bu maddələr ayrı-ayrılıqda bişirilə bilər. Su yalnız yeməyin həcmini artırır, lakin kalori əlavə etmir, çünki suyun özündə kalori yoxdur.

    “Ona görə də şorbanın özünün heç bir xüsusi faydası yoxdur, yeganə istisna, tərkibində kollagen olan sümük suyudur. Ancaq onu çıxarmaq üçün bulyonu təxminən 48 saat bişirmək lazımdır”, – ekspert bildirib.

    O, həmçinin vurğulayır ki, müəyyən qidaları necə istehlak etməyin fərqi yoxdur – çiy, fərqli bişmiş və ya şorbada qaynadılmış.

    “Şorbaların əsas üstünlüyü ondan ibarətdir ki, onları içdikdə mədə tez doyur və nəticədə az kalori istehlak edirik. Bu zaman yeməyin böyük həcminə görə doyma hissi yaranır”, – deyə həkim izah edib.

    Beləliklə, arıqlamaq prosesindəsinizsə, şorbalar faydalı ola bilər, çünki onlar kaloriləri azaltmağa kömək edir, eyni zamanda sizi tox hiss etdirir.