Çilidə güclü zəlzələ olub

Çilidə 5,8 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 161 min insanın yaşadığı Kokimbo şəhərindən 35 kilometr şimal-şərqdə olub.

Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *